Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-293/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X5 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Səfərov Fərid Əliyar oğluna və Sarxanlı Hüseyn Cəlil oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında ona məxsus “Hyundai Elantra” markalı, **-LZ-*** qeydiyyat nömrə nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, X7 adlı şəxslə tanış olaraq dostluq münasibətləri yaranmışdır. Bir müddət sonra Sərxanlı Hüseyn etibarından sui-istifadə edib onu aldatmış, ona məxsus **-LZ-*** qeydiyyat nömrə nişanlı, buraxılış ili 2011-ci il olan “Hyundai Elantra” markalı avtomobili girov qoyaraq, əvəzində 8000 manat pul götürmüşdür. Lakin, avtomobilin texniki passportundan görünür ki, girov adı altında alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, hal-hazırda **-LZ-*** qeydiyyat nömrə nişanlı, "Hyundai Elantra” markalı avtomobil Cavabdeh mülkiyyətindədir. X2 dələduzluğu ilə bağlı müvafiq dövlət orqanlarına müraciət olunmuşdur. Faktiki olaraq Cavabdeh aralarında alqı-satqı müqaviləsi həyata keçirilmişdir. Digər girov müqaviləsi isə həmin alqı-satqı müqaviləsini pərdələmək üçün bağlanmış müqavilədir. Proses gedişində Cavabdeh İddiaçı qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Elantra minik” markalı, **- LZ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Hyundai Elantra minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobil AE seriyalı, 092040 nömrəli 11.03.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətindədir. Həmin avtomobili cavabdehdən alqı-satqı yolu ilə almışdır. Qanunvericiliyə əsasən avtomobil, üzərindəki hüquqlar dövlət qeydiyyatına alınmalı olan daşınar əşyadır. Sözügedən avtomobilin alqi-satqısı prosesi də, bununla bağlı bütün rəsmiləşdirmə işləri də qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumu tərəfindən tərəflərin sərbəst iradəsi əsasında aparılmış və dövlət qeydiyyatına alınmışdır. Bundan sonra qeyd olunan avtomobil 11.03.2021-ci il tarixində 7E-2223 reyestr nömrəli etibarnamə əsasında cavabdehə sürülmək üçün (qeydiyyat şəhadətnaməsi ilə birlikdə) verilmişdir. Lakin həmin etibarnamə 27.08.2021-ci il tarixində ləğv edilmiş və cavabdehin göstərilən avtomobil üzərində istifadə hüququna xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlə aralarında ona məxsus “Hyundai Elantra” markalı, **-LZ-*** qeydiyyat nömrə nişanlı avtomobilə dair 11.03.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş X10 və X8 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 317.1, 385.1, 442, 445.1, 448.2, 472-ci maddələrinin tələblərini nəzərə alaraq, müəyyən etmişdir ki, X8 və İddiaçı tərəfindən tərtib olunaraq imzalanmış ərizənin surətindən görünür ki, tərəflər, X3 11.03.2021-ci il tarixində 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədi ilə borc kimi götürdüklərini, borcu 15 ay müddətinə, hər ay 930 manat ödəməklə 11.06.2022-ci il tarixinə qədər tam ödəməyi öz öhdələrinə götürmüşdürlər. X10 ilə X8 arasında bağlanmış 11.03.2021-ci il tarixli öhdəlik müqaviləsinin məzmunundan görünür ki, X10, etibarnamə əsasında nümayəndəsi olduğu, 11.03.2021-ci il tarixli AE № 092040 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh məxsus olan 2011-ci il buraxılışlı KMHDH41EBCU287392 ban nömrəli **-LZ-*** dövlət nömrə nişanlı “Hyundai Elantra minik” markalı avtomobilin 13950 manata satılması barəsində X8 ilə razılığa gəlmiş, həmin məbləğ 15 ay müddətinə, hər ay 930 manat ödənilməklə, tam ödənildikdən sonra həmin avtomobili müvafiq QİS-də X4 adına keçməsini öhdəsinə götürmüşdür. X8 həmin məbləği 15 ay müddətinə, hər ay 930 manat ödənilməklə, tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 11.03.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı özünə məxsus olan “Hyundai Elantra minik” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobili 15000 manata alıcıya satmışdır. Müqavilə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin ştampı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsinin 124050-1221 saylı, 22.10.2021-cı il tarixli məktubundan görünür ki, “Hyundai Elantra” markalı, **-LZ-*** qeydiyyat nömrə nişanlı avtomobil 13.09.2018-ci il tarixində İddiaçı adına qeydiyyata alınmışdır. 11.03.2021-ci il tarixində alqı satqı müqaviləsi əsasında İddiaçı adından qeydiyyatdan çıxarılaraq, Cavabdeh adına qeydiyyata alınmış və həmin tarixdə avtomobilə dair İddiaçı adına 12.06.2022-ci il tarixinədək etibarnamə verilmişdir. Cavabdeh tərəfindən tərtib olunmuş 27.08.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, müvafiq notariat ofisinə müraciət edərək, avtomobilə dair İddiaçı adına verilmiş 11.03.2021-ci il tarixli etibarnamənin ləğv olunmasını və bu barədə məlumatın “Elektron notariat” informasiya sisteminə yerləşdirilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.3-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “...istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mübahisənin araşdırılmış sübutlarla müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, X1 Fərid Əliyar oğlundan 13950 manat məbləğində pul vəsaitini borc almış, borcun təminatı qismində ilkin iddia üzrə İddiaçı məxsus olan “Hyundai Elantra” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 11.03.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh satılmış, X10 ilə X8 arasında bağlanmış 11.03.2021-ci il tarixli öhdəlik müqaviləsinə görə isə qeyd olunan borc ödənildikdən sonra avtomobilin yenidən sonuncunun adına qeydiyyatdan keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin Cavabdeh “Hyundai Elantra” markalı, **-LZ-*** avtomobili 11.03.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq, sonuncu tərəfindən eyni tarixdə həmin avtomobilə dair İddiaçı etibarnamə verilməsi həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün, daşınar əşyanın ipoteka müqaviləsini pərdələmək məqsədi ilə bağlandığı barədə nəticəni yaradır. Belə olduğu halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında “Hyundai Elantra” markalı, **-LZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.03.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ilkin iddia təmin edildiyinə görə iddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İlkin iddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında “Hyundai Elantra” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 11.03.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-293/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-293/2022
01.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver