Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2883/2024 14.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi qızının maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X3 30 iyun 1961-ci il təvəllüdlü olmaqla onun himayəsindədir. Atası 1-ci grup əlildir. X3 qəflətən xəstələndi. Apardığı xəstəxana və ölkələr qalmadı. Amma atasını sağalda bilmədilər. Dedilər ki, “bu sağalmaz xəstəliklər”. Atasının hərəkətləri tam məhdudlaşmışdır. Hərəkətlərinin mənasını dərk etmir. Fəaliyyət qabiliyyəti yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair verdiyi rəsmi məlumata əsasən kəllədaxili qansızmanın nəticələri, sol beyin yarımkürəsində keçirilmiş hemorragik insultun davamlı nəticələri immobillik disfaziya və afaziya, motor araziya, spastik hemiplegiya, X10 diaqnozu ilə xəstədir. Həmin Komissiyanın rəyinə əsasən X7 1-ci grup əlildir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil ayrıyarılıqda ərizənin məzmununa uyğun izahat verərək, ekspert rəyi ilə razı olduqlarını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Bakı şəhər Yasamal rayon İcra Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 09160530 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş 11 aprel 1992-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1992-ci ildə anadan olmuşdur. X3, anası X2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, X1 qansızmanın nəticələri, sol beyin yarımkürəsində keçirilmiş hemorragik insultun davamlı nəticələri immobillik disfaziya və afaziya, Motor Afaziya, Spastik hemiplegiya, X10 diaqnozu qoyularaq müddətsiz olaraq birinci dərəcəli əlil kimi qeydiyyata alınmışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1848 saylı rəyinə əsasən xx.xx.1961-ci il təvəllüdlü X5 DAMAR MƏNŞƏLİ DƏRİN DEMENSİYA (AĞİL ZƏİFLİYİ) (F01.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırki psixitarik müayinənin nəticələri - 2015-ci ildə insult keçirməsi, X11 müalicədə olması, uzun müddət nevroloji müalicə almasına baxmayaraq vəziyyətində müsbət dinamikanın qeyd olunmaması, nevroloji əlamətlərlə yanaşı yaddaş və intellektinin pozulması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab olunması, həmçinin hazırki müayinə zamanı ünsiyyətə çətin daxil olması, təfəkkürünün azproduktivliyi, kobud yaddaş pozuntularının qeyd olunması, intellektual imkanlarının aşağı olması, emosional dayanıqsızlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və s. sübut edir. X7 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X5 damar mənşəli dərin demensiya (ağıl zəifliyi) müəyyən edilir. X7 onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə qeyd edir ki, ərizəçi X4 yaxın qohumu – oğludur. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. xx.xx.1961-ci il təvəllüdlü X4 psixi qüsurlu olması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.1961-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2883/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2883/2024
14.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver