Məhkəmə qərarları › İş №2(004)-3047/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3047/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3047/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 12.05.2019-cu il, 02.07.2019-cu il, 14.07.2019-cu il, 15.07.2019-cu il, 24.07.2019-cu il, 17.08.2019-cu il, 20.08.2010-cu il, 29.08.2019-cu il, 25.10.2019-cu il, 01.11.2019-cu il, 14.01.2020-ci il, 21.01.2020-ci il və 26.01.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən. İMEİ Kodu **********38278, **********78464, **********10898, **********90529, **********31636 və **********33392 olan 2 ədəd Samsung Galaxy A50, Samsung Galaxy A70, Samsung Galaxy A10, Samsung Galaxy A20s və X4 8T markalı telefon, Panasonic markalı Fen-daraq, 3 ədəd PLAYSTATİON-4 Sony, PLAYSTATİON-4 pult, HOFFMANN LED TV, Panasonic Dect, FPL Case for Samsung, 4D X5 2 ədəd aksesuar, Samsung qulaqlıq, Babyliss Maşa, Xiaomi Mi band 4, Qcy 13 TWS Earphone qulaqlıq, Bearer Tonometr, LG LED TV almış və nəticədə 7002.20 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 864 manata (16 ay x 54 manat - 0 manat ilkin ödəniş) İMEİ Kodu **********38278 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 560 manat olmaqla, ondan 431 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu; 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qivməti 834 manata (12 ay x 57 manat + 150 manat ilkin ödəniş) İMEİ Kodu **********78464 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 444 manat olmaqla, ondan 342 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; 14.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 77 manata (11 ay x 7 manat - 0 manat ilkin ödəniş) Panasonic markalı Fen-daraq üçün ümumilikdə 45 manat olmaqla, ondan 35 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 15.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 976 manata (12 ay x 76 manat + 64 manat ilkin ödəniş) PLAYSTATİON-4 Sony üçün ümumilikdə 592 manat olmaqla, ondan 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə pulu: 24.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qivməti 1036 manata (12 ay x 82 manat + 52 manat ilkin ödəniş) İMEİ Kodu **********10898 olan Samsung Galaxv A70 markalı telefon üçün ümumilikdə 639 manat olmaqla, ondan 492 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu; 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qivməti 1312 manata (12 ay x 76 manat + 410 manat ilkin ödəniş) PLAYSTATİON-4 Sony, PLAYSTATİON-4 pult üçün ümumilikdə 691 manat olmaqla, ondan 532 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu; 20.08.2019cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 596 manata (11 ay x 54 manat - 2 manat ilkin ödəniş) HOFFMANN LED TV, Panasonic Dect üçün ümumilikdə 490 manat olmaqla, ondan 377 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu; 29.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 324 manata (6 ay x 54 manat - 0 manat ilkin ödəniş) İMEİ Kodu **********90529 olan Samsung Galaxy A10 markalı telefon üçün ümumilikdə 70 manat olmaqla, ondan 54 manat ödənilməmiş hissə, 16 manat dəbbə; 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 637 manata (12 ay x 53 manat - 1 manat ilkin ödəniş) İMEİ Kodu **********31636 olan Samsung Galaxy A20s markalı telefon, TPU Case for Samsung, 4D X5 2 ədəd aksesuar, Samsung qulaqlıq, Babyliss Maşa üçün ümumilikdə 620 manat olmaqla, ondan 477 manat ödənilməmiş hissə, 143 manat dəbbə pulu; 01.11.2019-c il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1114 manata (12 ay x 92 manat – 10 manat ilkin ödəniş) Xiaomi Mi band 4 və PLAYSTATİON-4 Sony üçün ümumilikdə 1196 manat olmaqla, ondan 920 manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu; 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 160.80 manata (6 ay x 26.5 manat + 0 manat ilkin ödəniş) Qey T3 TWS Earphone qulaqlıq, Beurer Tonometr üçün ümumilikdə 206.8 manat olmaqla, ondan 160.8 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 585.40 manata (6 ay x 95.90 manat – 10 manat ilkin ödəniş) İMEİ Kodu **********33392 olan X4 8T markalı telefon üçün ümumilikdə 746.40 manat olmaqla, ondan 575.40 manat ödənilməmiş hissə, 171 manat dəbbə pulu; 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 550 manata (12 ay x 45 manat - 10 manat ilkin ödəniş) LG LED TV üçün ümumilikdə 702 manat olmaqla, ondan 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu. Cavabdehin cəmi ödədiyi məbləğ 3674 manat təşkil edir. Göstərilənlərə əsasən 12.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********38278 olan Samsung Galaxy A50 markalı telefon üçün 431 manat ödənilməmiş hissə, 129 manat dəbbə pulu; 02.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********78464 olan Samsung Galaxy A50 markalı telefon üçün 342 manat ödənilməmiş hissə, 102 manat dəbbə pulu; 14.07.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic markalı Fen-daraq üçün 35 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu; 15.07.2019cu il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 Sony üçün 456 manat ödənilməmiş hissə, 136 manat dəbbə pulu: 24.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********10898 olan Samsung Galaxv A70 markalı telefon üçün 492 manat ödənilməmiş hissə, 147 manat dəbbə pulu; 17.08.2019-cu il tarixli müqaviləsinə əsasən, PLAYSTATİON-4 Sony, PLAYSTATİON-4 pult üçün 532 manat ödənilməmiş hissə, 159 manat dəbbə pulu; 20.08.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED TV, Panasonic Dect üçün 377 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu; 29.08.2019cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********90529 olan Samsung Galaxy A10 markalı telefon üçün 54 manat ödənilməmiş hissə, 16 manat dəbbə; 25.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********31636 olan Samsung Galaxy A20s markalı telefon, TPU Case for Samsung, 4D X5 2 ədəd aksesuar, Samsung qulaqlıq, Babyliss Maşa üçün 477 manat ödənilməmiş hissə, 143 manat dəbbə pulu; 01.11.2019-c il tarixli müqaviləsinə əsasən, Xiaomi Mi band 4 və PLAYSTATİON-4 Sony üçün 920 manat ödənilməmiş hissə, 276 manat dəbbə pulu; 14.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Qey T3 TWS Earphone qulaqlıq, Beurer Tonometr üçün 160.8 manat ödənilməmiş hissə, 46 manat dəbbə pulu; 21.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********33392 olan X4 8T markalı telefon üçün 575.40 manat ödənilməmiş hissə, 171 manat dəbbə pulu; 26.01.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED TV üçün 540 manat ödənilməmiş hissə, 162 manat dəbbə pulu, ümumilikdə 7002.20 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7032.20 manat Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 12.05.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 864 manat, İMEİ Kodu **********38278 olan Samsung Galaxy A50 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 54 manat (ilkin ödəniş 0 manat olmaqla) ödəmək şərti ilə 16 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 02.07.2019cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 834 manat, İMEİ Kodu **********78464 olan Samsung Galaxy A50 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 57 manat (ilkin ödəniş 150 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 14.07.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 77 manat, Panasonic markalı Fen-darağı nisyə satmış, alıcı həmin məbləği hər ay 7 manat (ilkin ödəniş 0 manat olmaqla) ödəmək şərti ilə 11 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 15.07.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 976 manat, PLAYSTATİON-4 Sony oyun konsolunu nisyə satmış, alıcı həmin məbləği hər ay 76 manat (ilkin ödəniş 64 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 24.07.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 1036 manat, İMEİ Kodu **********10898 olan Samsung Galaxv A70 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 82 manat (ilkin ödəniş 52 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 17.08.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 1312 manat, PLAYSTATİON-4 Sony, PLAYSTATİON-4 pultu nisyə satmış, alıcı həmin məbləği hər ay 76 manat (ilkin ödəniş 410 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 20.08.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqısatqı qiyməti 596 manat HOFFMANN LED TV, Panasonic Decti nisyə satmış, alıcı həmin məbləği hər ay 54 manat (ilkin ödəniş 2 manat olmaqla) ödəmək şərti ilə 11 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 29.08.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqısatqı qiyməti 324 manat İMEİ Kodu **********90529 olan Samsung Galaxy A10 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 54 manat (ilkin ödəniş 0 manat olmaqla) ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 25.10.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 637 manat, İMEİ Kodu **********31636 olan Samsung Galaxy A20s markalı telefon, TPU Case for Samsung, 4D X5 2 ədəd aksesuar, Samsung qulaqlıq, Babyliss Maşanı nisyə satmış, alıcı həmin məbləği hər ay 53 manat (ilkin ödəniş 1 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 01.11.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 1114 manat, Xiaomi Mi band 4 və PLAYSTATİON-4 Sony-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 92 manat (ilkin ödəniş 10 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 14.01.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı alqısatqı qiyməti 160.80 manat, Qey T3 TWS Earphone qulaqlıq, Beurer Tonometri nisyə satmış, alıcı həmin məbləği hər ay 26.80 manat (ilkin ödəniş 0 manat olmaqla) ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 21.01.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 585.40 manat, İMEİ Kodu **********33392 olan X4 8T markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 95.90 manat (ilkin ödəniş 10 manat olmaqla) ödəmək şərti ilə 6 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 26.01.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 585.40 manat, LG LED TV-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 45 manat (ilkin ödəniş 10 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 3674 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış 12.05.2019-cu il, 02.07.2019-cu il, 14.07.2019-cu il, 15.07.2019-cu il, 24.07.2019-cu il, 17.08.2019-cu il, 20.08.2010-cu il, 29.08.2019-cu il, 25.10.2019-cu il, 01.11.2019-cu il, 14.01.2020-ci il, 21.01.2020-ci il və 26.01.2020-ci il tarixli müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən aldığı məişət avadanlıqları müqabilində verməli olduğu pul vəsaitini müqavilələr ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 12.05.2019-cu il, 02.07.2019-cu il, 14.07.2019-cu il, 15.07.2019-cu il, 24.07.2019-cu il, 17.08.2019-cu il, 20.08.2010-cu il, 29.08.2019-cu il, 25.10.2019-cu il, 01.11.2019-cu il, 14.01.2020-ci il, 21.01.2020-ci il və 26.01.2020-ci il tarixli müqavilələrinin müvafiq bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, MMC tərəfindən hesablanmış 12.05.2019-cu il tarixli müqavilə üzrə 129 manat; 02.07.2019-cu il tarixli müqavilə üzrə 102 manat; 14.07.2019-cu il tarixli müqavilə üzrə 10 manat; 15.07.2019-cu il tarixli müqavilə üzrə 136 manat; 24.07.2019-cu il tarixli müqavilə üzrə 147 manat; 17.08.2019-cu il tarixli müqavilə üzrə 159 manat; 20.08.2010-cu il tarixli müqavilə üzrə 113 manat; 29.08.2019-cu il tarixli müqavilə üzrə 16 manat; 25.10.2019-cu il tarixli müqavilə üzrə 143 manat; 01.11.2019-cu il tarixli müqavilə üzrə 276 manat; 14.01.2020-ci il tarixli müqavilə üzrə 46 manat; 21.01.2020-ci il tarixli müqavilə üzrə 171 manat və 26.01.2020-ci il tarixli müqavilə üzrə 162 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 12.05.2019-cu il tarixli müqavilə üzrə 40 manat; 02.07.2019-cu il tarixli müqavilə üzrə 30 manat; 14.07.2019-cu il tarixli müqavilə üzrə 3 manat; 15.07.2019-cu il tarixli müqavilə üzrə 40 manat; 24.07.2019-cu il tarixli müqavilə üzrə 40 manat; 17.08.2019-cu il tarixli müqavilə üzrə 50 manat; 20.08.2010-cu il tarixli müqavilə üzrə 30 manat; 29.08.2019-cu il tarixli müqavilə üzrə 5 manat; 25.10.2019-cu il tarixli müqavilə üzrə 40 manat; 01.11.2019-cu il tarixli müqavilə üzrə 90 manat; 14.01.2020-ci il tarixli müqavilə üzrə 10 manat; 21.01.2020-ci il tarixli müqavilə üzrə 50 manat və 26.01.2020-ci il tarixli müqavilə üzrə 50 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 12.05.2019-cu il tarixli müqaviləyə əsasən 431 (dörd yüz otuz bir) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 471 (dörd yüz yetmiş bir) manat; 02.07.2019-cu il tarixli müqaviləyə əsasən 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 372 (üç yüz yetmiş iki) manat; 14.07.2019-cu il tarixli müqaviləyə əsasən 35 (otuz beş) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, cəmi 38 (otuz səkkiz) manat; 15.07.2019-cu il tarixli müqaviləyə əsasən 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 496 (dörd yüz doxsan altı) manat; 24.07.2019-cu il tarixli müqaviləyə əsasən 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 532 (beş yüz otuz iki) manat; 17.08.2019-cu il tarixli müqaviləyə əsasən 532 (beş yüz otuz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 582 (beş yüz səksən iki) manat; 20.08.2019-cu il tarixli müqaviləyə əsasən 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 407 (dörd yüz yeddi) manat; 29.08.2019-cu il tarixli müqaviləyə əsasən 54 (əlli dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 59 (əlli doqquz) manat; 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 517 (beş yüz on yeddi) manat; 01.11.2019-cu il tarixli müqaviləyə əsasən 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, cəmi 1010 (bir min on) manat; 14.01.2020-ci il tarixli müqaviləyə əsasən 160 (bir yüz altmış) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 170 (bir yüz yetmiş) manat 80 (səksən) qəpik; 21.01.2020-ci il tarixli müqaviləyə əsasən 575 (beş yüz yetmiş beş) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 625 (altı yüz iyirmi beş) manat 40 (qırx) qəpik; 26.01.2020-ci il tarixli müqaviləyə əsasən 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 590 (beş yüz doxsan) manat; ümumilikdə 5700 (beş min yeddi yüz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Belə ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18.60%-i, yəni 5 (beş) manat 55 (əlli beş) qəpiyi iddiaçıya aid edilməli, qalan 81.40%-i, yəni 24 (iyirmi dörd) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasmm MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12.05.2019-cu il tarixli müqaviləyə əsasən 431 (dörd yüz otuz bir) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 471 (dörd yüz yetmiş bir) manat; 02.07.2019-cu il tarixli müqaviləyə əsasən 342 (üç yüz qırx iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 372 (üç yüz yetmiş iki) manat; 14.07.2019-cu il tarixli müqaviləyə əsasən 35 (otuz beş) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, cəmi 38 (otuz səkkiz) manat; 15.07.2019-cu il tarixli müqaviləyə əsasən 456 (dörd yüz əlli altı) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 496 (dörd yüz doxsan altı) manat; 24.07.2019-cu il tarixli müqaviləyə əsasən 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 532 (beş yüz otuz iki) manat; 17.08.2019-cu il tarixli müqaviləyə əsasən 532 (beş yüz otuz iki) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 582 (beş yüz səksən iki) manat; 20.08.2019-cu il tarixli müqaviləyə əsasən 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, cəmi 407 (dörd yüz yeddi) manat; 29.08.2019-cu il tarixli müqaviləyə əsasən 54 (əlli dörd) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, cəmi 59 (əlli doqquz) manat; 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 477 (dörd yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, cəmi 517 (beş yüz on yeddi) manat; 01.11.2019-cu il tarixli müqaviləyə əsasən 920 (doqquz yüz iyirmi) manat ödənilməmiş hissə, 90 (doxsan) manat dəbbə pulu, cəmi 1010 (bir min on) manat; 14.01.2020-ci il tarixli müqaviləyə əsasən 160 (bir yüz altmış) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, cəmi 170 (bir yüz yetmiş) manat 80 (səksən) qəpik; 21.01.2020-ci il tarixli müqaviləyə əsasən 575 (beş yüz yetmiş beş) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 625 (altı yüz iyirmi beş) manat 40 (qırx) qəpik; 26.01.2020-ci il tarixli müqaviləyə əsasən 540 (beş yüz qırx) manat ödənilməmiş hissə, 50 (əlli) manat dəbbə pulu, cəmi 590 (beş yüz doxsan) manat; ümumilikdə 5700 (beş min yeddi yüz) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18.60%-i, yəni 5 (beş) manat 55 (əlli beş) qəpiyi iddiaçıya aid edilsin, qalan 81.40%-i, yəni 24 (iyirmi dörd) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar