Məhkəmə qərarları › İş №2(004)-2886/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2886/2023

17.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2886/2023 17.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, payların vərəsələr arasında bərabər bölünməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, payların vərəsələr arasında bərabər bölünməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək qanun üzrə vərəsəlik haqqında Yasamal Rayonu 19 saylı noratiat ofisinin xüsusi notariosu H.H.Hacızadə tərəfindən xx.xx.1997-ci il tarixdə X4 miras etmiş X1 əmlakda tam hissədə pay ayrılmasına dair xx.xx.2017-ci il tarixdə 2V-İ30 reysterdə təstiq olunmuş “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi və xx.xx.2017-ci il tarixli qeydiyyat nömrəsi ********** seriyalı RX ******* olan X2 adına qeydiyyata alınmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, MPM-nin 149.2-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin iddiaçılar məhkəməyə müraciət edərkən MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmiş, yəni iddiaçılar İddiaçı2 və İddiaçı1 X1 əmlakda tam hissədə pay ayrılmasına dair vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsə də iddia ərizəsində X2 cavabdeh qismində göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçılar tərəfindən qanunvericliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. 5 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində X1 əmlakda tam hissədə pay ayrılmasına dair vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etsə də iddia ərizəsində X2 cavabdeh qismində göstərilmədiyindən və dövlət rüsumu qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmədiyindən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, payların vərəsələr arasında bərabər bölünməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, payların vərəsələr arasında bərabər bölünməsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar