Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-282/2022 15.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Nəsı̇ r oğlunun Cavabdeh ASC-yə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Nəsı̇ r oğlu Cavabdeh ASC-nə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 13.07.2018-ci il tarixli MXD-9953 saylı, 16.03.2019-cu il tarixli MXD-10458 saylı və 18.03.2021 -ci il tarixli 007196 saylı aktlarının etibarsız hesab edilməsi və həmin aktların əsasında dəymiş ziyan kimi qanunsuz hesablanmış cəmi 5856 manat borcun silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin 20.08.2021-ci il tarixli 01/4/01- 7/6/12734 saylı məktubuna əsasən Yasamal rayon Sukanal idarəsinin xidməti ərazisində yerləşən, müqavilə nömrəsi 074359 olan F/ş İddiaçı məxsus obyektə baxış keçirilən zaman su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən sayğacdan kənar qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 13.07.2018-ci il tarixli MXD-9953, 16.03.2019-cu il tarixli MXD-10458 və 18.03.2021 -ci il tarixli 007196 saylı aktlar tərtib olunmuş, ümumilikdə 2928 m3 olmaqla 5856 manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, sözü gedən aktalar etibarsız hesab edilməklə hesablanmış borc silinməlidir. Belə ki, cavabdeh "xxxx" ASC ilə olan abonent müqaviləsinə əsasən ona məxus mənzilə 2013-cü ildən etibarən sayğac quraşdırılmış və mənzil kart vasitəsilə su ilə təhciz olunmuşdur. 2018ci ilin əvvəli mənzil bölünərək mətbəx hissəsinə elə öz xəttindən su qoşulmuşdur. Mənzil bölündüyündən hamam və tualetə gələn su sayğacdan mətbəxə isə öz mənzilinə gələn xətdən çəkilmişdir. 2013-cü ildən 2018-ci lin əvvəlinədək mənzilin su təhcizatına görə hər ay 10 manat pul ödənilmişdir, yəni sayğacla stifadəyə görə su sərfiyatı 10 manatdan artıq olmamışdır. 2018-ci ilin iyun ayında cavabdehin əməkdaşları gələrək guya əlavə xətt aşkar etmiş və ona qanunsuz olaraq, borc yazmışlar. Halbuki, binadakı digər nənzillərdə də sayğac olmamış, yalnız binanın bir umumi sayğacı olmuşdur, bütün qonşular suya gör hər ay 10 manat, o cümlədən o da hər ay 10 manat ödəmişdir. Buna baxmayaraq, cavabdeh guya tərəfindən maddi zərər urulduğunu iddia edərək həmin xəttin öncə zirzəmidən çəkildiyi qənaətinə gəlmiş, məsələni aydınlaşdırdıqdan sonra isə yenə də qərəzli olaraq aktlar tərtib edərək ona həddindən artıq böyük məbləğ zərər, yəni 5856 manat dəymiş zərər hesablamış və dəfələrlə müraciət etsə də borcu silməmişlər. Halbuki cavabdehə heç bir zərər vurulmamışdır. Əksinə cavabdeh ona qanunsuz olaraq dəymiş zərər hesablamışdır. Əks halda 3 il müddətində ona qarşı məhkəmədə həmin zərərin tutulması üçün iddia qaldırılardı. Beləliklə, mənzilə verilən su və tullantıya görə mətbəx də dail olmaqla hər ay 10 manatdan artıq olmamışdır. Buna baxmayaraq, cavabdeh təkcə mətbəxdə sudan istifadə və tullantı su xidmətlərindən istifadəyə görə 25.07.2018-ci il tarixli akta əsasən 2196 AZN, 25.05.2019-cu il tarixli akta əsasən 1464 AZN və 18.03.2021-ci il tarixli akta əsasən 2196 AZN olmaqla cəmi 3.634,10 manat borcun olduğu bildirilmişdir ki, bu da həqiqəti əks etdirmir və bu həcmdə suyun istifadə olunması mümkün deyil. Bunu müvafiq ekspertizalar təvin etməklə də müəyyən etmək olar. Göründüyü kimi cavabdeh qanunun tələblərinə məhəl qoymayaraq, qanunsuz olaraq, aktlar tərtib etmiş, aktların tərtibatı zamanı pozuntulara vol vermiş, onun təqsiri olmadığı halda əsassız borc heabamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, videogörüntülər təqdim etmişdir, o görüntülərə nəzər yetirdikdə sayğacın quraşdırıldığı məlum olur. Bundan əlavə sözügedən ünvanla bağlı 3 dəfə akt tərtib olunub, belə ki, hər dəfəsində gedib baxıblar ki, qeyri yaşayış sahəsi kimi fəaliyyət göstərirlər. sayğaç 2013-cü ildə quraşdırılmışdır. Belə ki, qeyri-yaşayış sahəsi deyəndə yəni, ofis kimi fəaliyyət göstərirlər, ona görə onlarda ümumi borc azdır ki, onlar qeyri-qanuni sudan istifadə edirlər, əsas istifadə etdikləri su bu sayğacla qeydə alınmır. Təqdim etdiyi sübutda 2013-cü ilin, 2014-cü ilin ödənişləri var, lakin 2018-ci ilin ödənişləri yoxdur. 2015-ci ildən sonra olan ödənişlər barədə məlumat yoxdur.. Odur ki, aktlar düzgün tərtib olunduğu üçün iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: "xxxx" ASC-nin Yasamal rayon Sukanal Departamenti ilə İddiaçı Nəsı̇ r oğlu arasında bağlanmış 13.03.2013-cü il tarixl, 074359 saylı müqavilənin surətindən görünür ki, müəssisə abonenti tələbatına uyğun məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. Abonentin su təchizatını texniki şərtlərə uyğun magistral su xşttinə və paylayıcı şəbəkəyə qoşulmuş diametri d=15 mm olan boru (birleşmə) vasitəsi ilə həyata keçirir. Abonentin istifadə etdiyi suyun və axıdılmış tullantı sularının həcmi ünvan 1 ünvanında su xettinin giriş nöqtəsində quraşdınlmış ölçmə cihazının (su sayğacı) göstəricilərinə görə, sayğac olmadıqda və ya nasaz olduqda isə Qaydaların 4.2 və 4.3 bəndlərinə uyğun, su təchizatı xəttinin giriş nöqtəsində borunun en kəsiyindən, suyun axma sürətindən və abonentin iş rejimindən asılı olaraq təyin edilir. Müqavilənin 3.1-ci bəndinə görə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.01.2011-ci İİ tarixli 01 №-li Qərarına uyğun olaraq abonent tərəfindən istifadə etdilmiş 1 m3 xammal suya görə hesablaşma ƏDV ila - manat ,digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1m3 su üçün ƏDV ilə 1 manat və qəbul edilmiş 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ila 0,30 manat müqabilində müəyyən edilir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş 13.07.2018-ci il tarixli MXD-9953 saylı akta əsasən ünvan 1 ünvanında sayğacdan kənar d15 mm-lik əlavə xətt aşkar edilmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş 16.03.2019-cu il tarixli MXD-10458 saylı akta əsasən ünvan 1 ünvanında sayğacdan kənar d15 mm-lik əlavə xətt aşkar edilmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş 18.03.2021 -ci il tarixli 007196 saylı akta əsasən ünvan 1 ünvanında sayğacdan kənar d15 mm-lik əlavə xətt aşkar edilmişdir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş Abonent kartına əsasən ünvan 1 ünvanı üzrə su sərfinə görə yekun borc 5856 manat təşkil edir. Cavabdeh ASC tərəfindən İddiaçı Nəsı̇ r oğluna ünvanlanmış 20.08.2021-ci il tarixli 01/4/01-7/6/12734 saylı məktubun surətindən görünür ki, su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun araşdırılması ilə bağlı ərizəçinin müraciətinə baxılmış, bildiririlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş "X3"nın 8.6 bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Yasamal rayon Sukanal idarəsinin xidməti ərazisində yerləşən, müqavilə nömrəsi 074359 olan F/ş İddiaçı məxsus obyektə baxış keçirilən zaman su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən sayğacdan kənar qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən 13.07.2018-ci il tarixli MXD-9953, 16.03.2019-cu il tarixli MXD-10458 və 18.03.2021 -ci il tarixli 007196 saylı aktlar tərtib olunmuş, ümumilikdə 2928 m1 olmaqla 5856 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə tərəfindən tərəflərin nümayəndələri və mütəxəssislərin iştirakı ilə ünvan 1 ünvanına keçirilmiş baxış nəticəsində mətbəxə gedən suyun mənzildən gəldiyi, mənzildə sayğacın olmadığı, qeyri-yaşayış sahəsinin sayğacdan kənar su ilə təchiz olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-cı maddəsinə görə Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 59.3cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır.Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir.STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır.Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Qaydaların 8.6-cı bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ASC tərəfindən 13.07.2018-ci il tarixdə tərtib edilmiş MXD-9953 saylı akta əsasən ünvan 1 ünvanında sayğacdan kənar d15 mm-lik əlavə xətt aşkar edilmiş, lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq, qanunsuz xətt dərhal su təchizatı sistemindən ayırılmaqla suyun verilməsi dayandırılmamış və dəymiş zərərin ödənilməsi tələb edilməmiş, bunun əvəzinə cavabdeh təşkilat 16.03.2019-cu il tarixdə MXD-10458 və 18.03.2021 -ci il tarixdə isə 007196 saylı, eyni məzmunlu aktlar tərtib etməklə kifayətlənmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, əsassız olaraq, tərtib edilmiş 16.03.2019-cu il tarixli MXD-10458 və 18.03.2021 -ci il tarixli 007196 saylı aktlar ləğv edilməli, həmin aktlara əsasən hesablanmış borcun silinməsi vəzifəsi cavabdehə həvalə edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 16.03.2019-cu il tarixli MXD-10458 saylı və 18.03.2021 -ci il tarixli 007196 saylı aktları ləğv edilsin və həmin aktlara əsasən ünvan 1 ünvanın hesablanmış 3660 (üç min altı yüz altmış) manat məbləğində borcun abonentin hesablarından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən dövlət rüsumuna görə 56,60 (əlli altı manat 60 qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-282/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-282/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver