Məhkəmə qərarları › İş №2(004)-3057/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3057/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3057/2021 08.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.06.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TELEVİZOR, Sonorus Surefix asqı üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, 19.03.2019-cu il tarixli müqaviləsinə əsasən THOMAS markalı tozsoran üçün 160 (yüz altmış manat) ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 04.04.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN FAAC markalı kondisioner üçün 516 (beş yüz on altı manat) ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümümilikdə 974 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1004 manat məbləğində pulun Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 03.06.2018ci il tarixli K00162112 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Samsung LED markalı TELEVİZOR, Sonorus Surefix asqını cavabdehə verməyi öhdəsinə götürmüşdür. 03.06.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 1890 manat məbləğində pulu hər ay 105 manat olmaqla 15.07.2018-ci il tarixdən 15.12.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 03.06.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Samsung LED markalı TELEVİZOR, Sonorus Surefix asqı cavabdeh tərəfindən təhvil alınmışdır İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 19.03.2019cu il tarixli 00571568 saylı müqaviləyə əsasən müəyyən olunmuşdur ki, iddiaçı THOMAS markalı tozsoranı cavabdehə verməyi öhdəsinə götürmüş, 19.03.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdeh ilkin ödəniş də daxil olmaqla 600 manat məbləğində pulu hər ay 50 manat olmaqla 22.04.2019-cu il tarixdən 22.03.2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. 19.03.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, THOMAS markalı tozsoran cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 04.04.2019cu il tarixli 00598621 saylı müqaviləyə əsasən iddiaçı HOFFMAN FAAC markalı kondisioneri cavabdehə verməyi öhdəsinə götürmüşdür. 04.04.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən cavabdeh 17.05.2019-cu il tarixdən hər ay 123 manat, ümumilikdə 1360 manat məbləğində pulu ilkin ödəniş də daxil olmaqla 17.03.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.04.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, HOFFMAN FAAC markalı kondisioner cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 06.05.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, xxxx MMC tərəfindən cavabdehə borcun ödənilməsi brədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cababdehin 886 manat əsas, 88 manat cərimə borcu olmaqla cəmi 974 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 03.06.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TELEVİZOR, Sonorus Surefix asqı üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, 19.03.2019-cu il tarixli müqaviləsinə əsasən THOMAS markalı tozsoran üçün 160 (yüz altmış manat) ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 04.04.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN FAAC markalı kondisioner üçün 516 (beş yüz on altı manat) ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümümilikdə 974 manat borc, 30 manat ödənilmiş dövlət rüsumututularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə öhdəliklərini qismən yerinə yetirmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03.06.2018-ci il tarixli müqaviləyə əsasən Samsung LED markalı TELEVİZOR, Sonorus Surefix asqı üçün 210 (iki yüz on) manat ödənilməmiş hissə, 21 (iyirmi bir) manat cərimə, 19.03.2019-cu il tarixli müqaviləsinə əsasən THOMAS markalı tozsoran üçün 160 (yüz altmış manat) ödənilməmiş hissə, 16 (on altı) manat cərimə, 04.04.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMAN FAAC markalı kondisioner üçün 516 (beş yüz on altı manat) ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə borcu olmaqla, ümümilikdə 974 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar