Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2969/2020 05.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və lizinq ödənişlərinin həyata keçirilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı BOKT MMC-yə və cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı “İddiaçı BOKT MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və avtomobilin ona qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və lizinq ödənişlərinin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 763,93 manat faiz borcu, gecikdirilmiş günlər üçün ödənilməli olan 306,14 manat cərimə olmaqla, cəmi 1070,07 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı BOKT MMC xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 763,93 manat faiz borcu, gecikdirilmiş günlər üçün ödənilməli olan 306,14 manat cərimə olmaqla, cəmi 1070,07 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi, təşkilata məxsus olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı BOKT MMC-yə və cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı “İddiaçı BOKT MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və avtomobilin ona qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun İddiaçı BOKT MMC-dən tutularaq ona ödənilməsi, lizinq obyekti olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-dən alınaraq ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında barışıq sazişini təqdim edərək bildirdi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə aralarında barışıq sazişi bağlamışlar və mübahisəni məhkəmədən kənar qaydada həll etmişlər. Barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsi üzrə razılaşdırılmış 18.000 manat pulu İddiaçı BOKT MMC-yə ödəmiş və tərəflər lizinq müqaviləsinə xitam verilməsinə razılaşmışlar. İddiaçı BOKT MMC xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh mülkiyyətinə keçməsinə dair sənədləri Cavabdeh təqdim etmişdir. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini, həmçinin iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında İddiaçı BOKT MMC ilə onun arasında bağlanmış xx.xx.2020ci il tarixli barışıq sazişini müdafiə etdi və izahatında bildirdi ki, bağladıqları barışıq sazişinə əsasən o, xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsi üzrə razılaşdırılmış 18.000 manat pulu İddiaçı BOKT MMC-yə ödəmiş və lizinq müqaviləsinə xitam verilməsinə razılaşmışlar. İddiaçı BOKT MMC xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçməsinə dair sənədləri ona təqdim etmişdir. Bu səbəbdən o, qarşılıqlı iddia tələbindən imtina barədə ərizə təqdim edir. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini, həmçinin iddianın təmini tədbirinin ləğv edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim edilmiş İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli razılaşmanı (barışıq sazişini) və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, cavabdehin qarşılıqlı iddiasından imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, AD seriyalı 357605 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı BOKT MMC-nin mülkiyyətindədir. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə əsasən İddiaçı BOKT MMC mülkiyyətində olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh lizinqə vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 65590 və 65591 nömrəli ödəniş qəbzlərindən müəyyən edilir ki, Cavabdeh iddiaçının iddia ərizəsində tələb etdiyi məbləği - 1.070,07 manat lizinq ödənişini (763,93 manat faiz borcu, gecikdirilmiş günlər üçün ödənilməli olan 306,14 manat cərimə olmaqla, cəmi 1070,07 manat pulu) xx.xx.2020-ci il tarixdə 1.080 manat pulu İddiaçı BOKT MMC-yə ödəmişdir. Cavabdeh ödəniş qrafiki üzrə xx.xx.2020-ci il tarixə kimi İddiaçı BOKT MMC-yə ödənilməmiş borcu yoxdur. Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2020ci il tarixə kimi avtomobilin alınması üçün verdiyi 10.700 manat ilkin ödənişlə birlikdə, avtomobilə görə ümumilikdə təxminən xx.xx.2020-ci il tarixə kimi 31.000 manat ödəniş etmişdir. Cavabdeh müqavilə öhdəliyini qrafikə uyğun olaraq növbəti aylar üçün ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı BOKT MMC xx.xx.2020-ci il tarixli 9/1593/20 nömrəli məktubla məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli qarşılıqlı razılaşma imzalandığını bildirmişdir. Mülki iş üzrə tərəflərin barışıq sazişinə əsasən və lizinq obyektinin üzərinə qoyulmuş həbs qərardadından şikayət verməyəcəklərini nəzərə alaraq, mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məktuba xx.xx.2020-ci il tarixli razılaşmanı əlavə etmişdir. Lizinq verən İddiaçı BOKT MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli razılaşmasından müəyyən edilir ki, lizinq alan Cavabdeh xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsi üzrə razılaşdırılmış 18.000 manat pulu İddiaçı BOKT MMC-yə ödəmişdir. Lizinq verən İddiaçı BOKT MMC 18.000 manat pulun ödənilməsini nəzərə alaraq xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə xitam verilməsini qəbul edir. Tərəflərin qarşılıqlı razılığına əsasən bu razılaşma qüvvəyə mindiyi gündən xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə xitam verilir. Lizinq verən İddiaçı BOKT MMC xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq alan Cavabdeh mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləri Cavabdeh təqdim edir. Bu razılaşma imzalandığı xx.xx.2020-ci il tarixdən qüvvəyə minmişdir. Cavabdeh qarşılıqlı iddia tələbindən imtina barədə məhkəməyə ərizə təqdim etmişdir. Hazırda məhkəmənin mübahisəni sülh yolu ilə həll etməklə bağlı təklifini tərəflər müsbət dəyərləndirmiş və barışıq sazişi bağlamışlar. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Odur ki, tərəflər barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması və qarşılıqlı iddiadan imtina ilə bağlı mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.3, 191.1, 191.2, 261, 261.0.4, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və lizinq ödənişlərinin həyata keçirilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı BOKT MMC-yə və cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ-yə qarşı “İddiaçı BOKT MMCnin qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və avtomobilin ona qaytarılması” tələbinə dair qarşılıqlı iddiası üzrə İddiaçı BOKT MMC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış razılaşma (barışıq sazişi) təsdiq edilsin, Cavabdeh qarşılıqlı iddiasından imtinası qəbul edilsin. Mülki iş üzrə icraata xitam verilsin. İddiaçı BOKT MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli razılaşmaya əsasən İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 137069/18 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətinə verilsin. “Mercedes Benz S500” minik markalı, 2006-cı il buraxılışlı, WDD2211711A081986 ban nömrəli, qara metalik rəngli, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh adına daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınması və Cavabdeh adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2969/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2969/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver