Məhkəmə qərarları › İş №2(004)-291/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-291/2025

21.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-291/2025 21.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14) “alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: daşınmaz əmlakın alqı-satqı müqaviləsi, etibarsızlıq, yeni müqavilə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14) “alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14) “alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki 1 saylı mənzilinə dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin mənzilə dair onunla müqavilə bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdi.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə bacısı Cavabdeh2 adına ünvan 1 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki 1 saylı mənzili almışdır. Həmin mənzil alındıqda və ona uyğun müqavilə bağlandıqda hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 həmin müqavilədə iştirak etməmiş, müqavilə tərəfi olmamışdır. Müqavilədə bir tərəf iddiaçı, digər tərəf isə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 MTK olmuşdur. Bütün ödənişlər iddiaçı tərəfindən “Yusif” adlı makler vasitəsilə həyata keçirilmişdir. Həmçinin iş materiallarına Cavabdeh2 şəxsiyyət vəsiqəsinin sürətini əlavə etmişlər. Həmin vəsiqədə cavabdehə məxsus olan imza ilə müqavilədə olan imza tamamilə fərqlidir. Bu hal müqavilənin Cavabdeh2 tərəfindən imzalanmadığını bir daha sübuta yetririr. Qeyd edir ki, müqavilə bağlandığı və ödənişlərin olunduğu zaman Cavabdeh2 ölkə daxilində olmamışdır. O zaman iddiaçı cavabdeh olan MTK-da 4 ədəd mənzil almışdır. MTK rəhbərliyi isə ona yalnız bir nəfər bir mənzilə sahib ola bilər. Buna görə də idddiaçı evləri yaxın qohumları, həmçinin bacısı olan Cavabdeh2 adına rəsmiləşdirmişdir. Evlərin alınması ilə bağlı bütün ödənişlər ödənilmiş, yalnız kommunal xidmətlərə görə borc qalmışdır. Nəinki müqavilə, hətta evin bütün ödənişləri də məhz Əliyev Yusif tərəfindən aparılmışdır. İş üzrə cavabdeh müqavilə bağlanan zaman Azərbaycanda olmamışdır. Cavabdehin adı formal olaraq müqavilədə qeyd olunmuşdur. İddiaçı mənzillər alındıqda Ukraynada yaşadığına görə və orada bir müddət həbsdə olduğuna görə məznillərin heç birin öz adına rəsmiləşdirə bilməmişdir. Biz müqavilənin etibarsız hesab edilməsini və həmin tarixə iddiaçı ilə yeni müqavilənin bağlanmasını xahiş edir.

3. Cavabdeh1 MTK iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14) “alqı-satqı müqaviləsinin etibarsız sayılması və yeni müqavilənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia əssasız olmaqla yanaşı, iddiaçının əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq üçün müəyyən edilmiş müddət ötürülmüşdür.xx.xx.2013-cü il tarixdə iş üzrə digər cavabdeh X3 MTK-nın sədrinə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin pulunun hissə-hissə ödənilmək şərti ilə ona satılmasına icazə verilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılmış və X3 ilə Cavabdeh1 MTK arasında xx.xx.2013-cü ildə Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin tikintisinə dair 29 saylı “çoxmənzilli yaşayış binasının tikintisinə dair fərdi” müqavilə bağlanmışdır. Müqavilənin qiyməti 83.581 manat müəyyən edilmişdir. Müqavilə imzalanarkən “Sifarişçi” müqavilənin ümumi dəyərinin 49,65%-ni , yəni 41.500 manatını ödəmiş, qalan 50,35%-ni, yəni 42.081 manatını isə xx.xx.2013-cü il tarixədək ödməyi öhdəsinə götürmüşdür. Nəticədə, X4 xx.xx.2014-cü il tarixədək mənzilin dəyərinin 93,65%ni ödəmişdir. Onun MTK-ya hazırda 5300 manat müqavilə üzrə borcu qalmaqdadır. Mənzil sifarişçiyə tikilib təhvil verilmiş və sifarişçi bu günədək həmin mənzildə yaşamaqdadır. İddiaçı müqavilənin subyektiv tərkibini mübahisələndirməyərək bacısına öz istəyi ilə müqavilə bağlamağı tapşırdığını qeyd edir. Əqdin məzmunun sözügedən mənzilin alqısatqısı olmuşdur. İddiadan da göründüyü kimi, əqd həqiqi nəticəyə nail olmaqla iddiaçının bildiyi məzmunda bağlanmışdır. Əqd daşınmaz əmlakın alqı-satqı müqaviləsi üçün müəyyən edilmiş formaya riayət edilməklə bağlanmışdır.İddiaçı iddiasənda əqddə iradə sərbəstliyi bə iradə ifadəsinin bildirilməsi vəhdətini bildirməklə iradəsin in zədələndiyi və aldadıldığını qeyd etməklə əqdin etibarsız olduğunu iddia edir. Lakin iddiaçının qeyd olunan müqavilə ilə aiddiyyatını göstərən hər hansı mötəbər sübut mövcud deyildir. Həmçinin əqdin etibarsızlığı üçün əsaslar da mövcud deyildir.

5. Həmçinin Cavabdeh1 MTK məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı Yasamal rayon məhkəməsində cavabdehlər “ASP" MTK-ya və X6ma qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırıb. Hesab edirik ki, iddia əsassız olmaqla yanaşı, iddiaçının əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq üçün müəyyən edilmiş müddət ötürülmüşdür. 02 sentyabr 2013-cü ildə iş üzrə cavabdeh X3 MTK-nın sədrinə Bakı şəhəri yaşamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə, 3 otaqlı 1 nömrəli mənzilin pulunun hissə-hissə ödənilmək şərtilə ona satılmasına icazə verilməsi barədə ərizə ilə müraciət etmişdir. Ərizəyə baxılmış və X3 ilə “ASP" MTK arasında 02 sentyabr 2013-cü ildə Bakı şəhəri yaşamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə, 3 otaqlı 1 nömrəli mənzilin tikintisinə dair 29 saylı “Çoxmənzilli yaşayış binasının tikintisinə dair fərdi" müqavilə bağlanmışdır. Müqaviənin qiyməti 83.581 manat müəyyən edilib. Müqavilə imzalanarkən “Sifarişçi" müqavilənin ümumi dəyərinin 49.65%-ni yəni 41.500 manatını ödəmiş, qalan 50.35%-ni isə, yəni 42.081 manat hissəsini isə 05 oktyabr 2013-ü ilədək ödəməyi öhdəsinə götürmüşdür. Nəticdə, X4 08 may 2014-cü ilədək mənzilin dəyərinin 93.65%-ni ödəmişdir. Onun MTK-ya hazırda 5300 manat müqavilə üzrə borcu qalmaqdadır. Mənzil Sifarişçiyə tikilib təhvil verilmiş və sifarişçi bu günədək də həmin mənzildə yaşamaqdadır. Hazırda iddiaçı cavabdehin adma olan mənzilin ona məxsus olması və mənzilə sahiblənə bilməməsi səbəbində iddia qaldırdığını qeyd edir. İddiaçını dediyinə görə, bacısı ilə aralarında mənzilin onun adma alınması və sonradan mənzilin onun adma keçirilməsi barədə danışıq olmuşdur. İddia ərizəsindən də görünür ki, hazırki iddiaçı müqavilə tərəflərindən, müqavilədən, onun hüquqi nəticələrindən xəbərdar olmuşdur. Mülki Məcələnin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi həm əqdin etibarsızlığı ilə bağlı, həm də daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətləri ötmüşdür. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs bildirmişdir ki, 2013-cü ildə tərəfindən iddiaçı üçün Cavabdeh1 MTK-dan 3 ədəd mənzil alınmışdır. Həmin mənzilləri iddiaçı şəxsən özü seçmişdir. Evlərin alınması ilə bağlı olan ödənişləri o etmişdir.Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 MTK-nın nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə məhkməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, eyni iddiaçı eyni cavabdehə qarşı eyni iddia tələbi ilə 2019-cu ildə Yasamal rayon məhkəməsinə müraciət etmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Nəticədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə görə məhkəmə ərizəni baxılmamış saxlamışdır. Bu xüsusat da bir daha təsdiq edir ki, iddiaçı mübahisə yaratdığı halla əvvəldən məlumatlı olmuş, lakin vaxtında iddia ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Göründüyü kimi həm əqdin etibarsızlığı ilə bağlı, həm də daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətləri ötmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinin göstərişinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, məhkəmə baxış iclasını onun iştirakım olmadan keçirməklə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və X2 qarşı müqavilənin etibarsız hesab edilməsinə dair iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materialalrına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh2 Rusiya Federativ Respublikasında cəzaçəkmə müəssisəsindədir.

10. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

III. Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. X3 Cavabdeh1 MTK-nın İdarə Heyətinin sədrinə ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəyə əsasən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin pulunun hissə-hissə ödənilmək şərti ilə ona satılmasına icazə verilməsini xahiş etmişdir.

13. “Podratçı” Cavabdeh1 MTK ilə “Sifarişçi” Cavabdeh2 arasında bağlanmış çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi 29 nömrəli xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən podratçı Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin tikintisini sifarişçi isə müqavilənin qiyməti üzrə 83.581 manatı ödəməyi öhdəsinə götürmüşdür.

14. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi müqavilənin ümumi dəyərinin 49.65%-ni, yəni 41.500 manatı ödəyir, 50.35%-ni, yəni 42.081 manatını isə xx.xx.2013-cü il tarixədək ödəməyi öhdəsinə götürür.

15. Cavabdeh1 MTK-nın xx.xx.2013-cü il tarixli arayışına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin dəyərinin 600 manatını beh kimi ödəmişdir.

16. Cavabdeh1 MTK-nın xx.xx.2013-cü il tarixli arayışına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin dəyərinin 49.65%-ni ödəmişdir.

17. Cavabdeh1 MTK-nın xx.xx.2014-cü il tarixli arayışına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilən yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin dəyərinin 61.62%-ni ödəmişdir.

18. Cavabdeh1 MTK-nın xx.xx.2014-cü il tarixli arayışına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilən yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin dəyərinin 79.66%-ni ödəmişdir.

19. Cavabdeh1 MTK-nın xx.xx.2014-cü il tarixli arayışına əsasən Cavabdeh2 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr 92A ünvanında tikilən yaşayış binasının 6-cı blokunda 10-cu mərtəbədə 3 otaqlı 1 nömrəli mənzilin dəyərinin 93.65%-ni ödəmişdir.

20. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 18 noyabr 2024-cü il tarixli 3-38-33/2-4184/24 nömrəli məktubuna əsasən xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh2 xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2013-giriş, xx.xx.2013-çıxış, xx.xx.2014-giriş, xx.xx.2014-çıxış, xx.xx.2014-giriş, xx.xx.2014-çıxış kimi qeydə alınmışdır.

21. Azərbayca Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1883 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan 02 sentyabr 2013-cü il tarixli 29 nömrəli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin 3-cü vərəqində “imza” qrafasında “Cavabdeh2 Qənimə qızı” yazılan qarşısındakı imza-X14 tərəfindən icra olunmuşdur.

22. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki 1 saylı mənzilinə dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması və həmin mənzilə dair onunla müqavilə bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdi. İddia ərizəsinin üzərindəki məhkəmənin daxilolma ştampına əsasən məhkəməyə xx.xx.2019-cu il tarixdə daxil olmuşdur.

23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3274/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı maneələrin aradan qaldırılması və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işi MPM-nin 259.0.6-cı maddəsi lə baxılmamış saxlanılmışdır.

24. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddəti ötürüldüyündən rədd olunmalıdır.

25. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquq və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

29. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

33. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

34. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

35. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

36. Həmin Məcəllənin 354.2. maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

37. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

38. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

39. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

40. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında 02 sentyabr 2013-cü il tarixdə çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə imzalanmış və Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A ünvanında tikilməkdə olan yaşayış binasının 6-cı blokunda, 10-cu mərtəbədə, 3 otaqlı 1 nömrəli mənzilin X1. Hazırda iddiaçı həmin mənzilin alınması üçün pulun onun tərəfindən verilməsini, mənzili sonradan öz adına keçirmək məqsədilə bacısının adına aldığını, alqı-satqı ilə bağlı sənədləşmələrdə o və makler olan Yusifin iştirak etdiyini, mənzilin alındığı vaxt bacısının ümumiyyətlə Azərbaycan Respublikasında olmadığına istinad edərək müqavilənin etibarsız hesab edilməsini və Cavabdeh1 MTK-ya onunla yeni müqavilə bağlanması öhdəliyinin qoyulmasını tələb edir.

41. Məhkəmə ilk növbədə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

42. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

43. Məhkəmə Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında ünvan 1 ünvanında tikilən 19 mərtəbəli yaşayış binasının 6 blok 10 mərtəbədəki 1 saylı mənzilinə dair bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin imza ilə bağlı mübahisələndirilən hissəsinə münasibətdə hesab edir ki, iş üzrə alınmış ekspert rəyinə əsasən də qeyd edilən imza Cavabdeh2 tərəfindən icra edilməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 tərəfindən icra edilmişdir. Həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 da bu halı məhkəmə iclası zamanı təsdiq etmişdir. Lakin məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə əqdin təmsilçinin vasitəsilə bağlanması imkanı nəzərdə tutmuş, həmçinin səlahiyyətsiz təmsilçi tərəfindən bağlanılan əqdin sonradan bəyənilməsi halında həmin əqdi bağlandığı andan hüquqi nəticələrə səbəb olan etibarlı əqd kimi qiymətləndirmişdir.

44. Bununla bağlı məhkəmə qeyd edir ki, baxmayaraq ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman müqavilədəki imza Cavabdeh2 tərəfindən deyil, səlahiyyətsiz təmsilçi olan X14 tərəfindən imzalanmışdır, lakin işin hallarından görünür ki, X3 həmin əqdi bəyənmiş və həmin əqd hazırda etibarldır. Baxmayaraq ki, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir, lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi hallardan məlum olur ki, X3 hazırda həmin mənzili qaytarmaqdan imtina edir. Digər tərəfdən müqavilə bağlanarkən X3 özü onun adından müqavilənin imzalanması üçün şəxsiyyət vəsiqəsini vermiş və bu da onun əqd bağlanmasına razılığının olduğunu ifadə edir.

45. Bundan başqa məhkəmə iddiaçının mənzilin alınması ilə bağlı pulun onun tərəfindən verilməsi ilə bağlı qeyd edir ki, iddiaçı özü öz iradəsi ilə mənzilin bacısının adına rəsmiləşdirilmək üçün pul vermişdir. Məhkəmə qeyd edir ki, mənzilin alınması üçün nəzərdə tutulan pulun digər şəxs tərəfindən verilməsi qanunvericilikdə əqdin etibarsızlığı kimi nəzərdə tutulmamışdır.

46. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 ilə Cavabdeh1 MTK arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar olmadığından iddia təmin edilməməlidir. Məhkəmə müqavilənin etibarsızlığı hissəsində iddianı əsassız hesab etdiyindən prosessual qənaət prinsipinə əməl etməklə iddia tələbinin Cavabdeh1 MTK-ya müqavilə bağlanması öhdəliyinin qoyulması hissəsində əsaslandırma aparılmasını zəruri hesab etmir.

47. Bundan başqa Cavabdeh1 MTK tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

48. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

49. Məhkəmə qeyd edir ki, baxmayaraq ki, iddiaçı əqdin etibarsızlığını mübahisələndirmişdir, lakin məhkəmə hesab edir ki, əqd etibarlıdır. Odur ki, hazırki iddia üzrə müqavilənin etibarsızlığı ilə bağlı nəzərdə tutulmuş müddətləri deyil, daşınmaz əmlakla bağlı müqavilə tələbləri üzrə olan iddia müddətinin tətbiqini zəruri hesab edir.

50. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

51. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

52. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

53. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

54. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

56. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).

57. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

58. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

59. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.

60. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki tələblə eyni cavabdehlərə qarşı xx.xx.2019-cu il tarixdə də məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçının mübahisə edilən haldan məlumatı olmuşdur.Ona görə də iddia tələbi üzrə müddət də ötürüldüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.

61. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

62. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

63. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçıl tələb etmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

64. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar