Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3080/2024 22.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii X9nın pozulması borcun silinməsi və qeyd olunan aktla əlaqədar ödədiyi bütün əsassız vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1912,5 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 2 həftə əvvəl qaz kartına yükləmə edərkən həmin vəsaitin tam məbləğdə karta yüklənmədiyini müəyyən etmişdir. Məsələ ilə bağlı dərhal Qaynar xəttlə əlaqə saxlamış, əməkdaş tərəfindən 1900 manatdan çox borc öhdəliyinin olduğu və ona “qeyri-əhali” statusunda cərimənin tətbiq edildiyi bildirilmişdir. Lakin o vaxt ona bununla bağlı hər hansı bildiriş və ya məlumat göndərilməmişdir, üstəlik o “əhali” kateqoriyasına aid olduğu halda müvafiq borcun hesablanması “qeyri-əhali” statusuna əsasən həyata keçirilmişdir. Cərimə və borcun tamamilə əsassız olduğunu tutarlı sübutlarla bildirdikdən sonra əməkdaş ona borcu özlərinin silə bilmədiyini bildirmiş və məhkəmə qərarı təqdim olunacağı təqdirdə icra oluna biləcəyi qeyd edilmişdir. 2018-ci ildə müvafiq qurumun əməkdaşları gəlib ünvana baxış keçirmişdirlər. O qaynar xətlə əlaqə saxlayaraq cərimə tətbiqinə əsas olmuş sənədlərin surətini istəmişdir. Göndərilən Akta əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. Üstəlik aktda qeyd olunur ki, yoldaşı X7 aktı imzalamaqdan imtina etmişdir. İddiaçının yoldaşı 2013-cü ildə vəfat etmişdir və bunu sübut edən rəsmi sənədi təqdim olunmuşdur. Necə ola bilər ki, həyatda olmayan bir insana akt təqdim edilib və o aktı imzalamaqdan imtina edib?! Bu fakt artıq həmin aktın tamamilə qanunsuz olaraq onun xəbəri olmadan formal şəkildə tərtib olunduğunu və heç bir əsası olmadığını göstərir. Eyni zamanda sual yaranır ki, həqiqətən istehlakçı tərəfindən hər hansı pozuntuya yol verilmişdirsə, nəyə görə 2018-ci ildən bu günə qədər cavabdeh tərəfindən hər hansı tutarlı tədbir görülməmiş, heç bir əsaslı sənəd ona göndərilərək məlumat verilməmişdir və onun 5-6 il sonra bunlardan xəbəri olur?! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 30 saylı qərarı ilə təsdiq edilmiş «X9»nın 3.1.7-ci oəndinə əsasən qaz paylayıcısı qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Eyni zamanda həmin aktda qeyd olunan halların onun təqsiri üzündən baş verdiyi heç bir halla sübut olunmur, buna görə də sayğaca müdaxilə və itirilmiş qaz adı ilə adına hesablanmış borc məbləği tam əsassızdır. Sayğac kənarda quraşdırılıb və onun bir vətəndaş kimi dövlət qarşısında öhdəliyini dərk edir, hər zaman da borcunu ödəmişdir. Cavabdeh tərəf sayğaca istehlakçı tərəfindən müdaxilə olunduğuna dair heç bir mötəbər sübuta əsaslanmayaraq akt qəbul etmiş və bu akt barədə ona heç bir məlumat verməmiş, aktı təqdim etməmişdir. Müvafiq qaydaların 6.5-4-cü bəndinə əsasən istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazdan istifadə ilə əlaqədar müvafiq qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır, hazırda cavabdeh irəli sürdüyü yalanla özü-özünün qanunsuz hərəkətlərini ifşa edir:əgər həqiqətən müdaxilə olmuşdusa, bunu vaxtında aşkar etməli və aradan qaldırmalı idi! Üstəlik aktda qaz işləyici avadanlıq kimi kombi qeyd olunsa da, yaşayış evində heç vaxt kombi istifadə olunmamışdır və hazırda da yoxdur. Bu səbəblərdən də qaz istehlakçısı kimi cavabdehin təqsiri ilə əlaqədar baş vermiş səbəblər üzündən hüquqları təmin edilməmiş, əksinə kobud şəkildə pozulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş «X9»nda qazdan istifadədə pozuntuya yol verilməsini təsdiq edən aktın tərtib olunmasının xüsusi qaydası müəyyən edilmişdir ki, bu pozuntunun baş verməsi yalnız həmin qaydalara riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt, yaxud sənəddə digər hər hansı pozuntunun olmasını əks etdirən nüanslar varsa, bu zaman onlar sübut kimi qəbul oluna bilməz. Bu tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, işdə olan aktda iddiaçı tərəfindən qazdan istifadə zamanı pozuntuya yol verilməsi göstərilməsinə baxmayaraq, həmin akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.3-cü maddəsinin tələblərinə görə qanunu pozmaqlaəldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qaydada istifadə edilməmiş, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da, iddiaçının hüquqları pozulmuş, cavabdeh tərəfindən iddiaçıya heç bir real əsas olmadan əlavə sərfiyyat nesablanmışdır. Üstəlik tutulmanın karta yönəldilməsi barədə ona heç bir rəsmi sənəd daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız caşqalarınaziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır, həmin Məcəllənin 560.3 və 560.3.5.2.ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Əgər həqiqətən müdaxilə şəklində pozuntu olmuşdusa, müvafiq zorumun əməkdaşı inzibati araşdırma aparmalı, sayğaca müdaxilənin və qayda pozuntusunun kimin tərəfindən törədildiyini müəyyən etməli və bu barədə İnzibati Xətalar məcəlləsinin 282-ci maddəsinə əsasən (təbii qazın, e ektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının zozulması) protokol tərtib etməli idilər. Göründüyü kimi cavabdeh orqanın əməkdaşları onlara verilmiş hüquqlardan suiistifadə edərək yuxarıda qeyd etdiyi qanunsuz hərəkətləri və bəzi qanunvericilik aktlarının tələblərini, eləcə də istehlakçı kimi onun qanunla qorunan hüquqlarını kobudcasına pozmuşlar ki, bu da yolverilməzdir. Hesab olunur ki, cavabdeh orqanın istehlakçı kimi ona qarşı qanunsuz hərəkətləri ilə əlaqədar yaranmış mübahisə məhkəmə qaydasında baxılıb həll edilməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3rşı dəymiş ziyana görə (**********00010 istehlakçı hesabı üzrə) hesablanmış borcun silinməsi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, nəticədə istismara yararsız hesab edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2018-ci il tarixdə ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə 1944 manat borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda abonentin saldosundan da mübahisəsiz qaydada görünür ki, istifadəsində olan qaz avadanlıqlarına və ailə üzvlərinin sayına münasibətdə qeyd edilən qaz sərfıyyatı azdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X9’nın 1.3-cı bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qaz sayğacının mənzildən kənarda quraşdırıldığından iddiaçıya sayğaca müdaxilə olunduğunun və qaz sayğacına nəzarət edilməsi vəzifəsi daşımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə “X9nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfıyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz- özündə istisna edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Cavabdeh nümayəndəsi X8 elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bu səbəbdən mülki işə iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 fevral 2013-cü il traixli AZ-İ 595441 saylı ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, X7 xx.xx.2013-cü il tarixində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 243 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AЗ 262214 nömrəli evlənmək haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, X7 ilə İddiaçı xx.xx.1971-ci il tarixdə evlənmişlər və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 359 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 02/4880 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləyə əsasən, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı (varis) keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Təbii X9nın pozulması haqqında” ******* nömrəli, xx.xx.2018ci il tarixli Akta əsasən, Cavabdeh İB-nin 29/1710-00987/2-13 saylı aktına əsasən istehlakçı X6 məxsus ünvan 1 ünvanında quraşdırılmış 1202AQ**********8 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan Cavabdeh İB-in itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün olmaqla, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 9720 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh QSN- 29/1710-00987/2-13 nömrəli, 30 iyul 2018-ci il tarixli Aktına əsasən, “Qaz sayğaclarına nəzarət” komissiyası tərəfindən abonent kodu **********00010 olan, Smartkart tipli 1202AQ**********8 zavod nömrəli qaz sayğacı 26 iyul 2018-ci il tarixli yoxlama aktı nəticəsində yararsız hesab edilmişdir. Yararsızlığın səbəbi olaraq sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı adına verilmiş xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən, iddiaçının Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 147, m.1 ünvanı üzrə 2018-ci ilə 1944 manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “GASREP”ə əsasən, abonent kodu **********00010 olan İddiaçı cari borcu 1912,5 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. 19.1-ci maddəsinə əsasən, malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir. 26-ci maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X9”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli Qərarının: 1.2-ci maddəsinə əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehdir. 1.3-cü maddəsinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. 1.4-cü maddəsinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.2-ci maddəsinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar 4.9-cu maddəsinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.5-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-4-cü maddəsinə əsasən, qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Cavabdeh İB ilə iddiaçı arasında qazın alqı-satqısı barədə müqavilənin 3.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli “Təbii X9nın pozulması haqqında” Akta əsasən İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi müəyyən olunmuş və qanunsuz qazdan istifadəyə görə 1944 manat borc hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, istehlakçı X5 xx.xx.2013–cü il tarixdə ölməsinə baxmayaraq Cavabdeh tərəfindən tərtib edilmiş ******* saylı, xx.xx.2018-ci il tarixli “Təbii X9nın pozulması haqqında” X2 aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Digər tərəfdən iddiaçı ilə cavabdeh arasında bağlanmış ”Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci tarixli müqavilənin 4-cü bəndində istismar olunan qaz qurğuları olaraq PQ4 və QSQ göstərilmişdir. Lakin Cavabdeh İB tərəfindən tərtib edilmiş ******* saylı xx.xx.2018-ci il tarixli “Təbii X9nın pozulması haqqında” Aktda PQ4 və Kombi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sahibliyində olan mənzilə aid sayğacdakı qüsura görə iddiaçının məsuliyyət daşıması qanunla müəyyən olunmur. Qanunun tələbinə görə qaz sayğacını işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və belə olan halda iddiaçı sayğacın laboratoriya şəraitində yoxlanılması ilə bağlı aşkar edimiş qüsura görə təqsirli hesab oluna bilməz. Digər tərəfdən aşkar edilmiş qüsurun məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi də yoxlama zamanı müəyyən olunmamışdır. Yəni sayğacda qüsurun olması faktı müəyyən edilsə də, həmin qüsurun baş verməsində iddiaçının təqsirli olması ehtimal xarakter daşıyır və bu halları təsdiq edən kifayət qədər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçıya aid olan sayğacda sonradan aşkar edilmiş qüsura görə hər hansı akt tərtib etmək və həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat kimi hesabat yazmaq qanunsuz olmuşdur.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 2 ünvanına dair abonent kodu **********00010 olan İddiaçı adına hesablanmış 1912,5 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün ödənilməli olan 39,13 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanına dair abonent kodu **********00010 olan İddiaçı adına hesablanmış 1912,5 (min doqquz yüz on iki manat əlli qəpik) məbləğində borc silinsin. Cavabdehndən 39,13 manat (otuz doqquz manat on üç qəpik) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3080/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3080/2024
22.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver