Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2881/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh2 ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, orta məktəbdən 9-cu sinifdən Cavabdeh2 tanıyır. Bir çox sinif yoldaşları kimi atası Fuadı da sinif yoldaşı kimi tanımışdır. 2020-ci ildə atası "xxxx" MMC-ni açarkən Fuadı ora mal verərkən görmüşdü. Bildiyi qədərilə hər iki müəssisə arasında 2-3 milyonluq dövriyyə olmuşdur. Verilən xammalların içindən 600-700 min manatlıq keyfiyyətsiz və yararsız mal olduğunu dəfələrlə atasından eşitmişdir. Belə ki, atası ilə Cavabdeh2 telefonla danışarkən atası ondan yararlı xammal istəməyinə baxmayaraq, o, həmin xammallarla yanaşı keyfiyyətsiz və qarışıq xammalar da aldadaraq vermişdir. "xxxx" MMC ilə "xxxx" şirkəti arasında iş fəaliyyəti dayandırılarkən atasından pul tələb etməyə başladı. Bundan sonra atası ondan keyfiyyətli mal tələb etməyə başladı. Bundan sonra atasının yaşlı və səhhəti ilə əlaqədar ondan əl çəkərək ona hədə qorxu gələrək, onu şərləyəcəyini, işdən çıxartdıracağı ilə hədələyərək ona heç bir pul vermədən formal olaraq bu borc müqaviləsini atası Əlişir Cəfərovla yox, onunla bağlamağa nail oldular. O, isə bununla razı olmasa da tutulmaqdan və şikayət olunacağı təqdirdə işdən çıxarılacağına görə məcbur olaraq müqaviləni bağlamışdır. Cavabdeh2 söz verdi ki, bu borc müqaviləsini bağlamaqla yanaşı keyfiyyətsiz malları yenisi ilə əvəz edəcəkdir. Bir müddət sonra həmin borc müqaviləsinə görə atasını və onu şantaj edərək işinə xələl gətirəcəyi ilə hədələyərək onlardan pul tələb etməyə başladı. 03 noyabr 2023cü il tarixində o, işdən çıxarkən 4 nəfər tanımadığı şəxslər özlərini polis əməkdaşı kimi qələmə verərək ondan Cavabdeh2 olan borcunun dərhal bağlanması tələb edildi. O, bu borcun ona aid olmadığını, iki müəssisə arasında olan mülki mübahisə olduğunu bildirsədə, buna əhəmiyyət verilmədi və onu 3 günlük müddətinə buraxaraq birinci dəfə 100000 manat, ikinci dəfə isə 60000 manat atasından hədə qorxu ilə alındı. Həmçinin qeyd etmişdir ki, Fuad Mikayıllov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdi və onu işi ilə və həbs ediləcəyi ilə hədələmiş, pul tələb etmişdir. Həmin vaxtdan da tanımadığı şəxslər onları hədələyərək pul tələb edirlər. Atası artıq bu hədələrə dözə bilməyib hüquq-mühafizə orqanlarına şikayət etdi. Qeyd etmişdir ki, 27 mart 2024-cü ildə Fuad atasına zəng edərək sabah 28-i tarixində 150 min manat, 30-u tarixində isə 300 min manat pul gətirməyini tələb etdi. Qeyd etmişdir ki, "xxxx" MMC və "xxxx" Şirkəti ilə iqtisadi və hüquqi bağlılığı yoxdur. Heç bir pul vəsaiti olmadan və almadığı halda qanunsuz və əsassız olaraq onunla borc müqaviləsi bağlanılmışdır. Bildirmişdir ki, hazırda qeyd olunan faktiki hallar əsasında törətdiyi cinayət əməlinə (dələduzluq əməli) görə Cavabdeh2 barəsində Nərimanov RPİ-nin İŞ-də 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərarla cinayət işi başlanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən bir daha qeyd etmişdir ki, borc müqaviləsi bağlandığı zaman mülki qanunvericiliyin əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, bağlanmış əqddə tərəflərin həqiqi iradəsi təhrif edildiyindən, dolayısı ilə onun iradəsi ifadə edilməmiş, onun heç bir borcu olmadığı halda sözügedən borc müqaviləsinin əlverişsiz şərtlərlə, eləcə də həmin müqavilə cavabdeh tərəfindən ona edilən hədə-qorxu və zorakılıq təsiri altında və onu aldatması nəticəsində bağlanılması səbəbindən həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız müqavilə hesab edilməlidir. Bundan əlavə, borc müqaviləsinin predmeti olaraq göstərilən nağd pul vəsaiti əslində mövcud olmamışdır. Yəni cavabdeh tərəflə onun arasında bağlanılan borc müqaviləsinin müvafiq maddəsinin tələbinə əsasən göstərilən pul vəsaitini cavabdeh ona verməmişdir. Bu baxımdan hesab edir ki, qeyd olunan borc müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq etibarsız hesab olunmalıdır. İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh2 ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Cavabdeh2 ilə iddiaçı arasında 12 may 2023-cü il tarixdə kredit (borc) müqavilələri bağlanmışdır. 12 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə 100.000 (bir yüz min manat) manatı Notariusun depozit hesabı vasitəsilə, qalan 146.300 (birz yüz qırx altı min üç yüz manat) manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-700 № ilə qeyd aparılmışdır. 12 may 2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixədək Notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15.000,00 (on beş min nıanat sıfır qəpik) manat məbləğində pulu Cavabdeh2 qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-701 № ilə qeyd aparılmışdır. Belə ki, iddiaçı öz tələbini belə əsaslandırmışdır ki, guya 12 may 2023-cü il tarixli kredit müqavilələrini o hədə-qorxu nəticəsində, şərlənəcəyindən, işdən çıxarılacağından qorxaraq bağlamışdır. Lakin iddiaçı nə üçün, hansı səbəbdən ona hədə-qorxu olunması barədə heç bir məlumat vermir. Kredit müqavilələrinin təyinatından kənar məlumatlar verməklə onun etibarsızlığını tələb edir. Cavabdeh2 ilə Cəfərov Əlişir arasında olan ticarət münasibətlərinin kredit müqaviləsinin predmetinə heç bir aiddiyatı yoxdur. İlk olaraq iddiaçı atası Əlişir Cəfərovla Cavabdeh2 2020-ci ildən etibarən ticarət münasibətlərində olduğunu qeyd edir. Daha sonra isə keydiyyətsiz xammala görə atası Cəfərov Əlişirin ondan pul tələb etdiyini qeyd edir. Bildirmişdir ki, Cəfərov Əlişir ilə Cavabdeh2 arasında qida məhsulunun (dondurulmuş hind quşu farşı və s.) alqı-satqısı həyata keçirilmişdir. Necə ola bilər ki, 2020-ci ildən etibarən satılan malların heç bir keyfiyyətlilik müddəti nəzərə alınmadan keyfiyyətsizliyi 2024-cü ildə mübahisə olunur? və “kredit müqaviləsinin etibarsızlığı” ilə bağlı iddia ərizəsində bu mövzuya toxunulur? Belə ki, İddiaçı dövlət qulluqçusu olmasından, guya onu şərləyəcəyindən, tutulmasından və işdən çıxarılmasından qorxuduğunu və bu səbəbdən kredit müqavilələrini bağladığını qeyd edir. Qeyd edir ki, guya keyfiyyətsiz malları dəyişəcəyinə dair ona söz vermişdir. Axı necə ola bilər ki, 2020-ci ildən etibarən satdıqları qida təyinatlı xammalın keyfiyyətini 4 il sonra mübahisələndirir? İddia ərizəsində tamamilə iddia tələbinə aiddiyatı olmayan məsələlər qeyd edilmiş və bu cümlələr arasında heç bir səbəbli əlaqə göstərilməmişdir. Qeyd etmişdir ki, İddiaçı nümayəndəsi və vəkili olduğu Cavabdeh2 ona borc verməsi ilə bağlı müraciət etmişdir. Bildirmişdir ki, o dövlət qulluqçusudur və yüksək vəzifəyə keçmək üçün külli miqdarda pula ehtiyacı vardır. O, Cavabdeh2 birlikdə 546.000, 00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat borc alaraq hansısa rayona idarə rəisi keçmək niyyətində idi. Cavabdeh isə məbləğin yüksək olmasını nəzərə alaraq notariat qaydasında kredit (borc) müqaviləsinin bağlanması təklifi ilə çıxış etmişdir. Heç bir kredit (borc) müqaviləsinin etibarsızlığından, hədə-qorxu və ya şərləmədən söhbət gedə bilməz. Kredit (borc) müqaviləsinin bağlanması zamanı tərəflərin fotoşəkli kredit (borc) müqaviləsinə əlavə edilmişdir. İddiaçının mimikalarına diqqət yetirsək heç bir hədə-qorxudan söhbət getmədiyini açıq-aşkar müşahidə edə bilərik. 24 fevral 2024-cü il tarixdə Cəfərov X3 Fuad Tofiq oğluna 100000,00 (bir yüz min manat sıfır qəpik) manat; 15 mart 2024-cü il tarixdə idə 60.000,00 (altmış min manat sıfır qəpik) manat məbləğində borc qaytarmışdır. Bütün bunlara baxmayaraq qalan 386000,00 (üç yüz səksən altı min manat sıfır qəpik) məbləğində borcu hələ də ödəməmişdir. Qeyd etmişdir ki, İddiaçı niyyətində olduğu vəzifəyə düzələ bilməmişdir. Bundan sonra qalan pulu cavabdehə geri qaytarmaq əvəzinə “12 mart 2023-cü ildə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Belə ki, iddiaçı öz ərizəsində 12 may 2023-cü il tarixdə bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İstinad etdiyi halları əsaslandıra bilməmişdir. Cavabdeh2 ilə İddiaçı arasında 12 mart 2023-cii ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit (borc) müqavilələri isə bu etirazın əsasını təşkil edir. Belə ki, Cavabdeh2 tərəfindən 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində; 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində, yəni ümumilikdə 546.000,00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat məbləğində pul İddiaçı təqdim edilmiş və borc olaraq verilməsi bağlı bütün rəsmi sənədləşmə işləri aparılmışdır. Belə ki, bir daha qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024-cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Göstərilənlərə əsasən 2(004)-2881/2024 saylı iş üzrə “12 mart 2023-cü il tarixdə Cavabdeh2 və X5 arasında 21 saylı Notariat Ofisində bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı” iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit müqavilələrinə əsasən 386.300,00 (üç yüz səksən altı min üç yüz manat sıfır qəpik) manat məbləğində əsas borc, 30.340,65 (otuz min üç yüz qırx manat altmış beş qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 416.640,65 (dörd yüz on altı min altı yüz qırx manat altmış beş qəpik) manat borc pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 706.64 (yeddi yüz altı manat altmış dörd qəpik) manat ödənilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh qismində çıxış edən İddiaçı üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində Cavabdeh2 ilə onun arasında bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Cavabdeh2 ilə iddiaçı arasında 12 may 2023-cü il tarixdə kredit (borc) müqavilələri bağlanmışdır. 12 may 2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixdə 100.000 (bir yüz min manat) manatı Notariusun depozit hesabı vasitəsilə, qalan 146.300 (birz yüz qırx altı min üç yüz manat) manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmalı idi. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-700 № ilə qeyd aparılmışdır. 12 may 2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən İddiaçı 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində borc verilmişdir. Adı çəkilən müqaviləyə əsasən İddiaçı xx.xx.2024-cü il tarixədək Notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15.000,00 (on beş min manat sıfır qəpik) manat məbləğində pulu Cavabdeh2 qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi 12 may 2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış və xüsusi notarius X9 tərəfindən təsdiq edilmişdir. Bu barədə reyestrdə 3M-701 № ilə qeyd aparılmışdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh öz tələbini belə əsaslandırmışdır ki, guya 12 may 2023-cü il tarixli kredit müqavilələrini o hədə-qorxu nəticəsində, şərlənəcəyindən, işdən çıxarılacağından qorxaraq bağlamışdır. Lakin İddiaçı nə üçün, hansı səbəbdən ona hədə-qorxu olunması barədə heç bir məlumat vermir. Kredit müqavilələrinin təyinatından kənar məlumatlar verməklə onun etibarsızlığını tələb edir. Cavabdeh2 ilə Cəfərov Əlişir arasında olan ticarət münasibətlərinin kredit müqaviləsinin predmetinə heç bir aiddiyatı yoxdur. İlk olaraq qarşılıqlı iddia üzrə cavabdeh atası Əlişir Cəfərovla Cavabdeh2 2020-ci ildən etibarən ticarət münasibətlərində olduğunu qeyd edir. Daha sonra isə keydiyyətsiz xammala görə atası Cəfərov Əlişirin ondan pul tələb etdiyini qeyd edir. Bildirmişdir ki, Cəfərov Əlişir ilə Cavabdeh2 arasında qida məhsulunun (dondurulmuş hind quşu farşı və s.) alqı-satqısı həyata keçirilmişdir. Necə ola bilər ki, 2020-ci ildən etibarən satılan malların heç bir keyfiyyətlilik müddəti nəzərə alınmadan keyfiyyətsizliyi 2024-cü ildə mübahisə olunur? və “kredit müqaviləsinin etibarsızlığı ilə bağlı” iddia ərizəsində bu mövzuya toxunulur? Belə ki, İddiaçı dövlət qulluqçusu olmasından, guya Cavabdeh2 onu şərləyəcəyindən, tutulmasından və işdən çıxarılmasından qorxuduğunu və bu səbəbdən kredit müqavilələrini bağladığını qeyd edir. Qeyd etmişdir ki, guya keyfiyyətsiz malları dəyişəcəyinə dair Cavabdeh2 ona söz vermişdir. Axı necə ola bilər ki, 2020-ci ildən etibarən satılmış qida təyinatlı xammalın keyfiyyətini 4 il sonra mübahisələndirir? İddia ərizəsində tamamilə iddia tələbinə aiddiyatı olmayan məsələlər qeyd edilmiş və bu cümlələr arasında heç bir səbəbli əlaqə göstərilməmişdir. Qeyd etmişdir ki, İddiaçı nümayəndəsi və vəkili olduğu Cavabdeh2 ona borc verməsi ilə bağlı müraciət etmişdir. Bildirmişdir ki, o, dövlət qulluqçusudur və yüksək vəzifəyə keçmək üçün külli miqdarda pula ehtiyacı vardır. O, Cavabdeh2 birlikdə 546.000,00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat borc alaraq hansısa rayona idarə rəisi keçmək niyyətində idi. Cavabdeh isə məbləğin yüksək olmasını nəzərə alaraq notariat qaydasında kredit (borc) müqaviləsinin bağlanması təklifi ilə çıxış etmişdir. Heç bir kredit (borc) müqaviləsinin etibarsızlığından, hədə-qorxu və ya şərləmədən söhbət gedə bilməz. Kredit (borc) müqaviləsinin bağlanması zamanı tərəflərin fotoşəkli kredit (borc) müqaviləsinə əlavə edilmişdir. İddiaçının mimikalarına diqqət yetirsək heç bir hədə-qorxudan söhbət getmədiyini açıq-aşkar müşahidə edə bilərik. 24 fevral 2024-cü il tarixdə Cəfərov X3 Fuad Tofiq oğluna 100000,00 (bir yüz min manat sıfır qəpik) manat; 15 mart 2024-cii il tarixdə idə 60.000,00 (altmış min manat sıfır qəpik) manat məbləğində borc qaytarmışdır. Bütün bunlara baxmayaraq qalan 386000 (üç yüz səksən altı min manat sıfır qəpik) manat məbləğində borcu hələ də ödəməmişdir. Qeyd etmişdir ki, İddiaçı niyyətində olduğu vəzifəyə düzələ bilməmişdir. Bundan sonra qalan pulu cavabdehə geri qaytarmaq əvəzinə “12 mart 2023-cü ildə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024-cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Belə ki, 12 may 2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında notariat qaydasında bağlanmış və reyestrdə 3M- 700 № ilə qeydə alınmış kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2023-cü il tarixədək 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində borcu Cavabdeh2 qaytarmalı idi. 24 fevral 2024-cü il tarixdə Cəfərov X3 Fuad Tofiq oğluna 100000 (bir yüz min manat sıfır qəpik) manat; 15 mart 2024-cü il tarixdə idə 60.000,00 (altmış min manat sıfır qəpik) manat məbləğində borc qaytarmışdır. Müqavilənin bağlanması anından 01 il 01 ay müddət ötmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi hazırda 7.25%-dir. Ümumi borc: 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat. Ödənilmiş borc: 160.000,00 (yüz altmış min manat sıfır qəpik) manat. Qalıq və əsas borc: 86.300,00 (səksən altı min üç yüz manat sıfır qəpik) manat. 1 illik bank uçot dərəcəsinə uyğun olaraq: 86.300,00*0,0725%= 6.256,75 manat. 1 aylıq bank uçot dərəcəsinə uyğun olaraq: 6.256,75:12=521,395833~ 521,4 manat. Ödənilməli olan borc: 86.300,00+6.256,75+521,4= 93.078,15 manat. Belə ki, 12 may 2023-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında notariat qaydasında bağlanmış və reyestrdə 3M-701 № qeydə alınmış kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2024-cü ilədək 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində borcu Cavabdeh2 qaytarmalı idi. Lakin İddiaçı tərəfindən Cavabdeh2 heç bir ödəniş olunmamışdır. Müqavilənin bağlanması anından 01 il 01 ay müddət ötmüşdür. Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi bank uçot dərəcəsi hazırda 7.25%-dir. Ümumi borc: 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat. Qalıq borc və əsas borc: 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat. 1 illik bank uçot dərəcəsinə uyğun olaraq: 300.000,00*0,0725%=21.750,00 manat. 1 aylıq bank uçot dərəcəsinə uyğun olaraq: 21.750,00:12 = 1.812,5 manat. Ödənilməli olan borc: 300.000,00+ 21.750,00+1.812,5= 323.562,5 manat. Hər iki müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh2 ödənilməli olan ümumi borc məbləği: 93.078,15 AZN+323.562,5 AZN= 416.640,65 manat. Belə ki, iddiaçı öz ərizəsində 12 may 2023-cü il tarixdə bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı heç bir sübut təqdim etməmişdir. İstinad etdiyi halları əsaslandıra bilməmişdir. Cavabdeh2 ilə İddiaçı arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit (borc) müqavilələri isə qarşılıqlı iddialarının əsasını təşkil edir. Belə ki, Cavabdeh2 tərəfindən 246.300,00 (iki yüz qırx altı min üç yüz manat sıfır qəpik) manat məbləğində; 300.000,00 (üç yüz min manat sıfır qəpik) manat məbləğində, yəni ümumilikdə 546.000,00 (beş yüz qırx altı min manat sıfır qəpik) manat məbləğində pul İddiaçı təqdim edilmiş və borc olaraq verilməsi bağlı bütün rəsmi sənədləşmə işləri aparılmışdır. Belə ki, bir daha qeyd etmişdir ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 05 iyun 2024-cü ildə sms vasitəsilə məlumat əldə etmişdir. Öncədən məhkəmə tərəfindən heç bir bildiriş və sms göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, çıxısında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında ümumiyətlə borc pul müqaviləsi olmayıbdır. İddiaçının atası ilə cavabdeh arasında ticarət əlaqələri olmuşdur. Daha sonra cavabdeh iddiaçıya bildirmişdir ki, gedək atasının borcunu ona yazacaqdır. Hətta təzyiqlər o həddə çatməşdır ki, iddiaçının atası uksus içərək özünə qəsd etmişdir. Bununla bağlı Cinayətkarlığa Qarşı Baş Mübarizə idarəsinə müraciətlər olmuşdur. Daha sonra iddiaçı tərəfindən 160000 (yüz altmış min) manat pul cavabdehə qaytarılmışdır. İddiaçı notariat ofisində qol çəkmiş, lakin nəyə qol çəkdiyini bilməmişdir. Qol çəkilsədə iddiaçıya hər hansı bir məbləğdə pul verilməmişdir. Bu fakt qarşı tərəfin verdiyi qarşılıqlı iddia ərizəsindən də görünür. Belə ki, qarşılıqlı iddia tələbində tamam başqa faktlar qeyd olunub. İddia ərizəsində cavabdehin qeyd etdiyi ifadələrlə istintaq idarəsində verdiyi ifadələrdən kəskin fərqlənir. Qeyd olunanları nəzərə alaraq ilkin iddianın təmin olunması, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, etiraz və qarşılıqlı iddia ərizələrinin məzmununa uygun izahat verdi və məhkəmədən qarşılıqlı iddianın təmin, ilkin iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktubla müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin surətinə əsasən Cavabdeh2 İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2024-cü il tarixinədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15000 manat (on beş min manat) olmaqla qaytarmağı öhdəsinə götürür. - Bakı şəhərinin notariusu X6 "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı 960/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh2 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 300000 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan AZ89MUGA**********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 300000 manat pul Cavabdeh2 tərəfindən məxaric edilmişdir. - Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış digər kredit müqaviləsinin surətinə əsasən Cavabdeh2 İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246300 manat borc vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürür, “borc alan” xx.xx.2023-cü il tarixdə 100000 (yüz min) manatı notariusun depozit hesabı vasitəsilə verəcəyini və qalan 146300 (bir yüz qırx altı) manatı isə xx.xx.2023-cü il tarixdə “borc verənə” qaytarmağı öhdəsinə götürür. - Bakı şəhərinin notariusu X6 "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı 961/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh2 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 246300 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan AZ89MUGA**********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmişdir. - "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 246300 manat pul Cavabdeh2 tərəfindən məxaric edilmişdir. - Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi Elnur Məmmədovun 22 aprel 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarına əsasən X1 RPİ- nə ərizə ilə müraciət edərək, 19 may 2020-ci ildən 08 may 2023-cü ilədək olan müddət ərzində “Ladeks GROP” rəhbəri Cavabdeh2 onun işlədiyi "xxxx" MMC-yə 532.000 manat məbləğində keyfiyyətsiz, yararsız xammal sataraq, 160.000 manat pulunu ələ keçirərək dələduzluq etmiş, buna görə də, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəsi ilə cinayət işi başlanmış və ibtidai istintaqının aparılması üçün icraatına qəbul edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 18 iyul 2024-cü il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X7 06 iyul 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Tağıyevin 13 iyul 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına əsasən istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından 2023-cü ilin dekabr ayına kimi «Ladeks Grop»dən 2 milyon manata yaxın dəyərində olan toyuq və ət məhsullarını xammal kimi səhmdarı və direktoru olduğu "xxxx" MMC-yə almış və hissə-hissə olaraq ödənişləri etmişdir. «Ladeks Grop»un rəhbərləri Tofiq Mikayılov və onun oğlu Cavabdeh2 20 ilə yaxındır ki, tanıyır, Cavabdeh2 oğlu Cavidan Gəfərovla bir sinifdə oxumuşdur. "xxxx" MMC-də rəhbər işdə işləyərkən Tofiq Mikayılovla ticarət münasibətləri olmuş, onlardan «Halal Azəri»-yə aldığı malların içərisində mütəmadi olaraq keyfiyyətsiz mallar çıxmış, bu barədə onlara məlumat-xəbərdarlıq verilərkən onlar malları Braziliyadan, Türkiyədən aldıqlarını və istehsalçılara bildirəcəklərini, xarab malları yenisi ilə əvəz edəcəklərini, onsuz da depozit qalığı olduğunu bildirərək məsələnin həllindən yayınmışlar. Bunun əsasında 583.000 manat dəyərində keyfiyyətsiz mala görə borc məbləği yığılmış, onlar həmin keyfiyyətsiz malları “atın, tullayın, yenisi ilə əvəz edəcəklərini” deyib, bunun nəticəsində bu məbləğdə borc yığılmışdır. Sonra Fuad atası Tofiqlə onun yanına gələrək ondan borc iltizamı alıb, həmin iltizamı şəriklərə göstərəcəklərini, xarab malı yenisi ilə əvəz edəcəklərini bildirmişlər. X8 vermişdir. X13 bir sinifdə oxuduğunu, onlardan heç bir ziyan gələ bilməyəcəyini, bu məbləğin silinəcəyini və oğlu Cavidanla borc müqaviləsi bağlanarsa bu məsələnin daha sürətli həll olunacağını bildirmişlər. Cavidanla Cavabdeh2 arasında Notariat Kontorunda borc müqaviləsi pul vəsaiti olmadan bağlandı, bundan sonra qara günlər başlandı. Cavidanın dövlət qulluğunda olmasından istifadə edib, onu şantaj edib, həmin keyfiyyətsiz mallara görə yığılmış məbləği hədə-qorxu ilə almağa başlamışlar. Cavabdeh2 dəfələrlə zəng edərək Cavidanı tutduracağını, işdən çıxartdıracağı ilə hədələyib 160.000 manat pulunu almış, mart ayının sonunadək 350.000 manat pulu tələb etmiş, bundan sonra saxta brorc müqaviləsi Nərimanov rayonuda bağlandığı üçün Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə DİN cənab Vilayət Eyvazovun qəbuluna girərək bu barədə məlumat vermişdir. Əlişir Cəfərov həmçinin göstərmişdir ki, keyfiyyətsiz malların bir hissəsini Cavabdeh2 qaytarmış, bir hissəsini Qida Təhlükəsizliyinin təlimatına əsasən məhv etmiş, Cavabdeh2 məhv edilmiş malların dəyərini ümumi qalıqdan siləcəyini bilirsə də, vədinə əməl etməmişdir. Sonradan başa düşmüşdür ki, bu Fuadın qabaqcadan düşünüb planlaşdırdığı işdir, aralarında olan dostluq münasibətindən sui-istitadə edərək onu aldatmışdır. May ayı 2020-ci ildən dekabr ayı 2023-cü ilədək iş fəaliyyətləri olmuş, bu müddətdə 2 milyona yaxın məbləğdə dövriyyələri olmuş, keyfiyyətsiz mal xaric bütün malların pulları ödənilmişdir. Mallar Yaşar şoferin, Əsgər şoferin və ən çox özlərinə məxsus maşınlarla müəssələrinə daşınıb, fəhlələr Elnur, Rəşad və s. tərəfindən zavodun soyuducu anbarına boşaldılmışdır. Fuad malları xırdalanda yerləşən ilmə soyuducu anbarından onların zavoduna daşınmışdır. Bildirmişdir ki, saxta borc müqaviləsi bağlamazkən heç bir pul vəsaiti olmamışdır. Fuad onu aldadaraq oğlu ilə borc müqaviləsi bağlamazsa, digər şəriklərinə göstərərək bu məbləğin silinəcəyi haqqında ona məlumat verərək onu aldatmışdır. Cavabdeh2 göndərdiyi bütün mallar ciddi mühasibat sənədi ilə göndərilmədiyi üçün o, keyfiyyətsiz mallara akt bağlamamışdır. Həmin malların foto şəkilləri onları dəfələrlə zavoda çağıraraq keyfiyyətsiz mallarını onlara göstərmiş, işçilərdən Zərdəliyev Tərlan, Elnur Məmmədov, Rəşad və digərləri o xammarlarından necə keyfiyyətsiz məhsullar çıxmasının şahidi olmuşdur. Bəzən onun xammalı işləməyənə qədər keyfiyyətsiz olması haqqında bilə bilmirdilər, mal bişərkən, üfunət iyi içinin bişməməliyi palçıq kimi olması ilə təyin edilirdi. İstintaq zamanı dindirilmiş Cavabdeh2 ifadəsində göstərmişdir ki, onun Əlişir Cəfərovla heç bir alış-verişi olmamış, 2023-cü ilin mart ayının ortalarından fəaliyyətə başlamış, "xxxx" MMC-yə keyfiyyətsiz mal verilməsi ilə bağlı yazılanlar şər və böhtandır, onun oğlu İddiaçı həmin MMC-yə mal almaq üçün pul alaraq qazancı yarı ödəmiş, 422.000 manat borcu qalmışdır. Həmin borca dair 12 may 2023-cü il tarixdə 21 saylı Notariat Kontorunda borc müqaviləsi bağlanmış, borc müqaviləsi bağlanan zaman ona heç kim, heç bir hədə-qorxu gəlməmiş, həmin 160.000 manat pulu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, ölkəyə malların gətirilməsinə dair gömrük sənədləri və X2 sənədlərindən görünür ki, həmin malların keyfiyyətsiz olmasına dair heç bir şübhə yoxdur. İstintaq zamanı İddiaçı keyfiyyətsiz malların məhv edilməsinə dair tarixi göstərilməmiş akt təqdim etmiş, hansı ki, malların məhv edilməsi zamanı qarşı tərəf iştirak etməmiş, ümumiyyətlə həmin malların keyfiyyətsiz olmasını təsdiq edən qanuni sənədlər təqdim edilməmiş, ancaq fotoşəkillər təqdim edilmişdir. Həmin fotoşəkillərin nə vaxt, harada çəkilməsi məlum deyil. Cinayət üzrə aparılımış araşdırma ilə müəyyən edilmişdir ki, tərəflər arasında iş birliyi olmuş, kommersiya fəaliyyəti ilə məşğul olmuşlar. Cinayət işi üzrə toplanmış sübutlar təhlil edilən zaman müəyyən edilmişdir ki, tərəflərin ifadələri arasında mühüm ziddiyyətlər vardır ki, həmin ziddiyyətləri istintaq hərəkətləri və cinayət işinə əlavə edilmiş rəsmi sənədlərlə aradan qaldırmaq mümkün deyildir. Bununla da müəyyən edilmişdir ki, Cavabdeh2 İddiaçı qarşı dələduzluq etməsini təsdiq edən sübutlar yoxdur. Odur ki, qərarın təsviri hissəsində göstərilənərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanaraq ibtidai istintaqı aparılmış ********* №-li cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arsında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinin əsasən Cavabdeh2 İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat borc vermiş, Bakı şəhərinin notariusu X6 "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı 960/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh2 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 300000 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan AZ89MUGA**********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmiş və "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 300000 manat pul Cavabdeh2 tərəfindən məxaric edilmişdir. Eyni zamanda tərəflər arasında xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat kontorunda bağlanmış digər kredit müqaviləsinin surətinə əsasən isə Cavabdeh2 İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246300 manat borc vermiş, Bakı şəhərinin notariusu X6 "xxxx" ASC-nin “Dostluq” filialına ünvanladığı 961/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh2 ilə təsdiq ediləcək kredit müqaviləsi üzrə ödənilməli olan 246300 manat pulun qəbul etdikdən sonra onun məktubu əsasında İddiaçı verilməsi üçün banklarında olan AZ89MUGA**********00001AZM10 nömrəli depozit hesabına qəbul olunmasını və borc alana verilməsini xahiş etmiş və "xxxx" ASC-nin “Dostluq” filialının xx.xx.2023-cü il tarixli qəbzinə əsasən 246300 manat pul Cavabdeh2 tərəfindən məxaric edilmişdir. İddiaçı kredit müqaviləsini cavabdeh tərəfindən məcbur edilərək bağlandığını iddia edərək müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Məhkəmə o cümlədən qeyd edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı kredit müqaviləsini bağlamağa məcbur edildiyini bildirsə də, bunu sübut edə bilməmişdir. Eyni zamanda borc müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış borc müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə və notariat qaydasında bağlanıldığından, eləcə də, iddiaçı tərəfindən əqdlərin etibarsızlığı ilə bağlı sübutlar təqdim edilmədiyindən ilkin iddia rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh2 ilə İddiaçı arasında 12 mart 2023-cü ildə 21 saylı Notariat Ofisində bağlanmış kredit müqavilələrinə əsasən 386.300,00 (üç yüz səksən altı min üç yüz manat sıfır qəpik) manat məbləğində əsas borc, 30.340,65 (otuz min üç yüz qırx manat altmış beş qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 416.640,65 (dörd yüz on altı min altı yüz qırx manat altmış beş qəpik) manat borc pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 706.64 (yeddi yüz altı manat altmış dörd qəpik) manat ödənilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh qismində çıxış edən İddiaçı üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246300 manat borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı, xx.xx.2023-cü il tarixdə 100000 (yüz min) manatı notariusun depozit hesabı vasitəsilə verməyi və qalan 146300 (bir yüz qırx altı) manatı isə xx.xx.2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat borc vermiş, müqavilənin 2-ci bəndinə əsasən krediti xx.xx.2024-cü il tarixədək “borc verənə” notariusun depozit hesabı vasitəsilə hər təqvim ayının 25-i 15000 manat (on beş min manat) olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh ümumi borcundan 160000 manat qaytarmış, iddiaçı həmin məbləğin 246300 manat borc üzrə verildiyini və tərəfindən də, həmin borcdan silindiyini bildirmişdir. Bu hal hər iki tərəfin isdər cinayət işi üzə istintaq zamanı, isdərsə də, məhkəmə iclasında verdikləri etirafedici izahatları ilə öz təsdiqini tapmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı cavadehin ona hər iki müqavilə üzrə ümumilikdə 386.300,00 (üç yüz səksən altı min üç yüz manat sıfır qəpik) manat məbləğində (86300+300000) əsas borcunun olduğunu bildirərək həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86300 əsas borc; 12 may 2023-cü il tarixli digər kredit müqaviləsi üzrə 300000 (üç yüz min) manat əsas borc, hər iki müqavilə üzrə cəmi 386300 (üç yüz səksən altı min üç yüz) manat əsas borc tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin, öhdəliyin vaxtında icra edilməməsi səbəbindən cavabdehdən 30.340,65 (otuz min üç yüz qırx manat altmış beş qəpik) manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə isə hesab edir ki, iddia tələbi bu hisssədə qismən təmin edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əvvəla yuxarıda adı çəkilən qərarda kreditorun borclunun müqavilə üzrə icranı, yəni kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyi icra edilmədiyi halda və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cəfərov X3 Fuad Tofiq oğlundan xx.xx.2023-cü il tarixədək qaytarmaq şərti ilə 246300 manat borc almış, həmin borcdan 2024-cü ilin fevral ayında 160000 manatı qaytarmışdır. Bu hal tərəflərin etirafedici izahatları və iş materialları ilə sübuta yetirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia qaldırılan tarixə qalıq borcu (ilk müqavilə üzrə) 86300 manat təşkil edir. Qarşılıqlı iddia üzrə iddiaçı maddi zərərə görə əldən çxmış fayda kimi bank uçot dərəcəsinə uyğun olaraq faizinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsinə görə qanunvericiliyin tələbinə uyğun olaraq əldən çıxmış fayda kimi əsas borcun 5 faizi məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, işin araşdırılmış hallaır ilə müəyyən edilir ki, cavabdehin iddia qaldırılan tarixə əsas borc üzrə qalıq borcu bir müqavilə üzrə 86300 manat, digər müqavilə üzrə isə 300000 manat təşkil edir. Belə olan halda 246300 manat borc müqaviləsi üzrə illik 5% hesablanmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 9236.25 manat (246300 x 5%(illik 12315 manat) :12 ay( bir ayı 1026.25 manat) x 9 ay (2024-cü ilin fevral ayinda 160000 manat qaytarılan tarixədək) = 9236.25 manat), xx.xx.2024-cü il tarixdən iddia qaldırılan günə isə illik 5% hesablanmaqla 1078.75 manat (86300 x 5%(illik 4315 manat) : 12 ay (bir ayı 359.58 manat) x 3 ay = 1078.75 maant), ümumilikdə isə 10315 manat məbləğində əldən çıxmış fatda tutulmalıdır. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən Cəfərov X3 Fuad Tofiq oğlundan xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə 300000 manat borc almış, həmin borcdan heç bir ödəniş etməmişdir. Belə olan halda 300000 manat borc müqaviləsi üzrə illik 5% hesablanmaqla xx.xx.2023-cü il tarixdən iddia qaldırılan tarixə 15000 manat (30000 x 5% = 15000) əldən çıxmış fayda tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il qərarında qeyd olunur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86300 əsas borc, 10315 (on min üç yüz on beş) manat (9236,25 + 1078,75) məbləğində əldən çıxmış fayda; 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 300000 (üç yüz min) manat əsas borc, 15000 (on beş min) manat (300000 x 5%) məbləğində əldən çıxmış fayda, hər iki müqavilə üzrə cəmi 386300 (üç yüz səksən altı min üç yüz) manat əsas borc, 25315 (iyirmi beş min üç yüz on beş) manat məbləğində əldən çıxmış fayda tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş 706,64 (yeddi yüz altı manat 64 qəpik) manat dövlət rüsumunun 51,46 (əlli bir manat 46 qəpik) manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilməli, 655,18 (altı yüz əlli beş manat 18 qəpik) manatı isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə ilkin iddia rədd edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 86300 əsas borc, 10315 (on min üç yüz on beş) manat (9236,25 + 1078,75) məbləğində əldən çıxmış fayda; 12 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 300000 (üç yüz min) manat əsas borc, 15000 (on beş min) manat (300000 x 5%) məbləğində əldən çıxmış fayda, hər iki müqavilə üzrə cəmi 386300 (üç yüz səksən altı min üç yüz) manat əsas borc, 25315 (iyirmi beş min üç yüz on beş) manat məbləğində əldən çıxmış fayda tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 706,64 (yeddi yüz altı manat 64 qəpik) manat dövlət rüsumunun 51,46 (əlli bir manat 46 qəpik) manatı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 aid edilsin, 655,18 (altı yüz əlli beş manat 18 qəpik) manatı isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2881/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2881/2024
11.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver