Məhkəmə qərarları › İş №2(004)-3060/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3060/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3060/2020 30.06.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı “xxxxxxxxxxx” x1 Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62628 Samsung Galaxy A6 markalı telefon üçün 300 manat ödənilməmiş hissə, 30 manat cərimə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89421 Samsung Galaxy A10 markalı telefon üçün 233 manat ödənilməmiş hissə, 23 manat cərimə, 08.04.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********06569 Xiaomi Redmi 5A markalı telefon üçün 27 manat ödənilməmiş hissə, 02 manat cərimə, ümumilikdə 615 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 645 manat borcun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən,cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 445, 468-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 17.07.2018-ci il, 21.06.2019-cu il, 08.04.2018-ci il tarixli müqavilələr bağlanmışdır. 15.05.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 17.07.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cəmi 330 manat borcu, 21.06.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 256 manat borcu, 08.04.2018-ci il tarixli müqavilə üzrə 29 manat borcu vardır.Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh məhsulun qaytarılması üçün 17.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62628 Samsung Galaxy A6 markalı telefon üçün 300 manat ödənilməmiş hissə, 30 manat cərimə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89421 Samsung Galaxy A10 markalı telefon üçün 233 manat ödənilməmiş hissə, 23 manat cərimə, 08.04.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********06569 Xiaomi Redmi 5A markalı telefon üçün 27 manat ödənilməmiş hissə, 02 manat cərimə, ümumilikdə 615 manat borc alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. İddiaçı “xxxxxxxxxxx” MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 288.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh məhsulun qaytarılması üçün 17.07.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********62628 Samsung Galaxy A6 markalı telefon üçün 300 (üç yüz) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə, 21.06.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********89421 Samsung Galaxy A10 markalı telefon üçün 233 (iki yüz otuz üç) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat cərimə, 08.04.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********06569 Xiaomi Redmi 5A markalı telefon üçün 27 (iyirmi yeddi) manat ödənilməmiş hissə, 02 (iki) manat cərimə, ümumilikdə 615 (altı yüz on beş) manat borc, 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı “xxxxxxxxxxx” x1 xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar