Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2977/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Bank ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” Bank ASC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 12.02.2015-ci il tarixli, **********11915 saylı kredit və **********11915/ip saylı ipoteka müqavilələrinin, bu müqavilələrdən yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC “xxxx” Bankı ilə aralarında bağlanmış 12.02.2015-ci il tarixli, **********11915 kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 17 faiz ödəmək şərtilə 50000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəlikləri icrasını təmin etmək məqsədilə aralarında bağlanmış **********11915/ip saylı ipoteka müqaviləsinə əsasən ona məxsus Xaçmaz şəhəri, Abbas Səhhət küçəsində yerləşən, 16 saylı bina-girişli, 101.2 kv.m ümumi, 86.1 kv.metr əsas, 15.1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli mağaza binası ipotekaya qoyulmuşdur. Cavabdeh ASC müqavilə bağlayarkən ona məxsus mağaza binasını ipotekaya qoyulacağı ona izah edilməmişdir. İqtisadi fəaliyyəti ilə bağlı illik 6% olmağla kredit veriləcəyi, 10 illik kredit xətti müqaviləsi açılacağına qol çəkəcəyi bildirilmişdir. Kredit və ipoteka müqaviləsindəki imzalar ona və ailə üzvlərinə məxsus deyildir. Ekspertiza təyin olunsa bu hallar üzə çıxacaqdır. Özünə müqavilələr təqdim olunacağı bildirilmiş, lakin təqdim olunmamışdır. Qeyd olunan müqavilələr onu aldatmaqla bağladıldığdan hesab edir ki, əsassızdır və etibarsızdır. Bu hal onun üçün ağlasığmaz nəticələrə səbəb olmuşdur, iqtisadi vəziyyəti pisləşmiş və arzuolunmayan nəticələrə səbəb olmuşdur .’’Cavabdeh”-ın onu aldadaraq müqavilə bağlamasından yenicə xəbəri olmuşdur. Əks halda bu müqaviləni bağlamazdı. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə verərək işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının könüllü təşəbbüsü ilə qanunvericiliyə uyğun müqavilələr bağlanmışdır. Hazırda iddiaçının məqsədi kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasından yayınmaqdır. Odur ki, cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli, 2(067)-168/2018 saylı qətnaməsi ilə iddiaçı ASC “xxxx” Bankının cavabdeh İddiaçı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən əsas borc üzrə 40459.35 manat, faiz borcu üzrə 6870,41 manat, cərimə borcu üzrə 100 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclərin, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi, İddiaçı məxsus olan Xaçmaz şəhəri, Abbas Səhhət küçəsində yerləşən 16 nömrəli bina-girişli, 101,2 kv.metr ümumi, 86,1 kv.metr əsas, 15,1 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli mağaza binasına tutmanın yönəldilməsi, həmin qeyri yaşayış binasının hərracda satılması və satışdan əldə ediləcək vəsaitin cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 121.500 manat məbləğində qiymətləndirilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı izahatında iddiaçı bankdan kredit aldığını və ona məxsus əmlakın ipoteka ilə yüklü edildiyini, borcu ödəməkdən boyun qaçırmadığını, lakon müəyyən çətinliklər olduğundan ödənişləri dayandırdığını, borcunu yaxın vaxtlarda ödəyəcəyini göstərmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 15.10.2019-cu il tarixli, 2(105)-1969/2019 saylı qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 05.10.2018-ci il tarixli, 2(067)-168/2018 saylı qətnaməsindən iddiaçı ASC “xxxx” Bankı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə kredit müqaviləssi üzrə faiz borcunun və cərimənin tutulması hissəsində dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Sadalanan qətnamələr cavabdeh İddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırda İddiaçı ASC “xxxx” Bankı ilə aralarında bağlanmış 12.02.2015-ci il tarixli, **********11915 saylı kredit və **********11915/ip saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərini əsaslandırarkən qeyd olunan müqavilələr bağlanarkən ona məxsus mağaza binasının ipotekaya qoyulacağının ona izah edilmədiyini, kredit və ipoteka müqaviləsindəki imzaların ona və ailə üzvlərinə məxsus olmadığını, qeyd olunan müqavilələrin onun aldadılması nəticəsində bağlanıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə əsasən vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir... iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Göründüyü kimi, iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliyin tələbi imperativ xarakter daşıyır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddiaçı vacib əhəmiyyətli yanıltmanın təsiri altında bağlandığını iddia etdiyi ipoteka müqaviləsinin etibarsızlığı barədə 12.02.2015-ci il tarixdən məlumatı olmasına baxmayaraq, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddəti ötürməklə, yalnız 12.04.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi verməklə mübahisələndirmişdir. Digər tərəfdən, ipoteka müqaviləsinə dair tələblərin pozulması ilə bağlı mülahizələrinə münasibətdə məhkəmə qeyd edir ki, belə olan halda iddiaçının həmin ipoteka müqaviləsinin onun və ailə üzvləri tərəfindən imzalanmaması barədə həmin müqavilənin bağlandığı an məlumatı olmuşdur. Bu halda da, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş 1 il iddia müddəti buraxılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 17.03.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh “xxxx” Bank ASC ilə aralarında bağlanmış 12.02.2015-ci il tarixli, **********11915 saylı kredit və **********11915/ip saylı ipoteka müqavilələrinin, bu müqavilələrdən yaranmış hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2977/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2977/2021
25.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver