Məhkəmə qərarları › İş №2(004)-297/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-297/2024

08.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-297/2024 08.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz şəkildə müəyyənləşdirilmiş 2699,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında yaşayır. Cavabdehlərin əməkdaşları tərəfindən onun istifadəsi üçün quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü il tarixində çıxarılıb yenisi ilə dəyişdirilib aparılmışdır. Həmin an sayğacların birgə fotosunu çəkmişdir. Fotodan açıq görünür ki, sayğacda heç bir zədə yoxdur. Bu barədə akt tərtib edərək xx.xx.2023-cü il tarixli 14-2/3-5-4177-1 nömrəli sənəd əsasında qeyd edirlər ki, G-6 markali 40383863 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilib. Bu səbəbdən itirilmiş qaz sərfinə görə 21600 kub metr həcmində qaz zərər olaraq hesablanmışdır. Buna görə sistemdə itirilmiş qazın bərpasına dair 2699 manat 60 qapik borc müəyyənləşdirilmişdir. Akt barədə məlumat isə **********4 nömrəli sayğac üzrə sentyabr ayında (tam 5 ay sonra) aylıq ödənişi həyata keçirərkən ona məlum olmuşdur. Qeyd olunan borcun hesablanması əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixində "Azəriqaz" İB ilə onun arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdir. Müqavilədə əksini tapan "Zenner G6T Mexanika" markalı qaz sayğacı xx.xx.2023-cü il tarixində onun evindən çox kənarda küçədə quraşdırılmışdır. O, sayğaca hər hansı bir müdaxilə etməmiş, istifadə etdiyi qaz sərfiyyatına uyğun olaraq ödənişlərini həyata keçirmişdir. Daha sonra Cavabdeh İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd edilmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00620 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3-5-4177-1 saylı Akta əsasən “sayğacın hesablama mexanizminin qoruyucu şüsəsi deşilib, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 21600 m3 təşkil etmişdir. Hesablanmış 2592 manat məbləğində dəymiş ziyan 2023cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. İddiaçı ödənilməmiş 2023-cü ilin 149,10 manat sərfiyyat borcu mövcuddur. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında iddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X1’nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. **********00620 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan "Azəriqaz" İB-nin dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli Aktından görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanında quraşdırılmış G-6 markalı 40383863 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi müəyyən edilmişdir. (xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4177-1 nömrəli qaz sayğacının yoxlanması aktına əsasən). Mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqdsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin icra olunması müəyyən edilmişdir. Qaz sayğacının maksimal qaz sərfi 10 kub metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir: 10x24x90=21600 kub metr. İş materiallarında olan "Azəriqaz" İB-nin xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktına əsasən "Azəriqaz" İB-nin 14-2-2/3-5-4177-1 nömrəli aktından görünür ki, G-6 markalı 40383863 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan "Azəriqaz" İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4177-1 nömrəli qaz sayğacının yoxlanması aktından görünür ki, G-6 markalı 40383863 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşildiyi və istismara yararsız olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacının işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Habelə, həmin Qaydaların 4.7-ci maddəsinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir, qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusuna əsasən qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qazın dəyərini istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz şəkildə müəyyənləşdirilmiş 2699,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc silinməlidir. Belə ki, iş materiallarında olan "Azəriqaz" İB-nin dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli Aktından görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanında quraşdırılmış G-6 markalı 40383863 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi müəyyən edilmişdir. (xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-4177-1 nömrəli qaz sayğacının yoxlanması aktına əsasən). Mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqdsədilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlərin icra olunması müəyyən edilmişdir. Qaz sayğacının maksimal qaz sərfi 10 kub metr orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir: 10x24x90=21600 kub metr. "Azəriqaz" İB-nin xx.xx.2023-cü il tarixli, ******* nömrəli Aktına əsasən "Azəriqaz" İBnin 14-2-2/3-5-4177-1 nömrəli aktından görünür ki, G-6 markalı 40383863 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi müəyyən edilmişdir. Lakin həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, iddiaçı tərəfindən imzalanmamış, həmçinin həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmiş, ümumiyyətlə iddiaçının bu akt barədə məlumatı olmamışdır. Bu da aktın doğruluğuna şübhə yaradır. Həmçinin cavabdeh məhkəməyə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsinin məhz iddiaçının hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi barədə heç bir sənəd təqdim etməmiş, mövqeyini hər hansı bir sübutla əsaslandırmamış, mülahizə əsasında qurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı bir müdaxilənin edilməsi məhkəmə iclasında sübuta yetirilmədiyindən, iddia tələbi 10x24x90=21600 kub metr qaz sərfiyyatı həcmində - 2592 (iki min beş yüz doxsan iki) manat məbləğin silinməsi hissəsində təmin edilməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanılmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan cavabdeh vurulmuş ziyanın iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin olunsun. İddiaçı Cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat borc silinsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar