Məhkəmə qərarları › İş №2(004)-2996/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2996/2021

10.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2996/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı Bəhrəm qızının, onun nümayəndəsi (anası) X3 və vəkili Ələkbər-zadə Faiq Zakir oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bəhrəm qızının cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamənin, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onlardan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəhrəm qızı cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın X15 tərəfindən vəsiyyət edilməsinə dair Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunan 14.05.2014-cü il tarixli 2V/-18 reyestr nömrəli vəsiyyətnamənin, verilmiş 13.06.2018-ci il tarixli 2V-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onlardan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı Bəhrəm qızının vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bəhrəm qızının nümayəndəsi (anası) X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X13 ilə onun birgə nikahından xx.xx.2001-ci il təvəllüdlü İddiaçı Bəhrəm qızı doğulmuşdur. X13 ilə onun arasında bağlanmış nikah 14.02.2009-cu ildə pozulmuşdur. X1 Bəhram İsmayıl oğlunun anasıdır. X13 birlikdə yaşayanda onu və anası X11 döyürdü. Aralarındakı nikah pozulandan sonra o, qızı İddiaçı Bəhrəm qızı ilə birlikdə yaşadıqları Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evi tərk etməyə məcbur olmuşlar. Arada bir qaynanası X12 baş çəkmək üçün onun yaşadığı Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evə gəlib getmişdir. İddiaçı Bəhrəm qızının atası X13 11.02.2016-cı ildə vəfat etmişdir. İddiaçı Bəhrəm qızının nənəsi X15 isə 10.12.2017-ci ildə vəfat edib. O, keçmiş qaynanası X8 vəfatından bir gün sonra Cavabdeh2 icazəsi ilə 11.12.2017-ci ildə qızı İddiaçı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evə köçmüş və hazırkı vaxta kimi orada yaşayırlar. X15 Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evin 1/6 hissədən ibarət olan payını 14.05.2014-cü il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində verdiyi vəsiyyətnaməyə əsasən qardaşı Cavabdeh2 vəsiyyət etmişdir. Cavabdeh2 mirası qəbul etmək üçün 17.12.2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisinə ərizə vermişdir və İddiaçı mərhum Sonya Quliyevanın nəvəsi olmasını göstərmişdir. O, İddiaçı anası kimi 03.03.2018-ci il tarixdə notariusa ərizə verərək məcburi paya dair şəhadətnamə verilməsini xahiş etmişdir. 23.02.2018-ci ildə İddiaçı Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evə qeydiyyata düşmüşdür. 13.06.2018-ci ildə Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evin 1/6 hissədən ibarət olan paya dair Cavabdeh2 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, İddiaçı isə məcburi payı verilməmişdir. Hesab edir ki, X2na çatası məcburi pay onun qızı İddiaçı verilməlidir. Həmçinin hesab edir ki, mərhum Sonra Quliyeva nəvəsi İddiaçı çox istədiyinə görə, evini qardaşı Cavabdeh2 vəsiyyət edə bilməzdi. Hesab edir ki, Sonya Quliyevanın qardaşı Cavabdeh2 verdiyi 14.05.2014-cü il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Cavabdeh2 ona və qızı İddiaçı qayğı ilə yanaşır, onları mənzilə buraxmışdır. Onların mənzildə yaşamasına heç bir etiraz etməmişdir və hazırda da mənzildən çıxmalarını tələb etmir. Hesab edir ki, miras əmlakdan onun qızı İddiaçı çatası pay verilməlidir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. İddiaçı Bəhrəm qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və nümayəndəsi (anası) X3 izahatı ilə razı olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2001-ci ildə X5 və X6 nikahından doğulmuşdur. İddiaçı anası X5 ilə birlikdə 2003-cü ilədək ünvan 2 ünvanda yaşamışdır. 2003-cü ildə iddiaçının anası X5 və atası X13 arasında yaranmış narazılıqlar nəticəsində, Bikəxanim Mirzəyeva mübahisə edərək, evi tərk edib getmişdir. X5 və X13 14.02.2009-cu ildə rəsmi şəkildə boşanmışlar. 11.02.2016-cı ildə uzun sürən ağır xəstəlikdən sonra iddiaçının atası X13 vəfat etmişdir. Xəstə olduğu illər ərzində və ömrünün son gününədək X14 Quliyevanın onu ziyarət etməsini arzu etmiş, lakin Bikəxanım Mirzayeva buna imkan verməmişdir. Bəhram Quliyevə xəstə və qoca anası X15 və dayısı - hazırkı iş üzrə Cavabdeh2 baxmış, bütün lazım olan ehtiyaclarını təmin etmişlər. X2 vəfat etdikdən sonra X5 ünvan 2 ünvanda yerləşən evə qayıtmaq istəmişdir. Lakin, mərhum Sonya Quliyeva buna icazə verməmiş, oğlunun ağır günlərində onu atdığını, gəlib mənəvi dəstək olmadığını və övladını atasından ayırdığını səbəb gətirmişdir. Bununla belə, sonrakı dövrdə Sonya Quliyeva nəvəsi İddiaçı ilə əlaqə saxlamaq istəmiş, ona hədiyyələr hazırlamış, lakin İddiaçı nənəsinin yanına gəlməmiş, onunla maraqlanmamışdır. 10.12.2017-ci ildə X15 vəfat etmişdir. 11.12.2017-ci il tarixdə Bikəxanım Mirzəyeva ünvan 3 ünvana gələrək, dəfndə iştirak etmiş və Cavabdeh2 həmin evdə yaşamasına icazə verməsini istəmişdir. Ondan bu günə kimi harada yaşadıqlarını soruşduqda, X10 qəsəbəsində dayısının evində yaşadıqlarını bildirmişdir. Həmin vaxt Bikəxanım Mirzəyeva yalvararaq, dayısının evindən qovulduğunu, ona ünvan 3 ünvanda yerləşən evdə bir künc verilməsini, evin həm onun iş yerinə, həm də qızının məktəbinə yaxın olması ilə əsaslandıraraq, evdə qalmasına şərait yaratmağı xahiş etmişdir. Cavabdeh2 həmin vaxt X4 bacısı Sonya Quliyevaya yaxşı gəlin olmadığını və Bəhram Quliyevə yaxşı arvad olmadığını bildirsə də, mərhəmət göstərərək yetkinlik yaşına çatmayan İddiaçı görə, X4 qızı Dilarə ilə birlikdə həmin ünvanda yaşamağa icazə vermişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh2 mərhum bacısının vəfatından sonra evdə olan bütün məişət avadanlığını, mebelləri və əşyaları Bikəxanım Mirzəyevaya qoyaraq, evin açarlarını ona təqdim etmişdir. Beləliklə də, X5 2003-cü ildə ünvan 3 ünvanda yerləşən evdən getmiş, 2017-ci ilin dekabr ayında iki paltar bağlaması ilə cavabdeh, mənzilin mülkiyyətçisi Cavabdeh2 humanistliyi nəticəsində həmin evə qayıtmışdır. Yuxarıda qeyd olunanlara əlavə olaraq bildirir ki, bütün illər boyu Cavabdeh2 bacısı X8 yanında olaraq ona dəstək olmuş, ata-baba yurdunun cari və əsaslı təmiri, evə əşyaların alınması, yaşlı və xəstə bacısının və onun oğlunun müalicələri, xəstəxalara yerləşdirilərək, onların bütün ehtiyaclarının təmin edilməsi ilə məşğul olmuşdur. Qeyd etdiyi faktları Cavabdeh2 əlavə həmin həyətdə yaşayan digər mülkiyyətçilər, onların ailə üzvləri, mərhum Sonya Quliyevanın uzun illər yaxınlıq etdiyi rəfiqələri, qohumları və sair yad şəxslər təsdiq edə bilərlər. X15 Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evin 1/6 hissədən ibarət olan payını 14.05.2014-cü il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində verdiyi vəsiyyətnaməyə əsasən qardaşı Cavabdeh2 vəsiyyət etmişdir. Vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh2 bacısını dəfn etdikdən sonra miras əmlakı faktiki idarə etməklə qəbul etmiş və mirası qəbul etmək üçün 17.12.2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisinə ərizə vermişdir və ərizəsində İddiaçı mərhum Sonya Quliyevanın nəvəsi olmasını göstərmişdir. İddiaçı anası 03.03.2018-ci il tarixdə notariusa ərizə verərək məcburi paya dair şəhadətnamə verilməsini xahiş etmişdir. 13.06.2018-ci ildə Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsindəki 70 nömrəli evin 1/6 hissədən ibarət olan paya dair Cavabdeh2 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnaməyə əsasən əmlak Cavabdeh2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanlara əlavə olaraq bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 22.04.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Beləliklə, mərhum Sonya Quliyevanın ölümündən sonra mərhum Bəhram Quliyev sağ olduğu təqdirdə onun məcburi payı olardı. Bəhram Quliyev anası Sonya Quliyevadan öncə vəfat etdiyinə və miras açılan zaman sağ olmadığına görə mirasdan məcburi pay tələb etmək hüququ yaranmamışdır və bu hüquq onun övladı İddiaçı keçə bilməz. Cavabdeh humanistlik edərək iddiaçını və anasını öz mülkiyyətində olan mənzildə yaşamağa icahzə vermişdir. Hazırda da onların orada yaşamalarına etiraz etmir. Ancaq bu xoş niyyətin göstərilməsi iddiaçıya və onun anasına cavabdehə qarşı qanunsuz və əsassız iddialar irəli sürməyə əsas vermir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu İ.Məmmədov 07.05.2021-ciil tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq cavabdeh notariusun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı rəsmi sənədlərlə mübahisəsiz qaydada təsdiq edildi ki, İddiaçı xx.xx.2001-ci ildə X5 və X6 nikahından doğulmuşdur. İddiaçı anası X5 ilə birlikdə 2003cü ilədək ünvan 2 ünvanda yaşamışdır. 2003-cü ildə iddiaçının anası X5 və atası X13 arasında yaranmış narazılıqlar nəticəsində, Bikəxanim Mirzəyeva mübahisə edərək, evi tərk edib getmişdir. X5 və X13 14.02.2009-cu ildə rəsmi şəkildə boşanmışlar. 11.02.2016-cı ildə uzun sürən ağır xəstəlikdən sonra iddiaçının atası X13 vəfat etmişdir. Bəhram Quliyevə, onun xəstə və qoca anası X12 Cavabdeh2 baxmış, bütün lazım olan ehtiyaclarını təmin etmişlər. X2 vəfat etdikdən sonra X5 ünvan 2 ünvanda yerləşən evə qayıtmaq istəmişdir. Lakin, mərhum Sonya Quliyeva buna icazə verməmişdir. 10.12.2017-ci ildə X15 vəfat etmişdir. 11.12.2017-ci il tarixdə Bikəxanım Mirzəyeva ünvan 3 ünvana gələrək, dəfndə iştirak etmiş və Cavabdeh2 həmin evdə yaşamasına icazə verməsini istəmişdir. Cavabdeh2 mərhəmət göstərərək yetkinlik yaşına çatmayan İddiaçı və X4 birlikdə bacısı X7 ona miras qalmış ünvan 3 ünvanda yaşamağa icazə vermişdir. X5 2003-cü ildə ünvan 3 ünvanda yerləşən evdən getmiş, 2017-ci ilin dekabr ayında mülkiyyətçi Cavabdeh2 humanistliyi nəticəsində həmin evə qayıtmışdır. Mülki Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Mülki Məcəllənin 1178-ci maddəsinə əsasən əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar. Mülki Məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Mülki Məcəllənin 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. ünvan 1 ünvanda yaşayan X15 harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını 14.05.2014-cü il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində verdiyi 2V-1-18 reyestr nömrəli vəsiyyətnaməyə əsasən qardaşı Cavabdeh2 vəsiyyət etmişdir. X15 vəsiyyətnaməni şəxsən rus dilində öz xətti ilə yazaraq tərtib etmiş, vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən notarius tərəfindən Mülki Məcəllənin 1168-1178 və 1193-cü maddələrinin tələbləri Sonya Quliyevaya izah edilmişdir. Vəsiyyətnamənin təsdiq edilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Cavabdeh2 bacısını dəfn etdikdən sonra miras əmlakı faktiki idarə etməklə qəbul etmiş və mirası qəbul etmək üçün 17.12.2017-ci il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisinə ərizə vermişdir və ərizəsində İddiaçı mərhum Sonya Quliyevanın nəvəsi olmasını göstərmişdir. Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunan 14.05.2014-cü il tarixli 2V/-18 reyestr nömrəli vəsiyyətnaməyə əsasən 10.12.2017-ci ildə vəfat etmiş X7 miras qalmış Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 70 nömrəli evin paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus olan 1/6 hissəsinə dair Cavabdeh2 adına Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən 13.06.2018-ci il tarixdə 2V-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri 5 saylı notariat ofisinin notariusu İ.Məmmədov 20.11.2018-ci il tarixli x/o-564 nömrəli məktubla X3 mərhum S.Quliyevanın əmlakına dair nəvəsi İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab verərək bildirmişdir ki, X8 bütün əmlakının Cavabdeh2 verilməsi haqqında vəsiyyətnaməsi 14.05.2014-cü il tarixdə Bakı şəhəri 5 saylı dövlət notariat kontrunda təsdiq edilmişdir. Bəhram Quliyev anası Sonya Quliyevadan öncə vəfat etdiyinə və miras açılan zaman sağ olmadığına görə mirasdan məcburi pay tələb etmək hüququ yaranmamışdır və bu hüquq onun övladı İddiaçı keçə bilməz. Bu səbəbdən miras əmlaka dair vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22.04.2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, İddiaçı atası Bəhram Quliyev 11.02.2016-cı ildə öldüyünə görə, Bəhram Quliyevin 10.12.2017-ci ildə ölmüş anası Sonya Quliyevadan miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ olmamışdır. Bu səbəbdən miras qalmış əmlakdan məcburi pay tələb etmək hüququ mərhum Bəhram Quliyevin övladı olan İddiaçı keçməmişdir. Bəhram Quliyev anası Sonya Quliyeva 10.12.2017-ci ildə vəfat edərkən (mitras açıldığı zaman) sağ olsaydı və məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölsəydi, onun bu hüququ vərəsəlik qaydasında İddiaçı keçə bilərdi. Odur ki, İddiaçı nənəsi Sonya Quliyevadan miras qalmış əmlakdan məcburi pay almaq hüququ yoxdur. Bu səbəbdən İddiaçı iddiası tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdehin miras əmlak üzərindəki mülkiyyət hüququ qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bəhrəm qızının cavabdehlər Bakı şəhəri 5 saylı notariat ofisinə və Cavabdeh2 qarşı “Cavabdeh2 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın X15 tərəfindən vəsiyyət edilməsinə dair Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq olunan 14.05.2014-cü il tarixli 2V/-18 reyestr nömrəli vəsiyyətnamənin, verilmiş 13.06.2018-ci il tarixli 2V-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onlardan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, İddiaçı Bəhrəm qızının vərəsəlik hüququ tanınmaqla, yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsümu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar