Məhkəmə qərarları › İş №2(004)-300/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-300/2025

08.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-300/2025 08.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi X6, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyətinin X11 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il tarixdə mərhum X24 ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti arasında bağlanmış 3221 №-li müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.25 ha torpaq sahəsi 589 №-li saylı bağ sahəsi kimi 10 il müdətinə X42 icarəyə verilmişdir. İcarə müqavilələri hər 10 ildən bir yenilənmiş, sonuncu icarə müqaviləsi 1992-ci ilin oktyabr ayının 5-i günü rəsmiləşdirilmişdir. İddiaçı məhkəmənin nəzərinə xüsusilə çatdırmağı vacib hesab edir ki, hələ atasının sağlığında bağ sahəsində iki ayrı-ayrı iki mərtəbəli bağ evləri inşa edilmişdir. Evlərin birində iddiaçı, digərində isə ana bir-ata ayrı qardaşı X14 yaşamışdır. İddiaçı bildirir ki, atasının iki övladı var, iddiaçı özü və anadan ögey qardaşı X50. X24 1996-cı ildə vəfat etdikdən sonra qardaşı ilə belə razılaşdılar ki, atalarından onlar - iki vərəsəyə miras qalmış əmlaklardan şəhərdəki ev qardaşına, hazırda mübahisələndirilən bağ evi isə ona qalsın və atalarından miras qalmış əmlakı bu qaydada da bölmüşlər. İddiaçı onu da məhkəmənin diqqətinə çatdırır ki, bağ sahəsi bu yaxın vaxtlara kimi faktiki olaraq bir bağ sahəsi kimi istifadə olunurdu. Cari ilin aprel ayında iddiaçıya məhkəmə bildirişi gələndə ona məlum oldu ki, ögey qardaşı X14 bağ sahəsinin bir hissəsini anasının adına, digər hissəsini həyat yoldaşı Cavabdeh adına sənədləşdirərək əmlaklar üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır. Belə ki, müvafiq sorğular əsasında əldə olunmuş sənədlərdən məlum olmuşdur ki, 1992-ci ildə mərhum X24nun ərizəsi əsasında bağ sahəsinin yarısı onun anası, atasının keçmiş həyat yoldaşı X8 icarəsinə verilmişdir. Sonradan həmin hissə üzərində X8 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. 2003-cü ildə isə bağ sahəsinin digər hissəsi icarə müqaviləsi əsasında cavabdehə verilmiş, və cavabdeh həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata aldırmışdır. Bağ sahəsində faktiki olaraq iki mərtəbəli yaşayış evi inşa olunmuş və ona məxsus ev əşyaları həmin evdə olduğu halda, atasının vərəsəsi kimi həmin əmlakı faktiki olaraq qəbul edərək yaşadığı halda, bağ atası ilə hər-hansı bir bioloji bağlılığı olmayan bir şəxsə verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkəti onun konstitusiya ilə qorunan vərəsəlik hüququnun pozulmasına səbəb olmuşdur. Pozulmuş hüquqlarının başqa cür bərpa olunmayacağını görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. İddiaçı onu da məhkəmənin nəzərinə çatdırmağı vacib hesab edir ki, cavabdeh iddiaçının atasından iddiaçıya miras qalmış əmlakı başqa şəxsə sataraq onu əmlakından məhrum etmək niyyətindədir. Cavabdeh və onun nümayəndəsi Nümayəndə Hüseynəli oğlu iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ona 11 sentyabr 2024-ci il iş № 2(004)-4868/2024 birinci instansiya məhkəməsində işin məhkəmədə baxılması ilə bağlı məhkəmə bildirişi göndərmişlər. Oxuyub görmüşdür ki, onun baldızı İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmənin icraatına qəbul edilmişdir. Buna görə, məcbur olub 589 №-li bağ sahəsinə görə məhkəməyə vəsatət göndərmək qərarına gəlmişdir. 2002-ci il 5 mart tarixində Bakı şəhəri Bağlar İnkişaf və İstismarı Birliyinin rəisi T.Allahverdiyevə bir ərizə yazmış, 589 №-li bağ sahəsini X36 ailə üzvlərinin razılığı ilə onun adına müqavilə bağlanılmasını xahiş etmişdir. X36 vəfatından sonra forma N 2-də qeyd olunan, həm də onun qanuni vərəsəsi olan Azadlıq küçəsi 3, mənzil 8 də yaşayan X51 və gəlini X30 ərizələrini özləri təsdiq etmişdirlər ki, etirazları yoxdur. X52 05 mart 1996-cı il də vəfat etmişdir. Buna baxmayaraq, o, 2002-ci ildə, yəni 6 ildən sonra Bağlar idarəsinə müraciət etmişdir. O gedib müqavilə bağlayanda bilməmişdir ki, həyat yoldaşının atası rəhmətə getmiş və orada heç bir ev olmamış, boş sahə olmuşdur. Bütün xərcləri də, yəni qaz pulu, işıq pulu, su pulu, zibil pulu və bələdiyyə pulunu onun həyat yoldaşı Nümayəndə Hüseynəli oğlu ödəmişdir. Ona görə də, İddiaçı bütün sözləri yalan və böhtandır. İddiaçı və onun ailəsinə nənəsindən həyat yoldaşına yəni, Həsənova Zəhra xanım İbrahim qızından qalmış 0,24 bağ sahəsi vermiş və İddiaçı həyat yoldaşı, yəni X43 tərəfindən 10.000 (on min) manata 2002 ci ildə satılmış və onun yerinə “QAZ -31” markalı, qara rəngdə maşın alınmışdır. İddiaçı qaynanasının 2500 (iki min beş yüz) manat təqaüd kartı ilə pulunu alır və xərcləyir. Baxmayaraq ki, anası ömür boyu onların yanında qalıb və onlarla yaşamışdır. Forma №2-də görsənmişdir. Təranə heç vaxt gəlib bağda qalmamış, çünki 2 övladı, 3 nəvəsi ola-ola onun gəlib anasına baxmağa heç vaxtı da olmamışdır. Bütün bunları ona görə deyir ki, bu şəxsi qərəzlik 2023-cü ilin iyul-avqust ayından başlamışdır. Ona məxsus bağında Əhmədovlar ailəsi 2000-ci ildən qaçqın kimi yaşamışdır. Onlar üçün 589 №-li bağda 1 otaqlı ev tikmiş, onlar orada yaşamış və bağın bütün işlərini görmüşlər. Yəni bağa baxır, qaz pulunu, işıq pulunu, su pulunu, bələdiyyə pulunu vaxtı-vaxtında, o bağda olmayanda belə ödəmişlər. Onlar və Əhmədov ailəsi, əlavə ustalarla birgə 10 il ərzində, yəni 2001-ci ildən 2011-ci ilədək 2 mərtəbəli bağ evini inşa etmişdirlər. Ondan sonra sənədləri ilə Binəqədi rayonu İcra hakimiyyətinə layihə ilə birgə ona qaz, işıq, su çəkmək üçün icazə verilməsilə bağlı müraciət etmişdir. O, bütün xərcləri çəkərək, icazə almışdır. O, Cavabdeh adına № 0282128-li, xx.xx.2011-ci ildə tikilmiş, sahəsi 131,33 m2 olan evin çıxarışını və 589 №-li bağın daşınmaz əmlakın texniki pasportunu təqdim etmişdir. Bütün yay fəslini orada ailəsi, yəni həyat yoldaşının anası, özü və ailə üzləri ilə birlikdə yaşadığını qeyd edir. 2023-cü ilin avqust ayında İddiaçı onun 589 A bağında qapının açarını dəyişib və anasına verdiyi otağın qapısını bağlayıb getmişdir. Həyat yoldaşı anasından onu tək qoyub hara getdiyini soruşanda, qapını bağlayıb şəhərə getdiyini söyləmişdir. Onun dəfələrlə deməsinə baxmayaraq, sözünə məhəl qoymur və hər dəfə belə edir. Həm də o, həyat yoldaşının böyük bacısı X7 dəfələrlə söyüb, biabır etmiş və bağdan qovmuşdur ki, “ananın yanına gəlmə, ana mənimdir və onun hər şeyi mənimdir”. Həyat yoldaşının anasına məxsus olan əşyaları, qızılları, paltarları və ayda 2500 (iki min beş yüz) manat təqaüd pulunu mənimsəyir. Bu günə kimi heç yerdə işləməmiş, evdar qadın olmuşdur. Həyat yoldaşı və onun anası bu qadına köməklik göstərmişdir. 2023-cü il sentyabr ayında su idarəsindən həyat yoldaşına zəng vurub demişlər ki, 500( beş yüz ) manat borca görə suyu kəsirlər. Həyat yoldaşı isə nəyə görə bunu etdiklərini soruşanda qeyd ediblər ki, qapını onlara açmırlar, rəqəmləri sayğacın üstündən deyirlər. Su sayğacı Nümayəndə adına olduğuna görə isə onun özünə xəbər verilib. Nümayəndə bu məsələyə görə su idarəsinə gedərək suyu kəsməmələrini, məlumat alıb onlara bildirəcəyini qeyd etmişdir. Nümayəndə anasından soruşduqda o qeyd etmişdir ki, anası heç ayağa qalxıb qapıya gedə bilmir, bunların hamısını İddiaçı etmişdir. Bunun üstündə dəfələrlə sözləri olmuşdur. Daha sonra qaz idarəsi zəng vuraraq ona deyiblər ki, 245 (iki yüz qırx beş) manat 36 (otuz altı) qəpik borcu görə qazınızı bağlanacaqdır. Onlar bağda 2023-ci ilin oktyabr ayına qədər qalmışdır. Ayda 2500 (iki min beş yüz) manat təqaüdü aldıqlarını qeyd edərək, borclarını ödəmələrini tələb etmiş, Təranə isə verməyəcəyini bildirmişdir. Bununla da o, məcbur qalaraq, Binəqədi rayonuna ərizə yazmışdır ki, İddiaçı 589 №-li bağdan məcburi çıxardılsın. O da öz tərəfindən cavabdehin adına olan 2017-ci ildə qaynanası tərəfindən ona bağışlanan bağla, xx.xx.2024-ci ildə 2(009)-1208/2024 nömrəli iş ilə ondan, qaynanasından, həyat yoldaşından Səbail rayon məhkəməsinə şikayət etmişdir. X53 Rüstəmlinin sədrliyi ilə proses başlamış və hakim qət etmişdir: “İddiaçı - cavabdehlər : Nümayəndə Hüseynəli oğlu, Cavabdeh, X9 qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin”. Onu da qeyd edir ki, bu başına gələn əhvalatlardan sonra 589 №-li bağı satmağa qərara gəlmişdir. O, bağı fevral ayında qonşuluqda yaşayan X1. Bununla bağlı xx.xx.2024-cü ildə ********** №-li çıxarış almışlar. Bu səbəblə Binəqədi rayonunda işi uzatmaq məqsədi ilə onu şantaj etməyə başlamış, Səbail rayonunun Apellasiya Məhkəməsinə şikayət yazıb və göndərmiş, ondan sonra 1-ci baxışda apellasiya məhkəməsinə ərizə verib ki, o Yasamal məhkəməsinə işin baxılması üçün müraciət etmiş, həmçinin, inzibati məhkəməyə göndərmişdir. Bu işə həmin məhkəmələr işə baxdıqdan sonra baxılmasını xahiş etmişdir. Bakı Apellasiya Məhkəməsi bu ərizəni təmin etmiş və işin baxılmasını saxlamışdır. Onu da qeyd edir ki, İnzibati Məhkəmə 15 yanvar 2025-ci ildə işə baxmış və İddiaçı iddiasını rədd etmişdir. Bu xanım indi də Yasamal rayon məhkəməsində öz hüquqlarını qorumaq istəyir. Bu adam çalışır ki, işi süni şəkildə hər bir halda uzadılması, baxılmamasına nail olsun ki, Binəqədi məhkəməsi onun 589 A №-li bağından çıxması baş tutmasın. Bunun nəzərə alınmasını xahiş etmişdir. X52 tərəfindən yazılmış və Daşınmaz Əmlakın Dövlət Kadastr Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazisi barəsində verdiyi arayışa görə X52 xahiş edir ki, onun № 3221 müqavilə ilə 0,12 hektar torpaq sahəsi olan 589 №-li bağda və ailə üzvləri tərəfindən verilən forma № 2-ə görə Cavabdeh adına keçirilməsi və o bütün rüsumları ödəyəndən sonra öz tərəfindən, ailə üzvlərinin adından forma № 2-də olan ailə üzvləri tərəfindən ərizə formasında razılıqlar əsasında 2002-ci il martın 5 də 3221 №-li müqaviləyə əsasən 0,12 hektar torpaq sahəsini icarəyə götürmüşdür. X23 1-ci qrup əlildir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 və cavabdehin nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X23 ifadəsində, İddiaçı onun qızı, Cavabdeh onun gəlini, Nümayəndə isə onun oğlu olduğunu, bağ sahəsini həyat yoldaşından alqı-satqı yolu ilə əldə etdiyini, 1996-cı il tarixdə həyat yoldaşının vəfat etdiyini, yoldaşı vəfat edəndən sonra bağ evində o və 3 uşağı Aydın, Yeganə və Təranənin yaşadığını, hal-hazırda isə qızı Təranə ilə yaşadığını, həyətdə 2 ev olduğunu, birində özünün qaldığını, digərini isə Aydına verdiyini, evlərin onun pulu hesabına tikildiyini bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X37 ifadəsində, bağda yaşadığı üçün Aydının yoldaşı İradəni və Nəbibənin qızı Təranəni tanıdığını, 24 yanvar 2000-ci il tarixdən 2023-cü ilin may ayınadək bağda yaşadığını, həmin müddət ərzində Nəbibəyə köməklik və qulluq etdiyini, Aydın və ailəsinin yayda Nəbibənin yanına gəldiyini, qışda isə getdiyini, Aydının vəsaiti hesabına bağ evində abadlaşma işləri aparıldığını, bundan başqa suallara cavab olaraq, Təranənin onunla mübahisələri yarandığı üçün evdən çıxdığını, kommunal xidmətləri Aydının ödədiyini, İradə ilə heç bir düşmənçiliyinin olmadığını, İradənin də Nəbibənin yanında qalıb, ona qulluq etdiyini, onun həmin bağda yaşadığı müddətdə bağ sahəsinin bölünmədiyini, sonradan bölündüyünü bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X44 ifadəsində, Aydın və onun yoldaşı İradəni, Nəbibə və onun qızı Təranəni tanıdığını, 23 il onlarla birlikdə yaşadığını, öz ailəsi ilə qaldığını, Aydın və ailəsinin digər evdə qaldığını, Nəbibənin son illərdə evdə tək yaşadığını, Nəbibəyə qulluq etdiklərini, Təranənin də arada gəlib qulluq etdiyini, Aydının vəsaiti hesabına bağda təmir işləri aparıldığını, bağ evinin bölünməsi barədə məlumatı olmadığını, Aydın və Təranə arasında mübahisə olduğunu, buna görə məcbur 8 may 2023-cü il tarixdə evdən çıxdıqlarını bildirmişdir. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən şahid X12 ifadəsində, Aydının onun doğma qardaşı, Təranənin onun ögey bacısı (ana bir ata ayrı) olduğunu, Nəbibənin isə onun anası olduğunu, evi qardaşının tikdirdiyini, 1976-cı il tarixədək anası, o və qardaşının bağda qaldığını, 1976-cı il tarixdə ailə həyatı qurduğunu, bağa yay aylarında gedibgəldiyini, 1993-cü il tarixdə yoldaşı vəfat edəndən sonra bağa gəldiyini, lakin Aydın anasına baxmaq üçün Fəridəni tutandan sonra şənbə və bazar günləri bağa gəldiyini, anasına qulluq etdiyini, hal-hazırda Təranənin Aydını və onu qapını bağlayaraq evə daxil olmağa qoymadığını, bundan başqa suallara cavab olaraq, bağ sahəsinin bölünməsi barədə məlumatı olmadığını, Aydın anasının bağışladığı evi öz adına, tikdiyi evi isə ailəsinin adına keçirtdiyini, bağ sahəsinin kimin adına keçməsi barədə razılıq vermədiyini, bağ sahəsində payının olması barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan İİİ-ЖГ 283582 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X43 ilə X45 xx.xx.1982-ci il tarixdə nikahlarını Bakı şəhəri Səadət sarayında bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3812 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Qasımov", arvada "Qasımova" soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri 26 Bakı Komissarları rayonu qeydiyyat şöbəsində verilmiş xx.xx.1976-cı il tarixli, İ-ЖГ 285012 nömrəli boşanma haqqında şəhadətnamənin surətinə əsasən X52 ilə X23 arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Binəqədi rayon “Leyla” nikah evi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş İV-ЖГ 463707 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X52 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 219 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.1965-ci il tarixdə verilmiş AB ******* nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X45 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1704 nömrə ilə qeyd edilmişdir. X25, anası X13r. İş materiallarında olan İV-ЖГ 355367 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Nümayəndə ilə X18 xx.xx.1987-ci il tarixdə nikahlarını Bakı şəhəri Oktyabr rayonu ZAQS şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 223 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə "Cabarov", arvada "Cabarova" soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı tresti ilə X52 arasında bağlanmış xx.xx.1965-ci il tarixli, 3221 nömrəli “Bağ sahələrinin, tikintilərinin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən Novxanı qəsəbəsi 0,17 hektar sahəsi olan bağı, 22.70 kv.m yaşayış sahəsi olan otaqdan ibarət tikilisi və yardımçı qurğulara malik 86 nömrəli bağ sahəsini həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladığı inventarizasiya kartoçkasına uyğun olaraq, “Trest” icarəyə vermiş, icarədar X52 isə istifadə üçün götürmüşdür. İş materiallarında olan Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X52 arasında bağlanmış xx.xx.1974-cü il tarixli, 3221 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən idarə Novxanı qəsəbəsi 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili ilə 589 nömrəli sahəsini köməkçi tikintilərlə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar isə təhvil almışdır. Həmin müqavilədə X36 ailə üzvləri olaraq qızı Təranə, oğlu Aydın, həyat yoldaşı Nəbibə, qızı Yeganə, qaynanası Zəhraxanım qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı idarəsi ilə X52 arasında bağlanmış xx.xx.1982-ci il tarixli, 3221 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən Novxanı qəsəbəsi 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili köməkçi sahəsi 17.64 kv.m olan mətbəxdən ibarət 589 nömrəli sahəsini köməkçi tikintilərlə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar isə təhvil almışdır. Həmin müqavilədə X36 ailə üzvləri olaraq oğlu Rafiq, qaynanası Zərifə qeyd edilmişdir. Müqavilənin müddəti xx.xx.1981-ci ildən xx.xx.1991-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatı məsələləri üzrə komissiyasının xx.xx.1992-ci il tarixli sərəncamının 29 nömrəli protokolu əsasında hərəkət edən X23 ilə Bağlar təsərrüfatı idarəsi arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 24611 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən Novxanı qəsəbəsi 0,12 hektarlıq 589a saylı bağ sahəsini, sahəsi 24.5 kv.metr olan 2 otaqdan ibarət binanı, yardımçı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqavilənin müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan Bağlar təsərrüfatı idarəsi ilə X52 arasında bağlanmış xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən idarə Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsini, sahəsi kv.metr olan - otaqdan ibarət binanı, yardımçı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqaviləni müddəti xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixdək müəyyən edilmişdir.Həmin müqavilədə ailə üzvləri olaraq oğlu Rafiq, Zərifə, Abbas və Adil göstərilmişdir. Müqavilənin 11-ci bəndinə əsasən Bağ icarədarı vəfat etdikdə və ya o daimi yaşayış üçün başqa yerə köçdükdə,bağın icarə müqavləəsi onun müəyyən edilmiş müddəti bitənədək,”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən,yaxud ondan ayrı yaşayan ailə üzvlərindən, ondan ayrı yaşayan yaxın qohumlarından (valideynləri, uşaqaları, qardaşları,bacıları,babası,nənəsi,nəvəsi,arvadı ya əri) birici ilə yenidən bağlanır. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının xx.xx.2003-cü il tarixli sərəncamının 89 nömrəli protokolu əsasında hərəkət edən Cavabdeh ilə X11 və İstismarı Birliyi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinin surətinə əsasən birlik Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 nömrəli bağ sahəsini, sahəsi 42,44 kv.metr olan 1 otaqdan ibarət binanı yaradıcı binalar hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” verir və “İcarədar” həmin bağ sahəsini təhvil alır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilir. İcarədar müqavilə öhdəliklərini yerinə yetirdikdə, icarə müqaviləsi yeni müddətə uzadıla bilər. Müqaviləni müddəti xx.xx.2003-cü ildən xx.xx.2013-cü il tarixdək müəyyən edilmişdir.Həmin müqavilədə ailə üzvləri olaraq oğlu Nəbibə, Aydın, Əli, Şahin göstərilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə verilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsi Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” şəhadətamənin surətinə əsasən 100011DV4DGX YVÖK (vergi ödəyicisinin kodu) olan Cavabdeh vergi ödəyicisi kimi şəhadətnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının sərəncamından xx.xx.2011-ci il tarixli, 169 nömrəli çıxarışın surətinə əsasən “Vətəndaş Cavabdeh istifadəsində olan torpaq sahəsində təqdim edilən layihə əsasında inşa edilmiş iki mərtəbəli bağ evinin ilkin hüquqi qeydiyyata alınması haqqında” Vətəndaş Cavabdeh istifadəsində olan Binəqədi rayonu Novxanı bağlar massivində yerləşən 1200,0 kv.m bağ sahəsində {Torpaq sahəsinin planı və ölçüsü: A№342536, xx.xx.2011} təqdim olunan layihə əsasında inşa edilmiş 589 saylı iki mərtəbəli bağ evi (İ mərt: açıq eyvan - 58,70 m2, dəhliz - 3,30 m2, yat/ot. - 17,0 m2, anbar - 4,10 m2, mətb. - 6,60 m2, s/q. - 4,75 m2; İİ mərt: holl — 51,25 m2, 3 yat/ot. - 11,35 m2, 11,25 m2, 11,15 m2, mətb. - 6,60 m2, s/q - 3,98 m2; həy/s,: 4 köm./sahə - 4,5 m2, 8,0 m2, 26,8 m2, 5,0 m2, anbar - 21,3 m2, hovuz - 16,5 m2) ilkin hüquqi qeydiyyata alınmasına dair sərəncam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, ümumi sahəsi 131.33 kv.metr olan, 589 saylı bağ evi və 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2011ci il tarixdə ********** nömrə ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı Cavabdeh ilə alıcı X31 arasında bağlanmış xx.xx.2024cü il tarixli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 131.33 kv/m, yaşayış sahəsi 50.75 kv/m, yardımçı sahəsi 80.56 kv/m olan 4 otaqlı bağ evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Alıcının” mülkiyyətinə verir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Alıcının” mülkiyyətinə verir. “Satıcı” daşınmaz əmlakı 108000 manat 00 qəpik (yüz səkkiz min manat sıfır qəpik) qiymətinə satdı. Alıcı isə qiymətə aldı. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-21212/2024 **********12 nömrəli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vətəndaş Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-C-0300-8/2024 nömrəli sorgulara eyni məzmunlu cavab məktublarına əsasən arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, 0.25 hektar torpaq sahəsi 589 saylı bağ sahəsi üzərində olan tikili ilə birlikdə keçmiş Bağlar Təsərrüfatı idarəsinin xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqaviləsi əsasında X36 istifadəsinə verilmişdir. İcarədarın notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi əsasında Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0.12 hektar hissəsi 589a saylı bağ sahəsi kimi digər şəxsin adına keçirilmiş, müqavilə ilə rəsmiləşdirilmiş və dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsinə dair X36 adına xx.xx.1992-ci il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın vəfatından sonra sözügedən bağ sahəsi ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əsasında Cavabdeh adına keçirilmiş və onunla xx.xx.2003-сü il tarixli 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli Torpaq sahəsininin planı və ölçüsü sənədinə əsasən Novxanı bağ massivi, 589 saylı bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. Bakı şəhəri 23 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-412 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin bağ evi X20 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********06150 olan Cavabdeh Abşeron, Abşeron, 01 Abşeron – 14 Abşeron – 041 Novxanı Bağlar – 0000 – 6150 ünvanda qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu 2024-cü il tarixinə 120,48 manat məbləğində təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonent kodu **********04900 olan Nümayəndə Abşeron, Abşeron, 01 Abşeron – 14 Abşeron – 041 Novxanı Bağlar – 0000 – 4900 ünvanda qalıq və aktlar üzrə qaz sərfiyyatına görə borcu 2024-cü il tarixinə 120,84 manat məbləğində təşkil edir. İş materiallarında olan Bakı şəhəri Bağlar İdarəsinin rəisi T.Allahverdiyevə ünvan 5 ünvanında yaşayan X54 və həyat yoldaşı X32 tərəfindən yazılmış xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən X54 və X32 589 nömrəli bağı Cavabdeh adına keçməsinə etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan Bakı şəhəri Bağlar Birliyinin direktoru cənab T.Allahverdiyevə ünvan 6 ünvanında yaşayan Nümayəndə Hüseynəli oğlu tərəfindən yazılmış xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən Novxanı qəsəbəsindəki 589 saylı bağı, həyat yoldaşı Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri Bağlar Birliyinin direktoru cənab Q.Allahverdiyevə ünvan 6 ünvanında yaşayan Nümayəndə Hüseynəli oğlu (etibarnamə əsasında X8 əvəzinə) tərəfindən yazılmış xx.xx.2002-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən Novxanı qəsəbəsindəki 589 saylı bağı, gəlini Cavabdeh adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Bağlar Birliyinin direktoru cənab T.Allahverdiyevə ünvan 6 ünvanında yaşayan X23 tərəfindən (etibarnamə əsasında X8 əvəzinə) yazılmış 04.02.202ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətinə əsasən onun mərhum həyat yoldaşının adına olan Novxanı qəsəbəsindəki 589 saylı bağı onun gəlini Cavabdeh adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan arayışın surətinə əsasən Novxanı ərazisindəki 0,25 hektar torpaq sahəsi olan 3221 nömrəli müqavilə altındakı 589 nömrəli bağın icarədarı X52 yoldaşıdır. İcarədar həmin bağın bir hissəsini keçmiş həyat yoldaşı X8 adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan X36 Bağlar Birliyinin direktoru cənab T.Allahverdiyevə ünvanlanmış ərizəsinin surətinə əsasən Novxanı ərazisindəki bağ evinin olduğunu, onun 0,12 hektar torpaq sahəsi hissəsinin X8 verdiyini bildirmişdir. Həmin ərizəni Əliyev Rafiq və Əliyeva Zərifə imza edərək etirazın olmadığı qeyd edilmişdir. Bakı şəhəri Bağlar Birliyinin direktoru cənab Q.Allahverdiyevə Bakı şəhəri, İstiqlaliyyət 43, mən 11/14 ünvanda yaşayan Cavabdeh tərəfindən xx.xx.2002-ci il tarixli ərizənin surətinə əsasən X3 adına olan 589 saylı bağ evini X36 ailə üzvlərinin razılığı ilə onun adına keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış məktuba əsasən Bakı şəhər sakini İddiaçı əmlak tələbinə dair 2(004)-4868/2024 nömrəli mülki işlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətini işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olduğunu nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə göndərilməsi qeyd olunmuşdur. İş materiallarında olan ünvan 10 ünvanında yaşayan İddiaçı tərəfindən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya yazılmış ərizəyə əsasən onun ögey qardaşı Nümayəndə, atasından X33 ona miras qalmış, Novxanıda yerləşən bağ evini, qeyri-qanuni yollarla sənədləşdirib və üçüncü şəxsə satıb, iş hal-hazırda məhkəmədə gedir və onu polislə hədələyərək, Binəqədi rayonu, 43 nömrəli polisin köməyi ilə bağda tikinti işləri aparırlar, iş məhkəmədə olduğuna baxmayaraq, eyni iddia ilə bağlı iki məhkəmədə işə baxılır. xx.xx.2024-cü il tarixli İnzabati Məhkəmədə və xx.xx.2024-cü il tarixli Yasamal Məhkəməsində baxılacaqdır. Məhkəmə proseslərində hüquqlarının müdafiə olunmasına köməklik edilməsi xahiş edilmişdir. Hal-hazırda mübahisəli əmlak Vəliyeva Gülxar xanımın adına rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı belə qərəzli göstərməsi onun ögey qardaşı X15 ilə arasında olan mübahisəli bağ evin ələ keçirmək niyyəti, hazırda qeyd olunan mülklə bağlı aralarında mövcud olan məhkəmə çəkişmələri ilə bağlı olmuşdur. Qeyd olunan iş materialları ilə İddiaçı anası X16 Cabarov tərəfindən öldürməklə hədələməsi öz təsdiqini tapmır, aralarında olan mübahisəli mülklə bağlı məhkəmə çəkişmələri ilə bağlı Nümayəndə qarşı qərəzli mövqedə olması, yalan və böhtan xarakterli məlumat verməsi ilə izah olunur. Odur ki, İddiaçı anası X16 Cabarov tərəfindən öldürməklə hədələnməsi barədə bilərəkdən yalan məlumat verməsi təsdiq olunur. Odur ki, toplanmış materialda cinayət işinin başlanması üçün dəlillər, cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən hallar mövcud olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, İddiaçı bilə-bilə yalandan polis orqanlarına çağırmağına görə Azərbaycan Respublikası İXM-nin 564-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması, eləcə də Cabarov və Qasımovlar ailəsinin münaqişəli ailə kimi qeydiyyata götürülməsinə baxmayaraq, hazırda onlar arasında mülklə bağlı münaqişənin davam etməsini nəzərə alaraq, gələcəkdə onlar arasında baş verə biləcək xoşagəlməz və qanunazidd hərəkətlərin qarşısı alınması məqsədi ilə qabaqlayıcı tədbirləri və həmin ailələr üzərində nəzarətin gücləndirilməsindən ötrü qəbul edilmiş qərar icra olunması üçün bölmənin aidiyyatı əməkdaşına həvalə edilməlidir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı - cavabdehlər Nümayəndə, Cavabdeh, X23 və X22 qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)-1532/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı X8 cavabdeh Nümayəndə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 589A saylı bağ evinin onun tərəfindən cavabdeh Nümayəndə bağışlanması barədə Bakı şəhəri 5 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixdə 4Ə-170 N-li reyestr qeydiyyatlı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi barədə iddia tələbləri əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5730/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı X8 apellyasiya şikayəti təmin edilməyərək, mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1532/2024 saylı, 02 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 5730/2024 nömrəli məktubuna əsasən iddiaçı X8 cavabdeh Nümayəndə Hüseyn-Əli oğluna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı X8 nümayəndəsi İddiaçı və vəkili Vəkil3 tərəfindən verilmiş kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün göndərilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 1818/2025 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan X23 ilə Nümayəndə arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən ünvan 11 ünvanında yerləşən ümumi sahəsi 359.75 kv/m, yaşayış sahəsi 229.5 kv/m, yardımçı sahəsi 130.25 kv/m olan 6 otaqlı bağ evinin və mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni (359.75 kv/m, 6 otaqlı bağ evi və 0.12 ha torpaq sahəsi) hissəni “Hədiyyə alanın” mülkiyyətinə verir. Tərəflər bağışlanan daşınmaz əmlakı qiymətləndirməmişlər. İş materiallarında olan Bakı şəhəri 16 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış sorğuya əsasən bildirilmişdir ki,1960- 1962-ci illərdən 705,705 B,A saylı bağ evləri Nümayəndə nənəsi -X2 adına olub. Nənəsi 1989-cu ildə vəfat edib və bundan sonra qızı, yəni Nümayəndə bacısı İddiaçı əri Qasımov Namiq və qaynatası Qasımov Tofiqin adına özəlləşib. Digər vərəsələrin imzaları, razılıqları olmadan 2012-ci ildə 705 və 705 В saylı bağları satıblar. Həmin bağların özəlləşməsi və qeydiyyat vərəqələrinin kimlərin adına olmaları barədə məlumatların əldə edilməsi zərurəti yaranmışdır. Bakı şəhəri, Novxanı qəsəbəsindəki, 705, 705 B, 589, 589 A saylı Bağlara aid sənədlərin və çıxarışların verilməsinə əsas olmuş digər sənədlər barədə məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 13 ünvanlanmış xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 589 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X52 arasında xx.xx.1982-ci il tarixli, 3221 nömrəli müqavilə bağlanılmışdır. İcarədarın və ailə üzvlərinin razılıq ərizəsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 saylı bağ sahəsinin 0.12 hektar hissəsi X8 adına keçmiş və 589a nömrəli bağ sahəsinə dair xx.xx.1992-ci il tarixli, 24611 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən 589a saylı bağ evi xx.xx.2011-ci il tarixdə sözügedən bağ evi və 0.12 hektar torpaq sahəsi vahid əmlak kimi X8 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhər notariat kontorunun xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589a saylı bağ evi Nümayəndə adına xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 589 nömrəli bağ sahəsinin yerdə qalan 0.12 hektar hissəsi isə X36 vəfatından sonra ailə üzvlərinin notarial qaydada təsdiq olunmuş yazılı ərizəsinə əsasən Cavabdeh adına keçmiş və onunla xx.xx.2003-cü il tarixli, 3221 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə və ləğv edilmiş Dövlə Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən sözügedən bağ evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. 705 və 705b saylı bağ sahələrinin İddiaçı və X28 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar olunmamışdır. Bundan başqa iş materiallarına fotoşəkillər və flash kart əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 530-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin: 139.3.-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 146.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Azərbyacan Respublikasının “Torpaq İslahati haqqında” Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İcarə haqqında” Qanunun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. “Torpaq icarəsi haqqında” Qanunun 15-ci maddəsinin dördüncü hissəsinə əsasən icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. “V.Kiçibəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın və müvafiq qanunvericiliyin torpaq sahələrinin icarə müqaviləsi əsasında istifadə edilməsinin qaydalarını və əsaslarını, həmçinin icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi qaydalarını tənzimləyən hüquq normalarının mahiyyətinin açıqlanmasını zəruri hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Əsasnamənin 2-ci bəndində özəlləşdirməyə çıxarılmış torpaqların, o cümlədən həyətyanı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Əsasnamənin 6-cı bəndinə əsasən bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Qeyd olunmalıdır ki, qanuni istifadədə olan torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsinin həmin torpaq sahəsinin qanuni istifadəçisinin vərəsələri tərəfindən həyata keçirilməsinin mümkünlüyü müvafiq qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 dekabr 2019-cu il tarixli Qəraına əsasən Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər . Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Novxanı qəsəbəsi 0,17 ha torpaq sahəsi olan bağ evi xx.xx.1965-ci il tarixli icarə müqaviləsinə əsasən X46 icarəyə verilmiş, xx.xx.1974-cü il tarixli icarə müqaviləsinə əsasən Bağlar Təsərrüfatı İdarəsi Novxanı qəsəbəsi 0,25 hektar sahəsi olan 2 otaqdan ibarət 24.50 kv.m yaşayış mənzili ilə 589 nömrəli sahəsini köməkçi tikintilərlə birlikdə X36 icarəsinə vermiş, xx.xx.1976-cı il tarixdə X52 ilə X23 arasında olan nikah pozulmuş, 1992-ci il tarixdə bağ sahəsi iki hissəyə bölünərək, xx.xx.1992-ci il tarixli icarə müqaviləsinə əsasən Bağlar Təsərrüfatı İdarəsi Novxanı qəsəbəsi 0,12 hektarlıq 589a saylı bağ sahəsini X8 icarəsinə və Bağlar Təsərrüfatı İdarəsi Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ sahəsini xx.xx.1992-ci il tarixli, 3221 nömrəli “Bağın icarəyə verilməsi haqqında” müqaviləsinə əsasən xx.xx.1992-ci ildən xx.xx.2002-ci il tarixədək X36 icarəsinə verilmişdir. X52 xx.xx.1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onunla bağlanmış icarə müqaviləsinin müddəti xx.xx.2002-ci ilədək müəyyən edildiyindən ailə üzvləri həmin bağdan istifadə etməkdə davam etmişlər. İcarəyəverən tərəfindən bu müddət ərzində həmin müqavilənin dəyişdirilməsi barədə tərəfə bildiriş göndərilməmişdir. X5 vəfatından və həmin icarə müqaviləsinin müddəti bitdikdən sonra icarə müqaviləsində adları qeyd edilən oğlu -Nümayəndə, oğlu -Əliyev Rafiq və onun həyat yoldaşı Zərifə Əliyeva icarə müqaviləsinin Nümayəndə həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilməsinə dair notarial qaydada razılıq ərizələri vermişlər. İcarə müqaviləsində adı qeyd edilməyən İddiaçı atasının xx.xx.1996-cı il tarixdə vəfat etdiyini bildiyi halda icarə müqaviləsi ilə bağlı Bağlar Təsərrüfatı İdarəsinə, müvafiq notariat orqanına bu barədə müraciət etməmişdir. Faktiki olaraq bağ sahəsindən Nümayəndə və onun ailəsi istifadə etmişdir. Belə ki, Cavabdeh Bağlar Təsərrüfatı İdarəsinə xx.xx.2002-ci il tarixdə ərizə ilə müraciət edərək ailə üzvlərinin notarial qaydada imzalanmış razılıq ərizələrinə əsasən Novxanı qəsəbəsi 0.12 ha torpaq sahəsi olan 589 saylı bağ evinə dair onunla icarə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu barədə X17 və İstismarı Birliyinin arayışı Novxanı qəsəbəsi 0.12 ha topraq sahəsi olan 589 saylı bağ evini icarədar Adil Əliyevin adından Cavabdeh qzının adına keçirilməsindən ötrü Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasına göndərilmişdir. Cavabdeh ilə X17 və İstismarı Birliyi arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evi xx.xx.2003-cü il tarixdə “Bağın icarəyə verilməsi haqqında” 3221 nömrəli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən 0.12 ha torpaq sahəsində mövcud olan bağ evinin ümumi sahəsi 42.44 kv m olmuşdur. xx.xx.2003-cü il tarixdə həmin bağ evinə dair texniki pasport verilmişdir. xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Eskiz layihəsinə əsasən həmin torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli bağ evinin ilkin hüquqi qeydiyyatının aparılmasına dair Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 169 nömrəli sərəncamı verilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, ümumi sahəsi 131.33 kv.m olan 589 saylı bağ evi və ümumi sahəsi 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixli Cavabdeh ilə bağlanmış 3221 saylı icarə müqaviləsindən 7 il sonra, yəni xx.xx.2011ci il tarixdə Cavabdeh adına dövlət qeydiyyatına alınmış, ünvan 14 ünvanında yerləşən, ümumi sahəsi 131.33 kv.m, yaşayış sahəsi 50.75 kv.m, yardımçı sahəsi 80.56 kv.m olan 4 otaqlı bağ evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini və bağ evini xx.xx.2024-cu il tarixdə alqı-satqı müqaviləsinə əsasən X20 mülkiyyətinə vermiş, bundan sonra iddiaçı ilə cavabdeh arasında mübahisələr yaranmışdır. İddiaçı ayrı-ayrılıqda cavabdehə və digərlərinə qarşı həmin torpaq sahəsi və bağ evi barəsində müxtəlif iddialar qaldırmış və iddia tələbləri təmin edilməmişdir. Hazırda İddiaçı atasının ölümündən 7 il sonra xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə bağlanmış icarə müqaviləsinin birinci növbə vərəsələrindən olaraq ilk növbədə onunla bağlanmalı olmasını əsas gətirərək, Cavabdeh qarşı Bakı şəhər İcra Hakimiyətinin X11 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 3221 nömrəli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Bağlar Təsərrüfatı İdarəsi ilə X52 arasında Novxanı qəsəbəsi 0,12 hektarlıq 589 saylı bağ evinə dair bağlanmış xx.xx.1992-ci il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2002-cil tarixdə bitmişdir. İcarə müqaviləsinin müddətinin bitməsinə qədər icarədarın (X52) 1996-cı ildə vəfat etməsinə baxmayaraq, 589 saylı bağ evinə dair icarə müqaviləsi Cavabdeh xx.xx.2003-ci il tarixli ərizəsinə əsasən əvvəlki X5 icarə müqaviləsində qeyd edilən ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X30) razılığına əsasən xx.xx.2003-cü ildə Cavabdeh adına keçirilmişdir. İddiaçı isə X25nun 1996-cı il tarixdə vəfatından sonra 589 saylı bağ evi və 0.12 ha torpaq sahəsinin icarəyə verildiyi müddətin xx.xx.2002-ci il tarixdə başa çatmasına baxmayaraq, yeni icarə müqaviləsinin onunla bağlanması, icarə müqaviləsinin müddətinin uzadılması və dəyişdirilməsi ilə bağlı X21 müraciət etməmiş, həmçinin 0.12 ha torpaq sahəsində 2(iki) mərtəbəli fərdi yaşayış evinin tikilməsini gördüyü, həmin tikiliyə və torpaq sahəsinə dair mülkiyyət sənədlərinin qeydiyyata alındığını, torpaq və bağ evinə dair icarənin hüquqi vəziyyətinin dəyişdirildiyini bildiyi halda bu barədə mübahisə açmamış, həmin 0.12 ha torpaq sahəsinin və bağ evinin onun faktiki istifadəsində olması və icarə münasibətlərinin şəxsən onun tərəfindən davam etdirilməsi ilə bağlı kifayətedici və mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırkı iş üzrə icarəyə verilmiş bağ sahəsinin Adil Əliyevin vərəsələrinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçib-keçməməsi məsələsinin və məhz bu baxımdan iddiaçının icarədarın vərəsəsi kimi subyektiv hüququnun olub-olmamasını araşdırmaqla qeyd edir ki, torpaq sahələri üzərində icarə müqaviləsi üzrə hüquqların vərəsələrə keçməsi məsələləri həll edilərkən Mülki Məcəllənin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Digər tərəfdən 2000-ci il sentyabrın 1dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Həmin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. İddiaçı X25nun 1996-cı ildə vəfat etdiyini bildiyi halda uzun müddət keçməsinə baxmayaraq vərəsəlik üzrə notariat orqanına müraciət etməmişdir. Daha sonra X36 ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X30) yazılı razılıqları ilə Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsində yerləşən 589 saylı bağ evinə Nümayəndə arvadı Cavabdeh adına icarə müqaviləsi bağlanmışdır. İcarədarın ölümündən sonra icarə müqaviləsi üzrə hüquqların ailə üzvlərinin razılığına əsasən Cavabdeh Nəcmədin qızının adına keçdiyindən sonuncunun icarə hüququ tanınmaqla bağ evinə və torpaq sahəsinə mülkiyyət hüququ qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Həmçinin, həmin bağ sahəsinin saxlanması, abadlaşdırlması, bağa qulluq göstərilməsi və torpaq sahəsi üzərində eskiz layihəsinə əsasən yeni 2 mərtəbəli bağ evinin tikilməsi, müllkiyyət hüquqlarının qeydiyyatı, kommunal xidmətlərlə bağlı ödənişlər Cavabdeh həyat yoldaşı Nümayəndə vəsaiti hesabına həyata keçirilmiş və bağ evi faktiki onların istifadəsində və idarəçiliyində olmuşdur. Yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək məhkəmə hesab edir ki, icarədarın ölümündən sonra icarə müqaviləsi üzrə hüquqlar onun ailə üzvlərinin yazılı razılığı ilə Cavabdeh adına qanuni əsaslarla keçmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla xx.xx.2003-cü il tarixdə icarə müqaviləsinin qanuni əsaslarla bağlandığı, həmin dövrdə cavabdehin torpaq sahəsini icarəyə götürməsinə dair ailə üzvlərinin yazılı razılıq verdiyi və razılıq sənədlərinin bütün tərəflərinin sərbəst iradəsinə uyğun notarial qaydada təsdiq edildiyi və imzalandığı təsdiq edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisəni qaldırmaq imkanından yararlanmamış, həmin iddianı qaldırmaq üçün qanunvericilikdə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə iddiaçının bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən açıla bilərdi. Göründüyü kimi, iddiaçının atasının 1996-cı ildə vəfat etməsinə və vəfat etməsindən 28 il keçməsinə baxmayaraq İddiaçı məhkəməyə miras payı ilə bağlı hər hansı iddia qaldırmamışdır. Bundan başqa iş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh ilə X31 arasında Novxanı qəsəbəsi, 0.12 ha torpaq sahəsi və onun üzərində olan bağ evinə dair bağlanmış 23 fevral 2024-cü il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin bütün tələbləri gözlənilməklə bağlandığından, onun etibarsızlığına heç bir əsas olmadığı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1208/2024 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə 1996-cı ildə X5 vəfatından 7 il sonra xx.xx.2003-cü il tarixdə onun ailə üzvlərinin (Nümayəndə, Əliyev Rafik və onun həyat yoldaşı X30) həmin bağ sahəsinə Cavabdeh adına icarə müqaviləsinin bağlanmasına dair yazılı razılıqlarını, həmçinin onun hüquqi varislərinin torpaq və bağ sahəsi üzərində icarə hüquqlarının ötürülməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət etdiklərini, bağın icarədarı vəfat etdikdə bağın icarə müqaviləsi onun müəyyən edilmiş müddəti bitənədək, ”icarədar”ın özü ilə birgə yaşayan ailə üzvlərindən birisi ilə yenidən bağlanmasına dair icarə müqaviləsinin 11-ci bəndində qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhər İcra Hakimiyətinin X11 və İstismarı Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Digər tərəfdən məhkəmə qeyd edir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İş materiallarına əsasən müəyən olunur ki, sözügedən müqavilə bağlanarkən göstərilən şərtlərə əməl edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatı inkişafı və istismarı birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 3221 nömrəli icarə müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar