Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-304/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, X6 və X11, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, X6 və X11 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçılar İddiaçı1, X13 və X20 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhdaətnamənin və onun əsasında Dövlət Reysestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və iddiaçıların ataları X4 qalmış miras payının qanun üzrə vərəsələr arasında bərabər şəkildə bölünməsinə və münasib şəkildə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 19 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıların ataları və anaları X14 ilə X9 birgə nikahlarından İddiaçı1, X15, X20, X16 və Cavabdeh2 doğulmuşlar. İddiaçıların ataları X14 ilə onun anası X9 birgə nikahları dövründə Bakı şəhəri, X.Dadaşov küçəsində yerləşən 206 nömrəli ev əldə olunmuşdur. İddiaçıların ataları X14 13 dekabr 2017-ci il tarixində ölmüşdür və heç bir vəsiyyətnamə qoymamışdır. Bundan sonra iddiaçıların xəbəri olmadan Cavabdeh2 atasının adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Bakı şəhəri, X.Dadaşov küçəsi, ev 206-nın çox hissəsini əldə etmək üçün atasının vərəsləri barədə Notariat ofisinə düzgün olmayan məlumat verərək atasının tək vərəsəsi kimi özünü göstərmişdir. Bunun nəticəsində isə, cavabdeh Bakı şəhəri, 19 saylı notariat ofisi Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixli Qanun üzrə Vərəsəlik haqqında Şəhdaətnamə verərək Cavabdeh2 atası X7 adına mülkiyyət hüququ ilə rəsmiləşdirilmiş Bakı şəhəri, X.Dadaşov küçəsi, ev 206-nın 1/4 hissəssinin Cavabdeh2 adma rəsmiləşdirilməli olması qərarına gəlmişdir. X7 bir deyil, beş uşağı olmuşdur ki, Bakı şəhəri, 19 saylı Notariat ofisi yuxarıda qeyd olunan qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni qanunsuz olaraq vermişdir və həmin şəhadətnamə etibarsız hesab olunmalıdır. Cavabdeh2 iddia ərizəsinə etiraz və mülahizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlar ailədə 3 qardaş və 2 bacı olmuş, birlikdə ünvan 1 ünvanında yaşamışdırlar. Mərhum X3nun adına Bakı şəhəri Yasamal rayonu Xaqani Dadaşov küçəsi istifadədə olan 0.03802 ha, torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 63 kv.m yaşayış - kv.m qeyri-yaşayış, 30.5 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X2 1/4 hissə, Cavabdeh2 1/4 hissə və X8 2/4 hissə adlarına Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 181 nömrəli vərəqində qeydiyyata alınmış, **********0-10301 Reyestr nömrəsi, ********* qeydiyyat nömrəsi ilə 27.04.2006-cı il tarixdə mülkiyyət hüquqi əsasında qeydiyyatdan keçmişdir. Hər iki valideynin sağlığında onun ¼ hissədə payı mövcud olmuşdur. Mərhum X3 13.12.2017-ci il tarixdə rəhmətə getmiş, heç bir vəsiyyətnamə qoymamış, qanun üzrə vərəsələr arasında miras kütləsinə daxili olan əmlak bölünən zaman, miras kütləsinə daxil olan əmlakdan ona düşən 8/40 hissəni götürmüş, qardaşları, bacıları və mərhum anaları X12 düşən 12/40 hissə isə açıq saxlanılmışdır. O, 1/6 hissəni qəbul etmiş və həmin hissəyə dair çıxarış almışdır. Mərhum anası X18 21.02.2020-ci ildə rəhmətə getdikdə, onun adına olan əmlakdan 8/40 hissəni almış, miras kütləsinə daxil olan əmlakın 12/40 hissəsi isə açıq saxlanılmış, idiaçılar bu barədə Bakı şəhəri 19 saylı notariat kontoruna müraciət etməmiş, iddiaçıların adına heç bir əmlak rəsmiləşdirilməmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, atasının ölümündən xəbərdar olmuş, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. X3 vəfat edən zaman miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verməmişdir. Miras əmlaka daxil olan Bakı şəhəri, Yasamal rayonu, Xaqani Dadaşov küçəsində yerləşən 206 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X10 məxsus olan 2/4 hissəsi hələ atasının sağlığında kirayəyə verilmişdir. Hal-hazırda isə orada cavabdehin oğlu yaşayır. O, isə həmin ünvanda yerləşən digər tikilidə yaşayır. Hesab edir ki, atasından miras qalmış daşınmaz əmlak bütün qardaş-bacıları arasında bərabər şəkildə bölünməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X13 və X20 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməmiş və iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 19 saylı Notariat ofisinə və mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh Bakı şəhəri 19 saylı Notariat Ofisinin və mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh2 və İddiaçı1 xx.xx.1977-ci ildə, X20 28.02.1982-ci ildə, X16 03.09.1975-ci ildə, İddiaçı2 xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X14, ana qrafasında X18 göstərilmişdir. İş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.06.2006-cı il tarixli MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xaqani Dadaşov küçəsində istifadədə olan 0,03802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 63 kv.m yaşayış, 30,5 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evin’ dair paylı mülkiyyət hüququ üzrə X2 1/4 hissə, Cavabdeh2-1/4 hissə, X8-2/4 hissə adlarına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 01.03.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 933312 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 “əvvəllər keçirilən miokard infarktı” səbəbindən 13.12.2017-ci il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.12.2017-ci ildə 1793 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında notariat işində olan ərizələrdən görünür ki, Cavabdeh2 17.04.2018-ci il tarixli, X18 isə 15.04.2019-cu il tarixli ərizə ilə Bakı şəhəri 19 saylı notariat kontoruna müraciət edərək, X4 qalan Bakı şəhəri, Yasamal rayonu, Xaqani Dadaşov küçəsində yerləşən 206 nömrəli evə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdirlər. İş materiallarında olan 15.04.2019-cu il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X1 qalmış arvadı X9 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X12 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlak ƏMDKnin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.04.2006-ci il tarixdə X10 verilmiş 0**********0-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsindən ibarətdir. İş materiallarında olan 15.04.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi X18 miras əmlakdan 1/4 hissədə pay almalıdır. Yerdə qalan 1/4 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.04.2006-ci il tarixdə X10 verilmiş 0**********0-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsindən ibarətdir. İş materiallarında olan 26.04.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/4 hissədə pay almalıdır. Yerdə qalan 3/40 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 27.04.2006-ci il tarixdə X10 verilmiş 0**********0-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsindən ibarətdir. İş materiallarında olan 16.05.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi X18 miras əmlakdan 3/4 hissədə pay almalıdır. Yerdə qalan 1/4 açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin 15.05.2019-cu il tarixli HD/2984 nömrəli məktubuna əsasən X8 adına ödəniləcək 1079,45 manat kompensasiyadan ibarətdir. İş materiallarında olan 24.05.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin 15.05.2019-cu il tarixli HD/2984 nömrəli məktubuna əsasən X8 adına ödəniləcək 1079,45 manat kompensasiyadan ibarətdir. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 3/8 hissəsi 29.04.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə X9, 1/8 hissəsi isə 17.05.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 03.02.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsələri X18 miras əmlakdan 3/4 hissədə, Cavabdeh2 isə miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş 17.05.2006-ci il tarixli AA840569 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2004-cü il olan, “QAZ 31105 120” minik markalı 10ND241 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan 03.02.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsələri X18 miras əmlakdan 3/4 hissədə, Cavabdeh2 isə miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş 20.11.2017-ci il tarixli AD049774 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 1996-cı il olan, Renault 12 minik markalı 10GK679 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan 24.08.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 21.02.2020-ci il tarixdə ölmüş X9 vərəsələri X21, X5, İddiaçı1, X13 hər biri miras əmlakdan 3/40 hissədə pay almalıdır. Yerdə qalan 3/40 hissə açıq saxlanılır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 29.04.2019-ci il tarixdə verilmiş 0**********0-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reystrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 93, kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə X12 məxsus olan 3/8 ibarətdir. İş materiallarında olan ƏMDK-nin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 8/40 hissəsi isə 02.09.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2, 3/40 hissəsi 02.08.2021-ci il tarixdə ********* qeydiyyat nömrəsi ilə X11 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qalan 12/40 hissəyə dair Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Beləliklə, işin işin müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X14 13.12.2017-ci il vəfat etmiş və onun ölümündən sonra miras qalmış əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsi, Renault 12 minik markalı 10GK679 dövlət nömrə nişanlı və “QAZ 31105 120” minik markalı 10ND241 dövlət nömrə nişanlı nəqliyyat vasitələri, "xxxx" ASC-nin 15.05.2019-cu il tarixli HD/2984 nömrəli məktubuna əsasən X8 adına ödəniləcək 1079,45 manat kompensasiyadan ibarət olmuşdur. Miras açılarkən miras qoyanın aşağıdakı birinci növbə vərəsələri məlum olmuşdur: - arvadı mərhum X18; - xx.xx.1977-ci il təvəllüdlü oğlanları Cavabdeh2 və İddiaçı1; -03.09.1975-ci il təvəllüdlü qızı X16; -28.02.1982-ci il təvəllüdlü oğlu X20; -xx.xx.1985-ci il təvəllüdlü qızı İddiaçı2. X8 ölümündən sonra X18 və Cavabdeh2 ərizə ilə notariat kontoruna müraciət edərək mərhum X8 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik şəhadətnamələri almışdır. O cümlədən Cavabdeh2 13.12.2017-ci il tarixdə ölmüş X8 vərəsəsi kimi miras əmlaka daxil olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2/4 hissəsindən 1/4 hissədə pay almasına dair 26.04.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırki halda iddiaçılar Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına 26 aprel 2019-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik haqqında şəhdaətnamənin və onun əsasında Dövlət Reyestri Xidməti tərəfindən müvafiq mülkiyyət hüququna dəyişikliyə dair qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və iddiaçıların ataları X4 qalmış miras payının qanun üzrə vərəsələr arasında bərabər şəkildə bölüməsinə və münasib şəkildə vərəsəlik haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri, 19 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İş materiallarında olan vərəsəlik işinə dair açılmış notariat icraatından görünür ki, Cavabdeh2 miras qoyan X4 miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı 17.04.2018-ci il tarixdə notariat ofisinə ərizə ilə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına vərəsəlik şəhadətnamələri verilmişdir. İddiaçılar mirasın qəbul edilməsi ilə bağlı notariat ofisinə müraciət etməyərək bununla bağlı iradə ifadəsini bildirməmişlər. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçılar atasının ölümündən xəbərdar olmuş, mərhumun dəfn və yas mərasimlərində iştirak etmişlər. Miras qoyan X14 vəfat edən zaman iddiaçılar tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə hər hansı ərizə verilməmişdir. Bundan başqa, miras qoyan X14 vəfat etdikdən sonra iddiaçıların heç biri miras əmlaka daxil olan əmlaklara faktiki sahibliyi həyata keçirməmişlər. Miras əmlaka daxil olan Bakı şəhəri, Yasamal rayonu, Xaqani Dadaşov küçəsində istifadədə olan 0,03802 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 63 kv.m yaşayış, 30,5 kv.m köməkçi sahədən ibarət 206 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X10 məxsus olan 2/4 hissəsində cavabdehin oğlu yaşayır. İddiaçılar isə həmin ünvanda yerləşən digər tikililərdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən,ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir Məhkəmə qeyd edir ki, vərəsəlik hüquq münasibətləri dedikdə, vərəsəlik hüququ ilə tənzimlənən elə ictimai münasibətlər başa düşülür ki, həmin münasibətlər mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə etməsi prosesində yaranır. Nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. Vərəsələr tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, onlar miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin iddiaçı tərəfindən miras qoyan X8 ölümündən sonra miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi ilə əlaqədar hər hansı bir tədbir görülməmişdir. Digər tərəfdən, iddiaçılar tərəfindən mirası qəbul etmək üçün hər hansı bir hərəkət də edilməmişdir. Yəni mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Miras qəbul etmək iddiaçıların vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçılar tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçılar mirası qəbul etmə hüququnu itirmişlər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı maneə mövcud olmamış, lakin miras əmlakın əldə edilməsinə yönələn hərəkət etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə edilən miras əmlak cavabdehin adına rəsmiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, miras qalmış əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçılar tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən miras əmlakları heç faktiki olaraq da qəbul edilməmişdir. Bundan başqa məhkəmə qeyd edi ki, mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar tərəfindən mirasın qəbul edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən və bununla əlaqədar həyata keçirilməli olan hərəkətlər iddiaçılar tərəfindən edilmədiyindən, iddiaçıların mirası rəsmi, yaxud faktiki qəbul etməsi öz təsdiqini tapmadığından, beləliklə də miras əmlak üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməsi və onun etibarsız hesab edilməsi üçün heç bir hal müəyyən olunmadığından, iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi verilmiş şəhadlətnamənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən iddia tələbinin digər hissələri bununla bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla iddia tələbi digər hissələrdə də təmin edilə bilməz. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəməi iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı1, X6 və X11 cavabdehlər Bakı şəhəri 19 saylı Notariat ofisinə və Cavabdeh2 (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və yeni qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-304/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-304/2022
13.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver