Məhkəmə qərarları › İş №2(004)-3015/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3015/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3015/2021 07.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X11 arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2013-cu il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1203287 ban nömrəli, qara rəngli avtomobil 10600 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X11 illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377.92 manat, ümumilikdə isə 13605 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13605 manatın 10600 manatı əsas məbləğ təşkil edir. 17 dekabr 2018-ci il tarixdə X11, X4 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 20 dekabr 2018-ci il tarixdə X4, X7 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 09 aprel 2019-cu il tarixdə X7, X4 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 08 may 2019-cu il tarixdə X4, X10 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq" müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 may 2019-cu il tarixdə X10, X4 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 may 2019-cu il tarixdə X4, X12 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. X12 tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 05 noyabr 2020-ci il tarixdə 1200 manat məbləğində olmuşdur. Eyni zamanda X5 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1676.68 manat gecikdirilmiş əsas, 270.58 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 367.21 manat dəbbə pulu, ümumilikdə 2314.47 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2013-cu il buraxılışlı, “Renault Tondar” minik markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1203287 ban nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması; cavabdeh X2 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 aprel 2021-ci il tarixə 1676.68 manat gecikdirilmiş əsas, 270.58 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 367.21 manat dəbbə pulu, ümumilikdə 2314.47 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış 27 noyabr 2018ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2013-cu il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1203287 ban nömrəli, qara rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması; cavabdeh X2 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17.05.2021-ci il tarixə 2014.37 manat gecikdirilmiş əsas, 310.80 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 583.64 manat dəbbə pulu, ümumilikdə 2908.81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X13 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X8 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olunur ki, İddiaçı MMC ilə X11 arasında bağlanmış 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı X9 əsasən İddiaçı MMC 2013-cu il buraxılışlı, “Renault Tondar” minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı, NAPLSRALDD1203287 ban nömrəli, qara rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə edərək, illik 17 % hesablanmaqla, 36 ay müddətinə «xxxx» ASC-yə ödəmək şərti ilə onu X3 müvəqqəti istifadəsinə vermişdir. 17 dekabr 2018-ci il tarixdə X11, X4 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 20 dekabr 2018-ci il tarixdə X4, X7 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Daha sonra 09 aprel 2019-cu il tarixdə X7, X4 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 08 may 2019-cu il tarixdə X4, X10 və İddiaçı MMC arasında MAS- 562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq" müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 27 may 2019-cu il tarixdə X10, X4 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 30 may 2019-cu il tarixdə X4, X12 və İddiaçı MMC arasında MAS-562 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 noyabr 2018-ci il tarixli MAS-562 saylı “Daxili lizinq” müqaviləsi üzrə X12 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh X12 İddiaçı MMC ilə arasında bağlanan daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə onun İddiaçı MMC qarşısında 2014.37 manat əsas, 310.80 mükafat (faiz), 583.64 manat cərimə, cəmi 2908.81 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Nəhayət, Mülki Məcəllənin 748-10.4-cü maddəsində təsbit edilmişdir ki, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Məhkəmə hesab edir ki, həm mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları, həm də tərəflər arasındakı daxili lizinq müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh bağladığı müqavilə ilə müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmişdir. Belə olan halda isə öhdəliyin lazımınca icra edilməməsinə görə cavabdehin məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 583.64 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 150 manat məbləğədək azaldılmalıdır. İddiaçının tərəflər arasında bağlanmış MAS-562 saylı, 27.11.2018-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, X9 əsasən lizinq obyektinin geri tələb edilməsi barədə iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 9.1.4-cü bəndinə əsasən lizinq alan lizinq ödənişlərini bu Məcəllə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb edə bilər. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-562 saylı, 27.11.2018-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 2014 (iki min on dörd) manat 37 (otuz yeddi) qəpik əsas borc, 310 (üç yüz on) manat 80 (səksən) qəpik mükafat (faiz) borcu, 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 2475 (iki min dörd yüz yetmiş beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, lizinq obyekti olan «Renault Tondar» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14.90 %-i, yəni 4 (dörd) manat 45 (qırx beş) qəpiyi iddiaçıya aid edilməli, qalan 85.10 %-i, yəni 25 (iyirmi beş) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış MAS-562 saylı, 27.11.2018-ci il tarixli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 2014 (iki min on dörd) manat 37 (otuz yeddi) qəpik əsas borc, 310 (üç yüz on) manat 80 (səksən) qəpik mükafat (faiz) borcu, 150 (bir yüz əlli) manat cərimə borcu olmaqla, cəmi 2475 (iki min dörd yüz yetmiş beş) manat 17 (on yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Lizinq obyekti olan «Renault Tondar» minik markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14.90 %-i, yəni 4 (dörd) manat 45 (qırx beş) qəpiyi iddiaçıya aid edilsin, qalan 85.10 %-i, yəni 25 (iyirmi beş) manat 55 (əlli beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi alındıqdan sonra 10 (on) gün müddətində onun ləğvi üçün Yasamal Rayon Məhkəməsinə ərizə verilə bilər və ya qətnamədən 1 (bir) ay müddətində həmin məhkəmə vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar