Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2945/2022 26.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X12 oğlunun katibliyi Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi X3 maraqlı şəxs Azərbaycan Respublikası Ədliyya Nazirliyinin Bakı şəhəri Maraqlı şəxsnə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində dogulmuş X2, Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il tarixdə təkrar verilmiş, AB 212429 saylı doğum haqqında şəhadətnamədə Ərizəçi xx xxxx 1953-cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində doğulduğu qeyd edilmişdir. Akt qeydlərində onun doğulması 15 iyun 1953-cü il tarixdə qeydə alınmışdır. Onun ilk adı X6 olmuşdur. Ərizəçi 1962-ci il tarixdə öz adını Aydına dəyişmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, onun doğumu 15 iyun 1953-cü il tarixdə qeydə alınsa da, ona 1962-ci il tarixdə yeni və təkrar doğum haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən dəyişikliyin həqiqətən olması barədə ona arayış lazımdır. Lakin bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə və Yasamal Rayonu Qeydiyyat Şöbəsinə edilmiş müraciətlərə hər hası bir ad dəyişikliyinin qeydə alınmaması barədə cavab verilmişdir. X1 adı Aydına dəyişdirilməmişdirsə, bu zaman vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhv vardır və bu səhvlik düzəldilməlidir. 05 aprel 1962-ci il tarixdə verilmiş, AB 212429 saylı doğum haqqında şəhadətnamədə onun təkrar verilməsi, eyni zamanda Ərizəçi doğumunun 15 iyun 1953-cü il tarixdə 48 nömrə ilə qeydə alınması qeyd edilmişdir. Həmin doğum haqqında şəhadətnamənin hansı sənəd əsasında verilməsi məlum deyildir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, 15 iyun 1953-cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində Ərizəçi adlı şəxs dünyaya gəlməmiş, qeyd olunan tarixdə və yerdə X6 dünyaya gəlmişdir və bu akt qeydində 48 nömrə ilə qeyd edilmişdir. Göründüyü kimi tarixi eyni olan, doğum yeri eyni olan və hətta qeydiyyat nömrəsi eyni olan qeydiyyata Ərizəçi adı deyil, X6 adı alınmışdır. Bu da onu təsdiq edir ki, Ərizəçi, elə X2 özüdür. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ərizəçinin doğum haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ərizəçi xx xxxx 1953-cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində doğulmuşdur. Atası qrafasında X5, anası qrafasında X8 göstərilmişdir. Ərizəçinin doğumu doğum haqqında akt qeydləri kitabında Krasnoyarsk diyarı Noşinsk kənd soveti İcraiyyə Komitəsi tərəfindən 15 iyun 1953-cü il tarixdə 48 nömrə ilə qeydə alınmışdır. İşdə olan Bakı şəhəri Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2021-ci l tarixli məktuba əsasən, Şöbə tərəfindən xx.xx.2021-ci il tarixdə 05/76-306/09 nömrə ilə doğum haqqında arayışın alınması barədə Rusiya Federasiyasına sorğu göndərilmişdir. Sorğuya cavab olaraq Krasnoyarsk diyarı Vətəndaşlıq vəziyyəti aktlarının qeydi Agentliyi xx.xx.2021-ci il tarixdə xx/xx-10886 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Ərizəçi məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. xx.xx.1953-cü il tarixli, 48 saylı doğum haqqında akt qeydinin uşaq bəndində ad “Albert” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təddiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərinin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Göstərilənlərə əsasən sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında arayışın verilməsindən imtina edilmişdir. Krasnoyarsk diyarı Vətəndaşlıq vəziyyəti aktlarının qeydi Agentliyi tərəfindən Maraqlı şəxsnə göndərilmiş 48 nömrəli doğum haqqında akt qeydindən müəyyən olunur ki, həmin akt qeydinə əsasən xx.xx.1953-cü il tarixdə anadan olmuş X4 doğumu 15 iyun 1953-cü il tarixdə qeydə alınmışdır. Ata və ana qrafasında göstərilən şəxslər ilə ərizəçi X3 valideynləri eyni şəxslərdir. Beləliklə tədqiq olunmuş sübutlarla ərizəçi X7 ilə xx.xx.1953-cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində dogulmuş X2 doğum yeri, tarixi, valideynləri və doğumnun qeydiyyatı orqanı və qeydiyyatı tarixi və nömrəsi eyni olması təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin olunaraq xx.xx.1953-cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində dogulmuş X6 ilə Ərizəçi eyni şəxs olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il tarixdə Krasnoyarsk bölgəsi, Abanski rayonu, Berezovka kəndində dogulmuş X2 Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2945/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2945/2022
26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver