Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2787/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 25 nömrəli mənzil üzrə **********20025 nömrəli abunə koduna hesablanmış 835 manat borcun silinməsinin cavabdeh "xxxx" ASC-nin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Viktor Seryogin küçəsi 2 nömrəli evin 25 nömrəli mənzilini xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 almışdır. Mənzili öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirmiş və xx.xx.2022-ci il tarixli elektron çıxarış əldə etmişdir. Mənzil alan zaman abunə kodunu internet vasitəsilə yoxlamışlar və borc olmadığı müəyyən edilmişdir. Hazırda mənzilin **********20025 nömrəli abunə kodunu öz adına keçirmək üçün “ASAN Kommunal” mərkəzinə müraciət etmişdir. Bu zaman ona bildirmişlər ki, abunə hesabında 835 manat köhnə borc vardır və borcun silinməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hesab edir ki, bu borc onun mənzili aldığı vaxtdan əvvəlki dövrə aid olduğuna görə onun hesabından silinməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi yerləşdirilməklə məlumat verilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, X4 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Viktor Seryogin küçəsi 2 nömrəli evin 25 nömrəli mənzilini İddiaçı 65.000 manat satmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********81-05101-093015 reyestr nömrəli elektron çıxarışdan müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Viktor Seryogin küçəsi 2 nömrəli evin 25 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" ASC-nin verdiyi **********20025 nömrəli abunə kodundan xx.xx.2024-cü il tarixli çıxarışdan müəyyən edilir ki, X3 adına olmuş xx.xx.2000-ci il tarixli ********** nömrəli müqavilə üzrə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Viktor Seryogin küçəsi 2 nömrəli evin 25 nömrəli mənzilində elektrik enerjisindən istifadəyə görə 835,97 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Göründüyü kimi, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Viktor Seryogin küçəsi 2 nömrəli evin 25 nömrəli mənzilini İddiaçı xx.xx.2022-ci il tarixdə keçmiş mülkiyyətçi X1 almışdır və hesablanmış 835 manat borc həmin tarixdən əvvəlki dövrə aiddir. Bu borcun yaranmasına görə iddiaçı məsuliyyət daşımır. Bu səbəbdən həmin borc iddiaçının abunə hesabından silinməlidir. Cavabdeh "xxxx" ASC hesablanmış 835 manat borcun ödənilməsini mənzilin əvvəlki mülkiyyətçi X2 tələb etmək hüququna malikdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 25 nömrəli mənzil üzrə **********20025 nömrəli abunə koduna hesablanmış 835 (səkkiz yüz otuz beş) manat borcun silinməsi cavabdeh "xxxx" ASC-nin öhdəsinə qoyulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 25 nömrəli mənzil üzrə **********20025 nömrəli abunə koduna hesablanmış 835 (səkkiz yüz otuz beş) manat borcun silinməsi cavabdeh "xxxx" ASC-nin öhdəsinə qoyulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2787/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2787/2024
21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver