Məhkəmə qərarları › İş №2(004)-2889/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2889/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2889/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 06.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********90775 olan “Xiaomi Mi 9” markalı telefon üçün 700 manat ödənilməmiş hissə, 210 manat dəbbə, 19.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87198 olan “Xiaomi Mi 9T Pro” markalı telefon üçün 485 manat ödənilməmiş hissə, 149 manat dəbbə, 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46357 olan “Samsung Galaxy A80” markalı telefon üçün 928 manat ödənilməmiş hissə, 273 manat dəbbə, 17.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78176 olan “X4 8” markalı telefon üçün 566 manat ödənilməmiş hissə, 165 manat dəbbə, 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********57939 olan “X4 10” markalı telefon üçün 1380 manat ödənilməmiş hissə, 414 manat dəbbə, olmaqla ümumilikdə 5270 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5300 manat məbləğində pulun tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, cavabdehlə “xxxx” MMC arasında 12.09.2019-cu il tarixli, 00906804 saylı, 19.09.2019-cu il tarixli, 00923822 saylı, 24.11.2019-cu il tarixli, 01073991 saylı, 17.02.2020-ci il tarixli, 20109952 saylı və 27.02.2020-ci il tarixli, 20131445 saylı müqavilələr bağlanmış, müqavilə üzrə nəzərdə tutulan əşyalar cavabdehə satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və borcunu vaxtında ödəməmiş, nəticədə cavabdehin 12.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********90775 olan “Xiaomi Mi 9” markalı telefon üçün 700 manat ödənilməmiş hissə, 210 manat dəbbə, 19.09.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********87198 olan “Xiaomi Mi 9T Pro” markalı telefon üçün 485 manat ödənilməmiş hissə, 149 manat dəbbə, 24.11.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********46357 olan “Samsung Galaxy A80” markalı telefon üçün 928 manat ödənilməmiş hissə, 273 manat dəbbə, 17.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********78176 olan “X4 8” markalı telefon üçün 566 manat ödənilməmiş hissə, 165 manat dəbbə, 27.02.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********57939 olan “X4 10” markalı telefon üçün 1380 manat ödənilməmiş hissə, 414 manat dəbbə olmaqla ümumilikdə 5270 manat borcu yaranmışdır. Cavabdeh ümumilikdə 1558 manat ödəniş etmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəm iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, yoldaşı xəstədir, işləmir. Oğlu isə həbsdədir. Pandemiya səbəbindən borcunu gecikdirmişdir, bunu nəzərə alaraq faizlərin silinməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.09.2019-cu il tarixli, 00906804 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********90775 olan “Xiaomi Mi 9” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 19.09.2019-cu il tarixli, 00923822 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********87198 olan “Xiaomi Mi 9T Pro” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli, 01073991 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********46357 olan “Samsung Galaxy A80” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.02.2020-ci il tarixli, 20109952 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********78176 olan “X4 8” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2020-ci il tarixli, 20131445 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, “xxxx” MMC tərəfindən İMEİ kodu **********57939 olan “X4 10” markalı telefon Cavabdeh nisyə satılmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 12.09.2019-cu il tarixli, 00906804 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1211 manat təşkil edir və aylıq 100 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 19.09.2019-cu il tarixli, 00923822 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 998 manat təşkil edir və aylıq 83 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 24.11.2019-cu il tarixli, 01073991 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1368 manat təşkil edir və aylıq 114 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 17.02.2020-ci il tarixli, 20109952 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 660 manat təşkil edir və aylıq 110 manat olmaqla 6 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarında olan “xxxx” MMC tərəfindən tərtib olunmuş 27.02.2020-ci il tarixli, 20131445 nömrəli alğı-satqı müqaviləsinə əlavəyə əsasən, müqavilənin ümumi dəyəri ilkin ödəniş də daxil olmaqla 1380 manat təşkil edir və aylıq 115 manat olmaqla 12 ay ərzində ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş 30.03.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh 12.09.2019-cu il tarixli, 00906804 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1211 manat olan əsas borcdan 700 manat ödənilməmiş hissə, 210 manat cərimə, cəmi 910 manat, 19.09.2019-cu il tarixli, 00923822 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 998 manat olan əsas borcdan 485 manat ödənilməmiş hissə, 149 manat cərimə, cəmi 634 manat, 24.11.2019-cu il tarixli, 01073991 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 440 manat olan əsas borcdan 928 manat ödənilməmiş hissə, 273 manat cərimə, cəmi 1201 manat borcu, 17.02.2020-ci il tarixli, 20109952 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 660 manat olan əsas borcdan 566 manat ödənilməmiş hissə, 165 manat cərimə, cəmi 731 manat borcu, 27.02.2020-ci il tarixli, 20131445 saylı alğı-satqı müqaviləsi əsasında yaranmış alğı-satqı qiyməti 1380 manat olan əsas borcdan 1380 manat ödənilməmiş hissə, 414 manat cərimə, cəmi 1794 manat borcu ümumilikdə isə 5270 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu Cavabdeh malın nisyə-alğı satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyini lazımi qaydada və vaxtında icra etmədiyindən, nisyə aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, hesablanmış cərimənin götürülmüş borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 12.09.2019-cu il tarixli, 00906804 saylı müqavilə üzrə 5 manat, 19.09.2019-cu il tarixli, 00923822 saylı müqavilə üzrə 5 manat, 24.11.2019-cu il tarixli, 01073991 saylı müqavilə üzrə 5 manat, 17.02.2020-ci il tarixli, 20109952 saylı müqavilə üzrə 5 manat və 27.02.2020-ci il tarixli, 20131445 saylı müqavilə üzrə 5 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12.09.2019-cu il tarixli, 00906804 saylı müqavilə üzrə 700 manat əsas borc, 5 manat dəbbə borcu, 19.09.2019-cu il tarixli, 00923822 müqavilə üzrə 485 manat əsas borc, 5 manat dəbbə borcu, 24.11.2019cu il tarixli, 01073991 saylı müqavilə üzrə 928 manat əsas borc, 5 manat dəbbə borcu, 17.02.2020-ci il tarixli, 20109952 saylı müqavilə üzrə 566 manat əsas borc, 5 manat dəbbə borcu, 27.02.2020-ci il tarixli, 20131445 saylı müqavilə üzrə 1380 manat əsas borc, 5 manat dəbbə borcu olmaqla ümumilikdə 4084 (dörd min səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 12.09.2019-cu il tarixli, 00906804 saylı müqavilə üzrə 700 manat əsas borc, 5 manat dəbbə borcu, 19.09.2019-cu il tarixli, 00923822 müqavilə üzrə 485 manat əsas borc, 5 manat dəbbə borcu, 24.11.2019-cu il tarixli, 01073991 saylı müqavilə üzrə 928 manat əsas borc, 5 manat dəbbə borcu, 17.02.2020-ci il tarixli, 20109952 saylı müqavilə üzrə 566 manat əsas borc, 5 manat dəbbə borcu, 27.02.2020-ci il tarixli, 20131445 saylı müqavilə üzrə 1380 manat əsas borc, 5 manat dəbbə borcu olmaqla ümumilikdə 4084 (dörd min səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar