Məhkəmə qərarları › İş №2(004)-2960/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2960/2022

08.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2960/2022 08.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə mülki işlərin birləşdirilməsi barədə məsələyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 4-M-2-0-10-15 saylı saxta zaminlik müqaviləsinin etibarsız hesab olunması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona qarşı saxta ittiham irəli sürərək guya, Cavabdeh ASC-nin Abşeron filialı ilə X2 arasında xx.xx.2015-ci il tarixli 4-M- 2-0-10-15 saylı kredit müqaviləsinə əsasən 4055 ABŞ dolları məbləğində illik 18 faiz olmaqla 36 ay müddətində kredit pul vəsaiti verilmişdir. Müqavilənin təminatı kimi X3 və onunla zaminlik müqaviləsi bağlanılmışdır. Qeyd edilən məsələlərlə əlaqəsi olmamışdır. İddiaçı təxminən 2017-ci il tarixdə prokurorluq cavabdehin bank filialında saxtakarlıqla bağlı araşdırmalar apararkən müstəntiq tərəfindən dəvət olunmuşdur. Müqavilə üzrə imzanın ona aid olub-olmaması araşdırılmışdır. İddiaçı imzanın ona aid olmaması barədə izahat vermişdir. Sonradan mətbuatdan adı çəkilən filialın rəhbəri və bir neçə əməkdaşının məhkəmənin qərarı ilə azadlıqdan məhrum edilməsi məlum olmuşdr. İddiaçı xx.xx.2018-ci il tarixdə 2(012)-99/2018 saylı iş üzrə Abşeron Rayon Məhkəməsinə imzanın ona aid oubolmaması barədə ekspertiza təyin edilməsi haqqında vəsatətlə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 21864 saylı ekspert rəyində qeyd edilənə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 4- M-2-0-10-15 saylı zaminlik müqaviləsində imza İddiaçı aid olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı mülki iş Abşeron Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X2, X3 və İddiaçı qarşı borcun tutulması tələbinə dair 2(012)-6012/2021 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il trixli 2(012)-6012/2021 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh ASC cavabdehlər X2, X3 və İddiaçı qarşı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi və eyni tarixli zaminlik müqavilələrinə əsasən kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (43.2). Məhkəmə iclasında iddiaçı işlərin birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işlərin birləşdirilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 395-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(004)-2960/2022 saylı mülki iş Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş Cavabdeh ASC-nin cavabdehlər X2, X3 və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə başlanmış 2(012)-6012/2021 saylı mülki işə birləşdirilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar