Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2895/2024 12.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X4 və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxs Bakı şəhəri 6 saylı notariat kontoru cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 və 3-cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxs Bakı şəhəri 6 saylı notariat kontoru cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixində cavabdehin anası X5 ilə iddiaçının İddiaçı arasında bağlanmış müqaviləni etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə münasibəti var. Belə ki, xx.xx.2014-cü il tarixində cavabdehin anası X5 ilə iddiaçının İddiaçı arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehin anası X5 üzərinə öhdəlik götürmüşdür ki, mülkiyyətində olan mənzili - Bakı şəhəri, S.Tağızadə küçəsi, ev 115-də yerləşən 9 nömrəli mənzili iddiaçının mülkiyyətinə verir. Cavabdeh isə üzərinə öhdəlik götürmüşdür ki, bunun müqabilində isə inşa etdiyi binada yeni mənzili - Yasamal rayonu, Hüsü Haciyev küçəsi, 221-ci məhəllədə yerləşən, sahəsi 116 kv.m təşkil edən 3 otaqlı 5 nömrəli mənzili təmirli vəziyyətdə cavabdehin anasının mülkiyyətinə verir, bundan başqa hər ay 500 manat kirayə haqqı olan 3.500 manatını ilkin olaraq ödəyir, qalan 3.500 manatı isə 1 il müddətinə ödəyir. Cavabdehin anası X5 xx.xx.2016-cı ildə ölmüşdür, Cavabdeh anasının X1 hüquqi varisidir. Bu faktlar Yasamal Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli 2(103)-5121/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir. İddiaçı 1 il müddətində ödəməli olduğu 6.000 manat kirayə haqqını ödəmişdir, lakin cavabdeh mənzilini bu günə kimi iddiaçının mülkiyyətinə keçirməmişdir. Cavabdehin anası X5 dövlət orqanlarına sağlamlığın, əşyaların və əmlakına ziyan vurması ilə şikayət ərizələrini yazmışdır. Həmin ərizələrin araşdırmalar zamanı, yəni xx.xx.2014-cü il tarixində həmin müqavilə bağlanmışdır, Həmin tarixdə də, yəni xx.xx.2014-cü il, bütün salahiyətli orqanlarına ərizə yazaraq göstərmişdir ki, onlar barəsində verdiyi şikayət ərzəsini geri götürür və onlardan heç bir şikayəti yoxdur, lakin onlar söz verdiyi öhdəlikləri yerinə yetirməsələr onda yenidən onlar barəsində şikayət ərizələri yazacaq. Müqavilə bu günə gədər icra olunmamışdır, cavabdeh isə bu günə gədər hər yerə şikayətlər yazır və ondan pul tələb edir. Bununla yanaşı, iddiaçının İddiaçı belə müqavilə bağlanmağa səlahiyyəti yox idi, yəni xx.xx.2014-cü il tarixli Bakı şəhəri, Yasamal rayonu, Hüsü Haciyev küçəsi, 221-ci məhəllədə yerləşən, sahəsi 116 kv.m təşkil edən 3 otaqlı 5 nömrəli mənzil nizamnamə əsasında "xxxx" MMC tərəfindən inşa edilirdi və onun direktoru X8 belə müqavilə bağlamaq səlahiyyətində idi. Həmin səlahiyət ona Bakı şəhəri İcra Hakimiyyəti başçısının 103 saylı xx.xx.2004-cü il tarixli və xx.xx.2004-cü il tarixli sərəncamlarına əsaslanır. Məhkəmə iclasında iştirak edın İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iş üzrə qətnamə çıxarılmış, apellyasiyada da qüvvədə qalmışdır. Sözügedən mənzil ona təhvil verilməli idi. Qətnamə icraya yönəldilmiş, bir dəfə ev ona təhvil verilmişdir, lakin sonradan qapını sındıraraq evə girmişlər. Müqavilə etibarlıdır. Ona ev verilməli və yaxud baqş yerdə evlə təmin olunmalıdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan X6 ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2014cü il tarixli müqaviləyə əsasən X6 Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş reyestr kit. 13, səhifə 1863, qeydəalma 30/469, xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə və DƏDRX Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 11A3/3451 nömrəli araryışına əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44,9 kv.m olan 2 otaqlı mənzili "xxxx" MMC-nin hər ay 500 manat kirayə haqqı ödəmək şərti ilə 1 il müddətinə 6000 manat ödəyib və "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, 2-ci mərtəbə sahəsi 116 kv.m olan 3 otaqlı 5 nömrəli təmirli vəziyyətdə ona təhvil verilməsi müqabilində "xxxx" MMC-nin mülkiyyətinə verir. İddiaçı X2 mənzili "xxxx" MMC-nin mülkiyyətinə verməsi müqabilində təsisçisi olduğu "xxxx" MMC-nin ünvan 2 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, 2-ci mərtəbə sahəsi 116 kv.m olan 3 otaqlı 5 nömrəli təmirli vəziyyətdə ona təhvil verməyi və hər ay 500 manat ödəmək şərti ilə 1 il müddətinə 6000 manat ödəməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7299/2017 saylı 20 noyabr 2017ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək cavabdeh "xxxx" MMC-nin ünvan 3 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, 4-cü mərtəbə sahəsi 116 kv.m olan 3 otaqlı 5 nömrəli təmirli vəziyyətdə iddiaçı Cavabdeh təhvil verilməsi vəzifəsinin qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 103 nömrəli özünəməxsus ərazidə yaşayış binasının, ofisin layihələşdirilməsinə icazə verilməsi və sərəncamın addan ada keçirilməsi haqqında sərəncamına əsasən Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 287/d saylı razılıq məktubu "xxxx" MMCnin müraciəti, Texniki İnventarlaşdırma və Mülkiyyəti Hüquqlarının qeydiyyat İdarəsinin 000581 saylı QYM seriyalı qeydiyyat vəsiqəsi nəzərə alınaraq ünvan 4 ünvandakı 221 saylı məhəllədə yaşayış binasının lahiyələşdirməsi və tikintisi üçün 0,20 hek torpaq sahəsi həmin MMC-yə icarə əsasında istifadəyə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 105 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 103 nömrəli sərəncaının 10-cu bəndinə 0,20 ha əvəzinə 0,33 ha kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Tağızadə küçəsi, ev 115, 9 saylı mənzil xx.xx.1991-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Mülki Məcəllənin 646.1-ci madəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci madəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqısatqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş müqavilələrin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sənədi təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının və onun nümayəndəsinin öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçı tərəfin mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 24 sentyabr 2014-cü il tarixli müqavilə "xxxx" MMC-nin adından bağlanmışdır. Odur ki, məhkəmə İddiaçı cavabdehə qarşı hazırki iddianı qaldırması üçün subyektiv hüququ yoxdur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X4 və 3- cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxs Bakı şəhəri 6 saylı notariat kontoru cəlb edilməklə xx.xx.2014-cü il tarixdə cavabdehin anası X6 ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 və 3- cü şəxs qismində müstəqil tələb irəli sürməyən şəxs Bakı şəhəri 6 saylı notariat kontoru cəlb edilməklə xx.xx.2014-cü il tarixdə cavabdehin anası X6 ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2895/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2895/2024
12.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver