Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2981/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı 12.04.2021-ci il tarixdə Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” QSC ilə İddiaçı arasında bağlanmış, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 7A, 64 nömrəli mənzilin yüklü edilməsinə dair ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə yazılı vəsatət verərək iddiaçı Cavabdeh QSC -nin cavabdehlər İddiaçı, X2, X9, X4 və X3ma qarşı “borcun tutulması” tələbinə dair mülki iş Füzuli Rayon Məhkəməsinin hakimi Yaşar Həşimovun icraatındadır. Beləliklə, icraatda olan mülki iş üzrə İddiaçı Cavabdeh QSC-nin iddiası üzrə cavabdeh kimi çıxış edir, “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddianın həlli “borcun tutulması” tələbinə dair mülki işin həlli ilə sıx bağlıdır. Qeyd olunanlara əsasən, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işlə Füzuli Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh QSC -nin cavabdehlər İddiaçı, X2, X9, X4 və X3ma qarşı “borcun tutulması” tələbinə dair mülki işin birləşdirilməsi üçün aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil icraatda olan mülki işin Füzuli Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirmiş, hazırki mülki iş üzrə icraatın Yasamal Rayon Məhkəməsində davam etdirilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş materialları aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 2(064)-389/2021 saylı 10.02.2021-ci il tarixli və 2(064)-389/2021 saylı 10.03.2021-ci il tarixli məhkəmə bildirişlərindən görünür ki, Füzuli Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh QSC -nin cavabdehlər İddiaçı, X2, X9, X4 və X3ma qarşı “borcun tutulması” tələbinə dair mülki iş vardır. Həmin iş icraata ilkin olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44-45, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh QSC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(004)-2981/2021 saylı mülki işin icraatı Füzuli Rayon Məhkəməsinin icraatında olan 2(064)-389/2021 saylı mülki işin icraatına birləşdirilsin və birlikdə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. 2(004)-2981/2021 saylı mülki iş materialları Füzuli Rayon Məhkəməsinin icraatına göndərilsin. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2981/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2981/2021
19.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver