Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2925/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Bağlar Sukanalı İdarəsi tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 350 və 350A saylı bitişik olan bağ sahəsinə sudan istifadəyə görə hesablanmış 1392,48 və 1717,17 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən 350 və 350A saylı bitişik olan bağ sahələrini abadlaşdırmaq,su xətti çəkdirmək və su sayğacları quraşdırmaq məqsədilə Cavabdeh ASC-nin Bağlar Sukanalı İdarəsinə müraciət etdikdə onun sudan istifadəyə görə hesablanmış 1392,48 və 1717,17 manat borcu olduğu və borc ödənilmədiyi halda su xəttinin və su sayğacının quraşdırılmayacağı bildirilmişdir. Bu borc məbləği 2009-2016-cı illərə görə hesablanmışdır. Həmin illər ərzində iddiaçı xidməti fəaliyyəti ilə əlaqədar müxtəlif rayonlarında yaşamış, bağ evləri yararsız olduğundan kiminsə istifadəsinə verməmişdir. Belə ki, bu evlərdə su xətti olmamışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan abonent kartlarına əsasən müəyyən edilir ki, Tərəflər arasındakı 32186321 nömrəli, xx.xx.2009-cu il tarixli və 32126501 nömrəli, xx.xx.2007-ci il tarixli müqavilələrə əsasən abonent kodu **********000 nömrəli və **********000 nömrəli olan abonentin 2016-2017-ci illər üzrə Cavabdeh ASC-yə yekun borcu 1392,84 (min üç yüz doxsan iki manat səksən dörd qəpik) və 1717,17 (min yeddi yüz on yeddi manat on yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Abşeron rayonu, Novxanı kəndi, Nuru Paşa küçəsi 12 İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyinin və suyun dayandırılmasına səbəb olan halların əsaslandırılması) Cavabdeh ASC-nin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq borc məbləğinin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən 2016-2017-ci illər üzrə sudan istifadə olunmasına görə borcun yaranma əsasları, hesablanması qaydasını müəyyən etmək mümkün olmamış, qeyd olunan xüsusatlar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, sübutlara əsaslanmalıdır. Nəzərə almaq lazımdır ki, mülki iş üzrə sübutemə yükü publik münasibətlər üzrə hakimiyyət səlahiyyətlərini həyata keçirən Cavabdeh ASC-nin üzərindədir. Mülki prosessual qanunvericiliyin prinsipləri əsas götürülməklə hazırki iddia tələbi üzrə sübutetmə yükünün istehlakcı olan iddiaçının üzərinə qoyulması qanuni hesab edilə bilməz. Mülki iş üzrə məhkəmə iclasları bir neçə dəfə təxirə salınaraq cavabdeh tərəfindən müvafiq sübutların, borcun hesablanması qaydası, əsasları və digər zəruri sənədlərin məhkəməyə təqdim edilməsinin zəruriliyi bildirilsə də, müsbət nəticə əldə edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzrə ümumiyyətlə su xəttlərindən istifadə əsasları olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin Bağlar Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi üzrə yaşayış yoxdur, həmin ünvanda dəmir su xətti var, lakin xəttə su mövcud deyildir. Bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, iş materiallarına və sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməli və 2016 və 2017-ci illər üzrə əsassız hesablanmış 1392,48 (min üç yüz doxsan iki manat qırx səkkiz qəpik) manat və 1717,17 (min yeddi yüz on yeddi manat on yeddi qəpik) manat borcun silinməsi vəzifəsi Cavabdeh ASC-yə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 350 və 350A saylı bitişik olan bağ sahəsinə 2016-2017-ci illər üzrə sudan istifadəyə görə hesablanmış 1392,48 (min üç yüz doxsan iki manat qırx səkkiz qəpik) manat və 1717,17 (min yeddi yüz on yeddi manat on yeddi qəpik) manat məbləğində borcun abonentin hesabından silinməsi vəzifəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun əvəzi olaraq 51 (əlli bir) manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2925/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2925/2024
11.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver