Məhkəmə qərarları › İş №2(004)-3/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3/2023

10.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3/2023 10.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi, həmin tarixli ipoteka müqaviləsi, 11 avqust 2010-cu il tarixli, İ- 155 saylı kredit müqaviləsi və 14 iyun 2012-ci il il tarixli, M-358 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 aprel 2009-cu il il tarixli, 1000 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən ona 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 36250 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən «X17» markalı avtomobil banka girov qoyulmuşdur. 11 avqust 2010cu il il tarixli, İ-155 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən ona 36 ay müddətinə illik 26 faiz ödəmək şərti ilə 4700 manat məbləğində kredit verilmişdir. 14 iyun 2012-ci il il tarixli, M-358 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 ASC tərəfindən ona 36 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 1.000.000.000 avro məbləğində kredit verilmişdir. 20 aprel 2009-cu ildə bağlanmış kredit müqaviləsi ilə bağlı qeyd edir ki, həmin müqavilə üzrə alınmış «X17» markalı avtomobili o, 6-7 ay sürdükdən sonra başqa bir adama satmışdır. Həmin satdığı adam isə bank ləğv olunduqdan sonra Cavabdeh2 ASC-nin ləğvedicisi «X1 Company» MMC-yə banka qalan borcu ödəyərək girovda olmaması barədə məktub almış və həmin avtomobili başqa bir səxsə satmışdır. Hazırda isə hansı əsasla həmin pulun ondan tələb edilməsi çox maraqlıdır. Hesab edir ki, bu hal həmin kredit müqaviləsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. 11 avqust 2010-cu il il tarixli, İ-155 saylı kredit müqaviləsi ilə bağlı qeyd edir ki, həmin pul məbləğini o, banka artıqlaması ilə qaytarmışdır. Səhv etmirsə, müqavilədə 4700 manat göstərilməsinə baxmayaraq, ona 2000 manat kredit verilmişdir. Qalan pulu isə Fuad Cam götürmüşdür. Fuad Cam isə bankın əvvəlki prezidenti Əli Camın oğulluğu olmuşdur. Bu hal da xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. 14 iyun 2012-ci il il tarixli, M-358 saylı kredit müqaviləsi ilə bağlı qeyd edir ki, həmin puldan onun heç bir xəbəri yoxdur. O, pul vəsaitini bankdan götürməmiş və onun adından götürülmüş pul məbləğlərindən onun xəbəri yoxdur. Onun Cavabdeh2ın prezidenti Əli və onun oğlu Fuad ilə yaxın münasibətləri olub. Onlar ona bəzi sənədlərə qol çəkdirmiş və o, da fikir vermədən həmin sənədləri imzalamışdır. O, bankdan heç bir pul məbləği götürməmişdir. Fuad ona bildirmişdir ki, o, müqavilələrə qol çəkmiş və 2-3 aya pulu özləri ödəyəcəklər. Sonradan isə bank bağlanmış və həmin pul məbləğləri də onun üstündə qalmışdır. Düşünür ki, bu hal da xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsasdır. Hesab edir ki, onunla Cavabdeh2 ASC arasında bağlanmış 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi, həmin tarixli ipoteka müqaviləsi, 11 avqust 2010-cu il il tarixli, İ-155 saylı kredit müqaviləsi və 14 iyun 2012-ci il il tarixli, M-358 saylı kredit müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı ilkin olaraq iddia tələbini Cavabdeh2 ASC-nin ləğvedicisi «X1 Company» MMC-yə qarşı yönəltmiş, daha sonra məhkəmə gedişatında iddiaçının ərizəsi əsasında əsl olmayan tərəf, Cavabdeh2 ASC-nin ləğvedicisi «X1 Company» MMC, əsl olan tərəflə, ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmiş və bu barədə məhkəmə iclas protokoluna qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, bu işlə bağlı bir neçə məhkəmələr olub, axırıncı dəfə iş Bakı Ağır Cinayətlər Məhkəməsində olmuşdur. Həmin məhkəmədə təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, camaatı aldadıb onlara kredit müqavilələrinə imza etdirməklə özlərinə bankdan pul götürmüşdürlər. Məhkəmədə onlar barəsində hökm çıxarılmışdır. O, 20 aprel 2009-cu il il tarixli müqaviləyə əsasən bankdan «X17» markalı avtomobili alsa da, sonradan maşını başqa bir adama satmışdır. Avtomobili satdığı adam isə banka qalan borcu ödəyərək avtomobilin girovda olmaması barədə məktub almış və həmin avtomobili başqa bir səxsə satmışdır. O, 11 avqust 2010cu il tarixli kredit müqaviləsi əsasında isə lin bankdan 4700 manat məbləğində kredit götürmüşdür. Sonradan qeyd etdiyi həmin avtomobilin satışından alınan pulla 2010-cu il tarixli kredit müqaviləsi üzrə olan borcu əvəzləşdirmişlər. 14 iyun 2012-ci il il tarixli, M-358 saylı kredit müqaviləsindən isə onun xəbəri yoxdur. O, sadəcə aldadılaraq nəyə qol çəkdiyini bilmədən müqaviləyə qol çəkmişdir. İşin bu halları müvafiq hökmlədə təsdiq olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, hazırda 3 müqavilədən söhbət gedir. İddiaçı bir krediti etiraf edir ki, krediti var, lakin ödəməyib. Sistem üzrə həmin o, 4700 manat kredit üzrə 545,65 manat əsas, 937,79 manat faiz borc ödənilsə də, qalan borc ödənilməmişdir. 2009-cu il tarixli kredit müqaviləsi üzrə borc 36250 manatdır. Əgər avtomobil kiməsə satılıbsa, o, mülki qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməli, təlim-təslim aktı olmalı və öhdəliyin digər şəxsə keçməsi barədə məlumat olmalı idi. Bu zaman bank tərəfindən arayış verilir ki, öhdəliyi qalmadı, keçdi başqa adama. O sənədlər də olmadığından, bir mənalı olaraq iddianı rədd edirlər. Həmçinin qeyd etmişdir ki, iddiaçı 14 iyun 2012-ci il il tarixli, kredit müqaviləsinə əsasən ona verilmiş 1.000.000.000 avro məbləğində kredit müqaviləsini imzaladığını istintaqda da etiraf etmişdir və bildirmişdir ki, o, müqaviləni imzalayıb. Hazırda sistem üzrə də borc mövcuddur. İstintaq və məhkəmə zamanı pulun bankın kecmiş rəhbərləri və cinayət işi üzrə təqsirləndirilən şəxslər tərəfindən mənimsənildiyi müəyyəm edilsə də, hesab edirlər ki, nə qədərki müqvilə üzrə tərəfdir həmin məbləğin qaytarılmasına də cavcabdehlik daşıyır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İ-155 nömrəli xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən İddiaçı 36 ay müddətinə illik 26 % olamqla 4700 manat məbləğində kredit verilmişdir. - MXD-2012 M-358 nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə kredit xətti müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən İddiaçı 36 ay müddətinə illik 8 % olamqla 1.000.000.000 avro məbləğində kredit verilmişdir. - Cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəmə iclasında təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə 36250 manat, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə isə 937,39 manat borcu mövcuddur. - AR Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2016-cı il tarixli cavab məktubundan görünür ki, sabiq Cavabdeh2 ASC-nin Yasamal və digər filiallarında vətəndaşların adlarına saxta kreditlərin rəsmiləşdirilib külli miqdarda pul vəsaitlərinin talanması barədə xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.3.2, 178.2.2, 178.2.3, 178.2.4, 308.1, 308.2, 313, 320.1 -ci maddələri ilə ********* №-li cinayət işi istintaq olunur. O, cümlədən İddiaçı adına Cavabdeh2 ASC-də kreditin rəsmiləşdirilməsi zamanı qanunsuzluq hallarına yol verilməsinin araşdırılması barədə Nəsimi rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli xüsusi qərardadı həmin cinayət işinə əlavə edilmiş, lakin hal-hazıradək olan müddətdə İddiaçı iş üzrə zərər çəkmiş şəxs qismində tanınmamışdır. İbtidai istintaqın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir. - AR Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ********* nömrəli, xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 ASC-nin sabiq rəhbərləri X9, X20 tərəfındən törədilmiş qanunsuzluq faktları, həmçinin bankın «Yasamal» və digər filiallarında vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 179.2.3, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 313, 320.1, 213.2.2-ci maddələri ilə ********* №-li cinayət işi istintaq olunur. O cümlədən İddiaçı adına Cavabdeh2 ASC-də X15 iştirakı ilə külli miqdarda kreditin rəsmiləşdirilməsi zamanı qanunsuzluq hallarına yol verilməsi faktı da araşdırılaraq, İddiaçı şahid qismində dindirilmişdir. İş üzrə xx.xx.2013-cü ildə X6 Azərbaycan Respublikası CM-nin 213.2.2. və 179.3.2-ci maddələri, X15 isə CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri və axtarışın elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin onlar hal-hazıradək tutulub istintaqa təhvil verilmədiklərindən İddiaçı adından istifadə edilməklə bankın pul vəsaitinin talanması və bir sıra digər xüsusatlar üzrə yekun qərarın qəbul edilməsi mümkün olmamışdır. Hazırda ibtidai istintaq davam etdirilir və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmünə əsasən, X9 (İİR pasportu № G2260079- pasport üzrə ad və soyad- JAM ALİ MOHAMMAD HASSAN, ABŞ pasportu № 488464472- pasport üzrə ad və soyad - JAM ALİ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının tutulduğu gündən, yəni 24 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193- 1.3.2, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 179.3.2-ci maddəsi ilə barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə, 02 (iki) il müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə X19 03 (üç) müddətə maliyyə və bank sahəsində təşkilat sərəncamverici və inzibati təsərrüfat funksiyasınının həyata keçirilməsi ilə bağlı rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum olunmaqla 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəzanın təyin edilməməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcının tutulduğu gündən, yəni 24 iyun 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Qeyd olunan hökmün 1-ci səhifəsinin birinci abzasında qeyd olunmuşdur ki, X9 (İİR pasportu № G2260079- pasport üzrə ad və soyad- JAM ALİ MOHAMMAD HASSAN, ABŞ pasportu № 488464472- pasport üzrə ad və soyad- JAM ALİ) qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli və külli miqdarda özgə əmlakını təkrarən mənimsəyərək talamışdır. Qeyd olunan hökmün 17-ci səhifəsinin birinci abzasında qeyd olunmuşdur ki, “Bundan başqa, X9 təkrarən həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə malik məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamaq məqsədilə Bankda İdarə heyətinin sədr müavini vəzifəsində işləyən oğlu Fuad Cam və qeyriləri, yəni rəhbərlik etdiyi Bankın istintaqla şəxsiyyətləri araşdırılan aidiyyəti vəzifəli şəxsləri və digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, X4 adına rəsmiləşdirilən kredit vəsaitinin bank rəhbərliyi tərəfindən ödəniləcəyi haqqında əvvəlcədən yalan məlumat verilməklə razılığını aldıqdan sonra, qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə guya fərdi evlərin tikintisi məqsədilə 36 ay müddətinə illik 8 faizlə 1.000.000 Avro məbləğində kreditin ayrılmasına razılıq verilməsi barədə qərarın əks olunduğu X11 iclasının 14 iyun 2012-ci il tarixli protokolundan çıxarışı öz imzası ilə təsdiq edərək, Namiq Mehdiyevin şəxsiyyət vəsiqəsindən istifadə edilməklə, adına Bankın Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 5 ünvanda yerləşən mərkəzi ofisində göstərilən məbləğdə pul vəsaitlərinin verilməsi haqqında biləbilə yalan, yəni guya kreditin fərdi evlərin tikintisi məqsədi ilə ayrılması və həmin kreditin İddiaçı verilməsi barədə məlumatların əks olunduğu 14 iyun 2012-ci il tarixli MXD-2012 M-358 №-li, bankın Müştərilərə Xidmət Departamentinin direktoru X10 və Namiq Mehdiyev tərəfindən imzalanmış kredit xətti müqaviləsinin, eləcə də kredit məbləğinin 200.000 Avro artırılması haqqında xx.xx.2012ci il və 100.000 Avro artırılması haqqında xx.xx.2012-ci il tarixli müqavilələrin, həmçinin müddətli öhdəlik, xəzinə məxaric orderlərinin - saxta rəsmi sənədlərin hazırlanmasını və bankın kompüter əməliyyat sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bilə-bilə yalan məlumatların daxil olunmasını təmin edərək xx.xx.2012-ci il tarixdə 548.300 Avro, xx.xx.2012-ci il tarixdə 196.759 Avro, xx.xx.2012-ci il tarixdə 32.441 Avro, xx.xx.2012-ci il tarixdə 54.490 Avro, xx.xx.2012ci il tarixdə 50.567 Avro, xx.xx.2012-ci il tarixdə 50.409 Avro, xx.xx.2012-ci il tarixdə 50.506 Avro, xx.xx.2012-ci il tarixdə 51.057 Avro, xx.xx.2012-ci il tarixdə 50.808 Avro, xx.xx.2012-ci il tarixdə 54.385 Avro, xx.xx.2012-ci il tarixdə 51.793 Avro, xx.xx.2012-ci il tarixdə 51.809 Avro, olmaqla cəmi 1.243.324 Avro, ümumilikdə həmin dövrün məzənnəsinə müvafiq olaraq 1.224.849,13 manat məbləğində vəsaitləri Cavabdeh2 ASC-nin mərkəzi ofisinin xəzinəsindən qabaqcadan əlbir olduğu şəxslərin vasitəsilə qanunsuz olaraq götürməklə özgə, yəni Cavabdeh2 ASC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə, Banka külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış və qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir”. Qeyd olunan hökmün 18-ci səhifəsinin birinci abzasında qeyd olunmuşdur ki, “X20 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş xeyli və külli miqdarda özgə əmlakını təkrarən mənimsəyərək talamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş və qabaqcadan əlbir olan bir qrup şəxs qismində cinayət yolu ilə əldə edildiyini bilə-bilə öz qulluq mövqeyindən istifadə edərək pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pul vəsaitlərindən istifadə etməklə əqdlər bağlayıb, maliyyə əməliyyatları həyata keçirməklə vahid niyyətlə külli miqdarda pulu leqallaşdırmışdır”. Qeyd olunan hökmün 31-ci səhifəsinin ikinci abzasında qeyd olunmuşdur ki, “Bundan başqa, X20 təkrarən həmin vəzifədə işləyərkən göstərilən səlahiyyətlərə malik məsul şəxs olmaqla öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamaq məqsədilə Bankda Müşahidə şurasının sədri vəzifəsində işləyən atası Əli Cam və qeyriləri, yəni rəhbərlik etdiyi Bankın istintaqla şəxsiyyətləri araşdırılan aidiyyəti vəzifəli şəxsləri və digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, X4 adına rəsmiləşdirilən kredit vəsaitinin bank rəhbərliyi tərəfindən ödəniləcəyi haqqında əvvəlcədən yalan məlumat verilməklə razılığını aldıqdan sonra, qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə Namiq Mehdiyevin şəxsiyyət vəsiqəsindən istifadə edilməklə, adına Bankın Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 5 ünvanda yerləşən mərkəzi ofisində 36 ay müddətinə illik 8 faizlə 1.000.000 Avro məbləğində kreditin verilməsi haqqında bilə-bilə yalan, yəni guya kreditin fərdi evlərin tikintisi məqsədi ilə ayrılması və həmin kreditin İddiaçı verilməsi barədə məlumatların əks olunduğu 14 iyun 2012-ci il tarixli MXD-2012 M-358 №-li, bankın Müştərilərə Xidmət Departamentinin direktoru X10 və Namiq Mehdiyev tərəfindən imzalanmış kredit xətti müqaviləsinin, eləcə də kredit məbləğinin 200.000 Avro artırılması haqqında xx.xx.2012-ci il və 100.000 Avro artırılması haqqında xx.xx.2012-ci il tarixli müqavilələrin, həmçinin müddətli öhdəlik, xəzinə məxaric orderlərinin- saxta rəsmi sənədlərin hazırlanmasını və bankın kompüter əməliyyat sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bilə-bilə yalan məlumatların daxil olunmasını təmin edərək xx.xx.2012-ci il tarixdə 548.300 Avro, xx.xx.2012-ci il tarixdə 196.759 Avro, xx.xx.2012-ci il tarixdə 32.441 Avro, xx.xx.2012-ci il tarixdə 54.490 Avro, xx.xx.2012-ci il tarixdə 50.567 Avro, xx.xx.2012-ci il tarixdə 50.409 Avro, xx.xx.2012-ci il tarixdə 50.506 Avro, xx.xx.2012-ci il tarixdə 51.057 Avro, xx.xx.2012-ci il tarixdə 50.808 Avro, xx.xx.2012-ci il tarixdə 54.385 Avro, xx.xx.2012-ci il tarixdə 51.793 Avro, xx.xx.2012-ci il tarixdə 51.809 Avro, olmaqla cəmi 1.243.324 Avro, ümumilikdə həmin dövrün məzənnəsinə müvafiq olaraq 1.224.849,13 manat məbləğində vəsaitləri Cavabdeh2 ASC-nin mərkəzi ofisinin xəzinəsindən qabaqcadan əlbir olduğu şəxslərin vasitəsilə qanunsuz olaraq götürməklə özgə, yəni Cavabdeh2 ASC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə, Banka külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış və qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir”. Bundan başqa qeyd olunan hökmdə (qeyd olunan hökmün 44-cü səhifəsinin 4-cü abzası) şahid qismində tanınan və məhkəmə istintaqı zamanı ifadəsi alınmış X7 ifadəsində göstərmişdir ki, oğlu Mehdi Mehdiyev Cavabdeh2 ASC-nin kredit departamentinin direktoru vəzifəsində işləmiş Fuad Camın uşaqlıq dostu olmuş, onun vasitəsilə Əli Cam ilə tanış olmuş və ailəvi münasibətləri yaranmışdır. Cavabdeh2 ASC-dən 2010-cu ildə cəmi bir dəfə 4.700 manat kredit götürmüş, lakin hal-hazırki tarixədək ödəyə bilməmişdir. 2012-ci ildə X16 adına müəyyən müddətə kredit rəsmiləşdirməyi xahiş etdiyini bildirmiş, Fuad Camın oğlunun dostu olmağını və Əli Camı da tanıdığı üçün heç nə soruşmadan razılıq vermiş, ertəsi gün oğlu ilə birlikdə bankın Əzizbəyovun heykəlinin yaxınlığındakı baş ofisinə gedərək Fuad Camın otağında onunla görüşmüş, sonuncu atası Əli Camın iki-üç aylıq adına kredit rəsmiləşdirilməsini xahiş etdiyini bildirmiş, hətta Əli Cama zəng edərək onun gəldiyi barədə məlumat vermiş, daha sonra bank işçilərinə zəng edərək kredit sənədlərini gətirməyi tapşırmış, bir neçə dəqiqədən sonra bir nəfər beş-altı vərəqlik sənədi onun qabağına qoymuş, həmin sənədləri imzalamış, lakin sənədlərin məzmununa fikir verməmişdir. Sənədləri imzalasa da, heç bir kredit məbləği almamış, bundan bir-iki ay sonra Fuad Camın zənginə əsasən yenə onun otağında hansısa sənədləri imzalamış, lakin heç bir pul məbləği almamışdır. Bank ləğv edildikdən sonra Əli Camın otağında onunla görüşərək adına rəsmiləşdirilmiş kreditlə maraqlanmış, sonuncu isə onu arxayınlaşdıraraq məsələni tezliklə həll edəcəyini bildirmiş, lakin bir neçə gün sonra Əli X3çdığını öyrənmişdir. İş materialları və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talamaq məqsədilə Bankda İdarə heyətinin sədri vəzifəsində işləyən X9, İdarə heyətinin sədri müavini vəzifəsində işləyən oğlu X20 və qeyriləri, yəni rəhbərlik etdiyi Bankın istintaqla şəxsiyyətləri araşdırılan yəni vəzifəli şəxsləri və digərləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, X4 adına rəsmiləşdirilən kredit vəsaitinin bank rəhbərliyi tərəfindən ödəniləcəyi haqqında əvvəlcədən yalan məlumat verilməklə razılığını aldıqdan sonra, qabaqcadan əlbir olduğu şəxslər vasitəsilə guya fərdi evlərin tikintisi məqsədilə 36 ay müddətinə illik 8 faizlə 1.000.000 Avro məbləğində kreditin ayrılmasına razılıq verilməsi barədə qərarın əks olunduğu X11 iclasının 14 iyun 2012-ci il tarixli protokolundan çıxarışı öz imzası ilə təsdiq edərək, Namiq Mehdiyevin şəxsiyyət vəsiqəsindən istifadə edilməklə, adına Bankın Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 5 ünvanda yerləşən mərkəzi ofisində göstərilən məbləğdə pul vəsaitlərinin verilməsi haqqında bilə-bilə yalan, yəni guya kreditin fərdi evlərin tikintisi məqsədi ilə ayrılması və həmin kreditin İddiaçı verilməsi barədə məlumatların əks olunduğu 14 iyun 2012-ci il tarixli MXD- 2012 M-358 №-li, bankın Müştərilərə Xidmət Departamentinin direktoru X10 və Namiq Mehdiyev tərəfindən imzalanmış kredit xətti müqaviləsinin, eləcə də kredit məbləğinin 200.000 Avro artırılması haqqında xx.xx.2012-ci il və 100.00 Avro artırılması haqqında xx.xx.2012-ci il tarixli müqavilələrin, həmçinin müddətli öhdəlik, xəzinə məxaric orderlərinin - saxta rəsmi sənədlərin hazırlanmasını və bankın kompüter əməliyyat sistemində bununla bağlı müvafiq məlumatların məzmununa bilə-bilə yalan məlumatların daxil olunmasını təmin edərək xx.xx.2012-ci il tarixdə 548.300 Avro, xx.xx.2012-ci il tarixdə 196.759 Avro, xx.xx.2012-ci il tarixdə 32.441 Avro, xx.xx.2012-ci il tarixdə 54.490 Avro, .2012-ci il tarixdə 50.567 Avro, xx.xx.2012-ci il tarixdə 50.409 Avro, xx.xx.2012-ci il tarixdə 50.506 Avro, 2012-ci il tarixdə 51.057 Avro, xx.xx.2012-ci il tarixdə 50.808 Avro, xx.xx.2012-ci il tarixdə 54.385 Avro, 2012-ci il tarixdə 51.793 Avro, xx.xx.2012-ci il tarixdə 51.809 Avro, olmaqla cəmi 1.243.324 Avro, ümumilikdə həmin dövrün məzənnəsinə müvafiq olaraq 1.224.849.13 manat məbləğində vəsaitləri Cavabdeh2 ASC-nin mərkəzi ofisinin xəzinəsindən qabaqcadan əlbir olduğu şəxslərin vasitəsilə qanunsuz olaraq götürməklə özgə, yəni Cavabdeh2 ASC-nin əmlakını öz qulluq mövqeyindən istifadə edərək, qabaqcadan əlbir olan bir qrup şəxslə, Banka külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəyərək talamış və qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişlər. İşin bu halı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti üzrə” xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı ilə Cavabdeh2 ASC (hazırda ləğv prosesində olan) arasında bağlanmış M-358 saylı, 14 iyun 2012-ci il il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, iddia tələbi X7 ilə ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu arasında 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi, həmin tarixli ipoteka müqaviləsi, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi, 20 aprel 2009-cu il tarixli ipoteka müqaviləsi və 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqavilələrinin etibarsızlığı üçün hər hansı bir əsaslar müəyyən olunmamışdır. İşin halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh2 ASC tərəfindən X5 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 36250 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi xx.xx.2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən «X17» markalı avtomobil banka girov qoyulmuşdur. X7 bir müddət krediti ödədikdən sonra həmin avtomobili digər şəxsə satmışdır. Sözügedən müqavilənin etibarsızlığının dəlilləri bundan ibarət olmuşdur ki, iddiaçı həmin avtomobili başqa şəxsə satmış və pulun da yerdə qalan hissədi həmin şəxs tərəfindən ödənilməlidir. Məhkəmə hesab edir ki, iddianın bu dəlilləri müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. İ-155 saylı, 11 avqust 2010-cu il tarixli kredit müqaviləsinə münasibətdə isə işin halları ilə müəyyən olunmusdur ki, X7 11 avqust 2010-cu il tarixli kredit müqaviləsinə əsaəsn Cavabdeh2 ASC-dən 4.700 manat kredit götürmüş, lakin hal-hazırki tarixədək ödəyə bilməmişdir. İşin bu halları Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2022 saylı, 31 mart 2022-ci il tarixli hökmü ilə də, təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində Cavabdeh2 ASC-dən 2010cu ildə cəmi bir dəfə 4.700 manat kredit götürməsini, lakin hal-hazırki tarixədək ödəyə bilməmsini göstərmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış M-358 saylı, 14 iyun 2012-ci il il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar