Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2929/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxx” X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavəyə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “xxxxxxxxx” ASC-nin xeyrinə xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxxx 2020-ci il tarixədək hesablanmış 1995.54 AZN əsas, 887.81 AZN faiz, 8898.64 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3.8 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 11785.79 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən, “TBC” Kredit Bank olmayan Kredit təşkilatından illik 25 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq xx xxxxx 2018-ci il tarixli Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı İKB ASC arasında bağlanmış X2 xx xxxxxx 2019-cu il tarixli müqaviləyə, xx xxxxx 2019-cu il tarixli 1 nömrəli Əlavə Sazışə əsasən, Cavabdeh1 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış krdit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtləini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2020-ci il aprelin 22dək Cavabdeh1 banka xx xxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 1995.54 AZN əsas borc, 887.81 AZN faiz, 8898.64 AZN cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3.8 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 11785.79 AZN borcu vardır. Xəbardarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “TBC” Kredit Bank olmayan Kredit təşkilatı ilə İddiaçı İKB ASC arasında bağlanmış X2 xx xxxxxx 2019-cu il tarixli müqaviləyə, xx xxxxx 2019-cu il tarixli 1 nömrəli Əlavə Sazışə əsasən, Cavabdeh1 ilə “TBC” Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, BAKU1-36066-14666 nömrəli “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 “xxxxxxxxxx” BOKT MMC tərəfindən 5000 manat məbləğində, 24 aylıq, illik faiz dərəcəsi 25 % olan kredit ayrılmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli BAKU136066-14666+BAKU1-36080 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, bu müqavilə xx.xx.2018-ci il tarixli, BAKU1-36066-14666 nömrəli “xxxxxxxxxx” BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq “xxxxxxxxxx” BOKT MMC, Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, BAKU1- 36066-14666 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2020-ci il tarixə əsas borc üzrə 1995.54 manat, faiz borcu üzrə 887.81 manat, cərimə borcu üzrə 8898.64 manat, əldən çıxmış fayda üzrə 3.8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda digər Cavabdeh2 da zaminlik müqaviləsi əsasında üzərinə götürdüyü öhdəliklərə görə borclu Cavabdeh1 ilə eyni məsuliyyəti daşıyır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz, borcun tutulması hissələrində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən xx.xx.2020-ci il tarixli maliyyə arayışına görə cərimə pulunun 8898.64 manat məbləğində deyil, 800 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. AzərbaycanRespublikasıMPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki ProsessualMəcəlləsinin77.1-cimaddəsinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AzərbaycanRespublikasıMülki ProsessualMəcəlləsinin 218.3cümaddəsinəəsasənhakimişdəiştirakedənşəxslərinverdiyitələblərüzrəqətnaməçıxarır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1995,54 (bir min doqquz yüz doxsan beş əlli dörd qəpik) manat əsas borc, 887,81 (səkkiz yüz səksən yeddi manat səksən bir qəpik) manat faiz borcu və 800 (səkkiz yüz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 3,80 (üç manat səksən qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3687,15 (üç min altı yüz səksən yeddi manat on beş qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxxxxxxx” X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2929/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2929/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver