Məhkəmə qərarları › İş №2(004)-3005/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3005/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3005/2021 19.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X7 Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X7 Uşaq Bağçası” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.800.91 (bir min səkkiz yüz manat 91 qəpik) manat ödənilməyən xidmət haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 1830,91 (bir min səkkiz yüz otuz manat doxsan bir qəpik) manat məbləğində pulun tutularaq iddiaçı“X7 Uşaq Bağçası” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X7 Uşaq Bağçası” MMC (bundan sonra “Uşaq Bağçası”) ilə Cavabdeh arasında 26.08.2019-cu il tarixdə 682-AY19/20 saylı “Ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Həmin Müqaviləyə əsasən iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu Xiong Ruoxi Azərbaycan Respublikasının qanunvericiliyinə və X3 uyğun olaraq ümumi təhsil xidmətləri göstərməyi, cavabdeh isə xidmətlərin müqabilində X5 və onun Əlavələrinə uyğun olaraq dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə üzərinə düşən öhdəliyini tam şəkildə icra edərək, cavabdehə 2019-2020 tədris ilində ümumi dəyəri 11,574.91 manat təşkil edən təhsil xidmətləri göstərmişdir. Lakin cavabdeh tərəfindən Müqavilənin şərtləri pozulmuşdur. Belə ki, cavabdeh iddiaçının göstərdiyi xidmətlərin dəyərini qismən ödəmiş və nəticədə onun Uşaq Bağçasına 1800,91 manat məbləğində təhsil haqqı borcu yaranmışdır. Müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsi, yəni iddiaçıya olan xidmət haqqı borcunun ödənilməsi məqsədilə, cavabdehə pretenziya/tələb məktubu göndərilsə də, cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış Müqavilənin 5.1 -ci bəndinə görə, ödəməni Müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən qaydada və müddətdə aparmaq cavabdehin öhdəliklərinə aiddir. Müqavilənin 1 saylı Əlavəsinin 1 -ci bəndində əks olunan cədvəldə ödəniş tarixi və məbləğləri qeyd edilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, cavabdehdən Uşaq Bağçasıin xeyrinə 1,800.91 manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi X2 vəsatət verərək, mülki işin aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini edilməsini məhkəmədən xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tərtib olunan zaman, cavabdehin onlara verilmiş sənədlər əsasında məlum olan ünvan Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, ev 179, blok 1, mənzil 9 göstərilmişdir. Lakin daha sonra məlum olmuşdur ki, cavabdeh ünvan 2 ünvanında 15.03.2021-ci il tarixdən qeydiyyatdadır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmiş və və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasının Cavabdeh iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçının səlahiyyətli nümayəndəsinin vəsatəti təmin edilməli və mülki işin ərazi aidiyyatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi olmadığından mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh sonuncu qeydiyyat ünvanı ünvan 3 Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı “X7 Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı “X7 Uşaq Bağçası” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair 2(004)- 3005/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar