Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2921/2021 09.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “X1 Mərkəzi” MMC-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi Abşeron rayonu İcra şöbəsi, Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsi və X6 qarşı ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “X1 Mərkəzi” MMC-nə və və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi Abşeron rayonu İcra şöbəsi, Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsi və X6 qarşı ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Mərkəzi” MMC tərəfindən 23 dekabr 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin satılmasına dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx” şirkətinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsi “xxxx” ASC ilə “xxxx” şirkəti arasında bağlanmış 12 oktyabr 2006-cı il tarixli 65/06 №-li kredit müqaviləsi və kredit müqaviləsinə 05.06.2015-ci il tarixli Əlavənin təminatı kimi 22 iyun 2015- ci il tarixli ipoteka müqaviləsi ilə “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Yüklülük çıxarışı: Seriya RX, № 0649443, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 23.06.2015). Bakı Apelyasiya Məhkəməsinin 02.02.2018-ci il tarixli, 2(103)-42/2018 saylı icra sənədinə əsasən borclu “xxxx” Şirkətindən 250000 manat borc məbləği tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrasını həyata keçirən Abşeron rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət etmiş, borclu “xxxx” Şirkətinə məxsus torpaq sahəsi üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Abşeron rayon məhkəməsinin 10.06.2019-cu il tarixli, 8(012)-510/2019 saylı qərardadı ilə təqdimat təmin edilmiş, borclu “xxxx” Şirkətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0.35 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qərardad icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayon İcra və Probasiya şöbəsinə qərardadın icra edildiyinə dair məktub göndərərkən əmlakın ipoteka ilə yüklü olması barədə məlumat verməmişdir. Həmçinin, Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin arxivi tərəfindən 12 noyabr 2020-ci il tarixdə təsdiq edilmiş torpaq sahəsinə dair sənədlərin surətlərində də (çıxarışın surəti, torpaq sahəsinin planı və ölçüsünün surəti, torpağa mülkiyyət hüququna dair dövlət aktının surəti) əmlakın ipoteka ilə yüklü olması barədə məlumat verilməmişdir. Nəticədə, “xxxx” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin satılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə hərracın keçirilməsi haqqında sifariş verilmiş və 23 dekabr 2020-ci il tarixində hərrac keçirilərək X8 qalib elan edilmişdir. Qeyd olunan əmlak barədə hərracın keçirilməsi Abşeron rayon İcra və Probasiya şöbəsinin 13.01.2021 -ci il tarixli “xxxx” ASCnin Sumqayıt filialına ünvanlanmış məktubundan sonra iddiaçıya məlum olmuşdur. Belə ki, həmin məktubda qeyd edilir ki, “müvafiq torpaq sahəsi qiymətləndirilərək hərraca çıxarılmış və satılmış, həmin torpaq sahəsinin “xxxx” ASC-nin girovu olduğu məlum olmuş, bu səbəblə əmlakın satışından depozit hesabına pul daxil olmuşdur. Ödənişlər edilməsindən ötrü, hal-hazırda kredit üzrə borc qalığı barədə məlumat verməyinizi və pulun sizdə olan borc qarşılığından köçürülməsi üçün bankın rekvizitlərinin Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərməyiniz xahiş olunur.” “xxxx” ASC-nin ipotekasında olan əmlakın hərraca çıxarılaraq satılması qanunsuzdur və bu səbəbdən hərracın nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh “X1 Mərkəzi” MMC-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi Abşeron rayonu İcra şöbəsi, Azərbaycan Respublikası Əmlak X4 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi İdarəsi və X6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslərin nümayəndələri və digər üçüncü şəxs məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş mteriallarında olan “xxxx” ASC ilə “xxxx” şirkəti arasında bağlanmış 22 iyun 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla ipoteka qoyan arasında başğlanmış 12 oktyabr 2006-cı il tarixli 65/06 nömrəli kredit müqaviləsinə və 05 iyun 2015-ci il tarixli əlavəyə əsasən 107719 ABŞ dolları məbləğində 12 ay müddətinə uzadılmış kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi “xxxx” şirkətinin mülkiyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 8(012)- 510/2019 saylı qərardadı ilə borclu “xxxx” Şirkətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0.35 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qərardad icra edilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin YP-050 nömrəli, 23.12.2020-ci il tarixli Satış protokolunun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx” şirkətinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin satışa çıxarılmış və əmlak 28.000 manat müəyyən edilərək X8 tərəfindən alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin 10.11.2020-ci il tarixli, 131 nömrəli əmlakın qiymətləndirməsi barədə rəydən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin qiyməti 35000 manat təşkil edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-349/2019 saylı, 01.08.2019-cu il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı “xxxx” Şirkətinin cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka predmetinin yüklülükdən azad edilməsi”nə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-496/2019 saylı, 15.03.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(81)-496/2019 saylı, 15.03.2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhəri Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02.04.2021-ci tarixli, 20.08.2010-cu il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, “xxxx”ASC-nin iddiası təmin edilərək, “Qafqazenerqoserviz” şirkətindən “xxxx” açıq səhmdar cəmiyyətinin xeyrinə 164.600 (yüz altmış dörd min altı yüz) ABŞ dolları məbləğində əsas borc, 27.413 (iyirmi yeddi min dörd yüz on üç) ABŞ dollan məbləğində faiz borcu, 27.400 (iyirmi yeddi min dörd yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 219 (iki yüz on doqquz min dörd yüz on üç) ABŞ dolları məbləğində kredit borcu və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, “xxxx” şirkətinə məxsus 1 ədəd Poladəritmə elektrik qövs sobasına yönəldilməsi, həmin daşınar əmlak açıq hərracda satılması üçün ixtisaslaşdırılmış açıq hərrac təşkilatının sərəncamına verilməsi, “xxxx” şirkətinə məxsus 1 ədəd Poladəritmə elektrik qövs sobasının açıq hərracda satışından əldə ediləcək vəsait hesabına “Qafqazenerqoserviz” şirkətinin “xxxx” açıq səhmdar cəmiyyətinə olan kredit borcunun və ödənilmiş dövlət rüsumunun tutulması, artıq qalan hissənin “Qafqazenerqoserviz” şirkətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-82/2021 saylı, 05.05.2021-ci il tarixli qəradadının surətindən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02.04.2021-ci tarixli qərardadından cavabdeh xxxx” Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(85)-820/2010 saylı, 02.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AR Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 01.02.2021-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx” şirkətinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 8(012)- 510/2019 saylı qərardadına əsasən həbs qoyulmuşdur. Eyni zamanda, sözügedən əmlak sahəsi 12.10.2006-cı il tarixli, 65/06 nömrəli kredit müqaviləsinə əsasən 05.06.2015-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Odur ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin hərracda qalib gəlmiş X5 adına rəsmiləşdirilməsi mümkün olmamışdır. İş materiallarında olan AR Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22.02.2021-ci il tarixli sorğuya gələn cavab məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin 05.02.2020-ci il tarixli, 17/75-356-7H saylı məktubu ilə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 8(012)- 510/2019 saylı qərardadında qərardadın icrasının təmin edilməsi tələb edilmiş, daşınmaz əmlakın hüquqi rejimi barədə məlumat tələb edilməmişdir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 8(012)-510/2019 saylı qərardadı icra edilmiş və qərardadın icrası barədə məlumat Abşeron rayon İcra və Probasiya şöbəsinə **********40 saylı, 21.02.2020-ci il tarixli cavab məktubu ilə ünvanlanmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən ünvanlanmış müraciətdə yalnız "xxxx" şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinə dair çıxarışın, torpaq sahəsinə dair plan və ölçüsü sənədinin, onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi xahiş edilmişdir. Bu səbəbdən də tərəfimizdən sözügedən sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi təmin edilmiş, əlavə olaraq iqra məmurunun sorğusuna əsasən daşınmaz əmlakın üzərində Abşeron Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli, 8(012)-510/2019 saylı qərardadına əsasən həbs qoyulduğu, torpaq sahəsinin "xxxx" Yevlax filialının xeyrinə ipoteka ilə yüklü edildiyi bildirilmişdir. İş materiallarında olan AR Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.03.2021-ci il tarixli sorğuya gələn cavab məktubundan görünür ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 05.02.2020-ci il tarixli 17/75-356-7H saylı məktubu ilə daxil olmuş Abşeron Rayon Məhkəməsinin 8(012)- 510/2019 saylı qərardadında qərardadın icrasının təmin edilməsi tələb edilmiş, daşınmaz əmlakın hüquqi rejimi barədə məlumat tələb edilməmişdir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 8(012)-510/2019 saylı qərardadı icra edilmiş və qərardadın icrası barədə məlumat Abşeron Rayon İcra və Probasiya Şöbəsinə **********40 saylı, 21,02.2020-ci il tarixli cavab məktubu ilə ünvanlanmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ünvanlanmış müraciətdə yalnız "xxxx" şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinə dair çıxarışın, torpaq sahəsinə dair plan və ölçüsü sənədinin, onların verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi xahiş edilmişdir. Bu səbəbdən də tərəfimizdən sözügedən sənədlərin təsdiq edilmiş surətlərinin göndərilməsi təmin edilmiş, əlavə olaraq icra məmurunun sorğusuna əsasən daşınmaz əmlakın üzərində Abşeron Rayon Məhkəməsinin 10.06.2019-cu il tarixli 8(012)-510/2019 saylı qərardadına əsasən həbs qoyulduğu, torpaq sahəsinin "xxxx" ASC-nin Yevlax filialının xeyrinə ipoteka ilə yüklü edildiyi bildirilmişdir. İş materiallarında olan AR Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı 07.06.2021-ci il tarixli məktubun surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx” şirkətinin adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 05.03.2014-cü il tarixdə **********11 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi “xxxx” –nın Yevlax filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Yasamal Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 2(004)-2921/2021 saylı bildirişinə əsasən əmlak üzərinə müvəqqəti nəzarət qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “xxxx” şirkətinin mülkiyyətində olan 0,35 ha torpaq sahəsi “xxxx” ASC ilə “xxxx” şirkəti arasında bağlanmış 12 oktyabr 2006-cı il tarixli 65/06 №-li kredit müqaviləsi və kredit müqaviləsinə 05.06.2015-ci il tarixli Əlavənin təminatı kimi 22 iyun 2015- ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir Bakı Apelyasiya Məhkəməsinin 02.02.2018-ci il tarixli, 2(103)-42/2018 saylı icra sənədinin icrasını həyata keçirən Abşeron rayon İcra və Probasiya Şöbəsi “xxxx” Şirkətinə məxsus torpaq sahəsi üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmiş, Abşeron rayon məhkəməsinin 10.06.2019-cu il tarixli, 8(012)-510/2019 saylı qərardadı ilə təqdimat təmin edilmiş, borclu “xxxx” Şirkətinə məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı 0.35 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Qərardad icra edilməsi üçün ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayon İcra və Probasiya şöbəsinə qərardadın icra edildiyinə dair məktub göndərərkən əmlakın ipoteka ilə yüklü olması barədə məlumat verməmişdir. Həmçinin, Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin arxivi tərəfindən 12 noyabr 2020-ci il tarixdə təsdiq edilmiş torpaq sahəsinə dair sənədlərin surətlərində də (çıxarışın surəti, torpaq sahəsinin planı və ölçüsünün surəti, torpağa mülkiyyət hüququna dair dövlət aktının surəti) əmlakın ipoteka ilə yüklü olması barədə məlumat verilməmişdir. Nəticədə, “xxxx” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsinin satılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə hərracın keçirilməsi haqqında sifariş verilmiş və 23 dekabr 2020-ci il tarixində hərrac keçirilərək X8 qalib elan edilmişdir. Göründüyü kimi, 23 dekabr 2020-ci il tarixində keçirilmiş hərrac 22 iyun 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka saxlayanın, yəni “xxxx” ASC-nin razılığı və məlumatı olmadan keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə görə auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə görə “bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər." Həmin məcəllənin 416.2-ci maddəsinə görə “hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.” “İpoteka haqqında” AR qanununun 30.1-ci maddəsinə əsasən “İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair).” Həmin qanunun 31.1-ci maddəsinə əsasən “İpoteka predmetinə bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş qaydaları pozmaqla sərəncam verildikdə, ipoteka saxlayan ipoteka predmetinə sərəncam verilməsi haqqında əqdin etibarsız sayılmasını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsində nəzərdə tutulmuş nəticələrin tətbiq olunmasını tələb edə bilər.” Həmin qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarında da göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin 02.02.2018-ci il tarixli, 2(103)-42/2018 saylı icra sənədi verilməmişdən öncə artıq sözügedən əmlak 12 oktyabr 2006-cı il tarixli kredit müqaviləsi və kredit müqaviləsinə 05.06.2015-ci il tarixli Əlavənin təminatı kimi ipoteka ilə iddiaçı “xxxx” ASCnin xeyrinə yüklü edilmiş və ipoteka saxlayanın razılığı olmadan “X1 Mərkəzi” MMC tərəfindən həmin əmlakın alqı-satqısına (özgəninkiləşdirilməsi) dair hərrac yuxarıda göstərilən qanunvericilik normalarının tələbləri pozularaq keçirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, “X1 Mərkəzi” MMC tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin satılmasına dair keçirilmiş hərracın nəticələri etibarsız hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “X1 Mərkəzi” MMC tərəfindən 23 dekabr 2020-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsinin satılmasına dair keçirilmiş hərracın nəticələri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2921/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2921/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver