Məhkəmə qərarları › İş №2(004)-2900/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2900/2023

25.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2900/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər AR İqtisadiyyat Nazirliyi yanında X15 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs1nə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər AR İqtisadiyyat Nazirliyi yanında X15 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs1nə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsində o, ona məxsus şəxsiyyət vəsiqəsində “atasının adı” qrafasında qeyd edilən Mirəffəzin, ona məxsus doğum haqqında şəhadətnamədə “atası” qrafasında qeyd edilən “Mirfaz” oğlu ilə yəni, şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə doğum haqqında şəhadətnamədəki Ərizəçi Mirfaz oğlunun eyni şəxs olması; ünvan 1 ünvanında yerləşən 204 saylı evə dair verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda “ev sahibinin adı soyadı atasının adı” qrafasında qeyd edilmiş X17 (Djamil) oğlunun, ona məxsus doğum haqqında şəhadətnamədə və özünə məxsus 315096 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilən X13 ilə eyni şəxs olması; çıxarılmış qətnamənin ona məxsus digər sənədlərdə atasının adı soyadı və ata adı kimi qeyd edilmiş Tağıyev Mirafaz-Mirəffəz Kamil oğlu və ya Cəmil oğlu kimi qeyd edilən sənədlərdəki şəxsin ona məxsus doğum haqqında şəhadətnamədə qeyd edilən X13 ilə eyni şəxs olması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi xx.xx.2023-cü il tarixdə ərizənin dəqiqləşdirilməsi ilə bağlı yeni ərizə verərək Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 204 saylı yaşayış sahəsinə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportun 1927-ci il təvəllüdlü X8 məxsus olması faktının və Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş akt qeydləri kitabında 515 nömrə ilə qeydə alınmış İİİ-ЖГ seriyalı, 315096 nömrəli ölüm haqqında şəhadətnamənin X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum atası X13 (Mirəffəz) xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik işinin açılması üçün o, Bakı şəhəri 19 saylı Notariat ofisinə müraciət etmişdir. Bundan sonra notariat kontoru tərəfindən DƏDRX-ə sorğu göndərilərək mərhum atasının adına fərdi yaşayış evinə dair çıxarışın verilməsi xahiş edilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubunda isə müvafiq sənədlərdə mövcud olan ziddiətlərin aradan qaldırılması tövsiyyə edilmişdir. Belə ki, ərizəçinin anası X4 xx.xx.2010-cu il tarixdə, atası Tağıyev Mirfaz (Mirəffəz) Kamil oğlu isə xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından, o, qardaşı və bacısı doğulmuşdur. Müvafiq doğum haqqında şəhadətnamələrdən görünür ki, ataları X13, anaları isə X2r. Məhkəməyə təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə dair pasportun surətindən göründüyü kimi yaşadıqları ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olan pasport mərhum atası Mirafaz Tağıyevin adına verilmişdir. Vərəsəlik işinin açılması üçün o, zəruri sənədləri toplayarkən nikah haqqında şəhadətnamənin təkrarını almaq üçün Maraqlı şəxs1nə müraciət etmişdir. Müraciəti əsasında ona xx.xx.2023-cü il tarixdə 5-16-5 8-1317 15 23 saylı imtina məktubu verilmişdir. Bundan sonra hazırki ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ərizəçi məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, onun ata adı “Mirəffəz” kimi qeyd olunmuşdur. - Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən ünvan 1 204 saylı yaşayış sahəsinə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportun surətinə əsasən müəyyən olunur ki, yaşayış sahəsinin sahibi X17 (Djamil) oğlu kimi qeyd edilmişdir. - Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən verilmiş Ərizəçi Mirfaz oğluna məxsus doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, onun atası X13, anası ilə X2r. - Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı, 340548 nömrəli X11 məxsus doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, onun atası X13, anası ilə X2r. - Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı, 315096 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X13 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir və bu barədə akt qeydləri kitabında 515 nömrə ilə qeydiyyat aparılmışdır. - Bakı şəhəri 19 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 285 nömrəli məktubuna əsasən müəyyən edilir ki, notariat ofisi tərəfindən 1 saylı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair mərhum X6 adına çıxarış və texniki pasport verilməsi barədə sorğu verilmişdir. Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1317/15/23 nömrəli məktubuna isə əsasən müəyyən olunmuşdur ki, araşdırma zamanı Ərizəçi Maraqlı şəxs1 tərəfindən tərtib edilmiş 1266 saylı, xx.xx.1959-cu il tarixli doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında ata adı “Kamil”, Tağıyev Mirfəz barədə Maraqlı şəxs1 tərəfindən tərtib edilmiş 515 saylı, xx.xx.1985-ci il tarixli ölüm haqqında akt qeydində ölənin ata adı “Kamil” kimi yazılmasına baxmayaraq, valideynləri barədə Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 05 saylı, xx.xx.1950-ci il tarixli nikah haqqında akt qeydində kişinin ata adı "Camil" kimi qeyd edilmişdir. Məktubda həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətı aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq, vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Sənədlər arasında ziddiyyət olduğu üçün vətəndaşa məxsus olan vətəndaşlıq vəziyyəti akt qeydlərində ata adının “Camil”-dən “Kamil”-ə dəyişdirilməsı imkan xaricindədir. Qeyd olunanlara əsasən ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Beləliklə, məhkəmə tərəfindən işin müəyyən edilmiş halları ondan ibarətdir ki, Ərizəçi atasının adı ona məxsus şəxsiyyət vəsiqəsində “Mirəffəz” kimi qeyd edilməsinə baxmayaraq, bir sıra hüquqmüəyyənedici sənədlərdə ata adı, eləcə də atasının ata adı (babası) yanlış qeyd edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Ərizəçi AZE seriyalı 0******* nömrəli (FİN: xxxxxxx) şəxsiyyət vəsiqəsində onun ata adı “Mirəffəz” kimi qeyd edilmişdir. Lakin ona Bakı şəhəri Oktyabrskiy (hazırki Yasamal) Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsində onun ata adı qrafasında atası – “X13” kimi göstərilmişdir. Eyni zamanda ərizəçinin xx.xx.1956-cı ilə təvəllüdlü qardaşı Adil Tağıyevə Bakı şəhəri Oktyabrski (hazırki Yasamal) Rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИE seriyalı 340548 nömrəli doğum haqqında şəhadətnaməsində onun ata adı qrafasında atası – “X13” kimi; Bakı şəhəri Oktyabrskiy (hazırki Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş akt qeydləri kitabında 515 nömrə ilə qeydə alınmış İİİЖГ seriyalı, 315096 nömrəli ölüm haqqında şəhadətnamədə isə ərizəçinin 14 mart 1985-ci ildə vəfat etmiş atasının adı – “X13” kimi göstərilmişdir. Bundan başqa Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən verilmiş yaşayış sahəsinə dair “Texniki Pasport”un surətindən isə görünür ki, ərizəçinin atasının həm adı, həm də ata adı tamamilə fərqli, yəni “X17 (Djamil) oğlu” kimi göstərilmişdir. Ərizəçinin atası barəsində Azərbaycan SSRİ-nin Oktyabr rayon Xalq Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.1964-cü il tarixli 78/1964 saylı hökmdən isə müəyyən edilir ki, müttəhimin adı - “X13”, təvəllüdü - 1927-ci il, doğum yeri - Xızı rayonu Dağ-quşçu kəndi kimi göstərilmişdir. Göstərilənlərə əsasən, məhkəmə ərizəçinin ata adının dəqiqləşdirilməsi, qeyd olunan müvafiq sənədlərdəki şəxsin eyniliyinin müəyyənləşdirilməsi və yaranmış anlaşılmazlığın aradan qaldırılmaq üçün ərizəçinin və onun mərhum atasına məxsus akt qeydiyyatına dair sənədlərdə anket məlumatlarının (ad, soyad və ata adı, doğum tarixi və s) necə qeyd edilməsi barədə ətraflı məlumatın əldə edilməsi məqsədilə Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinə məhkəmə sorğu göndərmişdir. Sorğu əsasında Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikasının Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim edilmiş Ərizəçi və onun atası X7 Əhalinin Dövlət Reyestrinin X1 Sistemində mövcud olan olan məlumatlarına uyğun olaraq Əhalinin Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən edilmişdir ki, informasiya sistemində adı Ərizəçi kimi qeyd olunmuş xx.xx.1959-cu il təvəllüdlü vətəndaşın atası 1927-ci il təvəllüdlü X9r. Beləliklə, iş materiallarında olan sübutlara əsasən müəyyən olunur ki, ərizəçinin atasının adı X14 olduğu halda müxtəlif tarixlərdə, müxtəlif əhəmiyyətli sənədlərdə adı və atasının adı səhvən fərqli qeyd olunmuş, bu isə hazırda ərizəçiyə mərhumun – atasının vərəsəsi olmaq, vərəsəlik işinin açılması üçün müəyyən qanuni addımları atmaqda maneələr yaradır. Məhkəmə, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestrinin X1 Sistemi üzrə məlumatları əsas götürərək hesab edir ki, iddiaçının atasının adı texniki yanlışlıq olaraq Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən ünvan 1 204 saylı yaşayış sahəsinə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportda, Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş akt qeydləri kitabında 515 nömrə ilə qeydə alınmış İİİ-ЖГ seriyalı, 315096 nömrəli ölüm haqqında şəhadətnamədə və digər sənədlərdə, yəni “X14” əvəzinə digər formalarda qeyd edilmişdir. Buna görə də ərizəçinin atasının adı “X14” kimi qəbul edilərək ərizə təmin edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi AZE seriyalı 0******* nömrəli (FİN: xxxxxxx) şəxsiyyət vəsiqəsində onun ata adı “X10” kimi; ona Bakı şəhəri Oktyabrskiy (hazırki Yasamal) Rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsində onun ata adı qrafasında atası – “X13” kimi; ərizəçinin xx.xx.1956-cı ilə təvəllüdlü qardaşı Adil Tağıyevə Bakı şəhəri Oktyabrski (hazırki Yasamal) Rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə verilmiş İ-ИE seriyalı 340548 nömrəli doğum haqqında şəhadətnaməsində onun atası – “X13” kimi texniki yanlışlığa yol verilməklə göstərilmişdir. Bundan başqa Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən verilmiş yaşayış sahəsinə dair “Texniki Pasport”un surətindən də görünür ki, texniki yanlışlığa yol verilməklə ərizəçinin atasının həm adı, həm də ata adı tamamilə fərqli, yəni “X17 (Djamil) oğlu” kimi göstərilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan sənədlərdəki şəxs eyni olmaqla 1927-ci il təvəllüdlü X9r. Həmçinin izah edilməlidir ki, sadalanan müvafiq sənədlərdəki akt qeydlərindəki dəyişiklik edilməsi səlahiyyəti müvafiq icra hakimiyyəti orqanlarına aiddir. Belə ki, Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1317/15/23 nömrəli məktubunda da qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətı aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq, vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtina edildiyi təqdirdə isə aidiyyəti inzibati məhkəmədə mübahisələndirilə bilər. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən ünvan 1 204 saylı yaşayış sahəsinə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportun 1927-ci il təvəllüdlü X8 məxsus olması faktı və Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş akt qeydləri kitabında 515 nömrə ilə qeydə alınmış İİİ-ЖГ seriyalı, 315096 nömrəli ölüm haqqında şəhadətnamənin X8 məxsus olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin X3 Bürosu tərəfindən ünvan 1 204 saylı yaşayış sahəsinə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportun 1927-ci il təvəllüdlü X8 məxsus olması faktı və Bakı şəhəri Oktyabrskiy (hazırkı Yasamal) Rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş akt qeydləri kitabında 515 nömrə ilə qeydə alınmış İİİ-ЖГ seriyalı, 315096 nömrəli ölüm haqqında şəhadətnamənin X8 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar