Məhkəmə qərarları › İş №2(004)-2999/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2999/2022

12.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2999/2022 12.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi barədə ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pulun tutulması və özbaşınalığa son qoyulması barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasaml rayon icra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 3in 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasportda qeydiyyata alınmamış tikililərin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası, Bakı şəhəri Tİ və MHQİ-nin verdiyi xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən Yasamal rayon B.B.Məcidov küçəsi 61 saylı evin ümumi sahəsi 49.3 kv.m. olan 7 saylı mənzil mülkiyyətindədir. Cavabdeh qonşusu Yasamal rayon B.B.Məcidov küç 61 saylı evin ümumi sahəsi 54,4 kv.m. olan 5 saylı mənzilinin mülkiyyətçisi özbaşına tikili aparmaqla təbii işıqlanma, yanğından mühafizə normalarına əməl olunmadan, inşaat normalarına zidd, təbii havalanmanı saxlayan və sair çox saylı qaydalara əməl etməmişdir. Aparılmış inşaat işləri birgə yaşayış qaydalarına zidd olduğu üçün sökülməsini vacib hesab edir. Cavabdehlə yaşayış sahələrinin yerləşdiyi ümumi həyətdə inşa edilmiş özbaşına tikilinin sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi barədə danışıqları nəticə verməmiş, üçüncü şəxsə müraciətin cavabı olaraq mübahisənin məhkəmə müstəvisində həll edilməsi tövsiyyə olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pulun tutulması və özbaşınalığa son qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 3in 5 saylı mənzilinin dəhlizini sökərək yaşamağa yarasız vəziyyətə salmış tikilinin bərpa edilməsinə çəkiləcək 3250 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi, ilkin iddia üzrə iddiaçının özbaşınalığına son qoyulması və bağladığı yolun açılması və dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı onun qonşusudur. ünvan 1 ünvanında yaşayır. Bu ünvanda onlardan sonra yaşayır. O, həmin ünvana köçərkən onun sökülməsini iddia etdiyi tikililər mövcud idi və onlar həmin tikilidə yaşayırdılar. Bu yaxınlarda ilk iddia üzrə İddiaçı özbaşınalıq edərək xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin, 5 saylı mənzilinin sahəsi 8.5 kvadrat metr olan otağının və mənzilinin dəhlizini sökərək yaşamağa yararsız vəziyyətə salmış, əşyaları oğurlanmışdır. Son vaxtlar yağan yağışlar evi yararsız hala salmışdır ki, bu gün həmin tikilinin bərpa edilməsinə təxminən 3250 manat pul tələb olunur. İlk iddiaçının ona məxsus Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin, 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasporta qeydiyyata alınmamış tikililərin cavabdehin maliyyə vəsaiti hesabına sökülməsi barədə tələbini onunla əsaslandırmışdır ki, guya təbii işıqlanma, yanğından mühafizə normalarına əməl olunmaması, inşaat normalarına zidd, təbii havalanmanı saxlayan və sair çoxlu saylı qaydalara əməl etmədən aparılmış tikililərin sökülməsini vacib hesab etdiyini yazmışdır. Lakin ilk iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, onun 1967-ci ildən mövcud olan tikililərinin sökülməsini tələb etməkdə onun hansı maraqlarına toxunduğunu təsdiq edən heç bir sübutu yoxdur. Buna görədə hesab edir ki, ilk iddiaçının bu məzmunlu iddia qaldırmağa müvafiq subyektiv hüququ yoxdur. İlk iddiaçı özbaşına qanunsuz hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.B.Məcidov küçəsi, 61 saylı evin 5 saylı mənzilinin sahəsi 8.5 kvadrat metr olan otağının və dəhlizi söküb dağıtmış, yaşayışa yararsız hala salmış, həmin otaqda olan məişət əşyalarını oğurlanmış və yolunu bağlamışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddiaya etiraz edərək bildirdi ki, ilkin iddia üzrə cavabdeh süpürgəçi işləyir və tapdığı hər zibili onun qapısının, pəncərəsinin önünə yığır. O, iydən, qoxudan rahat yaşaya bilmir. Şəfiqə xanım iddia edir ki, guya ona məxsus əmlaka dəymiş, atmış və sair. Lakin bu belə deyildir. O, qarşı tərəfin əmlak dediyi ancaq zibil olan əşyaları öz pəncərəsinin altından yığışdırmış və onun qapısının önünə qoymuşdur. Tərəfindən Şəfiqə xanıma heç bir ziyan vurulmamışdır. O ki qaldı Şəfiqə xanıma məxsus hansısa tikilinin sökülməsinə, bu ağ yalandır. Onun telefon xətti qırıldığından usta dəvət etmiş, həmin usta telefon xəttini düzəltmək üçün dama çıxmış, bədbəxt hadisə baş vermiş, usta yıxılaraq Şəfiqə xanımın şiferini qırmışdır. O, ustanın səsini eşidərək çıxmış və artıq şifer qırılmış idi. Qarşı tərəfin iddia etdiyi hallar həqiqət deyildir. Belə ki o yaşlı qadındır, onun hər hansısa divarı sokməyə gücü çatmaz. Üçüncü şəxsin nümayəndələri şəxsən onların həyətinə baxış keçirmiş və onun sözlərini təstiq edərlər. Ümumiyyətlə ilkin iddia üzrə cavabdehin zibil yığdığı saxlanc yeri onun olmuş, evini milliyətçı rus olan xanımdan alanda ev ilə bərabər həmin tikilini də ona vermişdir. Sadecə o Şəfiqə xanımın ora əşyalarını yığmasına icazə vermiş və bilmirdi ki qarşı tərəf ora zibil yığacaqdır. Həmin tikiliyə qoxudan və antisanitariyadan daxil olmaq mümkün deyildir. O xəstə adamdır və qarşı tərəf onu günəş, işıqından, havadan məhrum etmişdir. Buna baxmayaraq düşünürdü ki, qonşudurlar və bir-birini yola verməlidirlər. Yalnız Şəfiqə xanım ona etikadan kənar olan ifadələr işlədərək onu və ailəsini təhqir etmişdir. Bir sözlə məsələni sülh yolu ilə həll etmək mümkün olmamışdır. Madamki Şəfiqə o tikilini ona vermir, onda onunda tikilisi sökülməlidir. Daha sonra ilkin iddia üzrə iddiaçı ona verilmiş sualları cavab olaraq bildirdi ki, Şəfiqə xanım özünə 70 kv.m sahəsi olan bir qanunsuz tikili də tikmişdir. Zibillərin çıxarılması barədə və antisanitariya barədə onun dövlət orqanlarına müraciətləri olmuşdur. O, yolu bağlamamış və ya maneə qoymamış, sadecə bir pilləkan qoymuş, bu da narkomanlar gələrsə səs eşidib çıxmağı üçündür. Odur ki, qeyd edilənlərə əsasən ilkin iddia tələbinin təmin. qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uygun izahat verdi və məhkəmədən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinin nümayəndəsi X6 bildirdi ki, onlar tərəflərin ünvanına baxış keçirmiş və tərəflər arasında barəçəq təklif etmişlər. Ümumiyyətlə düşünürlər ki, tərəflər məsələni öz aralarında həll etsələr daha yaxşı olardı. İlkin və qarşılıqlı iddiaların təmin edilib edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin İddiaçı mülkiyyətində olan 2 otaqlı 5 saylı mənzili adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. Bakı şəhəri, Yasamal rayonu, B.Məcidov küçəsi, 61 saylı evin Cavabdeh mülkiyyətində olan 1 otaqlı 5 saylı mənzili adına xüsusi mülkiyyət hüququ qeydiyyatından keçmişdir. İlkin iddia üzrə iddiaçı, cavabadeh tərəfindən müvafiq ünvanda texniki pasportdan əlavə tikililər tikildiyini iddia edərək, onun mənzilinə düşən günəş iğışı, hava axının qarşısının alındığını bildirmiş və həmin tikililərin norma və qaydalara uyğun tikilmədiyini iddia etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı isə, cavabdehin ona məxsus olan mənzilin tərkib hissəsi olan otağının və dəhlizinin sökməsini, ona maddi ziyan vurduğunu bildirmiş, bundan başqa da, sonuncu tərəfindən yolun bağlandığını iddia etmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasaml rayon icra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi barədə ilkin iddia ərizəsi əsassız olduğundan təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı, Cavabdeh tərəfindən ünvan 3in 5 saylı mənzilinə aidiyyatı qurum tərəfindən verilmiş texniki pasportda qeydiyyata alınmamış tikililərin onun mənzilinə düşən günəş işığının, hava axınının qarşısını almasını, yanğın norma və inşaat qaydalarına uyğun tikilməməsini bildirsə də, bu barədə məhkəməyə hər hansısa bir tutarlı sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş üzrə keçirilmiş və rəyi alınmış “X3” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilin texniki pasportundan kənar 27,0 kv.m üzəri azbest şifer təbəqəsi ilə örtülmüş təyinatı üzrə dəhliz (nafes) tikilisi inşa edilmişdir. Sözügedən tikili ilə ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus ev arasındakı məsafə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən 0.84m olduğu halda mövcud vəziyyəti üzrə bu məsafə 1.1 m təşkil edir. Tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq yaşayış otaqlarına normaya uyğun təbii işıqlandırma - günəş işığı CHиП 23-05-95* insolyasiya qaydalarına əsasən hər bir yaşayış otağı günün 10:00-dan 04:00-dək müddət ərzində 2 saat gün işığı ilə təchiz olunmalıdır. Baxış zamanı İddiaçı mülkiyyətində olan ünvan 3in divarlarına və pəncərələrinə günəş işığı günün müvafiq təxminən 1200 və 1500 saatlarında (3saat) düşməsi müəyyən edilmişdir. Bununla yanaşı Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən 5 saylı mənzilin qarşısında inşa edilmiş 27,0 kv.m tikili İddiaçı mülkiyyətində olan ünvan 3in giriş-çıxışına məhdudiyyət yaratmır və hava axınının qarşısını almır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin xüsusi mülkiyyət hüquqi ilə ona məxsus olan ünvan 3in 5 saylı mənzilinin dəhlizini sökərək yaşamağa yarasız vəziyyətə salmış tikilinin bərpa edilməsinə çəkiləcək 3250 manatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi ilə sözü gedən mənzilin 8.5 kv.m otağının və dəhlizinin əvvəlki vəziyyətinin tikinti-norma və qaydalarının tələblərinə uyğun olaraq bərpa edilməsi üçün 2000,0 (iki min) manat tələb olunduğu müəyyən edilmişdir. Sözü gedən bu hal, X4 qarşılıqlı iddia üzrə iddiaçıya məxsus mənzilin dəhlizinin İddiaçı tərəfindən sökülməsi barədə notarial qaydada təsdiq edilmiş ərizəsi və Yasamal rayon prokurorunun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. X4 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, sonuncu ümumi həyətə daxil olan zaman dəmir darvazaların qabağına tökülmüş əşyaların, sonra Şəfiqə xanımın damında iki nəfərin olduğunu görmüş, həmin ərizədə Gözəl xanım ilə qızının iki nəfərə göstəriş verdiyinin (damın sökülməsinə) şahidi olmuşdur. Daha sonra ərazini tərk edərək, Şəfiqə xanma bu barədə məlumat vermişdir. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbinin ilkin iddia üzrə iddiaçının özbaşınalığına son qoyulması və bağladığı yolun açılması hissəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı idda tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X3” MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən, qarşılıqlı iddia üzrə iddiaçı X1 mülkiyyətində olan ünvan 4 ünvanından istifadəsinə hər hansı bir maneələr və ya məhdudiyyətlər yaratmadığı müəyyən edilmiş, eləcə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən buna dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən də, hazırki rəy qarşılqılı iddianın əsassız olmasının təsdiqi kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən, ilkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddaçıya aid edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edildiyindən, qarşılıqlı iddia üzrə ödənilmiş 52 (əlli iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu 38.48%, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçıya, qalan 61.53%, yəni 32 (otuz iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza (mütəxəssis) xərci olan 300 (üç yüz) manatın 38.48%, yəni 115 (bir yüz on beş) manat 41 (qırx bir) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qalan 61.53%, yəni 184 (bir yüz səksən dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “X3” MMC, Kod 201218, VÖEN **********, müxbir hesab AZ37NABZ******************** SWİFT:AİİBAZ2X, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN**********, AZ64AİİB400900C**********208 nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon icra Hakimiyyətinə qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəymiş ziyanın əvəzi olaraq 2000 (iki min) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə ödənilmiş 52 (əlli iki) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu 38.48%, yəni 20 (iyirmi) manat 20 (iyirmi) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçıya, qalan 61.53%, yəni 32 (otuz iki) manat 30 (otuz) qəpik məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza (mütəxəssis) xərci olan 300 (üç yüz) manatın 38.48%, yəni 115 (bir yüz on beş) manat 41 (qırx bir) qəpiyi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qalan 61.53%, yəni 184 (bir yüz səksən dörd) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “X3” MMC, Kod 201218, VÖEN **********, müxbir hesab AZ37NABZ******************** SWİFT:AİİBAZ2X, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN**********, AZ64AİİB400900C**********208 nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar