Məhkəmə qərarları › İş №2(004)-2871/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2871/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2871/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.12.2017-ci il tarixli müqaviləsinə əsasən LG markalı mikrodalğalı soba üçün 40 manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə, 19.12.2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********23150 olan Samsung Galaxy J5 markalı telefon üçün 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, ümumilikdə 589 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla 619 manat məbləğində pulun Cavabdeh tutularaq xxxx MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında 19.12.2017-ci il tarixli 329691 saylı müqaviləyə əsasən müəyyən olunur ki, xxxx MMC LG markalı mikrodalğalı soba və İMEİ kodu **********23150 olan Samsung Galaxy J5 markalı telefonu cavabdehə verməyi öhdəsinə götürmüşdür. 19.12.2017-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 17.01.2018ci il tarixdən 17.12.2018-ci il tarixədək hər ay 52 manat, 17.01.2019-cu il tarixdən 17.12.2019-cu il tarixədək hər ay 32 manat ödəməyi öhdəsinə götürmüşdür. 19.12.2017-ci il tarixli təhvil-təslim aktına əsasən müəyyən olunur ki, Cavabdeh LG markalı mikrodalğalı soba, Samsung Galaxy J5 markalı telefonu təhvil almışdır. 29 mart 2021-ci il tarixli maliyyə ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh 536 manat əsas, 53 manat cərimə borcu olmaqla, cəmi 589 manat borcu vardır. 10.01.2019-cu il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, xxxx MMC tərəfindən Cavabdeh borc öhdəliyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 19.12.2017-ci il tarixli müqaviləsinə əsasən LG markalı mikrodalğalı soba üçün 40 manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə, 19.12.2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********23150 olan Samsung Galaxy J5 markalı telefon üçün 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doquz) manat cərimə, ümumilikdə 589 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək alınan məhsulu cavabdehə təhvil vermiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə müəyyən edilmiş məbləğin bir hissəsini ödəməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 19.12.2017-ci il tarixli müqaviləsinə əsasən LG markalı mikrodalğalı soba üçün 40 manat ödənilməmiş hissə, 4(dörd) manat cərimə, 19.12.2017-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********23150 olan Samsung Galaxy J5 markalı telefon üçün 496 (dörd yüz doxsan altı) manat ödənilməmiş hissə, 49 (qırx doquz) manat cərimə, ümumilikdə 589 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar