Məhkəmə qərarları › İş №2(004)-2775/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2775/2020

01.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2775/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh “xxxxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı rayon Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Suraxanı rayon Sukanal İdarəsinin xx.xx.2019-cu il tarixli MXD-11058 nömrəli İnventar Aktının ləğv edilməsi və bu Aktın əsasında hesablanmış 2.196 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra əsl cavabdeh olmayan Suraxanı rayon Sukanal İdarəsi əsl cavabdeh “xxxxxx” ASC ilə əvəz edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1025/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş ərazi aidiyəti baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuşdur. İşin məhkəmə baxışı iclası xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmənin əvvəlki iclasında məhkəmə bildirişi təqdim edilmişdir. Lakin İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh “xxxxxx” ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, izahatında mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədi və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin çağırışına gəlmədiyi, cavabdehin nümayəndəsi işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.7-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.7, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar