Məhkəmə qərarları › İş №2(004)-2761/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2761/2025

10.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2761/2025 10.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X13 cəlb edilməklə “miras payının qiymətləndirilməsi və dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “miras payının qiymətləndirilməsi və dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, X4 məxsus olmuş "Volkswagen Polo" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə İddiaçı miras əmlakdan 1/3 hissədə payının 5.000 (beş min) manat həcmində qiymətləndirilməsi və dəyərinin ödənilməsini təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanun qüvvəyə minmiş qətnaməsinə əsasən, 7 sayli "Asan" xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. X4 məxsus olmuş "Volkswagen Polo" markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh miras payı müəyyən edilmişdir. Miras əmlakın İddiaçı payına düşən 1/3 hissəsində dəyərinin müəyyən edilməsi və pulla kompensasiya ödənilməsi barədə cavabdeh tərəfə xx/xx/2025-ci il tarixli yazılı müraciət göndərilmiş və qısa müddət ərzində yazılı müraciətə münasibət bildirilməsi təklif olunmasına baxmayaraq bu günə kimi cavabdeh tərəfindən qərəzli olaraq bu və ya digər şəkildə hər hansi bir münasibət bildirilməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddianın tam rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüquqlarını müdafiə etdiyi Cavabdeh qarşı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü tarixli icra sənədinə əsasən X4 məxsus olmuş Volkswagen Polo markalı, ** SF *** dövlət qeydiyyat nişanlı miras avtomobilinə miras əmlakdan üçdə bir hissədə payının 5000 manat dəyərində qiymətləndirilməsi və dəyərinin ödənilməsi barədə iddia qaldırmışdır. İddia ilə qətiyyən razı deyillər və ümumiyyətlə qəbul etmirlər. Belə ki, mirasqoyan (ata) X10 olduqda, İddiaçı atası ilə birgə yaşamayıb, ailədədaxili münaqişə yaradaraq dalaşıb və evi tərk etmişdir. Ata Cavabdeh müalicəsi, qulluğu ilə bağlı xərclər, məişət, gündəlik ehtiyacları və digər zəruri xərclər mərhumun oğlu Cavabdeh və həyat yoldaşı Aidə İbrahimova tərəfindən qarşılanmışdır. Belə halda iddiaçının vərəsə kimi əmlak tələb etməyə mənəvi hüququ yoxdur. İddiaçı hüququndan sui-istifadə edir. Miras qoyan sağlığında Cavabdeh mülkiyyətində olan avtomobilin idarə olunması, istifadəsi, həmçinin bütün daşınar və daşınmaz əmlakların istifadəsi və idarə olunması ilə bağlı etibarnamələr vermişdir. Bu da o deməkdir ki, mərhum mülkiyyətində olan əmlakların istifadə və idarəsini özünün də iradəsi və razılığı olmaqla rəsmi formada oğlu Cavabdeh həvalə etmişdir. Qeyd edilən hallardan göründüyü kimi, mübahisə predmeti olan, VOLKSWAGEN POLO markalı, ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh idarəsində olmuşdur. Bu faktı iş üzrə keçirilən məhkəmə baxışı zamanı İddiaçı ünvanlanan suala verdiyi cavabı da təsdiq edir. Belə ki, İddiaçı verilən suala cavab olaraq bildirmişdir ki, miras qoyan vəfat edən ərəfədə (may ayının sonunda) ** SE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh idarəsində olmuşdur. Bu da o deməkdir ki, Cavabdeh tərəfindən vərəsəlik üzrə miras əmlakı faktiki qəbul edilmiş və idarə olunmuşdur. Daha sonra İddiaçı Cavabdeh sözügedən nəqliyyat vasitəsini satdığı X8 üçüncü şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatət təmin olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 "Volkswagen Polo" markalı maşını təxmini 3 il əvvəl 4500 manata aldığını, 3 gün sonra turbo.az saytından satdığını, maşının satışından ona 6000 manat pul çatdığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 329/2024 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1062/2023 saylı, 12 may 2023-ci il tarixli qətnaməsi apellyasiyanın baxışının predmeti olan hissədə ləğv edilərək, 7 saylı Bakı “ASAN xidmət" mərkəzinin Notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, X4 məxsus olmuş “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh miras payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan tələbkar İddiaçı borclu Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli müraciətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qanun qüvvəyə minmiş qətnaməsinə əsasən, 7 sayli "Asan" xidmət mərkəzinin notariat ofisi tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-89 nömrə ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş və X4 məxsus olmuş "Volkswagen Polo" markalı **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1/3 hissədə İddiaçı, 2/3 hissədə Cavabdeh miras payı müəyyən edilmişdir. Hal-hazırda mübahisə predmeti olmuş miras əmlakın alqı-satqı olduğu vaxt bazar qiymətindən əldə edilmiş pul məbləğinin 1/3 hissədə onun tərəfindən ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Satıcı Cavabdeh ilə X6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Satıcı “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili 4800 manata Alıcıya satmışdır. İş materiallarında olan X5 ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Satıcı “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili 9000 manata Alıcıya satmışdır. İş materiallarında olan X7 ilə X1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Satıcı “VOLKSWAGEN POLO minik" markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata Alıcıya satmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, CC/0xx/xx-2025 nömrəli qiymətlənidirilmə rəyinə əsasən ** SE *** dövlət qeydiyyat nişanlı “Volkswagen Polo” markalı avtomobilin 2022-2023-cü illər üçün real bazar dəyəri yuvarlaq olaraq 8100 AZN (səkkiz min yüz manat) səviyyəsində müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 06 dekabr 2024-cü il tarixli 02/2024 nömrəli Qərardadın: 11-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-329/2024 nömrəli qətnaməsi ilə X4 (iddiaçı və cavabdehin atası) məxsus olmuş “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə 7 saylı “ASAN xidmət” mərkəzinin Notariat ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin avtomobil üzrə İddiaçı 1/3, Cavabdeh isə 2/3 miras payı müəyyən edilmişdir. Mübahisə predmeti olan avtomobil Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında üçüncü şəxsə satılmışdır. Hazırda İddiaçı ümumi paylı mülkiyyətdə olan “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 1/3 hissədə payının 5.000 (beş min) manat məbləğində qiymətləndirilməsi və həmin dəyərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnaməsinin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmuşdursa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malikdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli nəqliyyat vasitəsi üzərində İddiaçı 1/3, Cavabdeh isə 2/3 miras payı müəyyən edildiyindən, göstərilən hallar hazırkı iş üzrə tərəflər üçün preyudisial əhəmiyyət daşıyır və yenidən araşdırılmasına, eləcə də mübahisələndirilməsinə yol verilmir. İş materiallarından müəyyən olunur ki, mübahisə predmeti olan “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəfindən X12 4.500 manata satılmış, daha sonra həmin avtomobil xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında X13 tərəfindən X15 9.000 manata satılmış, daha sonra xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən X18 tərəfindən X2 10.000 manata satılmışdır. Göründüyü kimi, mübahisə predmeti olan nəqliyyat vasitəsi Cavabdeh tərəfindən üçüncü şəxsə özgəninkiləşdirilmiş, sonradan isə digər şəxslər arasında təkrar alqı-satqı predmetinə çevrilmişdir. Bu səbəbdən avtomobil artıq tərəflərin faktiki sahibliyində və ümumi paylı mülkiyyətində olmadığından, iddiaçının 1/3 payının naturada ayrılması və ya ona faktiki təhvil verilməsi obyektiv olaraq mümkün deyildir. Əmlakın mövcud hüquqi və faktiki vəziyyəti naturada bölgünü istisna etdiyindən, iddiaçının pay hüququnun bərpası həmin paya uyğun dəyərin pul şəklində kompensasiya edilməsi yolu ilə təmin oluna bilər. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-2023-cü illər üçün real bazar dəyəri yuvarlaq olaraq 8100 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iş üzrə toplanmış digər sübutlarla birlikdə qiymətləndirərək hesab edir ki, avtomobilin real bazar dəyəri satıldığı dövrə münasibətdə 8100 manat məbləğində qəbul edilməli və İddiaçı “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1/3 miras payının əvəzi olaraq 2700 (8100 / 3 * 1 = 2700) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1/3 miras payının əvəzi olaraq 2700 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “Volkswagen Polo” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində 1/3 miras payının əvəzi olaraq 2700 (iki min yeddi yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar