Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2808/2020 18.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə5, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “yaşayış sahəsinin ümumi yığıncağının qərarının təqdim olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MTKnın xeyrinə 3030,48 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdlr ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi- 140,3. kv.m, 131 saylı mənzil xx.xx.2005-ci il tarixli 02 saylı «Kooperativ mənzil tikinti haqqında müqavilə»yə əsasən Cavabdeh məxsusdur. Həmin mənzilin aylıq kommunal xərcləri 84,18 manat təşkil edir. Cavabdeh razılaşdırılmış kommunal xidmət haqlarını gecikmələrlə ödəsə də, artıq 36 aydır ki, dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq heç bir ödəmə aparmır. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci tarixində 84,18 AZN ödəniş aparsa da, xx.xx.2020 ci il tarixə kimi heç bir ödəniş aparmamış (36 ay x 84,18AZN= 3030,48 azn ) və həmin tarixə olan borcu 3030,48 manat təşkil edir. Kommunal xidmət haqlarına dair mütəmadi ödənişlər aparmaqla cavabdeh buna dair MTK qarşısında öhdəliklərin daşıyıcı olmasını təsdiq etsə də, son aylarda bu öhdəliklərinə vicdanla yanaşmır, bu isə MTK-nın gəlirlərinə öz mənfi təsirini göstərir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “yaşayış sahəsinin ümumi yığıncağının qərarının təqdim olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, pay haqqını tam ödədiyi barədə maliyyə arayışının və yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının ona təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-c ilin dekabr ayında pay haqqını tam şəkildə ödəyib qurtardığına görə (pay haqqınını tam şəkildə ödənilməsi barədə kassa mədaxil orderlərinin qəbzləri mövcuddur) Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən yaşayış sahəsinə Cavabdeh mülkiyyət hüququ əldə etmiş, lakin mənzil-tikinti kooperativinin işçilərindən dəfələrlə tələb etməsinə baxmayaraq, bu günə qədər nə pay haqqını tam ödəməsi barədə maliyyə arayışını, nə ona yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını, həmçinin verilən mənzilin plan-cizgisini əldə edə bilməmişdir. Beləliklə, Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqm ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən ona yaşayış sahəsinin verildiyi andan yarandığına, lakin mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı çıxarılmadığına və ona təqdim olunmadığına görə onun yaşayış sahəsinə görə haqqın ödənilməsi vəzifəsi yaranmamış hesab edilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə5 iddia ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, cavabdeh 2017-ci ilin may ayından kommunal xərcləri MTK-ya ödəmir və səbəb olaraq da çıxarış əldə etmək üçün sənəd almaq lazım olduğunu bildirir. Cavabdehin mənzilində müəyyən dəyişiklik olmuşdur, ona görə də ona sənəd verilməmişdir. Onlar həmin mənzildə hansı dəyişiklik olmasına baxmaq üçün mənzilə baxmaq istəsə də onları evə buraxmamışdırlar. Cavabdehin mənzilinin ümumi sahəsi 140.3 kvadrat metrdir və 2017-ci ilin aprel-may aylarından mənzilin hər kvadrat metri üçün 0,60 manatdan hesablanmaqla borcu yaranmışdır. MTK təklif edir ki, cavabdeh tərəf kommunal xərcləri onlara ödəsin və tələb etdiyi sənədləri götürsün. Şəxs mənzil aldıqdan sonra təmirə gələn gündən onunla təmir müqaviləsi bağlanır, mənzil ölçülür və həmin gün şəxsə təhvil verilir. Şəxs təmir etməyə başladığı gündən kommunal xərcləri ödəməyə başlayır. Cavabdeh tərəf də təxminən 4-5 il əvvəl mənzili təmir etdirmişlər. O, məhkəmədən bütün bunları nəzərə alaraq ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış sahəsi verilir. Həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin plan-cizgisi bu qərara əlavə olunmalıdır. Cavabdeh 2008-ci ilin dekabr ayında pay haqqını tam şəkildə ödəyib qurtarmış, lakin mənzil-tikinti kooperativinin işçilərindən dəfələrlə tələb etməyinə baxmayaraq, bu günə qədər nə pay haqqını tam ödəməyi barədə maliyyə arayışını, nə də yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarını, həmçinin verilən mənzilin plan-cizgisini əldə edə bilməmişdir. Beləliklə, Mənzil Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqının ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yarandığına, lakin mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı çıxarılmadığına və ona təqdim olunmadığına görə onun yaşayış sahəsinə görə kommunal haqqın ödənilməsi vəzifəsi yaranmamış hesab edilir. Odur ki, o, məhkəmədən ilkin iddianın rədd olunması, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Lakin daimi olaraq yaşaya bilmir. Belə ki, yaşamağa imkan verilmədikdə ailəsi ilə birlikdə atasıgilin evinə köçür və bir müddət orada qalırlar. Bina 30 sot torpaq sahəsinin içərisində 12 sot torpaq sahəsində tikilmişdir. Lakin binanın həyətinə avtomobil saxlamaq üçün onlara icazə verilmir. Onlar evə gəlmək üçün məcbur olub azyaşlı uşaqlarla və ağır yüklə uzaq yol getmək məcburiyyətində qalırlar. Bununla bağlı onun səhhətində problem də yaranmışdır. Odur ki, o, məhkəmədən ilkin iddianın rədd olunması, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış Koorperativ Mənzil Tikinti Haqqında müqavilədən görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3. kv.m, 131 saylı mənzil X2 tərəfindən alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 161 saylı Maliyyə Arayışından görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3. kv.m, 131 saylı mənzil dəyəri Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir, onun MTK-ya borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Arayışdan görünür ki, Bakı şəhəri Xətai prospekti - 40 ünvanında İddiaçı MTK -ya məxsus yaşayış binasındakı 131 saylı mənzil Cavabdeh məxsusdur. Həmin mənzilin ümumi sahəsi - 140,3 kv.m təşkil edir. Cavabdeh İddiaçı MTK-ya kommunal xərclər üçün sonuncu ödənişi 2017-ci ilin aprel ayı üçün etmiş, xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir. Mənzilin ümumi sahəsi - 140,3 m2 x 0,60 qəp (1 m " dəyəri )= 84,18 man (mənzilin 1 aylıq kommunal xərci). 2020-ci ilin aprel ayına 131 saylı mənzilin sahibi Cavabdeh İddiaçı MTK-ya 3030,48 man borcu yaranmışdır. İş materiallarında olan 148373 saylı Mədaxil qəbzindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 84 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, İddiaçı MTK-nın ümumi yığıncağının 01 saylı protokolundan görünür ki, "İddiaçı" MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillər üçün (yaşayış və köməkçi sahə daxil olmaqla) xx xxxxxx 2018-ci il tarixindən 1 m2 6-cı mərtəbəyədək 0.50 manat, 7-ci mərtəbədən 1 m2 0, 60 manatdan yığılması qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətiər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək, bu Məcəilə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid ediimiş digər məsələlər aiddir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəs mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 138.5-ci maddəsinə görə isə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə “xxxx” MTK arasında bağlanmış Koorperativ Mənzil Tikinti Haqqında müqaviləyə əsasən Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3 kv.m, 131 saylı mənzil X1 məxsusdur. Hazırda ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqları üzrə borc tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MTK-nın xeyrinə 3030,48 manat ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, İddiaçı MTK-nın ümumi yığıncağının 01 saylı protokolundan görünür ki, "İddiaçı" MTK-nin inşa etdiyi yüksəkmərtəbəli yaşayış binasının sakinlərin istifadəsində olan mənzillər üçün (yaşayış və köməkçi sahə daxil olmaqla ) xx xxxxxx 2018-ci il tarixindən 1 m2 6-cı mərtəbəyədək 0.50 manat, 7-ci mərtəbədən 1 m2 0, 60 manatdan yığılması qərara alınmışdır. Həmçinin iş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MTK-ya kommunal xərclər üçün sonuncu ödənişi 2017-ci ilin aprel ayı üçün etmiş, xx.xx.2018-ci il tarixdən ödəniş etməmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı Mənzil Tikinti Koorperativinin xeyrinə 3030,48 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı MTK tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MTK-nın xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qarşılıqlı iddia ərizəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, yaşayış sahəsinin verilməsi barədə İddiaçı Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh təqdim olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3 kv.m, 131 saylı mənzil X1 təhvil verilmişdir. Onun MTK-ya heç bir borcu yoxdur. Ona görə də qarşılıqlı iddia ərizəsi yaşayış sahəsinin verilməsi barədə İddiaçı Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi yığıncağının qərarının Cavabdeh təqdim olunması hissəsində təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 30 manat dövlət rüsumu İddiaçı Mənzil Tikinti Koorperativindən tutularaq Cavabdeh ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, qarşılıq iddia ərizəsi pay haqqını tam ödədiyi barədə maliyyə arayışının təqdim olunması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, 161 saylı Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai prospekti 40a ünvanında İddiaçı MTK-nın inşa etdiyi yaşayış binasında İİİ giriş, 7-ci mərtəbə, 3 otaqlı, ümumi sahəsi-140,3. kv.m, 131 saylı mənzil dəyəri Cavabdeh tərəfindən tam olaraq ödənilmişdir, onun MTK-ya borcu yoxdur. İş materialları ilə təsdiq olunur ki, pay haqqını tam ödəməsi barədə maliyyə arayışı artıq Cavabdeh təqdim edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı Mənzil Tikinti Koorperativinin xeyrinə 3030,48 (üç min otuz manat qırx səkkiz qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu tutulsun. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Yaşayış sahəsinin verilməsi barədə İddiaçı Mənzil Tikinti Koorperativinin üzvlərinin ümumi yığıncağının qərarı Cavabdeh təqdim olunsun və 30 (otuz) manat dövlət rüsumu İddiaçı Mənzil Tikinti Koorperativindən tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2808/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2808/2020
18.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver