Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-30/2023 02.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X51 oğlunun katibliyi, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil3 Binəli oğlunun, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh6 nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 2 saylı DNK-nun 28 dekabr 2004-cü il tarixli 235829 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş Kod:40401027 JN-0459 saylı dövlət aktının X29 və onun ailə üzvlərinə məxsus olan 14,89 ha əkin torpaq sahəsinə aid hissədə ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı DNK-da bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə-372 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional "ASAN’' xidmət mərkəzi notarial ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 40-88 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində iki hissədə yerləşən 14,89 ha əkin torpaq sahəsi Cavabdeh1 satılmışdır. Guya həmin alqısatqı müqaviləsi X29 və onun ailə üzvləri adından imzalanmışdır. Lakin onların sözügedən alqı-satqı müqaviləsindən xəbərləri olmamışdır. Sonradan onlara məlum olmuşdur ki, onların torpaq sahələri xəbərləri olmadan başqa şəxsə satılıb. Onlar bundan sonra alqısatqı müqaviləsinin etibarsızlığı tələbi ilə cavabdehin qeydiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət elmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi ilə cavabdeh X41 ilə aralarında bağlanmış 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı- satqı müqaviləsi etibarsız hesab edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış qətnamənin icrası ilə bağlı DƏDRX-in 12 saylı Şəki Ərazi İdarəsinə vəkil sorğusu göndərilmiş və həmin idarənin xx.xx.2020-ci il tarixli cavab məktubundan da göründüyü kimi sözügedən torpaq sahəsinin Cavabdeh1 tərəfindən başqa şəxslərə satılması məlum olmuşdur. Bu səbəbdən də işin icrası mümkün olmamışdır. Hal-hazırda həmin torpaq sahəsinin 14.0299 ha hissəsi Cavabdeh2 digər 0,8625 ha hissəsi isə Cavabdeh6 mülkiyyətindədir. Belə ki, X42 tərəfindən sözügedən əkin torpaq sahəsi Şəki rayon, 2 saylı DNK-nin xx.xx.2008 ci il tarixli, 40-372 saylı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. 0.8625 ha əkin torpaq sahəsini Cavabdeh2 Şəki regional "Asan” xidmət mərkəzində notarial ofisin xx.xx.2019-cu il tarixli 4Ə-88 saylı müqaviləsinə əsasən Cavabdeh6 salmışdır. Hazırda 140299 ha əkin torpaq sahəsi Cavabdeh2, 0,8625 ha əkin torpaq sahəsi isə Cavabdeh6 mülkiyyətindədir. Hesab edir ki, 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-91/2020 saylı qətnaməsi ilə etibarsız hesab edildiyindən həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına Kod: ********. JN-0459 saylı torpağa mülkiyyət hüququna dair verilmiş dövlət aktı X22 və onun ailə üzvlərinə məxsus olan 14.89 ha əkin torpaq sahəsinə aid hissədə ləğv edilməli, X43 ilə Cavabdeh2 Aydın oğlu arasında xx.xx.2008-ci il tarixdə Şəki rayon 2 saylı DNK-da bağlanmış 40-372 saylı müqavilə bağlandığı andan etibarsız hesab edilməli və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış ləğx olunmalı, həmçinin Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional Cavabdeh5 notarial ofisində xx.xx.2019-cu il tarixdə bağlanmış 4Ə-88 saylı müqavilədə bağlandığı andan etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış ləğv olunmalıdır. Hesab edirlər ki, mübahisələndirilən əqdlər hüquq normalarının pozulması nəticəsində həyata keçirilmişdir, buna görə də həmin əqdlər bağlandığı andan etibarsız hesab edilməlidir. Daha sonra Cavabdeh1 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, Cavabdeh1 ilə X29 və onun ailə üzvləri arasında Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində yerləşən 14.89 ha torpaq sahəsinin alqı-satqısına dair 28 dekabr 2004-cü il tarixdə, 235829 saylı müqavilə bağlanmışdır. 28 dekabr 2004-cü il tarixdə, 235829 saylı alqı-satqı müqaviləsi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. İddiaçılar ilkin olaraq məhkəməyə 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi ilə müraciət etmişdirlər. Bu müqavilənin nəticələri ilə bağlı hər hansı tələbləri olmamışdır. Nəzərə alınsa ki, ilk iddia tələbi ilə bağlı məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minib, iddiaçılar müvafiq müqavilənin nəticələri ilə bağlı 1 il tələb müddətləri olmuşdur. Lakin iddiaçılar nəticələrlə bağlı məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət ediblər, yəni 1 il tələb müddətini ötürmüşlər. Buna görə də, iddia tələbinin rədd olunmasını xahiş edir. Daha sonra Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur və qeyd edilən əsaslara görə rədd edilməlidir. Şəki rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 59 nömrəli qərarı ilə 14.89 ha torpaq sahəsi X29 və onun ailə üzvləri X30, X18, İddiaçı3, İddiaçı4, X6 birgə mülkiyyətinə verilmişdir. 28 dekabr 2004-cü il tarixli, 235829 saylı alqı-satqı müqaviləsinə əsasən Şəki rayonu, M. Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14.89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini iddiaçı X14 onun ailə üzvləri X31 və digərləri X2. X44 isə xx.xx.2008-ci il tarixdə 4-Ə 372 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. 14,89 ha torpaq sahəsi üzərində mülkivvət hüququ X8 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. 16 yanvar 2019-cu il tarixli, 4Ə-88 saylı alqısatqı müqaviləsi əsasında Cavabdeh2 mülkiyyətində olan 14.89 ha torpaq sahəsinin 0.8625 ha-sını Cavabdeh6 satmışdır, 14.022 ha torpaq sahəsini Cavabdeh2 atası Qurbanov Cavanşirə (bağışlanma müqaviləsi əsasında) bağışlamışdır. Qurbanov Cavanşirin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Resyetri Xidmətində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixdə Əziz (Dəmirçi) Qafar Aydın oğlundan Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) verləşən 14.89 ha torpaq sahəsi alındığı zaman əkinçilik üçün çox yarasız halda omuşdur. İlkin olaraq torpaq sahəsinin münbitləşdirilməsi və əkinçilik üçün yararlı vəziyyətə gətirilməsi üçün xeyli miqdarda pul vəsaiti sərf etmişdir. Cavabdeh2 və onun atası Qurbanov Cavanşir 15 ildir torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olur və bu illər ərzində torpaq sahəsinə dair hər hansı bir şəxsin iddiası olmamışdır. 2008-ci il tarixdə X44 ilə Cavabdeh2 arasında alqısatqı müqaviləsi bağlanılarkən torpaq sahəsi üzərində həbs və ya məhdudiyyət olmamışdır və iddiaçının göstərdiyi hallar barədə məlumatsız olmuşdur və hər hansı mübahisənin mövcudluğunu ehtimal belə edə bilməzdi. Şəki rayonu, M, Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14.89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasının əsasını təşkil edən daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsızlığı üyün dispozitiv şərtlər mövcud deyildir. X13 ilə iddiaçı və (digər torpaq mülkiyyətçiləri) arasında 2004-ci il tarixdə müqavilə bağlanması anında iddiaçının iddia etdiyi hər hansı halların müəyyən olunması belə Cavabdeh2 vicdanlı alıcı olaraq əmlak hüquqlarının pozulmasının səbəbini təşkil etməməlidir. X23 adına aparılmış qevdiyyat əsassız olsa belə iddiaçının pozulmuş mülkiyyət hüquqları həmin torpaq sahibinin vicdanlı əldə etmiş şəxs olaraq Cavabdeh2 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Cavabdeh2 alqı satqı müqaviləsinin predmetini təşki edən Şəki rayonu, M.Əsədov adına qəsəbə ərazisində (indiki Turan qəsəbəsi) yerləşən 14,89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin vicdanlı alıcısıdır. İddia tələbi vicdanlı alıcı olan Cavabdeh2 əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak hüquqlarının pozulmaması üçün təmin edilməməlidir. İddiaçı X14 2004-cü il tarixdən 2019-cu il tarixinə qədər 15 il ərzində torpaq sahəsinin hüquqi vəziyyəti və faktiki vəziyyəti ilə maraqlanmaması inandırıcı deyil. Bu müddət ərzində iddiaçılar hərəkətsiz qalmışdır və subyektiv hüququndan istifadə etməmişdir. İddia ərizəsində diqqət etdikdə görülür ki, İddiaçı5yeva torpağın nə vaxt başqa şəxslərə satılmasından xəbərdar olmasını dəqiq qeyd etməmişdir. İddiaçı hazırki iddia tələbi üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən alqısatqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. X26 rayonu, M.Əsədov adına qəsəbə ərazisində yerləşən 14.89 ha torpaq sahəsini xx.xx.2008-ci il tarixdə 4-Ə 372 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. 14.89 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı5 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, o, icraat dayandırıldığı müddətdə Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə sorğu ilə müraciət etmişdir. Cavabdeh2 ilə Cavabdeh6 arasında bağlanılmış alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətini əldə etmişdir. Hal-hazırki mübahisəli 14,89 hektar torpaq sahəsi Şəki Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Şəmsiyev Xanlar və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Bununla bağlı dövlət aktı məhkəməyə təqdim edilib. Bu aktda iddiaçıların hər birinin adları və payları göstərilib. Bu torpaq sahəsi Şəmsiyev Xanlar tərəfindən qeyri-rəsmi formada müvəqqəti istifadə üçün verilib. Bunun səbəbi torpaq sahəsini istifadə etməməsi idi. Torpağı geri tələb edərkən müəyyən olunub ki, torpaq sahəsi tamamilə başqa bir adamın istifadəsindədir. Müəyyənləşdirilib ki, torpaq sahəsi 2008-ci ildə alqı-satqı yolu ilə Cavabdeh1 satılıb. Bundan sonra dəqiqləşmələr aparılıb, alqı-satqı müqavilələri əldə olunub və aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək alqı-satqı müqaviləsindən məlumatı olmadığını bildirib. X35 Qafar arasında bağlanılmış 28 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması ilə bağlı iddia qaldırmışdır. İddia Nəsimi Rayon Məhkəməsində təmin olunub. X36 Rəsta xanımın yoldaşıdır. Digər iddiaçılar isə onun övladlarıdır. Sonradan məlum olub ki, Cavabdeh1 torpaq sahəsinin bir hissəsini Cavabdeh2 satıb. Məhkəmə gedişatı əsnasında Cavabdeh2 torpaq sahəsini Cavabdeh6 satmışdır. Cavabdeh2 Nəsimi Rayon Məhkəməsinin qətnaməsini mübahisələndirib, qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya şikayəti qismən təmin olunub. Qətnamə ləğv edildi və iş üzrə yeni qətnamə çıxarıldı. Yeni qətnamə əsasında tərəflər arasında bağlanılmış 28 dekabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılıb. Həmin qətnamədən Ali Məhkəməyə şikayət verilib və qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb. İlkin alqı-satqı müqaviləsi (əmlakın Cavabdeh1 satıldığı) hal-hazırda bağlandığı andan etibarsız hesab olunub. Hazırda da onlar iddia ilə müraciət edərək bildirirlər ki, Cavabdeh1la hər hansı alqı-satqı müqaviləsi olmadığından, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz əldə etdiyindən həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 verilmiş mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ləğv edilməli və Cavabdeh1la digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh6 arasında bağlanılmış alqı-satqı müqavilələri də bağlandığı andan etibarsız hesab olunmalıdır. Qarşı tərəf öz etirazında bildirib ki, Cavabdeh2 burada vicdanlı alıcıdır. Ona görə də iddia təmin olunmamalıdır. Lakin onlar hesab edirlər ki, Cavabdeh1 həmin torpaq sahəsini qanunsuz əldə etdiyindən, bağlanan müqavilə də bağlandığı andan etibarsız hesab olunduğundan digər alqı-satqı müqavilələri də məhkəmə qaydasında etibarsız hesab olunmalıdır və gələcəkdə digər cavabdehlər – Cavabdeh2 və Cavabdeh6 da reqres iddia qaydasında Cavabdeh1 iddia qaldırmaq hüququna malikdirlər. Onlar ümumiyyətlə Cavabdeh2, Cavabdeh6 və Cavabdeh1ı da tanımırlar. Hesab edirlər ki, ilk alqı-satqı müqaviləsi etibarsızdır. Ona görə də Cavabdeh1 ilə X19 arasında Şəki Rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh6 ilə Cavabdeh2 arasında Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisində bağlanılmış xx.xx.2019cu il tarixli alqı-satqı müqaviləsi də bağlandığı andan etibarsız hesab olunmalıdır. İkinci (Cavabdeh6 ilə bağlanılan) müqavilə bağlanarkən iş artıq Nəsimi Rayon Məhkəməsində olub. Buna görə də iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, 2019-cu il Nəsimi Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh2 qarşı çıxmamışdır. Cavabdeh2 həmin iş üzrə cavabdeh deyildi. Onların ümumiyyətlə xəbərləri olmamışdır. 2021-ci ildə iş Yasamal Rayon Məhkəməsində olanda işə qoşulmuşlar. Yəni o torpaq sahəsi Cavabdeh6 satılanda Cavabdeh2 məlumatsız olmuşdur. Onlar Nəsimi Rayon Məhkəməsinə müraciət edib üçüncü şəxs qismində cəlb olunmaq istəmişlər. Məhkəmənin mövqeyi isə belə olub ki, hazırki iddia onlara qarşı qaldırılmayıb. O, hazırki iş üzrə iddia ərizəsinə etiraz təqdim etmişdir. 2008-ci il tarixdə hüquqlarını müdafiə etdiyi Cavabdeh2 Cavabdeh1 ilə rəsmi qaydada alqı-satqı müqaviləsi bağlayaraq və dəyərini ödəyərək 14,89 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almışdır. Həmin torpaq sahəsi çox yararsız vəziyyətdə olmuşdur. Bunu təsdiq edən illərdir orada çalışan fəhlələr var. 2008-ci ildə bu torpaq sahəsi alınanda yararsız idi, heç vaxt istifadə olunmamışdı. Hüquqlarını müdafiə etdiyi şəxs həmin torpaq sahəsinə pul vəsaiti sərf edib, hər hansı əkinçilik işlərinin aparılması üçün lazımi şərait yaradır. Daha sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olur, mütəmadi olaraq taxıl əkir. Bugünə qədər də həmin ərazidə taxıl əkməyə davam edir. Alınan zaman həmin torpaq sahəsinin üzərində nə həbs, nə də məhdudiyyətlər olmayıb. Hüquqlarını müdafiə etdiyi şəxsin həmin torpaq sahəsinin başqa bir şəxsə məxsus olması, X35 Qafar arasındakı alqı-satqı müqaviləsinin hansı əsasla bağlanılmasından məlumatı ola bilməzdi. Çünki Cavabdeh1 həmin torpaq sahəsini 2004cü ildə almış və 4 il sonra hüquqlarını müdafiə etdiyi şəxsə satmışdır. Cavabdeh2 alqısatqı müqaviləsi bağlayaraq torpaq sahəsinin dəyərini ödədikdən sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarış alır və bu zaman əmlaka dair istifadə, sərəncam və mülkiyyət hüquqlarını əldə edir. Həmçinin bildirmək istəyir ki, Şəmsiyev Xanlar vəfat etdikdən sonra bu iddia qaldırılmışdır. X35 Qafar arasında bağlanılan müqavilənin də etibarsızlığı mübahisə olunan zaman onun müqavilədə imzası məsələləri araşdırılmamışdır. İlkin alqı-satqı müqaviləsinin bağlanılmasında hər hansı qanunsuz hallar var idisə də belə, həmin müqavilənin etibarsızlığı Cavabdeh1la Cavabdeh2 arasında bağlanan müqavilənin etibarsızlığına səbəb olmamalıdır. Çünki o alqı-satqı müqaviləsinin predmetini təşkil edən həmin torpaq sahəsinin vicdanlı alıcısıdır. Hüquqlarını müdafiə etdiyi şəxs DƏDR-də çıxarış alıb tam şəkildə əmlaka dair hüquqları əldə etdikdən sonra 2019-cu ildə torpaq sahəsinin bir hissəsini Cavabdeh6 satır. Bu hissədə də o, belə hesab edir ki, Cavabdeh6 vicdanlı alıcıdır. 15 il ərzində iddiaçının öz torpaq sahəsi ilə maraqlanmaması inandırıcı deyil. Buna görə də hesab edir ki, iddiaçı öz subyektiv hüququndan vaxtında istifadə etməmişdir. Bununla da Mülki Məcəllənin 354-cü maddəsinə əsasən alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. O, bunu Cavabdeh1 münasibətdə nəzərdə tutmur, çünki həmin müqavilə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Vicdanlı alıcılarla bağlı da prezidentin fərmanından sonra məhkəmə təcrübəsi formalaşmışdır və məhkəmə qətnamələri mövcuddur. İlkin alqı-satqı müqaviləsinin etibarsızlığı sonrakı alqı-satqı müqavilələrinin etibarsızlığına əsas ola bilməz. İlk növbədə Cavabdeh2 torpaq sahəsini alan zaman hər hansı məhdudiyyət, həbs olmamışdır. O, alqı-satqı müqaviləsinin hansı əsaslarla, hansı formada bağlanıldığını necə bilə bilərdi. O özü də rəsmi qeydiyyata alınmış hüquq nəticəsində alqı-satqı müqaviləsini həyata keçirmişdir. Buna dair Konstitusiya Məhkəməsinin Plenum qərarları var və məhkəmə təcrübəsi formalaşmışdır. Həmçinin o, etiraz ərizəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmışdır. Mülkiyyətində olan əmlaka dair hüquqların qeydiyyata alınması “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanun və Mülki Məcəlləyə uyğun olaraq həyata keçirilmişdir. Buna dair Konstitusiya Məhkəməsinin çox sayda Plenum qərarları var. Bunlardan biri də "xxxx" ASC-nin şikayəti üzrə Konsitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarıdır. Həmin qərarda bir qayda olaraq göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması, xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvvənin təmin edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən də dövlət orqanının həyata keçirdiyi reyestr və verdiyi hüquqlar haqqında məzmuna inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Yəni rəsmi alqı-satqı müqaviləsi bağlanılıb, əmlakın dəyəri ödənilib, 2008-ci ildən etibarən sahə onların sahiblik, istifadə və mülkiyyətlərindədir. Cavabdeh2 və onun atası birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Sahəyə dair hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Cavabdeh2 vicdanlı alıcıdır. Onun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığı üçün pozula bilməz. İlkin əqdin etibarsızlığı, ondan sonra törəyən əqdlərin etibarsızlığı üçün əsas ola bilməz. Burada etibarsızlığın nəticələrinə dair müddət də ötürülmüşdür. Bu məsələni digər cavabdehin nümayəndəsi və vəkili öz etirazında əsaslandırmışdır. Nəsimi Rayon Məhkəməsinin nəticələri ilə bağlı iddia qaldırılan zaman Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin çıxmasından 1 il 5 ay keçmişdi. Həmin qətnamənin mübahisələndirilməsi ilə bağlı müddət isə 1 ildir. Azərbaycan Respublikasının Prezidentinin Məhkəmə təcrübəsinin vahidliyi haqqında fərmanı var. Bu məsələ ilə bağlı da kifayət qədər məhkəmə qətnaməsi var. Onlar ədalətli şəkildə araşdırmanın aparılmasını xahiş edirlər. Cavabdeh2 torpağı Xanlardan deyil, Dəmirçi Qafardan alıb. Torpağın əvvəl kimə məxsus olması Cavabdeh2 bəlli deyildi. Torpaq sahəsi artıq Cavabdeh2 atasının adına özgəninkiləşdirilib. Həmçinin Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən həm Cavabdeh2, həm də X20 apellyasiya və kassasiya şikayəti vermişlər. Həmin torpaq sahəsini illərlə Qurbanov Cavanşir əkib-becərib. Sonradan da Cavabdeh2 torpaq sahəsini atasına bağışlayıb. Burada satılmadan söhbət getmir. Sadəcə olaraq onlar iddia ərizəsinə etirazda onu dəqiqliklə göstərmişlər ki, artıq mübahisə həll olunursa, birdəfəlik həll olunsun. Sonradan bağışlama da mübahisələndirilməsin. Halbuki bu iddiaçı tərəfə bəlli idi. Çünki Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən həm Cavabdeh2, həm də Qurbanov Cavanşir ayrı-ayrılıqda apellyasiya şikayəti veriblər. Qarşı tərəf daima iddianı başqa istiqamətə aparır. Bildirir ki, torpaq icarəyə verilmişdi. Rəsmi alqı-satqı müqaviləsi var. İlkin olaraq 2004-cü ildə Şəmsiyev Xanlar öz torpaq sahəsini Dəmirçi Qafara satıb. 4 il sonra – 2008-ci ildə Cavabdeh2 həmin torpaq sahəsini alıb. Həmin torpaq sahəsini alan gündən də öz digər torpaq sahələrinə birləşdirərək əkin-biçinlə məşğul olub, torpaq sahəsini yarasız vəziyyətdən yararlı vəziyyətə gətirib. 18-19 ildir ki, torpaq sahəsi Cavabdeh2 sahibliyi, istifadəsi və mülkiyyətindədir. Onlar vicdanlı alıcıdırlar. Onların bir əsasları bundan ibarətdir. Tərəf illərdir ki, hər hansı maneə olmadan həmin torpaq sahəsinə istifadə, sərəncam və sahiblik edib. Bu şahid ifadələri ilə də öz təsdiqini tapdı. Xanların oğlunun həmin torpaq sahəsində kombayn istifadə etməsinə baxmayaraq, heç bir halda maneə ilə rastlaşmayıblar. Alqı-satqı olan zaman torpaq sahəsinin üzərində həbs olmayıb, torpaq sahəsi girovda olmayıb, hər hansı bir yüklülük mövcud olmamışdır. İddiaçının qeyd etdiyi hallar doğru olsa belə, bunu hüquqlarını müdafiə etdiyi şəxsin bilməsi mümkünsüz idi. Digər əsas Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi ilə bağlıdır. Bu bir prezumpsiyadır. Mülkiyyət hüququ artıq DƏDR-dən çıxarış əsasında qeydiyyata alınıb. Bu da toxunulmazdır. Bütün bu əsasları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh6 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, bu torpağı alanda “Asan Xidmət”də çıxarışla rəsmiləşdirmişlər. O, həmin vaxt heç bir problem görməmişdir. İddianı qəbul etmir. Gecə-gündüz işləyib torpaq almışdır. O, torpağı heç iddiaçılardan almamışdır. Oğlu torpağı Cavabdeh2 alıb. Cavabdeh2 Qurbanov Cavanşirin oğludur. Alqı-satqıda etibarnamə əsasında o, iştirak etmişdir. Torpağın mübahisəli olduğundan onların xəbərləri olmayıb. Şəmsiyev Xanlar vəfat edəndən sonra belə bir söhbət yaranıb, ona məktublar gəlib. Şəmsiyev Xanları tanımışdır. O, Ağdam rayonundandır. Həmin kəndə qaçqın kimi gəlmişdir. 1993-cü ildən orada yaşayır. 0,86 hektar torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini 1200 manata almış, pulu Cavabdeh2 vermişdir. Torpağı Cavabdeh2 özü satırdı. Qurbanov Cavanşir də həmin kənddə yaşayır. Hal-hazırda da o, həmin torpağı əkib-becərir. Torpağı təxminən 2015-ci ildə almış, lakin 2019-cu ildə rəsmiləşdirmişdir. Torpaq 2015-ci ildən onun istifadəsindədir. Məhkəmədən məlumatı 1 il yarım əvvəl almışdır. Məhkəmədən məlumatı alana qədər onun o torpağı əkib-becərməyinə heç kim maneçilik törətməyib. Ona birinci dəfə məktub gələndən sonra o, onların yanına getmiş və nə məsələ olduğunu soruşmuşdur. O zaman işin nə ilə bağlı olduğunu öyrənmişdir. Xanların yoldaşı cavabında demişdir ki, onun huşu özündə olmayıb, ona görə ona imza atdırıblar. Torpağın icarəyə verilməsi ilə bağlı məlumatı olmayıb. O, Xanları və ailəsini də tanımışdır. Xanlar 2 il olar ki, rəhmətə gedib. O, torpağı əkib-becərəndə Xanlar torpağın onun olduğunu deməmişdi. O, Cavabdeh2 torpağı Xanlardan aldığını bilməmişdir. Çıxarışda ad qeyd olunmurdu. Xanların ailəsinin torpağın onların istifadələrində olması barədə məlumatı olub-olmamasını dəqiq bilə bilməz. İzahatına əlavə olaraq iddianın təmin olunmaması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında bildirmişdir ki, o, torpaq sahəsini 2008-ci ildə Aydın Əzizdən almışdır. Orada bir neçə nəfərin torpağı olub. 190 hektar torpaq sahəsi almışdır. Orada təqribən 28 iri, xırda torpaq sahəsi olub. O, aldığı torpaqlardan şikayət edən olmayıb. Həmin vaxt torpaqlar çox bərbad vəziyyətdə idi. O, sahələri təmizləyib becərmişdir. O, Xanlardan torpaq almamışdır, xəbəri yoxdur. O, rayonda müxtəlif vəzifələrdə işləmişdir. 9 il Kənd Təsərrüfatı İdarəsinin rəisi işləmişdir. O, Xanları uzaqdan tanımışdır. Belə ki, Aydın Əzizi də tanımışdır. X61 Əziz demişlər. Aydın Əzizin adına çıxarışın olub-olmaması barədə məlumatı yoxdur. O, torpaqdan narazılıq eşitməmişdir. Xanların ailəsindən heç kim onlara yaxınlaşıb torpağın onlara məxsus olduğunu bildirməyib. Xanların oğlu Elnur həmin torpaq sahəsində işləmiş, Elnur orada traktor, kombayn sürüb. Elnur tərəfindən torpaq sahəsinin onlara məxsus olması ilə bağlı heç nə deyilməyib. 1 ildən artıq icarə müqaviləsi bağlanılmır. 15 il müddətinə icarə müqaviləsi bağlanılmır. 20 ildə bir dəfə də olsun torpaqla bağlı iddiaları olmayıb. İddianın təmin olunmaması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, eşitdiyinə görə Cavabdeh2 Aydın Qafardan torpaq alıb. O, da həmin torpaqda günəmuzd işləmişdir. Əkinbiçin işləri ilə məşğul olmuşdur. Taxıl əkmişlər. 2008-ci ildən indiyə kimi həmin torpaqda işləyir. Hazırda iş getmir, lakin günəmuzd olanda işləyirlər. Ona ödənişi Cavabdeh2 atası edir. O, ora gələndə torpaq sahəsi əkinə yararsız vəziyyətdə olmuşdur. Torpaq əvvəllər əkilməmişdi. Torpaq sahələrinin konkret sahiblərinin kim olduğunu bilmirdi, lakin Cavabdeh2 torpağı Aydın Qafardan aldığını bilmişdir. Aydın Qafarın nə qədər torpaq sahəsi olduğunu dəqiq bilmir. Həmin torpaq sahəsində işlədiyi müddətdə Şəmsiyev Xanların və ya onun ailə üzvlərinin torpaq sahəsinə gələrək torpaq sahəsinin onlara məxsus olmasını bildirməsi, mübahisə etməsi halları olmayıb. Torpaq sahəsinin Şəmsiyev Xanlara məxsus olduğunu bilməmişdir. Şəmsiyev Xanlar və onun ailə üzvlərinin əkinbiçinlə məşğul olduğunu görməmişdir. Özü elə həmin kənddə yaşayır. Xanların oğlu Elnur kombaynla işləyirdi və biçin vaxtı gəlib kömək edirdi. Elnur heç vaxt torpaq sahəsinin onlara məxsus olmasını bildirməyib. Elnur 2008-ci ildən 2011-ci ilədək orada işləyib. Elnuru əvvəldən tanımışdır. Elnurun kombaynı var idi, gəlib işləyib haqqını alırdı. Ona haqqını Qurbanov Cavanşir verirdi. Xanlar o, orada olan müddətdə həmin torpaq sahəsinə gəlməyib. Elnura biçin vaxtı olanda müraciət etmişlər, o isə gəlib biçmişdir. Məhkəmə iclasında iştirak edən şahid X33 ifadəsində bildirmişdir ki, o, 2006-cı ildən Qurbanov Cavanşirin yanında mexanizator dəstənin rəhbəri işləmişdir. Öz qarajları var və əkin-biçin işlərinə baxırlar. Öz sahələri də omuşdur, 2009-cu ildə X69 190 hektar torpaq sahəsi almışlar. X62 Qurbanov Cavanşir almışdı. Arendaya götürüb əkdikləri yerlər də olmuşdur. Həmin əraziləri Qurbanov Cavanşir arendaya götürürdü, o isə orada işləmişdir. Əziz Qafardan alınan torpaq sahələri müxtəlif yerlərdə yerləşir. Dəstədə işləyən başqa işçilər də olub. Xanları tanıyır, yerlisi olub. Xanların ailə üzvlərinin hamısını tanıyır. Xanların oğlu onlarla 2 il kombaynda işləyib. Xanların oğlunun adı Elnurdur. Elnur işləyib əvəzində haqq almışdır. Hər hektara görə o ona pul ödəmişdir. Dəstəyə o, rəhbərlik etmişdir. Elnur heç vaxt torpaq sahəsinin ona məxsus olduğunu bildirməmişdir. Onlar torpağın Elnura məxsus olmasını təzə bilmişlər. Onlar torpağı Aydın Qafardan alıb 2 il müddətinə onu daşdan təmizlətmiş, münbitləşdirmişlər. Qurbanov Cavanşirin torpaq sahəsi təkcə həmin kənddə 195-198 hektardır. Xanlar və onun ailə üzvləri heç vaxt gəlib torpaq sahəsinin onlara məxsus olduğunu bilməmiş və belə bir mübahisə yaratmamışlar. Elnur özü onlarla birlikdə işləyib və onunla belə bir söhbət olmayıb. Əvvəl dövlət aktı ilə verilirdi, indi çıxarış var. Onlar torpaq sahəsini Əziz Qafardan alanda sadəcə çıxarış var idi. Çıxarışda da sadəcə Qafar Əzizin adı yazılır. Şəmsiyev Xanların əkin-biçinlə məşğul olduğunu görməmişdir. 2 il ərzində torpaq sahəsini münbitləşdirmişlər. Mübitləşdirmə ilə əlaqədar 1 hektar əraziyə 400-500 manat pul xərclənilir. Münbitləşmə deyəndə şumlama, daşların təmizlənməsi nəzərdə tutulur. Dəmirçi Qafar tərəfindən heç bir əkin-biçin işləri aparılmamışdır. 2006-cı ildən bu günədək həmin torpaq sahəsində işləyir. Torpaq sahəsinin alqı-satqısında o, iştirak etməmişdir. Aydın Əzizdən alınan torpaqda çıxarışla onlara yerlər göstərilib. Onlar kimin yerlərinin hara olmasını bilməmişlər. Məhkəmə iclasında iştirak edən şahid X45 ifadəsində bildirmişdir ki, o, torpaq sahəsində mexanizator işləmişdir. Torpaq sahəsi Cavabdeh2 məxsus olub. Torpaq sahəsi Turan qəsəbəsində yerləşir. 2006-cı ildən bu günə kimi orada işləyir. Pulu ona Elşadın atası ödəmişdir. Ondan başqa Sənan, Mehman da orada işləyib. Xanların ailəsini tanıyır. Xanların ailəsindən heç kim ora gəlməmişdi və orada işləməmişdi. Elnur mexanizator kimi orada işləyib. Elnur onlarla birlikdə ümumi torpaqda işləmişdir. Elnur sadəcə işləmək üçün ora gəlib. İddiaçı kimi gəlməyib. Torpağın Elşada yox, ona məxsus olması ilə bağlı Elnur heç nə deməyib. Cavabdeh2 180-190 hektar olan torpaq sahəsində işləmişdir. Şəmsiyev Xanları tanıyır. Eyni qəsəbədə yaşayırlar. Xanların və onun ailə üzvlərinin torpaqla bağlı iddiasını eşitməmişdir. Elnur həmin torpaq sahəsində 1-2 il işləyib. Həmin müddətdə Elnur torpaq sahəsi ilə bağlı mübahisə aparmayıb. Şəmsiyev Xanların özünün və ya ailə üzvlərinin əkin-biçinlə məşğul olduğunu görməmişdir. Cavabdeh2 torpağı Aydın Əzizdən alıb. Torpaq sahəsinin alqı-satqısı zamanı o, iştirak etməmişdir. Hal-hazırda da həmin torpaq sahəsində işləyir. Keçən il məhsul olmayıb, amma bu il olacaq. Torpaq sahələri alınanda demək olar ki, istifadə olunmamış torpaqlar idi. Elşaddan əvvəl orada əkin-biçin işləri olmamışdı. Torpaq sahələri alınandan sonra şumlama, gübrələmə oldu. Torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsinə 2 ay vaxt sərf olundu. Torpaq sahəsindən kənarda, kəndin hər hansı yerində torpaq sahəsinin kimə məxsusluğu ilə bağlı mübahisə eşitməmişdir. Aydın Əzizi isə tanımır. Digər cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunun və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, 2738 saylı məktubunda qeyd edilmişdir ki, Şəki rayonu, Turan qəəbəsində yerləşən 14.0299 ha və 0.8625 ha olmaqla 2 hissədə yerləşən 14.89 ha torpaq sahəsinə X15 və ailə üzvlərinin adına Kod 40401027, JN-225 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahələri X4 və sonuncunun adına Kod 40401027, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X44 tərəfindən sözügedən torpaq sahələrini Şəki rayon 2 saylı DNK-nın xx.xx.2008-ci il tarixli, 4Ə-372 saylı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. 0.8625 ha əkin torpaq sahəsini Cavabdeh2 Şəki regional Cavabdeh5də notarial ofisin xx.xx.2019-cu il tarixli, 4Ə- 88 saylı müqaviləsinə əsasən Cavabdeh6 satmışdır. Hazırda 14.0299 ha əkin torpaq sahəsi Cavabdeh2, 0.8625 ha əkin torpaq sahəsi isə Cavabdeh6 adına mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsinə əsasən iddianın təmin edilərək X29 və onun ailə üzvləri ilə Əziz (Dəmirçi) Qafar Aydın oğlu arasında bağlanmış 28 dekabr 2004-cü il tarixli, 235829 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5369/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən Bakı Apellayasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2942/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin Qərardan görünür ki, Bakı Apellayasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2942/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-91/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Torpağa mülkiyyət hüququna dair Cavabdeh1 adına verilmiş Kod:40401027 JN-0459 saylı dövlət aktına əsasən müəyyən olunur ki, mülki iş materiallarında öz əksini tapan cizgidə göstərilən sərhəd daxilində 354.58 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X46 mülkiyyətinə verilmişdir, dövlət aktı qeydiyyat kitabında xx.xx.2006-cı il tarixdə 030 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən Arayışa əsasən Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində mülkiyyət hüquqları X46 adına xx.xx.2006-ci il tarixdə, qeydiyyat nömrəsi 030 olmaqla qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli X46 etibarnaməsi əsasında X10, X3 Elşad Cavanşir oğlu və X40 arasında bağlanmış müqaviləyə əsasən X46 etibarnaməsi əsasında X5 rayonu Turan qəsəbəsi ərazisində yerləşən 354.58 ha torpaq sahəsinin 86 ha ibarət hissəsini X16, 90.58 ha ibarət hissəsini Cavabdeh2 və 78 ha sahəni X1. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli Çıxarışdan görünür ki, Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.8625 ha olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, reyestrdə 8İ-633 nömrə ilə qeyd edilmiş Cavabdeh2 Ərizəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış əsasında Şəki rayonu, Turan qəsəbəsində yerləşən torpaq sahəsini satmaq istəyir. Bununla əlaqədar əmlak üzərində qadağanın olub-olmaması barədə məlumatın verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Şəki regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına dair dövlət reyestrindən Arayışa əsasən xx.xx.2012-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarış əsasən Cavabdeh2 mülkiyyətində olan Şəki rayonu, Turan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, reyestrdə 8İ-631 nömrə ilə qeyd edilmiş X11 ərizəsindən görünür ki, əri Cavabdeh2 məxsus olan Şəki rayonu, Turan qəsəbəsində yerləşən 0.431 ha torpaq sahəsinin satılmasına etiraz etmir. İş materiallarında olan AN-İ ******* seriya nömrəli, xx.xx.2019-cu il tarixli Cavabdeh2 (satıcı) ilə Cavabdeh6 (alıcı) arasında bağlanmış Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.8625 ha olan torpaq sahəsini 900 manat qiymətinə alıcı Cavabdeh6 satmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh2 (hədiyyə verən) və X20 (hədiyyə alan) arasında bağlanmış Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 14.022 ha olan torpaq sahəsini Cavabdeh2 (hədiyyə verən) atası X12 (hədiyyə alan) bağışlamışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Şəki rayonu, Turan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 14.022 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ilkin olaraq Şəki rayonu, Turan qəəbəsində yerləşən 14.0299 ha və 0.8625 ha olmaqla 2 hissədə yerləşən 14.89 ha torpaq sahəsinə X15 və ailə üzvlərinin adına Kod 40401027, JN-225 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahələri X4 və sonuncunun adına Kod 40401027, JN-459 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. X44 tərəfindən sözügedən torpaq sahələrini Şəki rayon 2 saylı DNK-nın xx.xx.2008-ci il tarixli, 4Ə-372 saylı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. 0.8625 ha əkin torpaq sahəsini Cavabdeh2 Şəki regional Cavabdeh5də notarial ofisin xx.xx.2019-cu il tarixli, 4Ə-88 saylı müqaviləsinə əsasən Cavabdeh6 satmışdır. Hazırda Cavabdeh2 adına olan 14.022 ha əkin torpaq sahəsi xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən atası X7, 0.8625 ha əkin torpaq sahəsi isə Cavabdeh6 adına mülkiyyətindədir. Belə ki, iddiaçılar qeyd edirlər ki, 14,89 hektar torpaq sahəsinin Cavabdeh1 satılması barədə əqdin qanuni qüvvəyə minmiş məhkəmə qərarı nəticəsində etibarsız hesab olunması müəyyən olunur. Hazırda İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna və Şəki regional “Asan Xidmət” Mərkəzinin notariat ofisinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki 2 saylı DNK-nun 28 dekabr 2004-cü il tarixli 235829 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş Kod:40401027 JN-0459 saylı dövlət aktının, X29 və onun ailə üzvlərinə məxsus olan 14,89 ha əkin torpaq sahəsinə aid hissədə ləğv edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı DNK-da bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə-372 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional "ASAN’' xidmət mərkəzi notarial ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 40-88 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Bundan əlavə həmin Məcəllənin 144.3-cü maddəsinə əsasən Notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır (29 noyabr 2022-ci il tarixə qədər olan redaksiyada). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir və Mulki Məcəllədə gostərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Həmin Məcəlləsinin 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Belə ki, məhkəmə iddia tələbinin Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı DNK-da bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə-372 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional "ASAN’' xidmət mərkəzi notarial ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 40-88 saylı müqavilənin bağlandığı andan etibarsız hesab edilməsinə dair hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Hər iki Cavabdeh2 və Cavabdeh6 mübahisəli torpaq sahələrinin alınmasına münasibətdə vicdanlı alıcıdırlar. Belə ki, tərəflərin məhkəmə prosesində verdiyi izahatlardan, habelə şahid ifadələrindən bəlli olur ki, cavabdehlər torpaq sahəsini alarkən müvafiq əmlakın mülkiyyətçisi kimi müvafiq olaraq Cavabdeh1, Cavabdeh6 isə Cavabdeh2 tanımışdır. Belə ki, Cavabdeh2 Cavabdeh1 torpaq sahəsini Azərbaycan Respublikasının Torpağa mülkiyyət hüququna dair Cavabdeh1 adına verilmiş Kod:40401027 JN-0459 saylı dövlət aktı əsasında mübahisəli torpaq sahəsini almışdır. Habelə tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan və şahid ifadələrindən də görünür ki, Cavabdeh2 mübahisəli torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin X29 və onun ailə üzvləri olması, X29 və onun ailə üzvləri ilə Əziz (Dəmirçi) Qafar Aydın oğlu arasında bağlanmış 28 dekabr 2004-cü il tarixli, 235829 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız olması barədə məlumatlı olmamışdır və ola da bilməzdi. Məhkəmə iclasında ifadə verən şahidlərin ifadələrindən görünür ki, həmin torpaq sahəsində işlədikləri müddətdə Şəmsiyev Xanların və ya onun ailə üzvlərinin torpaq sahəsinə gələrək torpaq sahəsinin onlara məxsus olmasını bildirməsi, mübahisə etməsi halları olmayıb. Torpaq sahəsinin Şəmsiyev Xanlara məxsus olduğunu bilməmişlər. Şəmsiyev Xanlar və onun ailə üzvlərinin əkin-biçinlə məşğul olduğunu görməmişlər. Xanların oğlu Elnur həmin torpaq sahəsində kombaynla işləmiş və biçin vaxtı gəlib kömək etmişdir. Elnur heç vaxt torpaq sahəsinin onlara məxsus olmasını bildirməyib. Yuxarıda göstərilən qanunvericilik aktları normalarından da müyyən etmək olur ki, həm Cavabdeh2, həm də daha sonra həmin torpaq sahəsini Cavabdeh2 alan Cavabdeh6 vicdanlı alıcıdır. Belə ki, həm Cavabdeh1 ilə Cavabdeh2 arasında Şəki rayon 2 saylı DNKda bağlanmış xx.xx.2008-ci il tarixli 4Ə-372 saylı müqavilə həm də Cavabdeh2 ilə Cavabdeh6 arasında Şəki regional "ASAN’' xidmət mərkəzi notarial ofisində bağlanmış xx.xx.2019-cu il tarixli 40-88 saylı müqavilə notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onlar arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bundan əlavə qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3-cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin S.N.Məmmədovanın şikayəti üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka 3-cü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Sözügedən qərarda daha sonra göstərilmişdir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd edilən qərara əsasən Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cumlədən, əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Mübahisəli əşya üzərində qanuni əsalarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da aiddir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyiin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin təmin olunması Cavabdeh2 və Cavabdeh6 vicdanlı alıcı kimi hüquqlarının pozulmasına səbəb olur. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi əqdlərin etibarsız hesab olunması hissəsində təmin edilmədiyindən iddia tələbi qalan hissədə, yəni, müqavilə əsasında verilmiş çıxarışların və Cavabdeh1 adına verilmiş dövlət aktının ləğv olunması hissəsində də təmin oluna bilməz. Beləliklə yuxarıda qeyd edilən xüsusatları və qanunvericiliyin müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-30/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-30/2023
02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver