Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2796/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, müstəqil tələb irəli sürən üçüncü şəxslər X38 və X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X65 və X39 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X65 və X54 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 12 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun itirilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və müstəqil tələb irəli sürən üçüncü şəxslər X38, X44, X30, X9 və X10 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 12 saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququnun itirilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 12 saylı Notariat ofisinə qarşı iddia ərizədi ilə 02.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X81 oğlunun adında X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə X40 vərəsəlik hüququnun itirilməsi, həmin hissəyə onun və digər vərəsələrin əmlak hüquqularının tanınması vəvərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 20.05.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X65 və X54 cəlb olunmaqla Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X81 oğlunun adında X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə X40 vərəsəlik hüququnun itirilməsi, həmin hissəyə onun və digər vərəsələrin əmlak hüquqularının tanınması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.06.2021-ci il tarixdə İddiaçı yernidən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X81 oğlunun adında X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hisəssinə X40 vərəsəlik huququnıın itirilməsi və həmin hissəyə mərhumun vərəsəliyi qəbul etmiş vərəsələri: X45 miras əmlakın 2/12 hissəsinin 1/3 hissisinə, X24 2/12 hissənin 1/6 hissəsinə, X31 2/12 hissənin 1/6 hissəsinə (X41 vərəsələri), X6 2/12 hissəsinin 1/6 hissəsinə, X2 vərəsələri X14 2/12 hissəsnin 1/6 hissəsinin ¾ hissəsinə (Cəbrayılov Cavanşirin digər vərəsələri X15 və X25 öz paylarından qardaşları X11 xeyrinə imtina etmişdirlər) və X42ma 2/12 hissənin 1/6 hissəsinin ¼ hissəsinə mülkiyyət hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X65 və X54 cəlb olunmaqla X81 oğlundan miras qalmış Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə 1/3 hissədə onun vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X38, X44, X30, X9 və X26 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 12 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə 21.06.2021-ci il tarixdə müraciət edərək Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X66nun adında X55 üçün açıq saxlanılmış miras əmlakın 2/12 hisəssinə X40 vərəsəlik huququnun itirilməsi və həmin hissəyə mərhumun vərəsəliyi qəbul etmiş vərəsələri: İddiaçı miras əmlakın 2/12 hissəsinin 1/3 hissəsinə, X23 2/12 hissənin 1/6 hissəsinə X27 2/12 hissənin 1/6 hissəsinə (X41 vərəsələri), X3 2/12 hissəsinin 1/6 hissəsinə, X2 vərəsələri X10 2/12 hissəsinin 1/6 hissəsinin ¾ hissəsinə (Cəbrayılov Cavanşirin digər vərəsələri X15 və X25 öz paylarından X11 xeyrinə imtina etmişdir) X16 2/12 hissənin 1/6 hissəsinin ¼ hissəsinə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, İddiaçı 1947-ci ildə ünvan 5 ünvanda da yaşayır. ünvan 6 ildə vərəsəlik yolu ilə beş vərəsə arasında bölünərək onların paylı mülkiyyətinə keçmişdir. Hüquqi sahiblərinin adları və payları belə olmuşdur: X12: 1/12, X56: 2/6=4/12, Əli Cəbrayıl oğlu: 2/12, İddiaçı: 2/6=4/12, X28: 1/2. X5 Tofıqin atasıdır. Əli Cəbrayıl oğlunun 8 övladı olub: X56, X32, X57, X48, X67, X33, X55, İddiaçı. X22 Vətən Müharibəsində itkin düşmüşdür. X67 erkən yaşlarda rəhmətə getmişdir. X33 digər vərəsələrin xeyrinə miras payından imtina etmişdir. X48 digər vərəsələrin xeyrinə miras payından imtina etmişdir. X32 2/12 payını almışdır. X56 4/12 payını alıb. İddiaçı 4/12 payını almışdır. X55 isə 1983-cü ildə rəhmətə getmiş, vərəsəliyi qəbul etməmişdir. Ümumiyyətlə isə başqa ünvanda yaşamışdır. Vərəsəlik açılan zaman isə onun adı vərəsələrin siyahısında olduğu üçün miras payın 2/12 hissəsi Əli Cəbrayıl oğlunun adında açıq saxlanmışdır. Notariat kontorunda olanda ataları Əli Cəbrayıl oğlunun bütün övladlarının adını vərəsələr siyahısına daxil etmişlər. Belə ki, 2003-cü ildə vərəsəlik açılan zaman artıq iddiaçının X81 oğlunun ölümündən 55 il keçmişdir. Vərəsələr isə vərəsəliyi miras əmlakını həmin fərdi yaşayış sahəsində yaşamaqla yəni ona sahiblik etməklə və eləcə də onu faktiki idarə etməklə qəbul etdiyi üçün X34 başqa bütün vərəsələr qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. X40 isə qeydiyyatı başqa ünvan olduğu və fakiti olaraq başqa ünvanda yaşadığı üçün həmin vaxt onun övladları vərəsəliyi qəbul edə bilməmişlər. Çünki onlar tərəfindən vərəsəliyin qəbulu üçün lazımi sənədləri təqdim etmək mümkün olmamışdır. Həmçinin qeyd edir ki, iddiaçı olan İddiaçı qanun üzrə vərəsələrdən yeganə həyatda olan şəxsdir. Doğulan gündən indiyə kimi həmin ünvanda özünün payına bitişik olan X81 oğlunun adına açıq qalan hissədə yaşayır. Atasından qalmış miras əmlakın 2/12 hissəsinə vərəsəlik hüquqlarının tanınması iddiaçının qanuni haqqıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X38 izahat verərək bildirir ki, mirasdan onun haqqı olan payın verilməsini xahiş edir. Bildirir ki, onlar həm də həmin həyətin vergisini də ödəmişlər. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X9 izahat verərək bildirir ki, mirasdan onun haqqı olan payın verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X65 izahat verərək bildirir ki, atası ailədə ən böyük qardaş olmuşdur. Həmin evdə doğulmuş və orada yaşamışdır. Sonra münasibətlər pozulduğundan atası həmin evdən çıxmış, evi Tofiq əmisinə vermişdir. O, 2003-cü ildə payı öz adına keçirmək üçün notariusa getmiş, lakin notarius bildirmişdir ki, Əli Cəbrayıl oğlunun vərəsələri olan oğullarından ikisi sağ olduğu üçün ikisindən biri notariusa gələrək etiraz etmədiyini bildirməlidir. Lakin heç biri ona pay vermək istəmədiyini bildirərək notariusa gəlməmişdir. Notarius isə imtina edərək məhkəməyə müraciət etmək hüqunu izah etmişdir. İddia tələbinə etiraz edir. Onun vəfat etmiş qardaşının haqları da tapdalanmışdır. Onlar əmlakı baha qiymətə satıb varlanmaq istəyirlər. Atasının payı açıq qalmışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X54 izahat verərək bildirir ki, ona atasının əmlakından heç nə verilməmişdir. Hazırda ayrı evdə yaşayır. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər 12 saylı Notariat Ofisi 30.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına 2/36 hissəsi açıq qalmaqla, 1/12 hissə X13 adına, 4/12 hissə İddiaçı adına, 1/36 hissə X16 adına, 2/12 hissə X23 adına, 2/12 hissə X27 adınavə 2/12 hissə Əli Cəbrayıl oğlunun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Bakı şəhər 12 saylı Notariat ofisinin 11.03.2021-ci il tarixli, 792 nömrəli məktubuna əsasən X78 1-ci növbəli 6 vərəsəsi olub və onlardan ikisi digər vərəsələrin xeyrinə miras əmlakdan imtina etmiş, 3 vərəsə isə vərəsəlik üzrə onlara çatası payları almışdır. Yəni onlara miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilmişdir. Yalnız bir vərəsə mirasa dair şəhadətnamə almamış və həmin hissə mərhumun adında açıq saxlanmışdır. Açıq saxlanmış hissəyə qanun üzrə vərəsəlik hüquqlarınızın tanınması üçün Sizin məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan Bakı şəhər 12 saylı Notariat kontoru tərəfindən verilmiş 03.07.2001-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən 16.04.1948-ci il tarixdə vəfat etmiş Əli Cəbrayıl oğlunun vərəsəsi X32 29.08.1983-cü il tarixdə vəfat etdiyindən onun vərəsəsi nəvəsi X4r. İş materiallarında olan Bakı şəhər 12 saylı Notariat kontoru tərəfindən verilmiş 07.08.2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən 16.04.1948-ci il tarixdə vəfat etmiş Əli Cəbrayıl oğlunun vərəsələri İddiaçı və X46r. İş materiallarında olan Bakı şəhər 12 saylı Notariat kontoru tərəfindən verilmiş 08.08.2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətinə əsasən 16.04.1948-ci il tarixdə vəfat etmiş Əli Cəbrayıl oğlunun vəfatından sonra oğlu 29.08.1983cü il tarixdə vəfat etmiş X17 vərəsəsi X7r. İş materiallarında olan 17.04.1949-cu il tarixli, 035321 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Əli Cəbrayıl oğlu 16.04.1948-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan X18 ərizəsinə əsasən o, X81 oğlundan miras qalmış Bakı şəhəri, Qədirli küçəsi 8 saylı mülkdən ona düşən paydan qardaşları İddiaçı və X41 xeyrinə imtina etmişdir. İş materiallarında olan 26.09.1963-cü il tarixli, 170689 nömrəli ölüm haqqında şəhadətnaməninsurətinə əsasən X67 25.09.1963-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan 22.12.1983-cü il tarixli, 433728 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1947-ci il tarixdə Bakıda anadan olmuşdur. X58r. İş materiallarında olan Bakı şəhər 12 saylı Notariat ofisinin 06.02.2019-cu il tarixli, 114 nömrəli məktubuna əsasən X2 birinci növbəli dörd vərəsəsi vardır və onların hər biri bərabər payda, yəni ¼ hissədə pay verilməlidir. Eyni zamanda mərhumun həyat yoldaşı 18.11.2016-cı il tarixdə digər üç vərəsə barədə məlumat verməyərək 1/3 hissədə pay almışdır və həmin vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi səlahiyyətləri xaricindədir. Bunun üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Bakı şəhər 12 saylı Notariat Kontorunun, 04.10.2003-cü il tarixli qərarına əsasən X47 qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinə dair əməliyyatın aparılmasından imtina edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2-(004)-2566/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Qədirli küçəsi, 8 saylı ev X8 atası X2 mülkiyyətində olmuş 1/6 hissəsinin 1/36 hissəsinə X16 adına verilmiş 18.11.2016cı il tarixli qanun üzrə vərəslik haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin miras əmlak üç vərəsə X15, X25 və X30 arasında bərabər bölünmüşdür. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-11966/2019 nömrəli iş üzrə 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2654/2021 saylı, 31.05.2021-ci il tarixli qərarına əsasən iddiaçı və cavabdehlər X26, X25, habelə X35 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilmişdir: “İlkin iddiaçı X15 ilə birinci növbəli vərəsə X25 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin ataları X2 mülkiyyətində olmuş 1/12 hissəsi üzrə vərəsəlik paylarından qarşılıqlı iddiaçı X10 xeyrinə imtina edirlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi X14 vərəsə payı ayrılmasına etiraz etmirlər. X25 2 (iki) azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Qədirli küçəsi 8 saylı evdən 10 (on) gün müddətində qeydiyyatdan çıxmalarını öhdələrinə götürür. Qarşılıqlı iddiaçı X26, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7637/2017 saylı, 02 avqust 2017-ci il tarixli icra sənədi üzrə özünün, həyat yoldaşı X19, 14.02.2006-cı il təvəllüdlü X20 və 29.07.2007-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 36 saylı evin 43 saylı mənzilindən istifadə hüquqlarından (mənzildə yaşamaq hüquqlarından) imtina edirlər və həmin mənzildən 10 gün müddətində ailə üzvləri ilə birlikdə (özü, həyat yoldaşı və uşaqları ilə birlikdə) qeydiyyatdan çıxmaları barədə öhdəlik götürürlər. Tərəflərin gələcəkdə bir-birinə qarşı yuxarıda göstərilən tələblər üzrə heç bir tələbi və şikayəti olmayacaqdır. Tərəflər bu Sazişin bəndləri ilə üzərlərinə düşən öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, əqdin etibarsızlığının nəticələri ilə bağlı qanunvericilikdə müəyyənləşdirilmiş qaydalar (ikitərəfli restitusiya) tətbiq edilir.” Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6829/2020 nömrəli iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Əli Cəbrayıl oğlundan miras qalmış əmlakdan Tofiq 4/12, Əfqan 2/12, Nizami 2/12, Zərifə 1/36, Cavanşir 2/36 açıq saxlanılmaqla, İntiqam 1/12 pay almışdır. Daha sonra Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2-(004)-2566/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsinə əsasən X2 mülkiyyətində olmuş 1/6 hissəsinin 1/36 hissəsinə X16 adına verilmiş 18.11.2016-cı il tarixli qanun üzrə vərəslik haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin miras əmlak üç vərəsə X15, X25 və X30 arasında bərabər bölünmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2654/2021 saylı, 31.05.2021-ci il tarixli qərarına əsasən iddiaçı və cavabdehlər X26, X25, habelə X35 arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilmişdir: “İlkin iddiaçı X15 ilə birinci növbəli vərəsə X25 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 8 saylı evin ataları X2 mülkiyyətində olmuş 1/12 hissəsi üzrə vərəsəlik paylarından qarşılıqlı iddiaçı X10 xeyrinə imtina edirlər və həmin miras əmlak üzrə birinci növbəli vərəsə kimi X14 vərəsə payı ayrılmasına etiraz etmirlər. Hazırda vərəsələr X55 üçün açıq qalmış 2/12 hissənin öz aralarında bölüşdürülməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, X55 üçün açıq qalmış 2/12 hissənin vərəsələr arasında vərəsəlik paylarına uyğun bölüşdürləməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1923-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin 487-ci, 488-ci və 499-cu maddələrinə müvafiq olaraq, qanun və vəsiyyət üzrə vərəsəliyə yol verilir. Hər iki əsas üzrə vərəsəliyə çağırılan şəxslərin dairəsi enən xətt üzrə (uşaqlar, nəvələr, nəticələr) və sağ qalmış ər (arvad), həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl ən azı bir il onun himayəsində olan əməyə bacarıqsız və imkansız digər şəxslərlə məhdudlaşır. Mirasın açıldığı yerdə olan vərəsə mühafizə tədbirlərinin görüldüyü gündən 3 ay ərzində mirasdan imtina etməzsə mirası qəbul etmiş hesab olunur. Vərəsə digər vərəsələrin gəlməsini gözləmədən miras əmlakı idarə etməyə başlaya bilər. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əli Cəbrayıl oğlundan miras qalmış Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə 1/3 hissədə İddiaçı vərəsəlik hüququ tanınsın. Müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiası qismən təmin edilsin. Əli Cəbrayıl oğlundan miras qalmış Bakı şəhəri, Qədirli küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evinin X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə 1/6 hissədə X23, 1/6 hissədə X27 , 1/6 hissədə X3, X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə 1/6 hissənin 1/3 hissəsində X16, X55 üçün açıq saxlanılmış miras əmlakının 2/12 hissəsinə 1/6 hissənin 2/3 hissəsində X10 vərəsəlik hüquqları tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2796/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2796/2021
29.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver