Məhkəmə qərarları › İş №2(004)-3060/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3060/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3060/2021 08.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********17271 olan Xiaomi Mi A2 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən Midea markalı soyuducu üçün 490 manat ödənilməmiş hissə, 49 manat cərimə, 08.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung markalı paltaryuyan üçün 492 manat (dörd yüz doxsan iki) ödənilməmiş hissə, 49 (qırx doqquz) manat cərimə, ümumilikdə 1234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1264 manat pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Cavabdeh arasında 28.09.2019-cu il tarixdə 00943172 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC Midea markalı soyuducunu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 28.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Midea markalı soyuducu cavabdeh tərəfindən təhvil alınmışdır. 00943172 nömrəli 28.09.2019-cu il tarixli müqaviləyə əlavəyə əsasən müəyyən olunur ki, cavabdeh 630 manat məbləğində pulu 18 ay müddətinə, hər ay 35 manat olmaqla ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.03.2019-cu il tarixdə 00566648 saylı müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Xiaomi Mi A2 markalı, İMEİ Kodu **********17271 olan mobil telefonu cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 17.03.2019-cu il tarixli təhviltəslim aktından görünür ki, Xiaomi Mi A2 markalı, İMEİ Kodu **********17271 olan mobil telefon cavabdeh tərəfindən təhvil alınmışdır. 17.03.2019-cu il tarixli, 00566648 nömrəli müqaviləyə əlavədən görünür ki, cavabdeh 564 manat məbləğində pulu 12 ay müddətinə, hər ay 47 manat olmaq şərtilə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 08.10.2019-cu il tarixli, 00966563 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, iddiaçı Samsung WF8590NLM9DYLP markalı paltaryuyanı cavabdehə verməyi öz öhdəsinə götürmüşdür. 08.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Samsung WF8590NLM9DYLP markalı paltaryuyan cavabdeh tərəfindən təhvil alınmışdır. 08.10.2019-cu il tarixli, 00966563 nömrəli müqaviləyə əlavədən görünür ki, cavabdeh 630 manat məbləğində pulu 18 ay müddətinə, hər ay 35 manat olmaq şərtilə ödəməyi öz öhdəsinə götürmüşdür. 19.06.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. 06 aprel 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdehin həmin tarixə olan borcu 17.03.2019-cu il tarixli müqavilə üzrə 154 manat, 28.09.2019-cu il tarixli müqavilə üzrə 539 manat, 08.10.2019-cu il tarixli müqavilə üzrə 541 manat olmaqla, 1234 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********17271 olan Xiaomi Mi A2 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən Midea markalı soyuducu üçün 490 manat ödənilməmiş hissə, 49 manat cərimə, 08.10.2019-cu il tarixli mqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 492 manat ödənilməmiş hissə, 49 manat cərimə olmaqla, ümumilikdə 1234 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Belə ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini yerinə yetirməmiş, borcunu vaxtında ödəməmişdir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17.03.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********17271 olan Xiaomi Mi A2 markalı telefon üçün 140 manat ödənilməmiş hissə, 14 manat cərimə, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən Midea markalı soyuducu üçün 490 manat ödənilməmiş hissə, 49 manat cərimə, 08.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung markalı paltaryuyan üçün 492 manat ödənilməmiş hissə, 49 manat cərimə olmaqla ümumilikdə 1234 (bir min iki yüz otuz dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Əyyubov İş № 2(004)-2720/2021 Məhkəmə iclasının PROTOKOLU Yasamal Rayon Məhkəməsi 21 aprel 2021-ci il Bakı şəhəri Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair ərizə üzrə işə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi sadələşdirilmiş icraat qaydasında 21 aprel 2021-ci il tarixdə saat 17:10-da baxılır. Sədrlik edən iş materiallarını nəzərdən keçirir və qətnaməni qəbul edir. Prosessual hərəkət saat 17:15-də bağlı elan olunur. Protokol 21.04.2021-ci il tarixdə tərtib olunmuşdur. Sədrlik edən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar