Məhkəmə qərarları › İş №2(004)-2949/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2949/2021

19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2949/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh QSC ilə aralarında bağlanmış 09.04.2014-cü il tarixli, 37L000001883 saylı kredit xətti müqaviləsinin və 15.04.2014-cü il tarixli 37M000000092 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə yazılı vəsatət verərək mülki işin Füzuli Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatətini onunla əsaslandırmışdır ki, Cavabdeh QSC cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair iddia ərizəsi ilə Füzuli rayon Məhkəməsinə müraciət edilmiş, hazırda iş həmin məhkəmənin hakimi Məhəmməd Bağırovun icraatındadır və 26.04.2021-ci il tarixdə iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilmişdir. Qeyd edilməlidir ki, borc və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı mübahisə ilə əlaqədar olaraq bütün aiddiyyatı sənədlər, tərəflər arasında bağlanılmış bütün müqavilələrin, eləcədə hazırda iddiaçının mübahisləndirdiyi kredit xətti müqaviləsinin və ipoteka müqaviləsinin əsli də həmin mülki işin materiallarına əlavə edilmişdir. Göründüyü kimi hər iki iş bir-biri ilə əlaqəlidir, kredit xətti müqaviləsinin və ipoteka müqaviləsinin əsli də daxil olmaq hazıkı iş üzrə mübahisənin düzgün həlli üçün lazımı sənədlərin əsilləri Füzuli rayon Məhkəməsinin icaratında olan mülki işin materiallarındadır və ilkin olaraq həmin məhkəmədə iş icraata götürülmüş, hətta mahiyyəti üzrə araşdırılmalar da aparılmışdır. Hər iki işin birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün zəruridir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında vəsatətin əsassız olduğunu bildirərək, təmin olunmamasını xahiş etməmişdir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli və hazırki mülki iş iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair mülki işlə birgə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Füzuli Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair 2(064)- 772/2021 saylı mülki iş vardır. Həmin iş icraata ilkin olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh QSC-yə qarşı “kredit xətti razılaşmasının və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” 2(004)-2949/2021 saylı mülki iş iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” tələbinə dair 2(064)-772/2021 saylı mülki işlə birgə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar