Məhkəmə qərarları › İş №2(004)-287/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-287/2020

02.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-287/2020 02.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiqi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı qarşı “cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiqi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün kimi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, ev 57A, 30 saylı mənzilə cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış 467,32 manat borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Füzuli rayonunun Aybasanlı kəndi erməni silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra ailəsi məcburi köçkün düşərək Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mkr., İ.Dağıstanlı küçəsi, ev 57/a, mənzil 30 ünvanında məskunlaşmışlar. Məcburi köçkünlərə Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə müəyyən və təyin edilərək ayrılmış kommunal xərclərdən 2017-ci il yanvar ayınadək azad edilmiş, onların ödənişi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmişdir. Məcburi köçkün kimi yaşadığı mənzil əvvəldən Bakıda yaşayan bacısının mülkiyyətində olmuş, sonra onun adına keçirilmiş, lakin bu günədək həmin yaşayış sahəsindən məcburi köçkün olan anası və xx.xx.2015-ci ildə vəfat etmiş atası yaşayaraq sudan istifadə etmişdir. xx.xx.2015-ci il tarixdə cavabdehin müvafiq qurumları tərəfindən evdə su xətti üzərində texniki cəhətdən yüklü və qüsurlu SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Sayğac quraşdırılarkən onların məcburi köçkün olması nəzərə alınmamış, güzəşt etmədən bu günədək hər ay su sərfinə dair pul ödənişləri barədə hesab-fakturaları onlara təqdim etmiş və ödənilməsini tələb etmişlər. Hər dəfə onlara, məcburi köçkün olmalarını bildirsələr də, bunu nəzərə almamış, sonuncu faktura ilə 467 manatın ödənilməsini hələ də tələb edirlər. 2014-cü ildə su və enerji sərfinə dair borcların silinməsi üçün ərizələrlə Cavabdeh ASC-yə və Bakı Elektrikşəbəkə ASC-yə müraciət etmişlər. Cavabdeh ASC-nin xx.xx.2014-cü il tarixli, 2Rİ-01-5/1-3/6855 saylı cavab məktubu ilə su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə borcla bağlı cəmiyyətin elektron abonent bazasında məcburi köçkün kimi qeydiyyatda olmaları nəzərə alınmaqla şəxsi hesabında müvafiq düzəliş edildiyi və borcunun olmadığı bildirilmişdir. Bakı Elektrikşəbəkə ASC-nin xx.xx.2014-cü il tarixli DX-14/0213 nömrəli məktubu ilə enerji sərfinə görə borcunun olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məcburi köçkünlərin hər ailə üzvü üçün aylıq su istehlak norması 5 m3-dir. Qeyd etmək lazımdır ki, atasının vəfatından sonra, mənzildə tək anası yaşasa da, yenə də su sərfi şişirdilmiş qiymətlərlə hesablanmışdır. Çoxsaylı şikayətlərdən sonra Cavabdeh ASC-nin nəzarətçiləri 3-4 dəfə sayğaca müdaxilə etmiş, guya düzəldib getmişlər. Halbuki, bütün bu şişirdilmiş qiymətlərin hesablanaraq yazılması elə onların özlərinin düzüb qoşduqları əməllərin və müdaxilələrin nəticəsidir və əslində qoşduqları sayğacın texniki qüsurunu vaxtında aşkar etməkdən bilə-bilə yayınmışdır. Onu da göstərir ki, bu barədə mütəmadi və sistematik olaraq müvafiq orqanlara ərizə, teleqram və şikayətlər olunsa da, nəticəsi olmamışdır. İş üzrə Cavabdeh ASC məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və rədd edilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış müqaviləyə əsasən iddiçının mənzilinə xx.xx.2015-ci il tarixində, SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su äyğacı quraşdırılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC iddiaçıya su və analizasiya xidməti göstərir. ”Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinə əsasən istehlakçıya verilən suyun həcmi su ölçən cihazlar vasitəsi ilə və ya normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Cavabdeh ASC su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla, gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. Su Məcəlləsinin 97-ci maddəsində göstərildiyi kimi, bu Məcəllə ilə nəzərdə tulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. Sudan pullu istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Müvafiq olaraq, cəmiyyətin balansında olan şəbəkə və qurğulardan suyun müvafiq qaydada razılaşdırılmadan qoşulmaqla və ya sayğacdankənar istifadəsi cəmiyyətə ziyan vurur və belə istifadə halları cəmiyyətlə gizli istifadəyə yol verən istehlakçı arasında ziyan vurmaqla bağlı mülki-hüquqi mübahisələr yaratmış olur. İddiaçının borclarının əhatə etdiyi dövr ərzində su və kanalizasiya xidmətlərinin dəyər və normalarını müvafıq İcra Hakimiyyətinin orqanlarının aşağıda göstərilən normativ-hüquqi aktları ilə tənzimlənmiş və hal hazırdada tənzimləyir. Azərbaycan Respublikası Tarif və (Qiymət) Şurasının 2016-cı il 13 may tarixli, 6 nömrəli qərarı ilə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif və (Qiymət) Şurasının 2016-cı il 13 may tarixli, 6 nömrəli qərarı ilə Bakı şəhərində əhali qrupu üzrə 1 m3 suyun qiyməti ƏDV ilə birlikdə 0.35 manat müəyyənləşdirilmişdir. İddiaçı iddia ərizəsində öz mülkiyyətində olan evin əvvələr bacısının adına olduğunu qeyd etmiş, lakin evin alqı-satqısı ilə və adına keçməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim etməmiş, bu günədək məcburi köçkün statusunda atası və anasının yaşayaraq sudan istifadə etdiyini göstərmiş, sistematik olaraq nəzarətçilərin sayğacı yoxlayıb hesablama apararkən üzərindəki göstəriciləri qərəzli olaraq düzgün hesablamadığını, şişirdirilmiş ödəniş fakturaları təqdim edildiyini və məcburi köçkün olduqlarının nəzərə alınmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X12”nın 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə yol verildiyi (ödənilməli olan vəsaitin artıq äsablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 iş günü müddətində hesabı təqdim etmiş STKM-yə yazılı şəkildə müraciət edə bilər. 7.12. STKM bu Qaydaların 7.11 bəndinə əsasən daxil olmuş müraciət ən geci 5 iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Cavabdeh ASC-nin Binəqədi rayonu Sukanal İdarəsi əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixində Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57/A, İddiaçı məxsus 30 saylı mənzilin su təchizatı və su sayğacı qovşağına baxış keçirilən zaman sayğacın işlək vəziyyətdə olduğu və heç bir mənfi halın aşkar olunmadığı qeyd edilmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyib iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə söktorunun xx.xx.2018-ci il tarixli arayışlarının surətindən görünür ki, İddiaçı Fizuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57A, 38 saylı mənzildə, X6 isə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57, 30 saylı mənzildə məskunlaşmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqinda daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsində istifadədə olan 0.0911 ha torpaq sahəsində yerbşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 920 nömrəli reyestr kitabının 85436 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan **********300 saylı abonent kartının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, ev 57A, 30 saylı mənzildə qeydiyyatda olan X7 ilə Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsi arasında qeyd olunan mənzilin su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.1997-ci il tarixli, 12353035 saylı müqavilə bağlanmış, mənzildə xx.xx.2015-ci il tarixdə SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. Abonentin xx.xx.2019-cu il tarixə su təchizatı və kanalizasiya xidmətlərinə görə ümumi borcu 478,82 manat təşkil edir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəməmühasibatlıq və məhkəmə-fiziki texniki ekspertizaları təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: Məhkəmə-fiziki texniki ekspertizası üzrə:

1. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, )ağıstanlı küçəsi, ev 57A, mənzil 30 ünvanında quraşdırılmış SSS-15 markalı, ******* 5mrəli mexaniki tipli su sayğacı su sərfiyyatını düzgün qeyd edirmi?

2. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Dağıstanlı küçəsi, ev 57A, mənzil 30 ünvanında quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacın mexanizmində xx.xx.2015-ci il tarixdən sonra hər hansı ıır dəyişiklik aparılmışdırmı və ya təmir işlər görülmüşdürmü, əgər belə bir dəyişiklik və ya əmir işləri aparılmışdırsa, bunun su sərfiyyatının qeydiyyatına nə kimi təsiri ola bilər? Məhkəmə-mühasibatlıq ekspertizası üzrə:

3. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, ev 57A, mənzil 30 ünvanmda quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacı düzgün işləmədiyi təqdirdə əlavə yazılmış (hesablanmış) su sərfıyyatının həcmi və miqdarı (kubla və manatla) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5609-9/179 saylı ekspert rəyi ilə iş materialında olan Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi Suölçən X1 xx.xx.2020-ci il tarixli, 25590/0052055 nömrəli rəyinə əsasən SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacının buraxıla bilən xəta faizinin Qnom=(-)3.12% norma çərçivəsində olmaqla istismara yararlı olduğu müəyyən edilmiş, su sayğacında hər-hansı dəyişiklik və ya təmir işlərinin aparılması barədə məlumat olmadığına görə, qərardadın ikinci, su sayğacında hər hansı qüsur aşkar edilmədiyinə görə üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məhkəmənin xx.xx.2019-cu il tarixli sorğusuna xx.xx.2019-cu il tarixli 02/2841 nömrəli cavab məktubundan görünür ki, "Cavabdeh" ASC tərəfındən Komitəyə təqdim edilmiş məcburi köçkünlərin adlı siyahısında Füzuli rayonundan məcburi köçkün olan İddiaçı adı "Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, ev 57, mənzil 38" ünvanda 2014-2016-ci illərdə qeyd olunmuş və onun su sərfiyyatına görə 2014-2015-ci illərdə 1 kubmetr suyun qiyməti 36 qəpik aylıq istehlak norması 5 kubmetr (0,36 x 5 =1,80 manat ayda), 2016-cı ildə 1 kubmetr su 50 qəpik norması 5 kubmetr (2f50 manat ayda) olmaqla həmin illər üzrə xx.xx.2016-cı il tarixədək Komitə tərəfindən mərkəzləşmiş qaydada "Cavabdeh" ASC-yə vəsait ödənilmişdir. Qeyd: Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər lutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən 2017-ci ildən etibarən kommunal xərclər məcburi köçkünlərin bank hesablarına köçürülür. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan pullu istifadə edilir. “Su təhcizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30cu maddəsinə əsasən verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafıq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X12”nın 4.1.3, 4.1.4, 4.1.5 və 4.1.7-ci maddələrinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək, suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək, istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək, suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələri kimi müəyyən edilmişdir. “X12”nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir.Yeni mülkiyyətçi (istifadəçisi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Cavabdeh ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” Qərarına əsasən əhali istehlakçı qrupları üzrə 1 kub metr sudan istifadə üçün 0,35 manat, 1 kub metr tullantı sularının axıdılması üçün 0,15 manat tarif müəyyən edilmişdir. Məhkəmə həmçinin iddia tələbinin quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiq edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan, rədd edilməlidir. Belə ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012ci il tarixli, 2421 saylı Sərancamına əsasən kommunal xidmətlərin təkmilləşdirilməsi üçün görüləcək işlər və nəticə indikatorları kimi elektrik enerjisinin, təbii qazın və suyun istehlakı və haqqının ödənilməsi sahəsində smart kart tipli sayğacların quraşdırılması prosesinin başa çatdırılması 2013-2014-cü illər ərzində icra edilməsi üçün “xxxxxxxxxx” ASC, “xxxxxxxxxxxxxxxxxx” ASC, Dövlət Neft Şirkəti, Cavabdeh ASC –yə həvalə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. X15 Məhkəməsi “X4” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” xx.xx.2017-ci il tarixli, 1206 saylı Fərmanının 1-ci bəndinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə xx.xx.2017-ci il tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 40,0 (qırx) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmiş, Prezidentin xx.xx.2018-ci il tarixli, 3704 saylı Fərmanı ilə müavinətin məbləği 10 faiz artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışı zamanı iş üzrə toplanılmış sübutlarla İddiaçı 1993-cü ildən Fizuli rayonundan məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşması, 2009-cu ildə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsində istifadədə olan 0.0911 ha torpaq sahəsində yerləşən 57a nömrəli, 7 mərtəbəli binada, 75.93 kv.m ümumi, 52.63 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 30 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə əldə etməsi, qeyd olunan mənzildə xx.xx.2015-ci il tarixdə quraşdırılmış SSS-15 markalı, ******* nömrəli mexaniki tipli su sayğacının istismara yararlı olması müəyyən edilmişdir. Bununla da, iddiaçının məcburi köçkün olsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən dövlət tərəfindən vahid aylıq müavinətlə təmin edilməli şəxslər siyahısına aid edilməməsi, abonentə sudan və kanalizasiya xidmətlərindən istifadəyə görə 467,32 manat borcun qanunvericiliyin tələblərinə müvafiq olaraq hesablanması təsdiq olunmuşdur. İddiaçı borcun sukanal idarəsi tərəfindən əsassız hesablanmasını iddia etsə də, tələbini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5609-9/179 saylı ekspert rəyinə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatın dəyəri 102 manat təşkil etməklə dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından, ekspertiza tədqiqatının dəyəri olan 102 manat iddiaçıdan dövlət nəfinə tutulmalidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ :

İddiaçı Cavabdeh ASC-yə və üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı qarşı “cavabdeh tərəfindən su sərfinə görə qanunsuz və əsassız hesablanmış borcun silinməsi, quraşdırılmış sayğacın xaric edilməsi, fərdi qaydada istehlak sərfinə keçilməsi qaydasının tətbiqi tələbinə dair” iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 102 (bir yüz iki) manat İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar