Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2771/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-ə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi, mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 vəsatətinin təmin edilməsini və mülki işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil yazılı vəsatətini məhkəmə dəftərxanası vaitəsiylə təqdim edərək bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin 2 (004)-5019/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi, mənzillərin ona təhvil verilməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Daha sona Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2821/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Yasamal rayon Məhkəməsinin 2 (004)-5019/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi, mənzillərin ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra iddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2821/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)-1486/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil İddiaçı Cavabdeh1 MMC-ə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsi” tələbinə dair mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPMnin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2821/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yasamal rayon Məhkəməsinin 2 (004)-5019/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 500-cü məhəllədə inşa edilmiş binanın mansard mərtəbəsində olan 76, 77, 78, 79 və 80 saylı mənzillərə dair Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdehin adına verilmiş çıxarışların ləğv edilməsi, mənzillərin ona təhvil verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Elektron məhkəmə portalının çıxarışından müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2 (102)- 1486/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2821/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göstərilənlərə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 MMC-ə və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzillərin təhvil verilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2771/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2771/2021
15.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver