Məhkəmə qərarları › İş №2(107)-473/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-473/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-473/2020 25.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X2 iclas katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı “torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)- 1708/2018 nömrəli qətnaməsindən iş üzrə hüquqlarına toxunulmuş şəxs “xxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən onun mülkiyyətinə verilmiş 2,08 hektar torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-1708/2018 nömrəli (hakim K.Süleymanov) qətnaməsi ilə iddia tələbi təmin edilərək Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 2,08 hektar torpaq sahəsinin Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda İddiaçı adından Cavabdeh2 ilə bağlanmış və 4Ə-1/55 nömrəsi ilə qeydiyyatdan keçmiş xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan hüquqlarına toxunulmuş şəxs “xxxxxxxxxxxxxx” ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Aşağı Daşağıl kəndinin sakinidir. Şəki rayon X1 xx xxxx 1998-ci il tarixli 51 nömrəli qərarı ilə onun mülkiyyətinə Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisindən cəmi 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair onun adına xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin 2,08 hektar torpaq sahəsi Dövlət Aktında 0063 və 063C nömrələri ilə qeyd edilmiş iki ərazidə yerləşir. 0063 nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin miqdarı 18770,48 kv.metrdən (1,88 hektar), 063C nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin miqdarı isə 2003,50 kv.metrdən (0,20 hektar) ibarətdir. O, xx xxxxxx 1997-ci ildə işləmək üçünQazaxıstan Respublikasının Aktau şəhərinə getmiş, bir müddət orada qaldıqdan sonra Karaqanda vilayətinə köçmüşdür. Orada uzun müddət yaşadıqdan sonra xx xxx 2011-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra ailə üzvləri ona demişlər ki, özlərinə məxsus olan 6,00 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini satmışlar. Həmin torpaq sahələri satılarkən ona məxsus olan xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını da Notariat Kontoruna aparmışlar. Dövlət Aktında0063 nömrəsi ilə qeyd edilmiş 18770,48 kv.metr (1,88 hektar) torpaq sahəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda onun adından xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin bir surəti də onun anasına verilmişdir. Həmin müqavilədə onun özünə məxsus olan torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsini Cavabdeh2 adlı şəxsə satdığı qeyd edilmişdir. O, nəinki Notariat Kontoruna gedib özünə məxsus olan torpaq sahəsinin və ya onun bir hissəsinin satılması ilə bağlı müqaviləyə imza etməmiş, hətta həmin torpaq sahəsinə dair xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. O, xx xxxxxx 1997-ci il tarixdən xx xxx 2011-ci il tarixədək daimi və fasiləsiz olaraq Azərbaycan Respublikasından kənarda yaşamışdır. 18770,48 kv.metr (1,88 hektar) torpaq sahəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda onun adından bağlanmış xx xxxxxx 2006-cı il tarixli alqısatqı müqaviləsi onun iştirakı olmadan rəsmiləşdirilmişdir. Müqavilədə olan imza da ona məxsus deyildir. O, torpaq islahatı ilə əlaqədar özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi əraziyə gedərkən həmin torpaq sahəsindən digər şəxsin istifadə etdiyini görüb həmin şəxsdən torpaq sahəsindən çıxmasını tələb etmişdir. Torpaq sahəsinin sənəd üzrə kimin mülkiyyətində olduğunu dəqiqləşdirmək üçün müvafiq orqanlara müraciət etsə də, həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında digər hər hansı şəxsin adına rəsmiləşdirilməsi ilə bağlı heç bir sənəd əldə edilməmişdir. Ona məxsus olan torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda satıcı qismində onun adından, alıcı qismində isə Cavabdeh2 adlı şəxsin adından imzalanaraq notariat qaydasında təsdiq edilmiş xx xxxxxx 2006cı il tarixli alqı-satqı müqaviləsi onun iradəsi ziddinə, özünün istəyi və razılığı olmadan bağlandığından, eyni zamanda, o, müqavilənin bağlanmasında iştirak etmədiyindən və müqaviləyə imza etmədiyindən, ona məxsus əmlak barəsində onun adından hərəkət etməyi etibarnamə ilə də heç kimə həvalə etmədiyindən hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Hüquqlarına toxunulmuş şəxs “xxxxxxxxxxxxxx” ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Qazaxıstan Respublikasına getmiş, uzun müddət xaricdə yaşadıqdan sonra xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhər Nəzarətinin xx xxxxxx 2018-ci il tarixli 33/3073 nömrəli sorğuya cavab məktubunda iddiaçının Azərbaycan Respublikasının Dövlət Sərhədini keçib Azərbaycana gəlməsi tarixi, xx.xx.2011-ci il tarixdə, bundan sonra Azərbaycan Respublikasından çıxması xx.xx.2017-ci il tarixdə, Azərbaycan Respublikasının ərazisini tərk etməsi isə xx.xx.2017-ci il tarixdə müəyyən edilmişdir, İddiaçı 2006-cı il ərzində Azərbaycan Respublikasının ərazisində olmadığından onun adından imzalanmış xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsində “Tahir” sözünün qarşısındakı imzanın iddiaçı tərəfindən icra edilməsi istisna edilir. Hazırki iş üzrə cavabdeh tərəflər Cavabdeh2 və Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoru da həmin imzanın iddiaçı tərəfindən icra edilmədiyini sübut etmək üçün məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsi zərurəti yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhər Nəzarətinin xx xxxxxx 2018-ci il tarixli 33/3073 nömrəli sorğuya cavab məktubunda iddiaçının Azərbaycan Respublikasının Dövlət Sərhədini keçib Azərbaycana gəlməsi tarixi, xx.xx.2011-ci il qeyd edilsə də, iddiaçının ölkə ərazisini tərk etmə tarixi göstərilmədiyindən xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman Azərbaycan Respublikasında olub olmamasını müəyyən etmək olmur. Belə ki, həmin tarix işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, Cavabdeh2 adına olan Şəki rayonu, Aşağı Daşağıl kəndində yerləşən 31.97 ha torpaq sahəsi Bankla “xxxxxxxxx” MMC arasında xx xxxx 2013- cü il tarixli 01 saylı kredit müqaviləsinin təminatı olaraq xx xxxx 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin torpaq sahəsi ona AİK-n qərarı əsasına verilmişdir. Lakin çox sonralar bilmişdir ki, qeyd olunan torpaq sahəsi 2006-cı il tarixdə Cavabdeh2 adlı şəxsə satılmışdır. Halbuki o həmin illərdə respublikada olmamış, qoca və savadsız anasını aldadaraq müqaviləyə imza etdirmişlər. O, 1997-ci il tarixdən 2011-ci il tarixədək daimi və fasiləsiz olaraq Azərbaycan Respublikasından kənarda yaşamışdır. Müqavilədə olan imza da ona məxsus deyildir. O, özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi əraziyə gedərkən həmin torpaq sahəsindən digər şəxsin, yəni cavabdeh Rasim Xananyevin deyil, Şirin adlı şəxsin istifadə etdiyini görüb həmin şəxsdən torpaq sahəsindən çıxmasını tələb etmişdir. Torpaq sahəsinin sənəd üzrə kimin mülkiyyətində olduğunu dəqiqləşdirmək üçün müvafiq orqanlara müraciət etsə də, həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında digər hər hansı şəxsin adına rəsmiləşdirilməsi ilə bağlı heç bir sənəd əldə edilməmişdir. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh2, notariat kontorunun nümayəndəsi və hüquqlarına toxunulmuş şəxs “xxxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Аzərbаycаn Respublikаsı MPM-nin 89.3-cü mаddəsinə əsаsən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-1708/2018 nömrəli qətnaməsi ləğv edilərək, əvvəlki və yeni sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş; İddiaçıya məxsus olan, xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxx 1969-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur və hazırda Şəki rayonu Aşağı Daşağıl kəndində yaşayır. xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Şəki rayon X1 xx xxxx 1998-ci il tarixli 51 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisindən cəmi 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin miqdarı 18770,48 kv.metrdən (1,88 hektar), 063C nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin miqdarı isə 2003,50 kv.metrdən (0,20 hektar) ibarətdir. Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda satıcı qismində hazırki iş üzrə iddiaçının adından, alıcı qismində isə Cavabdeh2 adlı şəxsin adından imzalanaraq notariat qaydasında təsdiq edilmiş, 4Ə-1/55 nömrəsi ilə qeydiyyatdan keçmiş xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətində iddiaçının Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisində yerləşən, özünə məxsus olan 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsini Cavabdeh2 satdığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx xxxxxx 2018-ci il tarixli 33/3073 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının dövlət sərhədini keçib Azərbaycana gəlməsi tarixi xx.xx.2011-ci il tarixdə, bundan sonra Azərbaycan Respublikasından çıxması xx.xx.2017ci il tarixdə, yenidən Azərbaycan Respublikasının ərazisini tərk etməsi isə xx.xx.2017-ci il tarixdə müəyyən edilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış AR DSX-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı 2005-2011-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat aşağıdakı kimidir. Giriş-xx.xx.2011-ci il. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/263 nömrəli rəydən müəyyən olunur ki, 4Ə-01/55 saylı notariat işinin 14-cü səhifəsində İddiaçı və Cavabdeh2 adlarından olan xx xxxxxx 2006-cı il tarixli müqavilədəki “İMZALAR:” qrafasıda “1.” rəqəminin qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləni 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəlləni 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə kollegiyasının iclasında yuxarıda qeyd olunanlardan aydın olur ki, Şəki rayon X1 xx xxxx 1998-ci il tarixli 51 nömrəli qərarı ilə xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətinə Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisindən bir ərazidə 18770,48 kv.metr (1,88 hektar), digər ərazidə isə 2003,50 kv.metr (0,20 hektar) olmaqla cəmi 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş 1,88 hektar torpaq sahəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda satıcı qismində hazırki iş üzrə iddiaçının adından, alıcı qismində isə Cavabdeh2 adlı şəxsin adından xx xxxxxx 2006-cı il tarixli alqısatqı müqaviləsi bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman iddiaçı ölkə hüdudlarından kənarda olmaqla, həmin müqavilədə satıcı qrafasındakı imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı həmçinin qeyd edir ki, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqı-satqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Həmin Qərarda qeyd edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır”. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin alqı-satqı haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Apelyasiya şikayətində qeyd olunmuş dəlillərə münasibət bildirərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı olsa da, iddia tələbinin rədd olunması üçün əsaslı deyildir. Birincisi, ona görə ki, apelyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan müqavilədəki imzanın iddiaçıya məxsus olubolmamasını müəyyən etmək üçün müvafiq ekspertiza keçirməməklə işi tam araşdırmamışdır. Məhkəmə kollegiyası bununla bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/263 nömrəli rəydən müəyyən olunur ki, 4Ə-01/55 saylı notariat işinin 14-cü səhifəsində İddiaçı və Cavabdeh2 adlarından olan xx xxxxxx 2006-cı il tarixli müqavilədəki “İMZALAR:” qrafasıda “1.” rəqəminin qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İkincisi, apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, DSX-nin xx xxxxxx 2018ci il tarixli, 33/3073 nömrəli məktubunda iddiaçının Azərbaycan Respublikasının Dövlət Sərhədini keçib respublikaya gəlmə tarixi xx.xx.2011-ci il qeyd edilsə də, ölkədən çıxma tarixi göstərilməmiş, müqavilə bağlanan vaxtı, yəni xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında olub-olmamasını müəyyən etmək olmur. Apelyasiya məhkəməsi qeyd olunan dəlilin aydınlaşdırılması məqsədilə təkrarən AR DSX-yə sorğu vermiş, sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı 2005-2011-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat aşağıdakı kimidir. Giriş-xx.xx.2011-ci il. Üçüncü, kollegiya qeyd edir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, mübahisəli alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius tərəfindən əqdin subyektiv tərkibinə xüsusi diqqət yetirilməmiş, satıcı kimi səlahiyyəti olmayan şəxsin adından müqavilə rəsmiləşdirməklə qanun pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası sonda qeyd edir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə qətnamə çıxarılmasına, xx.xx.2018-cil tarixdə icraya yönəldilməsinə baxmayaraq cavabdeh tərəfindən apelyasiya şikayəti verilməmişdir. Buradan da belə qənaətə gəlmək olur ki, cavabdeh şəxsən həmin torpaq sahəsində maraqlı deyildir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Kollegiya belə qənaətə gəlir ki, ekspertizanın keçirilməsi təşəbbüsü iddiaçı tərəfindən olduğundan ekspert xərci də ona aid edilməlidir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci cavabdehə аid edilməli və məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 124 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesаbına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Hüquqlarına toxunulmuş şəxs “xxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-1708/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilsin. Yeni qətnamə ilə, Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 2,08 hektar torpaq sahəsinin Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda İddiaçı adından Cavabdeh2 ilə bağlanmış və xx xxxxxx 2006-cı il tarixli, 4Ə-1/55 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar