Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2917/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu – 23 sentyabr 1998-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Yeni Yasamal yaşayış massivi, giriş 3, xarici dairəvi yol, 20 nömrəli evin 248-ci mənzilində qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, oğlu - 23 sentyabr 1998-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Yeni Yasamal yaşayış massivi, Giriş 3, Xarici dairəvi yol, 20 nömrəli evin 248-ci mənzilində qeydiyyatda olan X8 uşaqlıqdan xəstə olduğuna görə o yaşayış yeri üzrə şəhər poliklinikasında “Ağır dərəcəli kəmağıllılıq kobud nitq və davranış pozuntuları ilə'’ diaqnozu ilə qeydiyyatda olmuşdur və ona 18 oktyabr 2016-cı il tarixdən birinci dərəcəli əlillik təyin edilmişdir. O bir ana kimi oğlunun qulluğunda durur, ona qayğı göstərir. Məhkəmənin nəzərinə çatdırır ki, oğlu X2 Müslüm Səlim oğlu ilə onların birgə rəsmi nikahından dünyaya gəlmişdir, lakin X9 ilə rəsmi nikahı 2002-ci ildən ləğv olunduğuna görə oğlunun bütün ehtiyacları yalnız onun tərəfindən ödənilir. X3 xəstəliyi və əlilliyi səbəbindən hər hansı dövlət orqanına getməyi, özü ilə bağlı mülki, hüquqi, inzibati işlərin həyata keçirilməsində iştirak etməyi bacarmır. Hər dəfə oğlu X1 işləri ilə əlaqədar evdən çıxarmaq, notariusa aparmaq və s. ona əlavə problemlər yaradır. Yuxanda göstərilənləri nəzərə alaraq X3nun məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz elan edilməsi zərurəti vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatandırılmış maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8, 33.1-ci maddələrini, Azərbaycan Respublikası MPM-nin 305.1.3, 317.2, 320.2, 321.2-ci maddələrini nəzərə alaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin 4 saylı tibbi sosial ekspert komissiyası tərəfindən verilən xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, 23 sentyabr 1998-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik kobud nitq və davranış pozuntuları aşkar edilməklə birinci dərəcəli əlildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-2917/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1891 saylı rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 1891 saylı rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X8 öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 23 sentyabr 1998-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Yeni Yasamal yaşayış massivi, giriş 3, xarici dairəvi yol, 20 nömrəli evin 248-ci mənzilində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23 sentyabr 1998-ci il təvəllüdlü Bakı şəhərində anadan olmuş, Yeni Yasamal yaşayış massivi, giriş 3, xarici dairəvi yol, 20 nömrəli evin 248-ci mənzilində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2917/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2917/2023
06.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver