Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2888/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.10.2018-ci il tarixli müqavilə üzrə, İMEİ Kodu **********82492 olan Samsung Galaxy A6 markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu olmaqla, 477 manat, 10.05.2019-cu il tarixli müqavilə üzrə, İMEİ Kodu **********52847 olan iPhone X markalı telefon üçün 1796 manat ödənilməmiş hissə, 524 manat dəbbə pulu olmaqla, 2320 manat, ümumilikdə 2797 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 01.10.2018-ci il və 10.05.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********82492 və **********52847 olan Samsung Galaxy A6 və iPhone X markalı telefon almış və nəticədə 2797 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə: 26.07.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1058 manat (24 ay x 44 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********64988 olan Samsung Galaxy J6 markalı telefon üçün ümumilikdə 477 manat olmaqla ondan, 372 manat ödənilməmiş hissə, 105 manat dəbbə; 15.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3051 manat (18 ay x 159 manat + 189 manat ilkin ödəniş) İMEİ Kodu **********28368 olan Samsung Galaxy A6 Plus markalı telefon üçün ümumilikdə 2320 manat olmaqla ondan, 1796 manat ödənilməmiş hissə, 524 manat dəbbə borcu qalmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1941 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxıımasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, Cavabdeh, “xxxx” MMC ilə bağladığı 01.10.2018-ci il və 10.05.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********82492 və **********52847 olan Samsung Galaxy A6 və iPhone X markalı telefon almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 01.10.2018-ci il tarixli müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu olmaqla, 477 manat, 10.05.2019-cu il tarixli müqavilə üzrə 1796 manat ödənilməmiş hissə, 524 manat dəbbə pulu olmaqla, 2320 manat, ümumilikdə 2797 manat borc yaranmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 01.10.2018-ci il tarixli müqavilə üzrə 372 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 377 manat, 10.05.2019-cu il tarixli müqavilə üzrə 1796 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 1801 manat, ümumilikdə 2178 manat borc və 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 01.10.2018-ci il tarixli müqavilə üzrə, İMEİ Kodu **********82492 olan Samsung Galaxy A6 markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 377 manat, 10.05.2019-cu il tarixli müqavilə üzrə, İMEİ Kodu **********52847 olan iPhone X markalı telefon üçün 1796 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu olmaqla, 1801 manat, ümumilikdə 2178 (iki min bir yüz yetmiş səkkiz) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi dəbbə pulunun qalan hissəsinə münasibətdə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2888/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2888/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver