Məhkəmə qərarları › İş №2(004)-2814/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2814/2023

21.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2814/2023 21.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Yasamal rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun X2 xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Onunla bir ünvanda - ünvan 2yır. Azərbaycan SSR Sosial Təminat Nazirliyinin X28 Komissiyasının 23 iyul 1980-ci il tarixli rəyi ilə X2na müddətsiz İ qrup əlillik təyin edilmiş və o, fəaliyyət qabiliyyəti olmayan kimi müəyyən edilmişdir. X1 diaqnozu “daun sindromu”dur. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının 02 aprel 1993-cü il tarixli, 061/3 nömrəli sərəncamı ilə X5 X2na ömürlük qəyyum təyin edilmişdir. X5 xx.xx.2012-ci ildə vəfat etmişdir. Həmin vaxtdan sonra X2na qəyyum təyin olunmamışdır. X2 anadan olandan xəstə olduğu üçün ailə qurmamışdır və övladı yoxdur. Buna görə də onun qəyyumu təyin edilməyi üçün əvvəlcə fəaliyyət qabiliyyətinin olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Sadıxova Tünzalə onun baldızıdır, o, 1980-cı il tarixdən birinci qrup əlildir. Ona həyat yoldaşı, iş üzrə ərizəçi və Tünzalənin bacısı Yeganə qulluq edir. Tünzalə Sadıxovanın psixiatrik xəstəlikləri var. Baldızının qanuni qəyyumu anası X16 olmuşdur, o isə, xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırlmış) xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T №108034 saylı, 27 iyul 2019cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxx 1958-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur, atası X9, anası isə Hacı-X7r. - Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ №716585 saylı, 01 avqust 1964cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X10 13 iyul 1964-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur, atası X11, anası isə X13r. - Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T №018062 saylı, 18 iyul 2019-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 17 yanvar 1995-ci il tarixdə Nümayəndə ilə Ərizəçi arasında nikah bağlanmış və həmin nikah 28 saylı qeyd ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Cəfərov, arvada Sadıqova soyadı verilmişdir. - Yasamal rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №595142 saylı, 21 dekabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X16 27 noyabr 2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X17 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1836 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X4 daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar (anamnestik məlumatlara görə yoxlanılan şəxs Daun sinromu ilə anadan olması, düçar olduğu xəstəliklə əlaqədar erkən uşaqlıq dövründə yaşıdlarına nəzərən psixofiziki inkişafda geri qalması, nitqinin çox zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar müvafiq müalicələr təyin edilməsi, İ qrup əlillik təyin edilməsi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin fikirlərini ifadə edə bilməməsi, hərbi xidmətdən azad edilməsi, hazırda yaşayış yeri üzrə psixiatrik kabinetində qeydiyyatda olması, daim kənar şəxsin nəzarəti və himayəsinə ehtiyacının olması, hal-hazırki psixiatrik müayinənin nəticələri (nitqinin inkişaf çox zəif etməsi, intellektual imkanlarının çox zəif olması, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, kəskin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik aşkar olunur. X10 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X3 psixi xəstəliyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan, X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar