Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2736/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 mebel şirkəti və BOKT “xxxx” MMC-yə qarşı üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidməti cəlb olunmaqla “müqavilənin etibarsız hesab edilməsi, pul və əşyanın çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati inasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 mebel şirkəti və BOKT “xxxx” MMC-yə qarşı üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidməti cəlb olunmaqla “müqavilənin etibarsız hesab edilməsi, pul və əşyanın çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 30.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh BOKT “xxxx” MMC-nin 1 saylı Babək fililalı ilə 12.01.2021-ci il tarixdə bağlanmış SLG-112-0020-21 saylı kart vasitəsi ilə kreditin verilməsinə dair müqavilənin və girov müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə əsasında ödədiyi 1440 manat pulun geri qaytarılması və Cavabdeh2 mebel fabriki tərəfindən 1 ədəd dəyəri 2315 manat olan künc divanın həmin fabrikin vəsaiti hesabına yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 41, blok A-1, 53 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 23.06.2021-ci il tarixdə ərizə verərək, işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Ərizəni onunla əsaslandırmışdır ki, cavabdehlə razılığa gəldiyindən heç bir iddia tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 mebel şirkəti və BOKT “xxxx” MMC-yə qarşı üçüncü şəxs qismində AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidməti cəlb olunmaqla “müqavilənin etibarsız hesab edilməsi, pul və əşyanın çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2736/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2736/2021
24.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver