Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4387/2021 01.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlisoy Züleyxa Səlim qızının katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Şəmsi (Şəmsiyeva) Mətanət Xanlar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 Saylı Dövlət Notariat Kontoruna və Şəki regional "ASAN" Xidmət Mərkəzinə qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi tələbinə dair" iddia ərizəsinə Bakı şəhər Yasamal Rayon Məhkəmənin binasında açıq məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "alqısatqı müqavilələrin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi tələbinə dair" iddia ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi İddiaçı5 yazılı ərizəsini məhkəməyə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə xəbərdar edilməsinə baxmayaraq onlar (nümayəndələri), məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin baxılmamış saxlanmasının mümkünlüyü barədə MPM-də müddəaların olmadığını, eyni zamanda MPM-nin 170.1-ci maddəsində iddiaçının vəsatəti ilə iddia ərizəsinin qaytarılması nəzərdə tutulduğuna görə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi tələbinə dair" iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Şəmsi (Şəmsiyeva) Mətanət Xanlar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, Şəki rayon 2 Saylı Dövlət Notariat Kontoruna və Şəki regional "ASAN" Xidmət Mərkəzinə qarşı "alqı-satqı müqavilələrin etibarsız hesab edilməsi, dövlət aktı və çıxarışların ləğvi tələbinə dair" iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4387/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4387/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver