Məhkəmə qərarları › İş №2(004)-2743/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2743/2025

11.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2743/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə əlaqədar olaraq yaranmış psixi qüsurlarına görə 05 mart 2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05 mart 2005-ci il təvəllüdlü X10 əlil olmaqla “Ağır dərəcəli əqli gerilik, davranış pozuntusu ilə” xəstəliyindən əziyyət çəkir. O, doğulduğu gündən bu günədək atası Ərizəçi himayəsində olmuşdur. Xəstəliklə bağlı qeyd olunur ki, X4 ağır kəmağıllılıq, kəskin imbisillik, kobud nitq və davranış pozuntuları mövcuddur, onun daim kənar şəxslərin himayəsinə ehtiyacı olması problemi var. Bundan əlavə X6 ruhi əsəb xəstəlikləri ağırlaşmayıb, normal anadan olub, erkən psixi inkişafı 3 yaşına kimi normal keçib. X7 antibiotik vurulub, bundan sonra 2 dəfə qıcolmaları olub, 2 saylı klinik psixi xəstəxanada müayinə və müalicədə olub. Ərizəçinin müraciətinin səbəbi, oğlu 05 mart 2005-ci il təvəllüdlü X3 xəstəliyi, yəni, psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunmağının zərurəti ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ İİİ 596555 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 591 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X8r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 X5 xx.xx.2023-cü il tarixli, 4184 nömrəli rəyinə əsasən X7 “Ağır dərəcəli əqli gerilik, davranış pozuntusu ilə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 5019 nömrəli çıxarışına əsasən X7 “Ağır dərəcəli əqli gerilik F72.0” diaqnozu qoyulub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan 068484 nömrəli çıxarışına əsasən X10 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər Yasamal rayon 10 saylı Uşaq Poliklinikasında müalicə almış və ona əsas xəstəlik üzrə “Ağır dərəcəli əqli gerilik”, əsas xəstəliyin ağırlaşması üzrə “Davranış pozuntuları ilə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsinin 10 nömrəli Uşaq Poliklinikasının 06 iyun 2023-cü il tarixli 119 nömrəli Köçürülmə Epikrizinə əsasən X7 “F72.1 Ağır kəmağıllılıq. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. F80.0 Nitq inkişafının spesifik pozuntusu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29/2020 nömrəli Ambulator Kitabçadan çıxarışına əsasən X10 1 saylı Respublika Psixiatriya xəstəxanasında müalicə almış və ona əsas xəstəlik üzrə “Ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu”, əsas xəstəliyin ağırlaşması üzrə “nitq inkişafının spesifik pozuntusu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3300/20 nömrəli Ambulator Kitabçadan çıxarışına əsasən X10 xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixə qədər Yasamal rayon 10 saylı Uşaq Poliklinikasında müalicə almış və ona “Ağır kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntusu” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışa əsasən X7 “Ağır dərəcəli əqli gerilik. İntellekti kəskin geri qalır, nitqi inkişaf etməyib. Ona olan müraciəti anlamır, özünü sərbəst idarə etmir. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Narahatlıq və oyanıqlıq. Əsəbilik və qıcıqlanma müşahidə olunur” diaqonozu qoyulub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasının 0102003AAA6Y nömrəli göndərişinə əsasən xəstəliyin xx.xx.2005-ci il tarixdən başladığı, xroniki və ağır olduğu müəyyən olunub. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin X10 haqqında olan xx.xx.2025-ci il tarixli 1706 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 1706 saylı rəyinə əsasən X4 “AĞİR DƏRƏCƏLİ (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ” (F72.1) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş tramvası ilə doğulması, erkən psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar evdə təhsil alması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X2”da müayinədə olması və onda “Ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları ilə. Daim kənar şəxslərin himayəsinə ehtiyacı var. F72.1, İQ-20” diaqnozunun qeyd edilməsi), hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat görünməsi, simasında çaşqın ifadənin olması, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. xx.xx.2005-ci il təvəllüdlü X4 ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. xx.xx.2005-ci il təvəllüdlü X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməyə kifayət qədər əsaslar vardır. Bundan başqa iş materiallarına X7 aid video və fotoşəkilləri əks etdirən flash kart əlavə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-ci maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 317-321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən X10 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar