Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3070/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEA kod **********58537 HOFFMANN X PRO markalı telefon üçün 246 manat ödənilməmiş hissə, 79 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün, 1084 manat ödənilməmiş hissə, 310 manat dəbbə və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı soyuducu üçün 1217 manat ödənilməmiş hissə, 396 manat dəbbə, ümumilikdə 3332 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3362 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən İMEİ kod **********58537 HOFFMANN X PRO markalı telefon, Samsung markalı paltaryuyan və soyuducu almış və nəticədə 3332 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 481 manat (12 ay x 38 manat + 25 manat ilkin ödəniş) olan İMEA kod **********58537HOFFMANN X PRO markalı telefon üçün ümumilikdə 325 manat olmaqla ondan 246 manat ödənilməmiş hissə, (0.38 manat x 210 gün) 79 manat dəbbə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1334 manat (18 ay x 74 manat + 2 manat ilkin ödəniş) olan Smasung markalı paltaryuyan üçün ümumilikdə 1394 manat olmaqla ondan, 1084 ödənilməmiş hissə, (0.74 manat x 420 gün) 310 manat dəbbə və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən isə, alqı-satqı qiyməti 1980 manat (18 ay x 110 manat + 0 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə 1613 manat olmaqla ondan, 1217 manat ödənilməmiş hissə, (1.10 x 360 gün) 396 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1248 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC-yə borcu olduğunu qəbul etmiş, lakin məhkəmədən cərimə borcunun azaldılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-c il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən “xxxxxxxxxxx” MMC-yə 2547 manat məbləğində əsas borcu, 785 manat məbləğində dəbbə borcu, cəmi 3332 manat məbləğində borcu vardır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş şərtləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələri üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimələrin 79 manat məbləğində deyil 10 manat məbləğində, 310 manat məbləğində deyil 30 manat məbləğində, 396 manat məbləğində deyil 40 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEA kod **********58537 HOFFMANN X PRO markalı telefon üçün 246 manat ödənilməmiş hissə, 10 manat dəbbə; xx.xx.2018-ci il tarixlimüqaviləyəəsasən, Samsung markalı paltaryuyan üçün, 1084 manat ödənilməmiş hissə, 30 manat dəbbə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı soyuducu üçün 1217 manat ödənilməmiş hissə, 40 manat dəbbə, ümumilikdə 2627 (iki min altı yüz iyirmi yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3070/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3070/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver