Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-983/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-473/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə hüquqlarına toxunulmuş şəxs “xxxx” ASC tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçıya məxsus olan, xx.xx.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx xxx 1969-cu il tarixdə Şəki şəhərində anadan olmuşdur və hazırda Şəki rayonu Aşağı Daşağıl kəndində yaşayır. xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Şəki rayon X1 xx xxxx 1998-ci il tarixli 51 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisindən cəmi 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş torpaq sah əsinin miqdarı 18770,48 kv.metrdən (1,88 hektar), 063C nömrəsi ilə qeyd edilmiş torpaq sahəsinin miqdarı isə 2003,50 kv.metrdən (0,20 hektar) ibarətdir. Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda satıcı qismində hazırki iş üzrə iddiaçının adından, alıcı qismində isə Cavabdeh2 adlı şəxsin adından imzalanaraq notariat qaydasında təsdiq edilmiş, 4Ə-1/55 nömrəsi ilə qeydiyyatdan keçmiş xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin surətində iddiaçının Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisində yerləşən, özünə məxsus olan 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsini Cavabdeh2 satdığı qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx xxxxxx 2018-ci il tarixli 33/3073 nömrəli sorğuy a cavab məktubundan müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikasının dövlət sərhədini keçib Azərbaycana gəlməsi tarixi xx.xx.2011-ci il tarixdə, bundan sonra Azərbaycan Respublikasından çıxması xx.xx.2017-ci il tarixdə, yenidən Azərbaycan Respublikasının ərazisini tərk etməsi isə xx.xx.2017-ci il tarixdə müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən onun mülkiyyətinə verilmiş 2,08 hektar torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Aşağı Daşağıl kəndinin sakinidir. Şəki rayon X1 xx xxxx 1998-ci il tarixli 51 nömrəli qərarı ilə onun mülkiyyətinə Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisindən cəmi 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsinə dair onun adına xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Həmin 2,08 hektar torpaq sahəsi Dövlət Aktında 0063 və 063C nömrələri ilə qeyd edilmiş iki ərazidə yerləşir. 0063 nömrəsi ilə qeyd edilmiş torpaq sahəsi 18770,48 kv metrdən (1,88 hektar), 063C nömrəsi ilə qeyd edilmiş torpaq sahəsi isə 2003,50 kv metrdən (0,20 hektar) ibarətdir. O, xx xxxxxx 1997-ci ildə işləmək üçün Qazaxıstan Respublikasının Aktau şəhərinə getmiş, bir müddət orada qaldıqdan sonra Karaqanda vilayətinə köçmüşdür. Orada uzun müddət yaşadıqdan sonra xx xxx 2011-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycan Respublikasına qayıtdıqdan sonra ailə üzvləri ona demişlər ki, özlərinə məxsus olan 6,00 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini satmışlar. Həmin torpaq sahələri satılarkən ona məxsus olan xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktını da Notariat Kontoruna aparmışlar. Dövlət Aktında 0063 n ömrəsi ilə qeyd edilmiş 18770,48 kv.metr (1,88 hektar) torpaq sahəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda onun adından xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin bir surəti də onun anasına verilmişdir. Həmin müqavilədə onun özünə məxsus olan torpaq sahəsinin 1,88 hektardan ibarət hissəsini Cavabdeh2 adlı şəxsə satdığı qeyd edilmişdir. O, nəinki Notariat Kontoruna gedib özünə məxsus olan torpaq sahəsinin və ya onun bir hissəsinin satılması ilə bağlı müqaviləyə imza etməmiş, hətta həmin torpaq sahəsinə dair xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. O, xx xxxxxx 1997-ci il tarixdən xx xxx 2011-ci il tarixədək daimi və fasiləsiz olaraq Azərbaycan Respublikasından kənarda yaşamışdır. 18770,48 kv.metr (1,88 hektar) torpaq sahəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda onun adından bağlanmış xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi onun iştirakı olmadan rəsmiləşdirilmişdir. Müqavilədə olan imza da ona məxsus deyildir. O, torpaq islahatı ilə əlaqədar özünün mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi əraziyə gedərkən həmin torpaq sahəsindən digər şəxsin istifadə etdiyini görüb həmin şəxsdən torpaq sahəsindən çıxmasını tələb etmişdir. Torpaq sahəsinin sənəd üzrə kimin mülkiyyətində olduğunu dəqiqləşdirmək üçün müvafiq orqanlara müraciət etsə də, həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında digər hər hansı şəxsin adına rəsmiləşdirilməsi ilə bağlı heç bir sənəd əldə edilməmişdir. Ona məxsus olan torpaq sahəsinin 1,88 h ektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda satıcı qismində onun adından, alıcı qismində isə Cavabdeh2 adlı şəxsin adından imzalanaraq notariat qaydasında təsdiq edilmiş xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi onun iradəsi ziddinə, özünün istəyi və razılığı olmadan bağlandığından, eyni zamanda, o, müqavilənin bağlanmasında iştirak etmədiyindən və müqaviləyə imza etmədiyindən, ona məxsus əmlak barəsində onun adından hərəkət etməyi etibarnamə ilə də heç kimə həvalə etmədiyindən hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Ona görə də o hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim K.Süleymano v) xx xxxxxx 2018-ci il tarixli, 2(075)-1708/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 2,08 hektar torpaq sahəsinin Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda İddiaçı adından Cavabdeh2 ilə bağlanmış və 4Ə-1/55 nömrəsi ilə qeydiyyatdan keçmiş xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan hüquqlarına toxunulmuş şəxs “xxxx” ASC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarıl masını xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış AR DSX-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı 2005-2011-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat aşağıdakı kimidir. Giriş-xx.xx.2011-ci il. Apelyasiya icraatı zamanı təyin edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/263 nömrəli rəydən müəyyən olunur ki, 4Ə-01/55 saylı notariat işinin 14-cü səhifəsində İddiaçı və Cavabdeh2 adlarından olan xx xxxxxx 2006-cı il tarixli müqavilədəki “İMZALAR:” qrafasıda “1.” rəqəminin qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Şəki Apelyasiya Məhkəməsi Mü lki kollegiyasının (hakimlər – Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Hüquqlarına toxunulmuş şəxs “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-1708/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilmiş, yeni qətnamə ilə, Şəki rayonu Aşağı Daşağıl kəndində yerləşən, xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 2,08 hektar torpaq sahəsinin Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş 1,88 hektardan ibarət hissəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda İddiaçı adından Cava bdeh2 ilə bağlanmış və xx xxxxxx 2006-cı il tarixli, 4Ə-1/55 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 124 manat İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya kollegiyası iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqısatqı müqaviləsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab etmişdir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəya nnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, apellyasiya məhkəməsinin iclasında yuxarıda qeyd olunanlardan aydın olur ki, Şəki rayon X1 xx xxxx 1998-ci il tarixli 51 nömrəli qərarı ilə xx xxxx 1999-cu il tarixli JN 0063 (KOD 40403048) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən iddiaçının mülkiyyətinə Şəki rayonu Aşağı Daşağıl kəndinin ərazisindən bir ərazidə 18770,48 kv.metr (1,88 hektar), digər ərazidə isə 2003,50 kv.metr (0,20 hektar) olmaqla cəmi 2,08 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktında 0063 nömrəsi ilə qeyd edilmiş 1,88 hektar torpaq sahəsi barəsində Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda satıcı qismində hazırki iş üzrə iddiaçının adından, alıcı qismində isə Cavabdeh2 adlı şəxsin adından xx xxxxxx 2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Apellyasiya məhkəməsinin araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman iddiaçı ölkə hüdudlarından kənarda olmaqla, həmin müqavilədə satıcı qrafasındakı imza onun tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apellyasiya məhkəməsi bununla bağlı həmçinin qeyd etmişdir ki, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixl i qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Ə.İbrahimovun şikayəti ilə bağlı mülkiyyət hüququ, onun əmələ gəlməsi və xitamı, alqı-satqı müqaviləsinin etibarlılığının müəyyən olunmasına dair bəzi məsələlər üzrə, habelə mübahisə olunan məhkəmə aktının qanuniliyi ilə əlaqədar aşağıdakılar qeyd olunmalıdır. Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Həmin Qərarda qeyd edilmişdir ki, Mü lki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 338-ci maddəsi həmin M əcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiy yəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır”. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini t əfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin alqı-satqı haqqında müddəalarından görünür ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra qiymətini ödəməlidir. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (Mülki Məcəllənin 568.1, 598.1 və 598.3-cü maddələri). Apelyasiya şikayətində qeyd olunmuş dəlillərə münasibət bildirərək apellyasiya kollegiyası hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı olsa da, iddia tələbinin rədd olunması üçün əsaslı deyildir. Birincisi, ona görə ki, apelyasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan müqavilədəki imzanın iddiaçıya məxsus olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspertiza keçirməməklə işi tam araşdırmamışdır. Apellyasiya məhkəməsi bununla bağlı məhkəmə-x ətşünaslıq ekspertizası təyin etmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/263 nömrəli rəydən müəyyən olunur ki, 4Ə-01/55 saylı notariat işinin 14-cü səhifəsində İddiaçı və Cavabdeh2 adlarından olan xx xxxxxx 2006-cı il tarixli müqavilədəki “İMZALAR:” qrafasıda “1.” rəqəminin qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İkincisi, apelyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, DSX-nin xx xxxxxx 2018-ci il tarixli, 33/3073 nömrəli məktubunda iddiaçının Azərbaycan Respublikasının Dövlət Sərhədini keçib respublikaya gəlmə tarixi xx.xx.2011-ci il qeyd edilsə də, ölkədən çıxma tarixi göstərilməmiş, müqavilə bağlanan vaxtı, yəni xx.xx.2006-cı il tarixdə Azərba ycan Respublikasında olubolmamasını müəyyən etmək olmur. Apelyasiya məhkəməsi qeyd olunan dəlilin aydınlaşdırılması məqsədilə təkrarən AR DSX-yə sorğu vermiş, sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı 2005- 2011-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat aşağıdakı kimidir. Giriş-xx.xx.2011-ci il. Üçüncü, apellyasiya məhkəməsi qeyd etmişdir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd ba ğladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibar sızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Yuxarıda qeyd olunanlara əsaəsn apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius tərəfindən əqdin subyektiv tərkibinə xüsusi diqqət yetirilməmiş, satıcı kimi səlahiyyəti olmayan şəxsin adından müqavilə rəsmiləşdirməklə qanun pozuntusuna yol vermişdir. Apellyasiya kollegiyası sonda qeyd etmişdir ki, hazırki mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə qətnamə çıxarılmasına, xx.xx.2018-cil tarixdə icraya yönəldilməsinə baxmayaraq cavabdeh tərəfindən apelyasiya şikayəti verilməmişdir. Buradan da belə qənaətə gəlmək olur ki, cavabdeh şəx sən həmin torpaq sahəsində maraqlı deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Hüquqlarına toxunulmuş şəxs “xxxx” ASC (Vəkil1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Şəki Apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması i lə çıxarıldığına ləğv edilməli, aşagıda göstərilən əsaslara görə kassasiya şikayətinin təmin edilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, Apellaysiya instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə təkrar məhkəmə–xətşünaslıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş, nəticədə maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bundan başqa Cavabdeh2 adına olan Şəki rayonu, Aşağı Daşağıl kəndində yerləşən 31.97 ha torpaq sahesi Bankla “xxxx” MMC arasmda xx xxxx 2013-cü il tarixli 01 saylı kredit müqaviləsinin təminatı olaraq xx xxxx 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilməsini və bank tərəfındən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə d övlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləni 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin no tariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəlləni 146.8-ci maddəsinə əsasən daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı ə sassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi i lə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iş üzrə hüquqlarına toxunulmuş şəxs “xxxx” ASC tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı ta m yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, “xxxx” ASC kassasiya şikayətində apellaysiya instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə müqavilədəki imzanın iddiaçıya məxsus olubolmamasını təsdiq etmək məqsədilə təkrar məhkəmə–xətşünaslıq ekspertizasının təyin edilməməsi barədə dəlili əsassızdır, ona görə ki, iş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 4/263 nömrəli rəydən müəyyən olunur ki, 4Ə-01/55 saylı notariat işinin 14-cü səhifəsində İddiaçı və Cavabdeh2 adlarından olan xx xxxxxx 2006-cı il tarixli müqavilədəki “İMZALAR:” qrafasıda “1.” rəqəminin qarşısındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən DSX-yə sorğu vermiş, sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, İddiaçı 2005-2011-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat aşağıdakı kimidir. Giriş-xx.xx.2011ci il. Yəni, alqı-satğının bağlanma vaxtı iddiaçının respublikanın hüdudlarından kən arda olma dövrünə təsadüf edir. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlə r hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, mübahisəli alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən notarius tərəfindən əqdin subyektiv tərkibinə xüsusi diqqət yetirilməmiş, satıcı kimi səlahiyyəti olmayan şəxsin adından müqavilə rəsmiləşdirməklə qanun pozuntusuna yol vermişdir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İş üzrə hüquqlarına toxunulmuş şəxs “xxxx” ASC tərəfindən verilm iş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-473/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov