Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2842/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il təvəllüdü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası X5 olmuşdur. Bacısı, xx.xx.1955-ci il təvəllüdü X11 ruhi xəstədir və 2-ci dərəcəli əlildir. Bacısı Leyla uzun müddətdir anası X2 himayəsində olmuşdur. Anası xx.xx.2006-cı ildə vəfat edəndən sonra bacısı Talıbova Leyla ərizəçinin himayəsindədir. Lakin onun bacısının üzərində himayəçilik sənədi olmadığına görə onun hüquqlarını həyata keçirə bilmir. Belə ki, ərizəçinin bacısına dövlət tərəfindən təyin edilmiş sosial müavinətin əldə edilməsi üçün bank kartı vaxtı bitdiyi üçün onun müavinətini ala bilmir. Hal-hazırda bacısı Talıbova Leylanın sənədlərinin düzəldilməsi üçün onun himayəçiyə ehtiyacı vardır. Belə ki, o, özünü idarə edə bilmədiyi üçün ərizəçi onu heç bir yerə, o cümlədən ASAN xidmət mərkəzinə apara bilmir. Ərizəçinin X4 üzərində himayəçi təyin edilməyi üçün onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi lazımdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İV- ЖГ seriyalı 295603 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 xx.xx.1991-ci il tarixdə kəskin ürək çatışmamazlığı səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 962 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 198352 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 xx.xx.2006-cı il tarixdə beyin infarktı səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 465 nömrə ilə qeyd edilmişdir. İş materialalrında olan AZE seriyalı, 13511512 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X11 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X8, ana qrafasında X1 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1953-cü il tarixdə 232 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş ******* nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 doğum haqqında xx.xx.1955-ci il tarixli 1319 nömrəli akt qeydinə əsasən müəyyən olunur ki, X11 xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında X8, ana qrafasında X3 göstərilmişdir. İş materiallarında olan 3 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05 nömrəli arayışa əsasən müəyyən edilir ki, 1955-ci il təvəllüdlü X11 1971-ci ildən RƏXD kabinetinin qeydiyyatındadır. Ona şizofreniya, paranoid forma F20.0 diaqnozu qoyulmuşdur. 2-ci qrup əlildir. İş materiallarında olan “Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi” X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1811 saylı rəyinin nəticə hissəsinə əsasən X7 Şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X11 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, X7 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X11 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2842/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2842/2025
30.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver